A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
37
İnsanlar bu gün həmişəkindən daha çox bir dövlətlə məhdudlaşmayan və bir neçə ölkənin
yurisdiksiyasını əhatə edən məlumatların işlənməsi əməliyyatlarının birbaşa təsirinə məruz qalırlar.
Əlavə Protokolun tələblərindən biri kimi Azərbaycanda yaradılacaq nəzarət qurumunun digər
ölkələrin nəzarət qurumları ilə əməkdaşlığının formalaşdırılması isə ölkədə fərdi məlumatların
mühafizə səviyyəsinin daha da inkişafına və trans‐sərhəd məlumat axınının tənzimlənməsinin
asanlaşdırılmasına xidmət edəcəkdir. Belə ki, nəzarət qurumları arasında beynəlxalq əməkdaşlıq
insanların həm beynəlxalq, həm də milli səviyyədə öz hüquqlarını həyata keçirmək iqtidarında
olmalarına zəmanət verir.
Avropaya inteqrasiya, insan hüquqları və əsas azadlıqlarının təmin edilməsi, hüquqi dövlət
quruculuğunu inkişaf yolu seçmiş Azərbaycanın Əlavə Protokola qoşularaq ölkədə fərdi
məlumatların mühafizəsi üzrə nəzarət qurumunu təsis etməsi, bununla da vətəndaşların ən mühüm
konstitusion hüquqlarından birinin həyata keçirilməsinə şərait yaratması yaxın gələcəkdə reallaşa
bilər. Nəzarət qurumu formalaşdırılarkən mövcud qabaqcıl təcrübənin nəzərə alınması bu işin daha
effektiv həyata keçirilməsinə kömək edəcəkdir.
İstifadə olunmuş ədəbiyyatlar:
1. “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması
haqqında” konvensiyanın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu;
2. “2009‐cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş“AzərbaycanRespublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum
Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan Respublikasinin Qanunu;
3. Explanatory report to Additional Protocol to the Convention for the Protection of Individuals with
regard to Automatic Processing of Personal Data regarding supervisory authorities and transborder
data flows;
4. Convention for the protection of individuals with regard to automatic processing of personal data,
Strasbourg, 28.I.1981;
5. Additional Protocol to the Convention for the Protection of Individuals with regard to Automatic
Processing of Personal Data regarding supervisory authorities and transborder data flows;
6. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu,
7.
http://conventions.coe.int/Treaty/Commun/ChercheSig.asp?NT=181&CM=8&DF=&CL=ENG
8. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2010‐cu il tarixli № 361 Fərmanı;
9. “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları”, Azərbaycan
Respublikası Prezidentinin 4 oktyabr 2010‐cu il tarixli Fərmanı ilə təsdiq edilmişdir;
10. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasinin 20 iyun 2014‐cü il tarixli № 995‐IVQD Qanunu;
11. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2014‐cü il 20 iyun tarixli 995‐IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikasi Prezidentinin 8 iyul 2014‐cü il tarixli № 221 Fərmanı;
12. Directive 95/46/EC on the protection of individuals with regard to the processing of personal data
and on the free movement of such data;
13. Data Protection in the European Union: the role of National Data Protection Authorities. European
Union Agency for Fundamental Rights, 2010;
14. David H. Flaherty Protecting Privacy in Surveillance Societies: Federal Republic of Germany,
Sweden, France, Canada and the United States, 1989 the University of North Carolina Press;
15.
http://www.bfdi.bund.de/DE/Oeffentlichkeitsarbeit/Taetigkeitsberichte/TB_node.htl
16.
https://www.ldi.nrw.de/mainmenu_Ueberuns/submenu_UnsereAufgaben/index.php
17. http://ico.org.uk/about_us/our_organisation/management_board
18.
http://www.cnil.fr/linstitution/quisommesnous/
19.
http://zpd.gov.ua/dszpd/uk/index
20. http://personaldata.ge/en/legislation/nationallegislation
38
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Məhkəmə aktları
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4‐43.8 və 48‐ci
maddələrinin şərh edilməsinə dair
28 oktyabr 2014‐cü il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi‐
hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
maraqlı subyektin nümayəndəsi Şirvan Apellyasiya Məhkəməsinin hakimi Vüsal Cəbrayılovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini, Mülki hüquq kafedrasının
dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin, Bakı
Apellyasiya Məhkəməsinin hakimi Sənan Hacıyevin, Azərbaycan Respublikasının Mərkəzi Bankı
nəzdində Azərbaycan İpoteka Fondunun Hüquq şöbəsinin böyük məsləhətçisi Fərid
Hacıəbdülhəlimzadənin, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq departamentinin Bank
nəzarətinin hüquqi təminat şöbəsinin aparıcı hüquq məsləhətçisi Fərid Bayramovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi
konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin “İpoteka
haqqında” Azərbaycan Respublikası Qanununun 43.4‐43.8 və 48‐ci maddələrinin şərh edilməsinə
dair müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektin nümayəndəsinin və mütəxəssislərin
çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “İpoteka haqqında” Azərbaycan Respublikası
Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 43.4‐43.8 və 48‐ci maddələrinin hərracın
təkrar keçirilməsi barədə müddəalarının, tələbkarın ipoteka predmetini əldə etməməsi əsası və
ona xitam verilməsi proseduru baxımından şərh edilməsini xahiş etmişdir.
Müraciətdən göründüyü kimi, Z.Səmədov fərdi yaşayış evinin yüklü edilməsi ilə bağlı ipotekaya
xitam verilməsinə dair iddia ərizəsi ilə Masallı rayon Məhkəməsinə müraciət etmişdir.
İddia onunla əsaslandırılmışdır ki, Masallı rayon Məhkəməsinin 13 may 2010‐cu il tarixli
qətnaməsi ilə N.Hüseynovun 33.320 ABŞ dolları 32 sent məbləğində kredit borcunun ipoteka
predmeti olan ona məxsus fərdi yaşayış evinə yönəldilərək evin hərrac yolu ilə satılması qət
edilmişdir.
“Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Külək” MMC) tərəfindən birinci hərrac
28 fevral 2011‐ci il, təkrar hərrac 15 mart 2011‐ci il tarixlərində keçirilmişdir. Bundan sonra 5
aprel 2011‐ci il tarixində isə daha bir hərrac keçirilmiş və 12 aprel 2011‐ci il tarixində tələbkara
ipoteka predmetini 30 təqvim günü ərzində ilkin hərrac qiymətindən 25 faiz aşağı qiymətə almaq