10
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Əhməd Fərhadov
Vəkillərin Kollegiyasının üzvü
CİNAYƏT MÜHAKİMƏ İCRAATINDA
MƏHKƏMƏ ARAŞDIRMASININ HƏDLƏRİNİN
AKTUAL MƏSƏLƏLƏRİ
“Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 19 yanvar 2006‐cı il tarixli Fərmanı məhz insan və vətəndaş hüquq və azadlıqlarının
müdafiəsinin təmininə, məhkəmə sisteminin müasirləşdirilməsinə, məhkəmə hakimiyyətinin
möhkəmlənməsinə yönəlmişdir. Demokratik və hüquqi dövlət olan Azərbaycanda ədalət
mühakiməsi həyata keçirilərkən Konstitusiyanın, CM‐nin, CPM‐in, Azərbaycan Respublikasının digər
qanunlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəa və tələblərinə ciddi əməl edilməsi
məhkəmə və cinayət prosesi iştirakçılarının əsas vəzifələrindən biri olmaqla ədalət mühakiməsi bu
hüquqi baza ilə şərtləndirilən prosessual hüquq normalarına uyğyn həyata keçirilməli və
məhkəmələr tərəfindən cinayət‐prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara dəqiq riayət
olunmalıdır.
Lakin buna baxmayaraq, bu gün məhkəmə hüquq təcrübəsində “məhkəmə baxışının hədləri” anlayışı
hələ qəti həllini tapmamış hüquqi mübahisə mövzularından biri olmaqla vaxtaşırı gündəmi
dolaşmaqdadır. Bu məsələni sabit düşüncə mövqeyinə çəkməyə dəfələrlə tanınmış hüququşünaslar,
Ali Məhkəmə, Konstitusiya Məhkəməsi tərəfindən cəhd göstərilsə də natamamlıq və kolliziya yenə
də qalmaqdadır. Məncə bunun əsas səbəbi məsələyə qüvvədə olan hüquqi aktların kontekstindən
yanaşılmaması, cinayət prosessual qanunvericiliyin bir sıra prinsip və şərtlərinin fikir yürüşündə
əsassız diskvalifikassiyası, məhkəmə təcrübəsinin ehkam həddinə qaldırılmasıdır.
Qanunları rəsmi şərh edən Konstitusiya Məhkəməsinin mövqeyinə görə cinayət prosesində hədd
kateqoriyası məcburi prosessual şərt olmaqla “məhkəmə baxışının hədləri” təqsirləndirilən şəxsə
qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihama uyğun məhkəmə tədqiqatının və
qərarının qanunla müəyyən edilmiş sərhədləridir.
Nə qədər ki, hüquqi terminlər doğru seçilməmiş və ifadə tərzi mükəmməl formaya salınmamışdır,
sərgilənən mövqe ilə tam razılaşmaq olmaz və bu məsələdə aydın fikir yaratmaq qeyri‐mümkündür.
Əvvəlcə, ondan başlayaq ki, Azərbaycan Respublikası CPM‐nin 318‐ci maddəsinin adı düzgün
müəyyənləşdirilməmişdir. Normativ‐hüquqi aktlar haqqında Azərbaycan Respublikasının
Konstitusiya Qanununun 30.6‐cı maddəsinə əsasən normativ hüquqi aktın maddəsi tamamlanmış
normativ müddəanı əks etdirən əsas struktur elementi olmaqla, onun mahiyyətini əks etdirən ada
malik olmalıdır. Bildiyimiz kimi hazırda qüvvədə olan cinayət prosessual qanunvericiliyinə görə
cinayət mühakimə icraatı —məhkəməyədək, BİM, AİM, KİM‐də aparılan icraatdır. Məhkəməyədək
icraat ibtidai araşdırma adlanmaqla cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə aparılır.
(bax: CPM m.7.0.8; 7.0.22 ). BİM, AİM, KİM‐də aparılan icraat isə “məhkəmə baxışı” adlanır. Halbuki
məhkəməyədək icraat “ibtidai araşdırma” yox, ”ibtidai tədqiqat” (расследование) adlandırılmalı,
ali tədqiqat kimi isə məhkəmə baxışı götürülməli idi. Məhkəmə baxışı isə cinayət işlərinə,
məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara və xüsusi ittiham qaydasında şikayətlərə
11
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
ilkin baxılması; məhkəmə baxışının açılışı; məhkəmə istintaqı; məhkəmə çıxışları və təqsirləndirilən
şəxsin son sözü; yekun məhkəmə qərarının çıxarılması; məhkəmə hökmünün və digər yekun
qərarının qüvvəyə minməsi; cəzaların icra edilməsi, məhkumluğun götürülməsi kimi mərhələlərdən
ibarətdir. Bu mövqe qismən də olsa “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Avropa Konvensiyasının 6‐cı mad. 1 hissəsinin məntiqi mənasından da irəli gəlir. Belə ki, həmin
maddəyə əsasən “hər kəs... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında
yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, işinin ağlabatan müddətdə ədalətli və açıq
araşdırılması hüququna malikdir”. Cinayət işləri ilə bağlı həmin müddətlərin hesablanması zamanı
ağlabatan müddət” həm ibtidai araşdırma müddətini, həm də hökmün çıxarılmasına kimi olan
məhkəmə baxışı müddətini əhatə edir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə müddətin
hesablanması şəxs barəsində hökmün qanuni qüvvəyə minməsinə və ya onun barəsində cinayət
təqibinə xitam verilməsinə kimi davam edir. Lakin bizim fikrimizcə cəzaların icra edilməsi,
məhkumluğun götürülməsi də (ödənilməsi yox) məhkəmə baxışı mərhələsinə aiddir. Məsələn: eyni
işi üzrə cəzanın dəyişdirilməsi, cəzadan şərti olaraq azad etmə, cəzanın çəkilməmiş hissəsini daha
yüngül cəza növü ilə əvəz etmə, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə, hamilə qadınlar və
azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması, ittiham hökmünün
icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə və s. məhz məhkəmə baxışı ilə həll olunur.
Məhkəmə araşdırması yalnız BİM və AİM‐də məhkəmə istintaqı formasında aparılır. Ona görə də
CPM‐nin 318‐ci maddəsinin adında “məhkəmə baxışının hüdudları” ifadəsi doğru hesab edilə bilməz.
O, “məhkəmə araşdırmasının hüdudları şəklində yazılmalıdır. Çünki məhkəmə araşdırması
bilavasitə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla bağlı olmaqla məhkəmə istintaqı
formasında həyata keçirilən cinayət prosessual icraatdır. Rusiya Federasiyası CPM‐nin 252‐ci
maddəsində də fikirlərimizi təsdiq edən ifadə tərzi vardır. Orada belə yazılmışdır:
Ñòàòüÿ 252. Ïðåäåëû ñóäåáíîãî ðàçáèðàòåëüñòâà
1. Ñóäåáíîå ðàçáèðàòåëüñòâî ïðîâîäèòñÿ òîëüêî â îòíîøåíèè îáâèíÿåìîãî è ëèøü ïî
ïðåäúÿâëåííîìó åìó îáâèíåíèþ.
2. Èçìåíåíèå îáâèíåíèÿ â ñóäåáíîì ðàçáèðàòåëüñòâå äîïóñêàåòñÿ, åñëè ýòèì íå óõóäøàåòñÿ
ïîëîæåíèå ïîäñóäèìîãî è íå íàðóøàåòñÿ åãî ïðàâî íà çàùèòó.
Yəni “1. Məhkəmə araşdırması yalnız təqsirləndirilən şəxsə münasibətdə və ancaq ona qarşı irəli
sürülmüş ittiham üzrə aparılır.
2. Məhkəmə araşdırmasında ittihamın dəyişdirilməsinə məhkəməyə verilmiş təqsirləndirilən şəxsin
vəziyyəti pisləşmədiyi və onun müdafiə hüququ pozulmadığı halda yol verilir.”
Qanunverici oxşar hüquqi məsələ üzrə hüquqi terminləri qayğısız tərcümə etməklə kateqoriyaları
ümumiləşdirmişdir. Belə ki, “разбирательства” heç vaxt “baxış” kimi tərcümə edilə bilməz və onun
yeganə düşgün tərcüməsi “araşdırma”dır.
Azərbarcan Respublikası CPM‐nin 318.1.‐ci maddəsinə əsasən isə “Məhkəmə baxışı zamanı Cİ, MSİ
və XİQŞ‐ə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham
daxilində baxılır.” Məhz bunu əldə bayraq edən bəzi hüquqşünaslar belə qənatdədirlər ki,istintaq
orqanı Cİ, MSİ, xüsusi ittihamçı isə XİQŞ materiallarında təqsirləndirilən şəxsə qarşı məhkəmədə
hansı ittiham irəli sürərlərsə, məhkəmə də bu həddə işə baxmalıdır. Hətta məhkəmədə ittihamin
maksimal həddinin düzgün müəyyənləşdirilmədiyi sübuta yetsə belə. Halbuki CPM‐nin 318‐ci
maddəsində məhkəmənin ittihamın həddini aşması üçün iki istisna halı təsbit olunmuşdur.
Bunlardan biri ittihamın həddindən aşağı,ikincisi isə yuxarı yönəli istisnalardır. Qanunverici birinci
istisna halını belə ifadə etmişdir: “Məhkəmə baxışı??? nəticəsində məhkəmə təqsirləndirilən şəxsin
əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə??? tövsif etmək, habelə ona qarşı irəli sürülmüş
ittihamdan ayrı‐ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Bir çox hüququşünaslar “yüngül
cinayət” anlayışını qəbul etməyərək Azərbaycan Respublikası CM‐nin 15‐ci maddəsində cinayətlərin
təsnifatında belə kateqoriya cinayətin olmadığını əsas gətirirlər. Bəs əgər cinayət əməli xüsusilə
ağır, yaxud az ağırdırsa, onda niyə “ağır cinayətdən” ifadəsinə də eyni dərəcədə hiddət göstərilmir.
Məncə, bunu dramatikləşdirmək lazım deyil və sadəcə olaraq, qanunverici CM‐nin “ağır sanksiyalı”