əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə ki, Azərbaycan Respublikası Cinayət‐Prosessual
Məcəlləsində cinayət mühakimə icraatı zamanı tətbiq edilə bilən qanunvericiliyin mənbələri konkret
olaraq müəyyən edilmişdir.
Belə ki, Azərbaycan Respublikası Cinayət‐Prosessual Məcəlləsinin 2.1.1‐2.4‐cü maddələrində
konkret olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət‐Prosessual qanunvericiliyinə
Azərbaycan Respublikasının Konstitusiyası, həmin Məcəllə, Azərbaycan Respublikasının digər
qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəxalq müqavilələr daxildir.
Azərbaycan Respublikası Cinayət‐Prosessual Məcəlləsinin 10.1‐ci maddəsinə (Maddə10.
Qanunçuluq) əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası
Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl
etməlidirlər.
Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan
və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində
məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə
və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalması, habelə məhkum edilməsinə,
cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.
Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi
iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinin qərarında verilmiş olsun.
Həmin normada birmənalı şəkildə təsbit edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən
orqanlar üçün tövsiyə xarakteri daşıyır.
Həmin Məcəllənin 10.5‐ci maddəsinin tələbinə görə isə Qanunun bu maddəsində göstərilən
tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi
qüvvəsi yoxdur.
Göründüyü kimi, qüvvədə olan cinayət prosessual qanunvericilik cinayət mühakimə icraatı zamanı
tətbiq edilməsi zəruri olan qanunvericilik aktlarının dairəsini konkret müəyyənləşdirmiş və cinayət
prosesini həyata keçirən orqanlar(şəxslər) üçün qərarlar qəbul edilərkən yalnız cinayət prosessual
qanunvericiliyin həmin Məcəllədə nəzərdə tutulan mənbələrinə istinad edilməsinin imperativ
olduğunu göstərmişdir.
Elə həmin normada Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə
dair məsələlər üzrə izahlarının cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakterli
olması birbaşa göstərilmişdir.
Qanunun mənasından da görünür ki, məhkəmə təcrübəsinə dair izahlar tövsiyə xarakterli olmaqla,
yalnız qanunvericilikdə birbaşa təsbit olunmayan məsələlər və ya bu və ya digər normanın
məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin ümumiləşdirilməsinin nəticəsi kimi qanunauyğun vahid
məhkəmə praktikasının formalaşması ilə bağlıdır.
Yuxarıda da qeyd edildiyi kimi dövlət ittihamçısının protestində məhkəmə tərəfindən F.Abdullayev
barəsində hökm çıxararkən cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş mənbələrindən
hər hansı birinin pozulması və ya düzgün tətbiq edilməməsi deyil, yalnız məhkəmə təcrübəsinin
ümumiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə
təcrübəsinə dair, izahları cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakterli qərarına
istinad edilmişdir ki, bu da heç bir halda prosessual qanunvericiliyin pozulması kimi qiymətləndirilə
bilməz.
Bundan başqa, həmin hökmdən protest verən dövlət ittihamçısı nəzərə almamışdır ki, Azərbaycan
Respublikası Cinayət Məcəlləsində residivə görə cəzanın təyin edilməsini tənzimləyən xüsusi norma
mövcuddur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsi.
Maddə 65. Residivə görə cəzanın təyin edilməsi.
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
4
5
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
… 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli
residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
Göründüyü kimi, qanunverici residivə görə cəza təyin edilməsini digər, yəni residiv olmayan
cinayətlərdən fərqləndirmiş və Məcəllənin 65.2‐ci maddəsində isə onun ümumi qaydasını müəyyən
etmişdir.
Eyni zamanda, qanunverici residivə görə cəza təyin edilməsinin ümumi qaydaları ilə yanaşı, həm
də (həm də çox haqlı və əsaslı olaraq) ondan istisna da nəzərdə tutan xüsusi norma da müəyyən
etmişdir.
Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.3‐cü maddəsində nəzərdə tutulmuşdur
ki, cinayət törətmiş şəxsin məhkumluğu həmin Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici
əlamət kimi göstərildikdə, habelə həmin Məcəllənin 62‐ci maddəsində nəzərdə tutulmuş müstəsna
hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, həmin
Məcəllənin 65.2‐ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur.
Qanunun birmənalı, həm də açıq‐aşkar olan mənasından da aydın olur ki, cinayətin residivi (residiv,
təhlükəli residiv və ya xüsusi təhlükəli residiv olmasından asılı olmayaraq) zamanı məhkəmə hökm
çıxararkən, əgər Cinayət Məcəlləsinin 62‐ci maddəsində nəzərdə tutulmuş müstəsna halları
müəyyən edərsə, cəzanı residivə görə cəza təyin edilməsini müəyyən edən həmin Məcəllənin 65.2‐ci
maddəsində nəzərdə tutulmuş qaydaları nəzərə almadan təyin etməlidir. (Həm də nəzərdən
qaçırmaq olmaz ki, bu tələb imperativ xarakter daşıyır) Başqa sözlə, Cinayət Məcəlləsinin 65.3‐cü
maddəsi tələb edir ki, qanunda nəzərdə tutulmuş müstəsna hallar olduqda, məhkəmə residivi nəzərə
almadan, yəni ümumi qaydalar üzrə cəza təyin edilməlidir.
Sözsüz ki, bu vaxt söhbət yalnız təqsirləndirilən şəxsin təqsirli bilindiyi sonuncu cinayət əməlinə
görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı istənilən cəzanın və həm də onun
həddində cəzanın təyin olunmasından gedir.
Dövlət ittihamçısının həmin protestində istinad etdiyi AR Cinayət Məcəlləsinin 62‐ci maddəsinə
gəldikdə isə nəzərə almaq lazımdır ki, həmin norma ümumi cəza təyin edilməsindən fərqli olaraq,
Məcəllənin Xüsusi hisəsinin müvafiq maddəsində müəyyən edilmiş həddən də az cəza və ya həmin
maddədə nəzərdə tutulandan – müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsinin, yaxud
təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməməsinin mümkünlüyünü nəzərdə tutur və
məhz bu məsələni tənzimləyir.
Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxararkən Cinayət
Məcəlləsinin 62‐ci maddəsinə istinad etməsi üçün mütləq qaydada, həmin normada nəzərdə
tutulduğu kimi, təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməlini nəzərdə tutan Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş:
1) ‐ya aşağı həddən də az cəza təyin etməli,
2) ‐ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin etməli, 3)‐yaxud da təyin
olunması məcburi olan əlavə cəzanı təyin etməməlidir.
Başqa sözlə, məhkəmə yalnız Cinayət Məcəlləsinin Xüsusi hissəsinin konkret maddəsində müəyyən
edilmiş aşağı həddən də daha az cəza təyin etdikdə və ya maddədə müəyyən ediləndən daha yüngül
cəza növü təyin etdikdə və nəhayət təyin olunması məcburi olan əlavə cəzanı təyin etmədikdə
Cinayət Məcəlləsinin 62‐ci maddəsinə istinad edilməlidir.
Nəsimi Rayon Məhkəməsinin F.Abdullayev barəsində olan 24 avqust 2010‐cu il tarixli hökmdən də
görünür ki, Məhkəmə, həmin hökmlə F.Abdullayev Azərbaycan Respublikası CM‐nin 132‐ci maddəsi
ilə təqsirli bilmiş, eyni zamanda Nəsimi Rayon Məhkəməsinin 31.07.2009‐cu il tarixli hökmü ilə
Azərbaycan Respublikası CM‐nin 322.1‐ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 20
faiz tutulmaqla 1 il müddətinə islah işləri cəzasını çəkib qurtarmadığından və həmin cəzanı çəkdiyi
dövrdə Azərbaycan Respublikası CM‐nin 132‐ci maddəsində nəzərdə tutulan cinayət əməlini
törətdiyindən və onun törətdiyi hər iki cinayət qəsdən törədilən cinayətlər kateqoriyasına aid
olduğundan, onun sonuncu cinayətinin cinayətin residivini yaratması məhkəmə tərəfindən müəyyən