Respublika Uşaq Kitabxanası


 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü, (2012)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə12/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   8   9   10   11   12   13   14   15   ...   146

35 

 

14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü, (2012) 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü (International Book Giving Day) 

–  təqvimdə  ən  gənc  bayramlardandır.  Bu  gün  uşaqlara  kitab  bağışlayan  və  onlarda 

kitaba məhəbbət yaradan bütün insanları birləşdirir.  

Bu bayram 2012-ci ildə özünün meydana gəlməsində ABŞ-da məşhur Delightful 

Children’s  Books  uşaq  kitabı  saytının  yaradıcısı  Emmi  Brodmura  borcludur.  Bu 

ideyanı ona balaca oğlu vermişdir. O, anasından soruşmuşdur ki, niyə insanların bir-

birinə kitab bağışladığı xüsusi gün yoxdur. 

Öncə  Emmi  Brodmur  internet  şəbəkəsində  müxtəlif  insanlara  bu  təşəbbüsə 

qoşulmağı təklif etmişdir. İki il ərzində bu təşəbbüs dünyada dəstək qazanmış və  indi 

də yeni iştirakçılar cəlb etməkdə davam edir. 

Bu  əlamətdar  günün  yayılmasında  məşhur  müəlliflərin,  bloqqerlərin  və  uşaq 

yazıçılarının dəstəyi mühüm rol oynamışdır. Hər il minlərlə həm oxunmuş, həm də 

yeni kitablar dünyanın bütün istiqamətlərinə yola salınır və uşaqlarda kitaba məhəbbət, 

böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.  

 

 



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 


36 

 

17 Fevral – Təmənnasız Xeyirxahlıq Günü 



 

  

 



 

 

 



 

 

 



 

 

 



Hər  il  fevralın  17-də  bütün  dünyada  qeyd  olunan  Təmənnasız  Xeyirxahlıq 

İfadəsi  Günü  (Random  Acts  of  Kindness  Day)  beynəlxalq  xeyriyyə  təşkilatlarının 

təşəbbüsü  ilə  təsis  olunmuşdur.  Bu  bayram  ABŞ-da  yaransa  da,  lakin  bu  gün  artıq 

ümumdünya əhəmiyyətli bayrama çevrilmişdir və vətəndaşlıqdan, milliyyətdən və dini 

inanclardan asılı olmayaraq qeyd olunur.  

Bu bayram daha çox Qərbi Avropa və ABŞ-da məşhurdur. Həmin gün bir çox 

şəhərlərdə ənənəvi olaraq məşhur aktyorların, ictimai və siyasi xadimlərin iştirakı ilə 

xeyriyyə tədbirləri və marafonları keçirilir.  

Əgər  insan  öz  yaxşılığı  müqabilində  təşəkkür  gözləyirsə,  bu  həqiqi  yaxşılıq, 

xeyirxahlıq hesab olunmur. Siz xeyirxahlıq etdiyiniz insanların sevincini görməyi və 

tərifini eşitməyi gözləməməlisiniz. Xeyirxah əməllər özlüyündə sizə zövq verməlidir, 

buna görə tərif gözləməməlisiniz. Əsl xeyirxahlıq budur! 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 



37 

 

21 Fevral – Beynəlxalq Ana Dili Günü, (1999) 



 

“Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir”. 

                                                                               

Ümummilli lider Heydər Əliyev 

“Ey türk oğulları, vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilimizin bir 

sözünü ləl cavahirata dəyişməyin”.

                                    

   

Şah İsmayıl Xətai 

 

 

 



 

 

 



 

Beynəlxalq  Ana  Dili  Günü  YUNESKO-nun  1999-cu  il  noyabr  tarixində 

keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən 

dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.  

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm 

və  ən  güclü  vasitədir.  Hər  bir  insan  öz  ana  dilini  yaxşı  bilməli  və  onu  qorumalıdır. 

Çünki  Ana  dili  insanın  mənəvi  aləminin  zənginləşməsində,  dünyagörüşünün 

genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında 

mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə 

vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan 

yaradır. Dünyada məhv olmaq təklükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər 

il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, 

onunla  qürur  duymaq,  inkişaf  etdirmək  hüququ  olduğunu  bir  daha  xatırladır.  Dil 

ünsiyyət  vasitəsidir,  millətin  simasını  səciyyələndirən  amillərdən    biri,  bəlkə  də 

birincisidir.  O,  hər  hansı  bir  xalqın  varlığının  təzahürü,  onun  milli  sərvəti,  qan 

yaddaşıdır.  Xalqın  taleyi,  onun  mənliyi,  mənəviyyatı  və  mədəniyyəti  olan  dil 

cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. Millətin dilinin dövlət 

statusuna  yüksəlməsi  isə  tarixi  hadisə,  milli  dövlətçilik,  tarixin  qızıl  səhifəsidir.  Bu 

məqam millətin millət olaraq təsdiqidir.  

 

                                          



İnternetdə: 

www.books.google.com 


38 

 

27 Fevral – Beynəlxalq Qütb Ayısı Günü 

 

Hər il fevralın 27-də dünyada Beynəlxalq Qütb Ayısı Günü (International Polar 



Bear Day) qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi ictimaiyyətin onlar 

haqqında  məlumatını  artırmaq  və  bu  heyvanların  qorunmasının  vacibliyini 

vurğulamaqdır. Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul olan ekologiya 

təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər həyata keçirilir.  

Qütb  ayılarının  yoxolma  təhlükəsinin  əsas  səbəblərindən  biri  olan  qütb 

buzlaqlarının  ərinməsidir.  Ağ  ayıların  məhv  olmasının  daha  bir  səbəbi  ətraf  mühiti 

çirkləndirən neft quyularının işlənməsidir.  

Son illərdə əldə olunmuş məlumatlar sübut edir ki, Qütb ayısı təqribən 5 milyon 

il əvvəl təkamülə başlamışdır. Onun əcdadı qonur ayı olmuşdur. Lakin ağ ayı, qonur 

ayıdan fərqli olaraq, uzaq Şimalda, dəniz buzları arasında yaşamağa uyğunlaşmışdır. 

 

İnternetdə: 

www.books.google.com

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə