Respublika Uşaq Kitabxanası


 Yanvar – İngilis şairi C. N. Bayronun (Qordon) 230 illiyi, (1788-1824)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə8/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   4   5   6   7   8   9   10   11   ...   146

23 

 

22 Yanvar – İngilis şairi C. N. Bayronun (Qordon) 230 illiyi, (1788-1824) 



 

     Corc Qordon Noel Bayron 1788-ci il yanvar aynın 22-də 

Londonda yoxsullaşmış bir lord ailəsində anadan olmuşdur. 

Bayron ilk təhsilini zadəgan uşaqlarına məxsus qapalı Harrou 

məktəbində  ala  bilmişdir.  O,  Harrou  məktəbini  bitirdikdən 

sonra 1805-ci ildə Kembric universitetinə daxil olur və 1808-

ci ildə universiteti bitirir. 1807-ci ildə “Asudə saatlar” adlı ilk 

şeir  məcmuəsini,  1809-cu  ildə  isə  mürtəce  romantiklər  və 

burjua  tənqidi  əleyhinə  “İngilis  bardları  və  şotland 

icmalçıları”  satirik  poemasını  nəşr  etdirir.  Elə  həmin  il 

Lordlar palatasının üzvü seçilir. 1809-cu ildə Bayron səyahətə çıxır. O, İspaniyada, 

Malta  adasında,  Yunanıstanda  və  Türkiyədə  olur.  Səyahətdən  qayıtdıqdan  sonra 

“Cayld Harold” poemasının birinci iki mahnısını çap etdirir. İkinci səyahəti zamanı isə 

Bayron İsveçrədə, Venesiyada, bir daha Yunanıstanda və Türkiyədə olmuşdur. Bayron 

ömrünün son günlərini vətənə və yunan xalqının səadəti uğrunda mübarizəyə həsr edir. 

Böyük  şair  1824-cü  il  aprelin  24-də  Yunanıstanda  vəfat  etmişdir.  Bayron  “Çayld 

Haroldun səyahətləri”, “Şərq poemaları”, “Qabil”, “Don Juan”, “Manfred” və sair kimi 

dünya ədəbiyyatı xəzinəsinə daxil olmuş əsərlərin müəllifidir. Yaxın Şərq ölkələrinə 

səyahətdən qayıtdıqdan sonra 1813-1815-ci illər ərzində Bayron bir neçə poema yazır. 

Sonradan bu poemaları ədəbiyyat tarixində “Şərq poemaları” adı ilə məşhur olur. “Şərq 

poemaları”na  aşağıdakı  altı  poema  daxildir:  “Gavur”  (may,  1813)  “Abidos  gəlini” 

(dekabr,  1813),  “Korsar”  (1814-cü  ilin  əvvəlləri),  “Lara”  (avqust,  1814),  “Korinfin 

mühasirəsi”, “Parizina” (1815-ci ilin sonu, 1816-cı ilin əvvəlləri). Bu poemaların süjeti 

gərgin  dramatik  hadisələrlə  başlayıb,  kəskin  faciəvi  sonluqla  bitir.  Bayronun 

qəhrəmanları  cəmiyyətə  qarşı  üsyan  edən  mübariz, lakin  təkbaşına  mübarizə  aparan 

qəhrəmanlardır. Bayron Avropa ədəbiyyatında yeni lirik-romantik tipli poema janrını 

yaratmışdır.  Professor  Əli  Sultanlı  Nizaminin  “Leyli  və  Məcnun”  poemasının 

Avropada ən çox təsirini “Abidos gəlini”ndə görür. Şərq haqqında yazan başqa ingilis 

şairlərindən Bayronun üstünlüyü ondadır ki, o, Şərq adətlərini özünəməxsus bir şəkildə 

vermişdir. Bayronun digər “Şərq poemaları”, – “Korsar”, “Dara” və “Parizana” da öz 

spesifik xüsusiyyətləri ilə seçilən yüksək bədii ilhamla yazılmış əsərlərdir. 

Kitabları: “Gavur”, “Abidos gəlini”, “Lara”, “Parizina” və s. 

 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 

 



24 

 

23 Yanvar – Fransız yazıçısı Anri Stendalın 235 illiyi, (1783-1842) 



 

Fransız  yazıçısı  Anri  Stendal  Qrenoblda  vəkil  ailəsində 

dünyaya  gəlmişdir. Əsl  adı  Mari-Henri  Beyledir. 1814-cü  ildə 

Milana  köçmüşdür.  Stendalın  200-dən  çox  ədəbi  təxəllüsü 

olmuş,  lakin  Stendal  (alman  sənətşünasir  Vinkelmanın 

doğulduğu kiçik  şəhər)  təxəllüsü ilə  məşhurlaşmışdır.  Bir sıra 

əsərləri ölümündən sonra nəşr olunmuşdur. İlk əsərləri musiqiyə 

aid  olmuşdur.  Stendalın  ədəbi  yaradıcılığı  fransız  tənqidi 

realizminin  ilkin  mərhələsidir:  “Roma,  Neapol,  Florensiya” 

(1817), “Məhəbbət haqqında” (1822), “Rasin və Şekspir” (1823-

1825)  və  s.  kitablarında  idealist  estetikaya,  ədəbi  ehkamlara, 

incəsənətin  ictimai  vəzifəsini,  realizmi,  təbiiliyi  və  həyatiliyi  müdafiə  etmişdir. 

Stendalın  romanlarında,  xüsusilə  məşhur  “Qırmızı  və  Qara”  romanında  burja 

cəmiyyətinin  ictimai  və  əxlaqi  çürüklüyü,  Fransa  burja  inqilabından  sonrakı  ictimai 

həyat, mütərəqqi, inqilabi qüvvələrlə irtiça arasındakı mübarizə əksini tapmışdır. Həm 

köhnə  mürtəce  qüvvələrin  nifrəti,  həm  də  yeni  burja  qaydalarının  amansızlığı  ilə 

qarşılaşan  yeksək  təbiətli,  bacarıqlı,  ehtiraslı  gənc  nəsil  bu  mübarizədə  çox  vaxt 

məğlub  olmuşdur.  Romantizm  dövründə  yaşamış  Stendalın  realist  əsərləri  kifayət 

qədər qiymətləndirilməmişdi. Stendalın  əsərləri özündə  ironiyanı, psixoloji və  tarixi 

təsvirləri  birləşdirir.  Xarakterlərin  daxili  psixoloji  vəziyyətini  yaxşı  aça  bildiyi 

üçün realizm nümayəndələrindən biri sayılır. 1830-cu ildə yazılmış “Qırmızı və qara” 

və  1839-cu  ildə  yazılmış  “Parmanın  kartezian  kilsəsi”  romanları  ilə  tanınır.  Stendal 

romanlar  novellalar  müəllifidir.  Bununla  yanaşı  onun  “Napoleonun  həyatı”  adlı 

bioqrafik və avtobioqrafik əsərləri də var. 



Kitabları:  “Məhəbbət  haqqında”,  “Romada  gəzinti”,  “Roma,  Neapol,  Florensiya” 

(1817),  “Məhəbbət  haqqında”  (1822),  “  Rasin  və  Şekspir”  (1823-1825),  “Armans” 

(1827), “Qırmızı və Qara” (1831), “Parma monastrı” (1839),  “Lucyen Leven” (1834-

1836), “Anri Bryuların həyatı” ( 1835), “Xudbinin xatirələri” (1832), “Lamyel” (1839-

1842. bitməmişdir). 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 

 



 

 

 



 


25 

 

İncəsənət 



14 Yanvar – Xalq artisti Tofiq Kazımovun 95 illiyi, (1923-1980) 

 

Tofiq  Kazımov 14  yanvar 1923-cü  il Bakıda doğulub  və 



yeddiillik təhsilini burada  alaraq  teatr  məktəbini  bitirib (1939-

1942). O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. 

Tofiq  Kazımov  1951-1952-ci  illərdə Moskvada ali  rejissorluq 

təhsili  almışdır. Sağlam  yenilik və  müasirlik  ruhuna  malik olan 

Tofiq  Kazımovun  Akademik  Milli  Dram  Teatrında  baş  rejissor 

kimi  Şekspirin  “Hamlet”,  İlyas  Əfəndiyevin  “Sən  həmişə 

mənimləsən”,  “Unuda  bilmirəm”,  “Məhv  olmuş  gündəliklər”, 

Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “Aydın”, 

Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Əbdürrəhim bəy 

Haqverdiyevin  “Pəri  cadu”  və  s.  əsərləri  tamaşaya  hazırlayıb.  Tofiq  Kazımovun 

yaradıcılıq üslubunda dönüş kimi qiymətləndirilən “Sən həmişə mənimləsən” ilə Milli 

Dram  Teatrında  lirik-psixoloji  janrın  bünövrəsi  qoyulub.  Sonralar  “Yalan”  (1965), 

“Ölülər” (1966), “Sənsiz” (1967), “Hamlet” (1968) kimi dolğun tamaşalar Azərbaycan 

səhnəsini  rövnəqləndirib.  Müəyyən  fasilələrlə  bu  sənət  ocağında  Cəfər  Cabbarlının 

“Yaşar”  (1947),  Lope  de  Veqanın  “Rəqs  müəllimi”  (1949),  Əbdürrəhim  bəy 

Haqverdiyevin “Dağılan tifaq” (1950), Nikolay Qoqolun “Müfəttiş”, Karlo Haldoninin 

“Mehmanxana  sahibəsi”  (1952),  Nəcəf  bəy  Vəzirovun  “Yağışdan  çıxdıq,  yağmura 

düşdük” (1955), Mehdi Hüseynin “Alov” (1961), Lev Tolstoyun “Canlı meyit” (1968), 

Hüseyn Cavidin “Xəyyam” (1970) və “İblis” (1983), Səməd Vurğunun “İnsan” (1974), 

Maksim Qorkinin  “Meşşanlar” (1975), Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” 

(1978) əsərlərinə müxtəlif janrlarda səhnə həyatı verib. Azərbaycanda lirik-psixoloji 

teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. 

Tofiq Kazımov 1965-ci ildə “Antoni və Kleopatra” (Uilyam Şekspir) və 1979-cu ildə 

“Şəhərin yay günləri” (Anar) tamaşalarına görə Dövlət mükafatları ilə təltif olunub. 

Tofiq Kazımov 1980-ci il avqust ayının 2-də avtomobil qəzasında həlak olmuş, Bakıda 

ikinci Fəxri xiyabanda dəfn olunmuşdur. 



Filmoqrafiya: Səhər (film, 1960), Üçüncü zəng (film, 2006)  və s. 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə