Respublika Uşaq Kitabxanası


 Yanvar – Gömrük İşçiləri Günü, (1992)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə4/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   2   3   4   5   6   7   8   9   ...   146

11 

 

29 Yanvar – Gömrük İşçiləri Günü, (1992) 



 

Azərbaycan  dövlət  müstəqilliyini  bərpa 

etdikdən  az  sonra  –  1992-ci  il  yanvarın  29-da 

müstəqil gömrük sisteminin əsası qoyuldu.   Gömrük 

dövlət  xəzinəsini  gəlirlə  təmin  edən  ən  mühüm 

dövlət  atributlarından  biridir.  Bu  sistemi  həm  də 

ölkəyə  qeyri-qanuni  yolla  müxtəlif  malların 

gətirilməsinin,  habelə  ölkənin  ən  mühüm  strateji 

sərvətlərinin 

aparılmasının 

qarşısını 

alır. 


Azərbaycanda  gömrük  sisteminin  təşkili  tarixi  çox 

qədimdir. Tarix boyu mövcud olmuş bütün Azərbaycan dövlətlərində gömrük xidməti 

ilə məşğul olan xüsusi təsisatlar fəaliyyət göstərmişlər. Lakin gömrük sisteminin elmi-

hüquqi əsaslarla təşkili ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olmuşdur. 

Azərbaycan  ərazisini  qeyri-qanuni  ticarətdən  və  qaçaqmalçılıqdan  qorumaq 

məqsədilə hökumətin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və 

Şıxlı  kəndlərində,  Poylu  dəmir  yolu stansiyasında  ilk gömrük postları  yaradılmışdı. 

Azərbaycan  hökuməti  gömrük  sisteminin  fəaliyyətə  başlamasını  təmin  edən  sənədi 

1918-ci il avqustun 10-da qəbul etmişdi. 

Azərbaycan  parlamentinin  1918-ci  il  18  avqust  tarixli  qanununa  əsasən 

qaçaqmalçılıqla  mübarizə,  ölkənin  ərazisini  qeyri-qanuni  ticarətdən  qorumaq 

məqsədilə Azərbaycanın sərhədlərində 99 gömrük postu yaradılmışdı və burada 992 

gömrük  işçisi  keşik  çəkirdi.  Aprel  işğalı,  digər  sahələrdə  olduğu  kimi,  gömrük 

sistemində də işlərin başa çatdırılmasına imkan vermədi. 

SSRİ dövründə Azərbaycanda gömrük sistemi mövcud olmamışdır. Bu iş yalnız 

ittifaq  orqanları  tərəfindən  həyata  keçirilirdi.  Azərbaycan  Respublikası  Prezidenti 

Heydər Əliyevin sərəncamı ilə 29 yanvar gömrük işçilərinin peşə bayramı günü elan 

olunmuşdur. 

 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 



12 

 

Ümumdünya Qar Günü, yaxud Beynəlxalq Qış İdman Növləri Günü, (2012) 

2012-ci  ildə  dünyada  daha bir müsbət ənənə yaranmışdır. Həmin ilin qışından 

başlayaraq Beynəlxalq Xizək İdmanı Federasiyasının (FIS) təşəbbüsü ilə bu bayram – 

Ümumdünya  Qar  Günü  (World  Snow  Day)  adlanmışdır.  Onun  başqa  adı  isə  – 

Beynəlxalq  Qış  İdman  Oyunları  Günüdür.  Bayram  hər  il  yanvar  ayının  bazar 

günlərindən birində qeyd olunur. 

Bayramın məqsədi qış idman oyunlarına marağı artırmaq və gəncləri fəal həyat 

tərzinə cəlb etməkdir. FIS-in fikrinə görə, həmin gün “qar festivalları” keçirilməlidir 

və  burada  həm  uşaqlar,  həm  də  böyüklər  xizək  və  konki  yarışlarında  iştirak 

etməlidirlər.   

 

 



İnternetdə : 

www.books.google.com

 

 

 



 

 

 

 

 

 


13 

 

Yubilyar yazıçı və şairlər 



1 Yanvar – Yazıçı Abdulla bəy Divanbəyoğlunun 135 illiyi, (1883-1936) 

Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın              1-

də   Qazax  mahalının   Hüseynbəyli   kəndində  anadan 

olmuşdur.  İbtidai  təhsilini  Qazaxda  aldıqdan  sonra 

Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır 

(1898-1903). 

O, 

bir 


müddət Batum və Bakı ibtidai 

məktəblərində müəllimlik etmişdir. 1905-ci ildə  Bakıda rus-

tatar  məktəblərində,    eləcə  də  “Nəşri-maarif”  və  “Nicat” 

cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində 

yoxsul  balalarına  dərs  demişdir.  Azərbaycan  Xalq  Maarifi 

Komissarlığında  müxtəlif  vəzifələrdə  işləmiş,  eyni  zamanda 

Dövlət arxivinin müdiri olmuşdur (1920-1922). A. Şaiq adına Pedaqoji Texnikumunda 

müdir  müavini  (1927-1930),  Azərbaycan  Dövlət  Sənaye  İnstitutunda  assistent 

vəzifəsində  çalışmışdır  (1930-1935).  O,  bədii  yaradıcılığa  gənc  yaşlarından 

başlamışdır. “Şahzadə və Əbdül” (1902), “Can yanğısı” (1903), “Fəhlə” (1906) və s. 

əsərlərini  qələmə  almışdır.  Rus  dilində  yazdığı  “Şahzadə  və  Əbdül”  əsərini  yazıçı 

Əzizə xanım Cəfərzadə ana dilimizə tərcümə etmişdir (1959). “Duman” (1904), “İlan”, 

“Fəhlə”  (1906),  “Ərdoy  dərəsi”  (1910),  “Məcnunun  Leyliyə  məhəbbəti”  (1910), 

“Cəng” (1910), “Dan ulduzu” (1911) və s. hekayələri, “Parlaq ulduz” (1912) felyetonu 

və  s.  kimi  əsərləri  də  vardır.  Sovet  hakimiyyəti  illərində  Azərbaycan  Dövlət 

Universitetinin  tarix  fakültəsinin  şərq  şöbəsində  təhsilini  davam  etdirmişdir  (1923-

1928). Xalq maarifi sahəsində çalışmış, Azərbaycan Dövlət Arxivinin müdiri olmuşdur 

(1923-1927).  Ömrünün  sonunadək  Azərbaycan  Dövlət  Elmi-Tədqiqat  İnstitutunun 

tarix  və  etnoqrafiya  şöbəsinin  müdiri  işləmişdir  (1930-cu  ildən).  Nasir,  pedaqoq 

Abdulla  bəy  Divanbəyoğlu   1934-cü  ildən Azərbaycan  Yazıçılar  Birliyinin üzvü 

olmuşdur. Azərbaycan tarixinin öyrənilməsində, folklor və etnoqrafiya materiallarının 

toplanması və öyrənilməsində xidmətləri vardır. Dövri mətbuatda məqalələri və elmi-

kütləvi əsərləri dərc olunmuşdur. “Can yanğısı” (1958), “Şahzadə və Əbdül” (1966) 

və “Seçilmiş əsərləri” (1981) kütləvi tirajla nəşr edilmişdir. 1936-cı il yanvarın 6-da 

vəfat etmişdir. 

Kitabları: “Can yanğısı”, “Şahzadə və Əbdül”, “Seçilmiş əsərləri” və s. 

İnternetdə: Abdulla bəy Divanbəyoğlunun bioqrafiyası www.adam.az 

 



Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə