Respublika Uşaq Kitabxanası


  Yanvar – Ümumxalq Hüzn Günü, (1990)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə3/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   2   3   4   5   6   7   8   9   ...   146

 

20  Yanvar – Ümumxalq Hüzn Günü, (1990)

  

 

 

“Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il 



bu  gün  qeyd  olunmalıdır.  Azadlıq,  müstəqillik  uğrunda  özlərini  qurban  verən 

şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm 

ki,  bugünkü  müstəqil,  qüdrətli  Azərbaycan  xalqımızın  ən  böyük  sərvətidir. 

Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. 

Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.            

                                                                                                   

İlham Əliyev,

 

        Azərbaycan Respublikasının Prezidenti 

20 Yanvar faciəsi  1990-cı il yanvarın 19-dan 20-

nə  keçən  gecə sovet  ordusunun  erməni  quldur 

dəstələri  ilə  birgə Azərbaycan  xalqına  qarşı  həyata 

keçirdiyi  terror  aktıdır.

 

Yanvarın  19-dan  20-nə 



keçən  gecə,  əvvəlcədən  fövqəladə  vəziyyət  elan 

edilmədən,  sovet  ordusu  Azərbaycana  qarşı 

hərbi 

əməliyyatlara  başlayıb.  Faciə  zamanı  137  insan 



öldürülüb, 744  nəfər ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz həbs edilib. 17 yanvar 

1992-ci  ildə  Ali  Sovetin  Milli  Şurası  (1991-1992-ci  illərdə    qanunverici  orqan 

funksiyasını  yerinə  yetirən  orqan)  “20  Yanvarın  Şəhidlər  Günü  elan  olunması 

haqqında” qanun qəbul edib. Qanuna  əsasən yanvarın 20-si ölkə ərazisində qeyri-iş 

günü elan olunub. 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam  siyasi-hüquqi qiymət 

verilib, faciənin  günahkarlarının adları açıqlanıb. Ölkəmizə qarşı ərazi iddiaları irəli 

sürən Ermənistanın  təcavüzkar  hərəkətlərindən  və  keçmiş SSRİ rəhbərliyinin  onlara 

havadarlığından hiddətlənən,  küçələrə və  meydanlara çıxaraq qəti etirazını bildirən 

xalq kütlələrinə qarşı Azərbaycan ərazisinə ordu hissələrinin yeridilməsi 1990-cı ilin 

20  yanvarında  misli  görünməmiş  faciəyə  gətirib  çıxardı.  Həmin  faciəli  günlərdə  öz 

ölkəsinin,  xalqının  azadlığını,  şərəf  və  ləyaqətini  hər  şeydən  uca  tutan  mərd  vətən 

övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar. 

 

Kitablar:  R.Səməndər  “Şəhidlər”  (1990),  V.Babanlı  “Hoydu,  dəlilərim,  hoydu!”  

(1993), M.Ələkbərli  “Ağlama şəhidlərə” (2002), Hidayət “Azərbaycan harayı” (2002),  

N.Kəsəmənli    “20  Yanvar  ;  Qar  yağır  Şəhidlər  xiyabanına”  (2002),    Qabil  “Çalsın 

Azərbaycan  haray  zəngini”  (2002),    B.Vahabzadə    “Şəhidlər”  (2002),    B.Eyyubova 

“20 Yanvar” (2003), A.Kamal “Şəhidlər xiyabanı” (2003), N.Əyyub  “Qanlı Yanvar” 

(2004),  M.Gülgün  “Şəhid  balaları”,  O.Hacıyeva  “Şəhidliyə  qovuşaq”  (2004), 

Y.Hüseyn “Şəhidlər” (2004), İ.Allahverdiyev  “Şəhidlər xiyabanı” (2005),  M.Aslan 

“Ağla, qərənfil, ağla” (2006), Aslan M. “Məzarsız şəhidə ağı” (2006),  R.Buzovnalı  

“Şəhidlər” (2007),  Z.Dəmirçi   “20 Yanvar” (2008) və s. Filmoqrafiya:  “Azadlığa 

gedən  yollar”(1990),  “20  yanvar”  (1990),  “Matəm”  (1990)  və  s. 



İnternetdə: 

www.az.wikipedia.orq;  

www.books.google.com

 



 

 21 Yanvar – Beynəlxalq Qucaqlaşma Günü, (1986) 

 

Yanvarın  21-də  bütün  dünyada  ən  qeyri-adi  bayramlardan  biri  –  Beynəlxalq 



Qucaqlaşma Günü qeyd olunur (İnternational Hug Day). Bu bayramın əsası 1986-cı 

ildə  ABŞ-da  qoyulmuş,  sonradan  bütün  dünyada  yayılmışdır.  Bayramın  ənənəsinə 

görə həmin gün hətta tanımadığın insanlarla belə dostcasına qucaqlaşa bilərsən.  

Bu bayramın çox gənc olmasına baxmayaraq, onun müəllifinin kimliyi və nə 

üçün məhz bu günü seçməsi müəyyənləşdirilməyib. Belə hesab olunur ki, bayramın 

təşəbbüskarı tələbələr olmuşlar.  

Son illərdə gənclər bu bayramı geniş qeyd edirlər. Bayramın tərəfdarları hesab 

edirlər  ki, insanlar  qucaqlaşan  zaman  bir-birlərinə  müsbət  enerjilərini,    qəlblərindən 

gələn istiliyi ötürürlər. 

Psixoloqlar belə hesab edirlər ki, sizi qucaqlamaq istəyən insanlar təhlükəsizlik, 

komfort və sevgi hisslərini yaşamaq istəyirlər. Qucaqlaşma bizi bütün ömrümüz boyu 

müşayiət edir. Biz görüşdüyümüz zaman və ya uzun ayrılıqdan sonra doğmalarımızı 

və dostlarımızı qucaqlayırıq, öz sevincimizi və minnətdarlığımızı bildirmək istəyərkən 

də qucaqlaşırıq. Bu bayram heç bir maddi xərcə səbəb olmur. Siz sevdiklərinizi yalnız 

qəlbinizin hərarəti ilə, ürəkdən qucaqlaşaraq, sevginizi ifadə edərək təbrik edirsiniz, 

mükafatlandırırsınız.  

 

İnternetdə: 

www.books.google.com

 

 

 

 

 

 



10 

 

23 Yanvar – Əl Yazısı (xətt) Günü  

Dövrümüzdə  kompüterlərin,  elektron 

poçtların, elektron bloknotların, SMS-lərin və 

digər  sürətli  ünsiyyət  vasitələrinin  ildən-ilə 

populyarlıq  qazanması  müasir  insanı  öz 

fikirlərini  əli  ilə  yazaraq  ifadə  etməkdən 

uzaqlaşdırır. Bəlkə də, yaxın gələcəkdə əl ilə 

yazılmış  məktub  və  ya  açıqca  arzu  olunan 

hədiyyə olacaq. 

Hər  il  yanvarın  23-ü  Xətt  Günü  və  ya 

daha  gözəl  deyimlə,  Əl  Yazısı  Günü  (National  Handwriting  Day)  qeyd  olunur.  Bu 

günün  qeyd  olunmasında  əsas  məqsəd  insanlara  əl  yazısının  unikallığını,  hər  bir 

insanın  əl  yazısının  özünəməxsusluğunu,  əl  ilə  yazı  yazmağın  vacibliyini 

xatırlatmaqdır.  

Bu bayramın qeyd olunması ABŞ-ın WIMA təşkilatı tərəfindən təklif olunub. 

WIMA ABŞ-ın yazı ləvazimatları istehsalçılarının assosiasiyasıdır. Təşkilatın məqsədi 

əl  yazısının  dəyərini  xatırlatmaq  və  onun  populyarlığını  artırmaq  olmuşdur.  Bu 

məqsədlə qeyd olunacaq bayramın tarixi ABŞ-ın məşhur dövlət xadimi Con Xenkokun 

anadan  olduğu  gün  seçilmişdir.  C.Xenkok  ABŞ-ın  Müstəqillik  Bəyannaməsinə  ilk 

imza atan şəxs olmuşdur.  

Çində, Yaponiyada  və  bir  çox  digər  Asiya  ölkələrində  gözəl  yazmaq  bacarığı 

incəsənət  hesab  olunur  və  bu  gün  hətta  kalliqrafiya  ustaları  çox  yüksək 

qiymətləndirilir.  Başqa  ölkələrdə  gözəl  əl  yazısı  çox  yüksək  qiymətləndirilməsə  də, 

yaxşı xətt, gözəl əl yazısı hər yerdə hörmətə layiq görülür. Odur ki, belə bir bayramın 

qeyd olunması çox mənalıdır.  



 

İnternetdə: 

www.books.google.com

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə