Respublika Uşaq Kitabxanası


 Yanvar – Şair, tərcüməçi Ələsgər Əlioğlunun 65 illiyi, (1953)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə6/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   2   3   4   5   6   7   8   9   ...   146

17 

 

19 Yanvar – Şair, tərcüməçi Ələsgər Əlioğlunun 65 illiyi, (1953) 

 

 

 



 

 

 



 

          Ələsgər Əlioğlu 1953-cü il yanvarın 19-da Azərbaycanın Goranboy rayonunun 

Xanqərvənd kəndində anadan olmuşdur. Burada kənd orta məktəbində təhsil almışdır 

(1959-1969).  H.Zərdabi  adına  Gəncə  Dövlət  Pedaqoji  İnstitutunun  dil-ədəbiyyat 

fakültəsində  təhsilini  davam  etdirmişdir  (1970-1974).  Kəlbəcər  qəsəbə  orta 

məktəbində  müəllim  (1974-1976),  Goranboy  rayonundakı  Yeniyol  səkkizillik 

məktəbində  qrup  tərbiyəçisi,  kənd  orta  məktəbində  isə  dil-ədəbiyyat  müəllimi 

vəzifəsində çalışmışdır (1997-2001). “Əli Nəzmi” ədəbi birliyinə rəhbərlik edir. Ədəbi 

aləmə  70-ci  illərdə  dövri  mətbuatda  çap  etdirdiyi  uşaq  şeirləri  ilə  daxil  olmuşdur. 

Bundan sonra əsərləri “Azərbaycan”, “Pioner”, “Göyərçin” jurnallarında vaxtaşırı çap 

olunur. “Goranboyun söz dünyası” kitabını tərtib edib nəşr etdirmişdir. 

Kitabları: “Xortumsuz fil” (1982), “Şəhərin yoluna çıxdım” (1983), “Yeraltı keçid” 

(1987),  “Dəryada  qəmim  qaldı”  (1989),  “Haraylar...Cənglər...”  (1996),  “Vətən 

ağrıları” (1996), “Kapitan kəpənək” (2002), “Sinəsində şir gəzdirən oğlan” (2002) və 

s. 


 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 



 

 

 

 


18 

 

19  Yanvar  –  Azərbaycanın  ilk  maarifçi  qadınlarından  biri  Həmidə  xanım 



Məmmədquluzadənin 145 illiyi, (1873-1955) 

Həmidə  xanım  Məmmədquluzadə 1873-cü  ildə Şuşa 

qəzasının Kəhrizli kəndində  dövrünün  görkəmli  maarifçi 

ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmiş, Cəlil 

Məmmədquluzadənin 

həyat 


yoldaşı  olmuşdur.  Ailə 

məktəbində  təhsil  alan  Həmidə  xanım  hələ  yeniyetmə 

illərində  rus  dilini  səlis  qavrayaraq,  o  dövrün  kənd  qızları 

üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə 

malik  olmuşdu.  İlk  həyat  yoldaşı  zadəgan  nəslindən  olan 

podpolkovnik  İbrahim  bəy  Davatdarov  cəbhədə  həlak 

olandan  və  atasını  itirəndən  sonra  Həmidə  xanım  Cavanşir  Kəhrizlidə  ata  mülkünü 

idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadə ilə iki 

il sonra ailə həyatı qurmuşdur. Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, 

Mirzə  Cəlilə  vəfalı  və  fədakar  ömür-gün  yoldaşı  olmaqla  yanaşı,  həm  də  ustad 

sənətkarın  ən  yaxın  maarifçi  silahdaşı,  ziyalı  həmdəmi,  “Molla  Nəsrəddin”in  isə 

xeyirxah  himayədarı  olmuşdu.  Tarix  Həmidə  xanım  Məmmədquluzadəni  böyük 

xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, 

cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını 

həll  edən  bu  xanım  həm  də  o  dövrün  yardıma  ehtiyacı  olan  ziyalılarının  da 

problemlərini  həll  etmişdir.  Ciddi  xəstəliyi  olan  Mirzə  Ələkbər  Sabir  məhz  Həmidə 

xanımın  məsləhəti  ilə  Mirzə  Cəlil  tərəfindən  Tiflisə  müalicə  üçün  dəvət  almışdır. 

Həmidə  xanım  1912-ci  ildən  Kəhrizlidə  öz  vəsaiti  hesabına  məktəb  açmış  və  orada 

dərs demişdir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal 

mövqe  tutan  Həmidə  xanım  Yazıçılar  İttifaqına  üzv  seçilmiş,  ömür-gün  yoldaşının 

əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük 

ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Məmmədquluzadə 

Fəxri  Xiyabanda  Mirzə  Cəlilin  məzarı  yanında  dəfn  olunmuşdur.  2005-ci  ildən 

etibarən Ağcabədinin Kəhrizli  kəndində  Həmidə  xanım  Məmmədquluzadənin  ev 

muzeyi fəaliyyət göstərir. Muzeydə 210 eksponat sərgilənir. 

Kitabları: “Mirzə Cəlil haqqında xatirələrim” (1967) və s. 

 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 


19 

 

20 Yanvar – Yazıçı, şair, etnoqraf Teymur Bünyadovun 90 illiyi, (1928) 



 

Teymur  Bünyadov  1928-ci  il  yanvarın  20-də  Qazax 

bölgəsinin  II  Şıxlı  kəndində  dünyaya  göz  açıb.  T.Bünyadov  orta 

məktəbi  qızıl  medalla  bitirmiş,  1946-1951-ci  illərdə  Azərbaycan 

Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 1968-ci ildə 

o,    “Azərbaycanın    qədim    və    Orta    əsrlərdə    təsərrüfat    həyatı” 

mövzusunda doktorluq dissertasiyası  müdafiə  edərək,  arxeologiya 

və  etnoqrafiya  elmləri  sahəsində  respublikada  ilk  tarix  elmləri 

doktoru  alimlik  dərəcəsi  almış,  1970-ci  ildə  isə  professor  adına  layiq  görülmüşdür. 

Taleyini elmə bağlayan bu zəhmətkeş alim 1989-cu ildə Azərbaycan EA-nın müxbir 

üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. Azərbaycan arxeologiya və 

etnoqrafiya  elminə  aid  29  monoqrafiyanın,  1000-ə  yaxın  məqalənin  müəllifi  olan 

akademik  T.Bünyadovun  əsərləri  təkcə  respublikamızda  deyil,  onun  hüdudlarından 

uzaqlarda – Türkiyə, İran, Rusiya, Ukrayna, Norveç kimi ölkələrdə də çap edilmişdir. 

İctimai elmlər sahəsində mühüm hadisə sayılan və 2007-ci ildə böyük tirajla ilk dəfə 

çap edilən üçcildlik “Azərbaycan etnoqrafiyası” fundamental əsərinin təşkilatçısı, baş 

redaktoru  və  böyük  hissəsinin  müəllifi  T.Bünyadovdur.  Görkəmli  alimin  son  dövr 

fəaliyyəti  də  çox  maraqlıdır;  onun  bilavasitə  rəhbərliyi  ilə  ümummilli  lider  Heydər 

Əliyevin  90  illiyinə  həsr  olunmuş  üçcildlik  “Qəbələnin  tarixi”,  “Qəbələnin 

etnoqrafiyası” və “Qəbələ folkloru” kitabları yazılaraq çapa hazırlanmış, rus və ingilis 

dillərinə  tərcümə  edilmişdir.  Akademik  T.Ə.Bünyadov  təkcə  tarixçi-etnoqraf  alim 

deyil, həm də folklorşünas, nasir və şairdir. Onun 1991-ci ildə yüksək tirajla nəşr edilən 

“Göz yaşları” romanı, “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı 

dağlar”  adlı  üçcildlik  bayatı  kitabları  oxucuların  böyük  sevgisi  ilə  qarşılanmışdır. 

T.Bünyadov  həm  də  ictimai-siyasi  xadimdir.  Elmi,  pedaqoji  və  ictimai-siyasi 

fəaliyyətinin  nəticəsi  olaraq  akademik  T.Bünyadov  2005-ci  ildə  Azərbaycan 

Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş, 

2008-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq 

görülmüşdür.  

Kitabları:  “Ana  Kürüm”  (1979),  “Qızıl  Qaya”  (1984),  “Göz  yaşları”  (1991), 

“Əsrlərdən gələn səslər” (1993), “Cavanşir” ((1993) və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə