Respublika Uşaq Kitabxanası


Milli Qəhrəmanlar Zirvəsi



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə9/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   5   6   7   8   9   10   11   12   ...   146

26 

 

Milli Qəhrəmanlar Zirvəsi 



1 Yanvar – Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Mübariz Əlizadə oğlunun 

55 illiyi, (1963-1992) 

 

Azərbaycanın  Milli  Qəhrəmanı  Əhmədov  Mübariz 



Əlizadə  oğlu  1  yanvar  1963-cü  ildə  Sabirabad  rayonunun 

Qaratəpə  kəndində  dünyaya  göz  açıb.  1969-cu  ildə  burada 

beynəlmiləl orta məktəbə getmişdir. 1977-ci ildə səkkizinci sinfi 

bitirərək, Sankt-Peterburq Kino Texnikumuna daxil olur. Lakin 

buradakı  iqlim  şəraitinə  uyğunlaşa  bilmədiyindən  doğma 

kəndinə  qayıdır  və  təhsilini  davam  etdirir.  1980-ci  ildə  M.  F. 

Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (Slavyan 

Universiteti)  imtahan  verir.  O,  üçünçü  kursda  oxuyarkən  ordu 

sıralarına  çağırılır.  1985-ci  ildə  ordudan  tərxis  olunduqdan  sonra  yenidən  təhsilini 

davam etdirir.  

O,  1988-ci  ildən  başlayaraq  respublikamızda  gedən  ictimai-siyasi  hadisələrə 

biganə 


qalmır, 

meydan 


hərəkatının 

fəal 


iştrakçılarından 

biri 


olur. 

1989-cu  il...  Erməni  silahlı  birləşmələri  Azərbaycana  qarşı  elan  olunmamış 

müharibəyə  başlayır.  Mübariz  özünümüdafiə  batalyonunda  könüllü  yazılır  və 

Qarabağın  müdafiəsinə  qoşulur.  O,  Ağdam  rayonundakı  hərbi  hissənin  bölük 

komandiri kimi ilk döyüşə atılır. Sonra Dovşanlı, Xramort, Naxçıvanik, Kətik, Dəhraz, 

Abdal-Gülablı, 

Xanabad 

və 


Şuşa 

uğrunda 


gedən 

döyüşlər... 

O,  mərdliklə  vuruşurdu,  öz  rəşadətilə  ad-san  qazanmışdı.  1991-ci  ildə  Müdafiə 

Nazirliyi ona Türkiyə Respublikasında hərbi təhsil almağı tövsiyə edir. Lakin Mübariz 

döyüşlərdə iştirak etməyi daha üstün tutur.  

Ağdam    rayonunun    Abdal-Gülablı  kəndi...  1992-ci  ilin  24  sentyabr...  Son 

döyüş...  Həmin  gün  kənd  erməni  işqalçılarından  azad  edilməli  idi.  Düşmən  gecə 

yarıdan başlayaraq kəndi ağır silahlarla atəşə tutur. Döyüşçülərimiz qələbə əzmi ilə 

əks-hücuma keçirlər. Qəflətən yaxınlıqda mərmi partlayır. Mübariz ağır yaralanır. Onu 

döyüş ərazisindən uzaqlaşdırırlar. Lakin göstərilən yardımlar nəticə vermir. O, şəhidlik 

zirvəsinə  ucalır.  O,  Sabirabad  rayonunun  Qaratəpə  kəndində  Şəhidlər  Xiyabanında 

dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur. 



Azərbaycan  Respublikası  Prezidentinin  16  sentyabr  1994-cü  il  tarixli  203  saylı 

fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” adı verilmişdir. 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 


27 

 

10 Yanvar – Azərbaycanın Milli Qəhrəmanı Qasımov Muxtar Cahid oğlunun 60 



illiyi, (1958-1992) 

 

Qasımov  Muxtar  Cahid  oğlu  10  yanvar 1958-ci  ildə Beyləqan  rayonunun 

Kəbirli  kəndində dünyaya  göz açmışdır. Ağdam şəhər 5 saylı məktəbi  1974-cü ildə  

bitirmişdir.  Elə  həmin  il Nəriman  Nərimanov  adına  Azərbaycan  Dövlət  Tibb 

İnstitutuna daxil  olmuşdur.  Tibb  təhsilin  başa  vurduqdan  sonra  işləmək  üçün 

təyinatla Xankəndinə  yola  düşmüşdür.  Orada  işləyərkən  ermənilər  arasında 

separatizmin,  millətçi  ünsürlərin  təbliğinin  şahidi  olmuşdur.  Müxtəlif  təzyiqlərə 

baxmayaraq işinə davam etmiş, milliyətindən asılı olmayaraq insanlara tibbi yardım 

göstərmişdir. 1988-ci  ildə  vəziyyət  nəzarətdən  çıxandan,  kiçik  qarşıdurmalar  baş 

verəndən sonra Ağdama qayıdıb həkim kimi hospitalda çalışmışdır. 

Ağdamda gedən  bütün  döyüşlərdə  yaralıları  xilas  etmək  üçün  qəhrəmanlıq 

göstərmişdir. Xocalı faciəsindən sonra isə həyatını tamamilə cəbhəyə bağlayır. 1992-

ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda 

gedən döyüşlərdə həkim olaraq öz bilik və bacarığını nümayiş etdirir. 16 iyun 1992-ci 

ildə Naxçıvanlı kəndi  uğrunda  gedən  döyüşlərdə  xidməti  borcunu  yerinə  yetirərkən 

həlak olmuşdur.

 

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. 



         Rejissor Rəşad Qasımov Milli Qəhrəman Muxtar Qasımovdan bəhs edən “Vətən 

sevgisi” adlı sənədli film çəkmişdir.  

 

Azərbaycan  Respublikası  Prezidentinin  5  fevral  1993-cü  il  tarixli  457  saylı 

fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra “Azərbaycanın Milli 

Qəhrəmanı” adına layiq görülmüşdür. 

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 



28 

 

10 Yanvar – Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Eldar Harun oğlunun 



50 illiyi, (1968-1993) 

 

     Məmmədov Eldar Harun oğlu 10 yanvar 1968-ci ildə Bakı 



şəhərində dünyaya göz açmışdır. 1974-cü ildə Bakıda 189 saylı 

orta  məktəbin  birinci  sinfinə  getmiş,  1982-ci  ildə  həmin 

məktəbin  səkkizinci  sinfini  bitirmişdir.  O,  uşaqlıqdan  hərbiçi 

olmaq arzusu ilə yaşayırdı. Bu arzu ilə də o, 1982-85-ci illərdə 

C.Naxçıvanski adına Hərbi Məktəbdə oxumuşdur.  

     Sonra  hərbi  biliyini  artırmaq  üçün  1985-1989-cu  illərdə 

Riqadakı  Qırmızıbayraqlı  Ali  Hərbi-Siyasi  Məktəbdə  təhsil 

almışdır.  Ali  məktəbi  bitirdikdən  sonra  SSRİ  Silahlı 

Qüvvələrində  qulluq  etmişdir.  Gənc  leytenant  E.Məmmədov,  erməni  işğalçıları 

Azərbaycana hücuma başlayanda, raport yazaraq Vətənə qayıdır. O, yenicə yaradılan 

Sərhəd  Qoşunlarında  xidmətə  başlayır.  Özünü  bacarıqlı  və  peşəkar  zabit  kimi 

göstərdiyinə görə ona baş leytenant rütbəsi verilir. O, 1993-cü ildə Sərhəd Qoşunları 

İdarəsinin  könüllülərdən  ibarət  batalyonu  tərkibində  Ağdərə  istiqamətində  gedən 

döyüşlərin  iştirakçısı  olur.  Ağdərədə  mərdliklə  vuruşan  E.Məmmədov  Mehmanə 

kəndinin müdafiəsi zamanı düşmənə ağır zərbələr vurmuşdur. 1993-cü il fevral ayının 

24-də  Kasapet  kəndi  yaxınlığındakı  yüksəkliyin  müdafiəsində  də  cəsur  döyüşçü 

düşmənə  ağır  zərbələr  endirmişdir.  Həmin  gün  azğınlaşmış  erməni  quldurları  bu 

yüksəkliyi  ələ  keçirmək  üçün  güclü  hücuma  keçdilər.  Eldar  yüksək  döyüş  bacarığı 

göstərərək, düşmən hücumlarının qarşısını ala bildi. Ancaq çox keçmədi ki, düşmən 

qüvvə  toplayaraq  yüksəkliyi  almaq  üçün  yenidən  hücuma  keçdi.  Baş  leytenant 

vəziyyəti düzgün qiymətləndirərək, düşmənin istiqamətini özünə cəlb etdi. Ağır yaralı 

olmasına baxmayaraq, erməni quldurlarının əsas qüvvələrimizin arxasına keçməsinə 

imkan  vermədi.  Bu  qeyri-bərabər  döyüşdə  Eldar  Məmmədov  əsl  igidlik  nümunəsi 

göstərərək, düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Bu onun son döyüşü idi. 



Azərbaycan  Respublikası  Prezidentinin  11  dekabr  1994-cü  il  tarixli  247  saylı 

fərmanı  ilə  baş  leytenant  Məmmədov  Eldar  Harun  oğluna  ölümündən  sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 

 

 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə