Respublika Uşaq Kitabxanası


 Fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü, (2005)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə11/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   7   8   9   10   11   12   13   14   ...   146

32 

 

4 Fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü, (2005) 

   Ümumdünya Xərçənglə Mübarizə Günü 2005-ci ildə 

Xərçəng 


Əleyhinə  Beynəlxalq  İttifaq  (UİCC) 

tərəfindən  təsis  edilmişdir.  Əsas  məqsəd  dünya 

ölkələrinin  diqqətini  bu  qlobal  problemə  yönəltmək, 

onun  nə  dərəcədə  təhlükəli  olduğunu  və  mübarizənin 

yalnız  birlikdə  aparıldıqda  səmərə  verdiyini  bir  daha 

dünya ictimaiyyətinə xatırlatmaqdır. Əsas məqsəd ayrı-

ayrı fərdlərin, təşkilat və hökümətlərin birgə fəaliyyəti ilə 2025-ci ilə qədər xərçəng və 

digər  qeyri-infeksion  xəstəliklər  nəticəsində  vaxtından  əvvəl  ölüm  hallarının  sayını 

25% azaltmağın mümkünlüyünü göstərməkdir. Dünyada xərçəng xəstəliyindən hər il 

7 milyondan çox insan həyatını itirir. Hazırda bu diaqnozla 20 milyon insan yaşayır. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2030-cu ildə onkoloji xəstələrin 

sayı iki dəfə artacaq.  



İnternetdə: 

www.books.google.com 

7 Fevral – Beynəlxalq Təhlükəsiz İnternet Günü, (2004) 

     Beynəlxalq  Təhlükəsiz  İnternet  Günü  (İnternational  Safer 

Internet  Day)  Avropa  Komissiyasının  qərarı  ilə  2004-cü  ildə 

təsis edilib. Bu əlamətdar hadisə dünyanın 60-dan çox ölkəsində 

müxtəlif  şüarlar  altında  (“İnternet  və  uşaqlar”,  “Qlobal 

şəbəkədə  kibercinayət:  qanunsuz  kontentlərdən  müdafiə”, 

“İnternet  adi  bir  oyun  vasitəsi  deyil,  İnternet  bizim 

həyatımızdır”  və  s.)  qeyd  olunur.  Tədbirlər  qeyri-hökümət 

təşkilatı  olan  INSAFE  (European  Safer  Internet  Network  – 

Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) tərəfindən koordinasiya edilir.  

     INSAFE – Avropa Komissiyasının iştirakı ilə yaradılan milli təşkilatlar şəbəkəsidir. 

Təşkilatın əsas missiyası təhlükəsiz interneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri 

qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri 

aparmaqdır.  Ənənəvi  olaraq  hər  il  fevral  ayının  ikinci  həftəsinin  çərşənbə  axşamı 

günündə təşkil edilən və bu il “Təhlükəsiz rəqəmsal texnologiyalar dünyasını birlikdə 

kəşf  edin”  şüarı  ilə  keçirilən  müxtəlif  səpkili  tədbirlərdə  –  “Təhlükəsiz  internet-

mədəniyyət:  uşaq  və  yeniyetmələr  üçün  pozitiv  və  təhlükəsiz  İnternet”,  “Təhsil  və 

informasiya  təhlükəsizliyi”,  “Təhlükəsiz  internetin  yaradılmasında  peşəkar 

cəmiyyətlərin  rolu”,  “İnternetdə  neqativ  kontentdən  texniki  müdafiə  metodları”, 

“İnternet  məhdud  fiziki  imkanlı  insanlar  üçün”,  “İnternet  nəsilləri  birləşdirir  və 

insanları maarifləndirir” və s. mövzularda məruzələr dinlənilir, müzakirələr aparılır, 

müxtəlif  fikirlər  səsləndirilərək  təklif  və  tövsiyələr  verilir.           



İnternetdə: 

www.books.google.com 


33 

 

8 Fevral – Beynəlxalq nənələr və babalar günü, (2008) 



 

 

Bir  çox  Avropa  ölkələrində  "Nənələr  və  babalar"  günü  qeyd  olunur.  Fransada 



martın ilk bazar günü, İtaliyada oktyabrın ilk bazar günü, Estoniyada sentyabrın ikinci 

bazar günü, Polşada  isə  ayrıca  nənələr  günü  (21  yanvar)  və  babalar  günü  

(22 yanvar) qeyd olunur. 2008-ci ildən 8 fevral günü Beynəlxalq nənələr və babalar 

günü kimi qəbul olunub və bu təşəbbüsü həm YUNESKO, həm də Avropa Birliyinin 

mədəniyyət üzrə komissiyaları dəstəkləyib. Həmin gün yaşından asılı olmayaraq nənə 

və babası olan hər kəs onların ziyarətinə gedir. 

Azərbaycanın  Ahıl  Ziyalılara  Qayğı  İctimai  Birliyinin  rəhbəri  Nəsrulla 

Nurullayev  isə  bildirib  ki,  Azərbaycan  xalqının  mentalitetinə  uyğun  olaraq  yaşlı 

insanlara  qayğı  göstərməyi  cavan  nəsil  hər  zaman  özünə  borc  bilir  və  "Nənələr  və 

babalar" gününün təsis olunması bunun bir daha sübutu ola bilər. Onun sözlərinə görə, 

bütün dünyada olduğu kimi, Azərbaycanda da oktyabrın 1-i Beynəlxalq ahıllar günü 

kimi qeyd olunur, lakin nənə və baba olan insanlar üçün ayrıca bir gün qeyd etmək 

cavan nəslin onlara qarşı münasibətini daha da yaxşılaşdıracaq. 

 

 



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 


34 

 

14 Fevral – Azərbaycan Hərbi Hava Qüvvələri Günü, (1992) 



 

Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov 

olub.  O,  Birinci  Dünya  Müharibəsində  almanlara  qarşı 

keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki 

Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub. 

1992-ci  ildən  Azərbaycanda  Hərbi  Hava  Qüvvələri  ilə 

(HHQ  ilə)  bağlı  islahatlar  dövrü  başlanıb.  Həmin  il  bu 

qurumun  strukturu  milliləşdirilib.  General-mayor  Rail 

Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra Hərbi Hava Qüvvələri Hava 

Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail 

Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və 

HHMQ)  komandanı  kimi  fəaliyyətini  davam  etdirib.  Atəşkəs  müqaviləsi 

imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz 

HHQ və HHMQ təşkil edib. Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri 

yüksək  relyefə  malikdir  və  bu  əraziləri  işğaldan  qurtarmaq  işində  qırıcıların,  hərbi 

təyyarələrin  və  hava  hədəflərini  vuracaq  texnikaların  əvəzi  yoxdur.  1997-ci  ildə 

Azərbaycanın  Ali  Hərbi  Təyyarəçilik  Məktəbi  ilk  milli  hərbi  təyyarəçilərimizin 

buraxılışına  başlayıb.  Beləliklə,  2005-ci  ildən  Azərbaycanda  müdafiəyə  ayrılmış 

vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib.  

Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə 

Əməliyyat  Planı  (İPAP)  çərçivəsində  H.  Z.  Tağıyev  qəsəbəsindəki  hərbi  aerodrom 

modernləşdirilib. Eyni zamanda hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin 

etmək  məqsədilə  xüsusi  avadanlıqlar  quraşdırılıb,  texniki  təminat  binaları  yenidən 

tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşüt-desant xidməti və əyləc 

paraşütlərinin yığılması binalarının inşasına başlanılıb. 

  

Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş 



pilotlar  sayılır.  Pilotlarımız,  əsasən,  Ali  Hərbi  Təyyarəçilik  Məktəbində  hazırlanır, 

Türkiyə,  Ukrayna,  ABŞ  və  digər  ölkələrin  müvafiq  ixtisasartırma  kurslarında  və 

təlimlərdə iştirak edirlər. 

1992-ci ilin sentyabrında verilən fərmana əsasən 14 fevral – Azərbaycan Hərbi 

Hava Qüvvələri Günü kimi qeyd olunur.  

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 



Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə