Respublika Uşaq Kitabxanası


 Yanvar – Şair Eldar İbrahimin 65 illiyi, (1953)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə7/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   2   3   4   5   6   7   8   9   10   ...   146

20 

 

23 Yanvar – Şair Eldar İbrahimin 65 illiyi, (1953) 

 

 

 



 

 

 



 

Məmmədov  Eldar  İbrahim  oğlu  1953-cü  il  yanvarın  23-də  Azərbaycanın 

Cəbrayıl rayonunun  Daşkəsən kəndindən anadan olmuşdur. 182 saylı Binəqədi qəsəbə 

orta məktəbində təhsil almışdır. APİ-nin dil və ədəbiyyat fakültəsində təhsilini davam 

etdirmişdir (1970-1974).  

Əmək  fəaliyyətinə  təyinatla  göndərildiyi  Tərtər  şəhərindəki  39  saylı  texniki-

peşə  məktəbində  müəllim  kimi  başlamışdır.  “Ədəbiyyat  və  incəsənət”  qəzeti 

redaksiyasında  korrektor,  müxbir  (1975-1979),  “Elm,  publisistika,  məktublar” 

şöbəsində ədəbi işçi (1979-1992) vəzifələrində çalışmışdır. “Qızılbaş” qəzetində baş 

redaktor olmuşdur (1993). 

“Bakımızdasan” adlı ilk şeiri 1966-cı ildə “Azərbaycan pioneri” qəzetində  dərc 

edilmişdir. “Çinar pöhrələri”, “Yaşıl budaqlar”, “Azərbaycan” almanaxlarında şeirləri 

çap olunmuşdur. Keçmiş SSRİ xalqları poeziyasından bədii tərcümələrini müntəzəm 

dərc etdirmişdir.  



Kitabları: “Borc” (1979), “Dünya mənim sirdaşım” (1986) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 

 



 

 

 



 

 



21 

 

26 Yanvar – Ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin 155 illiyi, (1863-



1920)

  

    Firidun bəy Əhmədağa  oğlu  Köçərli  1863-cü  il  yanvarın 

26-da Şuşada dünyaya  gəlmişdir. 1876-cı  ildə  Şuşadakı  rus 

məktəbinə daxil olmuşdur.  1878-ci ildə  Aleksey Çernyayevski 

Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi 

ilə bu məktəbə gəlir və bu yolla Firidun bəy Köçərli öz taleyini 

seminariya  ilə  bağlamış  olur. 1879-1885-ci  illər  ərzində  o, 

burada təhsil alır, 1895-1918-ci illər ərzində dərs deyir.  1910-cu 

ildə Qori  seminariyasının  Azərbaycan  şöbəsinin  müvəqqəti 

təlimatçısı təyin olunur, 1918-1920-ci illərdə onun təşəbbüsü ilə 

həmin  seminariyanın  əsasında  açılmış Qazax  müəllimlər 

seminariyasının müdiri vəzifəsində işləmişdir. “Vətən dilinin” I hissəsinin (VII nəşr) 

yenidən işlənilməsində Firidun bəy Köçərlinin xidmətləri böyükdür. O, 300-dən artıq 

dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını 

dəyişdirərək 

zənginləşdirmişdir. 

Mütəxəssilərin 

də 

təsdiqlədikləri 



kimi, 

folklorşünaslığın yaranması şifahi xalq ədəbiyyatının toplanması, sistemləşdirilib nəşr 

olunmasında  Firidun  bəy  Köçərlinin  böyük  xidmətləri  olmuşdur.  F.  Köçərli 

Azərbaycanın  tanınmış    ədəbiyyatşunası,  pedaqoq  və  publisistidir.  O,  Azərbaycan 

ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmışdır. Onun uşaqlar üçün yazdığı 

“Balalara  hədiyyə”  kitabı  Azərbaycanın  ən  dəyərli  sərvətlərindəndir.  Firidun  bəy 

Köçərli “Azərbaycan tatarlarının ədəbiyyatı” adlı ilk iri həcmli əsərini qələmə almışdır. 

Zaqafqaziya müəllimlər seminariyasında işlədiyi illərdə “Azərbaycan türk ədəbiyyatı” 

əsərini  bitirmişdir  (1908).  Lakin  bu  əsər  sovet  hakimiyyəti  illərində  Bakıda 

“Azərbaycan ədəbiyyatı tarixi materialları”( iki cilddə) adı ilə nəşr edilmişdir (1925-

1926).  Burada  XVIII-XIX  əsr  Azərbaycan  ədəbiyyatının  ilk  geniş  elmi  şərhi 

verilmişdir. Əfsuslar olsun ki, əsərin XX əsr ədəbiyyatından bəhs edən hissəsi itmişdir.  

Zaqafqaziyanın  dövri mətbuatında onun rus, gürcü və Azərbaycan klassik yazıçıları 

haqqında saysız-hesabsız  ədəbi oçerkləri, məqalələri çıxmışdır. Firidun bəy Köçərli  

Sovet hakimiyyətinin ilk aylarında repressiyaya məruz qalmışdır. 1920-ci il iyunun 2-

də Gəncədə həbs olunmuş, həmin ayın 21-də güllələnmişdir. 



Kitabları:  “Seçilmiş  əsərləri”  (1963),  “Azərbaycan  ədəbiyyatı  tarixi  materialları” 

(1978), “Təlimi Sokrat” (1881), “Balalara hədiyyə” (1987) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. 

 

 

Xarici yazıçılar 



22 

 

10 Yanvar – Rus yazıçısı Aleksey Tolstoyun 135 illiyi, (1883-1945) 



 

Aleksey  Nikolayeviç  Tolstoy  10  yanvar  1883-cü  ildə 

Nikolayevsk  şəhərində  (  indiki  Saratov  vilayətinin  Puqaçov 

şəhərində)  qraf  ailəsində  anadan  olmuşdur.  Samara  real 

məktəbini  bitirdikdən  sonra  1901-ci  ildə  Peterburq  Texnoloji 

İnstitutuna daxil olmuş, lakin ədəbiyyata olan güclü həvəsinin 

təsiri  ilə  1907-ci  ildə  diplom  müdafiəsi  ərəfəsində  təhsilini 

yarımçıq qoymuşdur. 1908-ci ildə “Niva” jurnalında Aleksey 

Tolstoyun  “Köhnə  qala”  adlı  ilk  hekayəsi,  1910-cu  ildə 

“Sağsağan  nağılları”  hekayələr  kitabı  çap  olunmuşdur.  Onun 

bir-birinin  ardınca  “Mavi  çaylar  arxasında”,  “Baməzə  adamlar”  (1911),  “Topal 

mülkədar”  (1912)  kitabları  nəşr  olunmuşdur.  A.N.Tolstoy  uşaqlar  üçün  də  bir  çox 

nağıllar  və  hekayələr  yazmışdır.  “Balta”  (1909),  “Sərçə”  (1911),  “Simurq”  (1911), 

“Acgöz başmaq” (1911), “Qarlı ev” (1911) və başqaları. 

        Aleksey  Tolstoy  mühacirətdə  bir  çox  əsərlərini,  məşhur  “Əzablı  yollarla” 

trilogiyasının  birinci  kitabını,  “Bacılar”  romanını  (1922-1925),  “On  səkkizinci  il” 

(1927-1928)  və  “Tutqun  səhər”i  (1940-1941)  isə  o,  vətənə  qayıtdıqdan  sonra 

yazmışdır.  Ümumiyyətlə,  əsər  üzərində  20  il  (1921-1941)  inam  və  səylə  işləmişdir. 

Bundan başqa rus ədəbiyyatının gözəl bədii-fəlsəfi nümunələri sayılan “Aelita” (1922-

1923), “Mühəndis Qarinin hiperboloidi” (1925-1927) fantastik romanlarını, üç hissəli 

“Birinci  Pyotr”  tarixi  romanını  (1929-1945),  “İvan  Qroznı”  (1942-1943)  dramatik 

povestini yazır. 

     Müharibə  illərində  üç  dəfə  Stalin  mükafatına  (1941;1943;1946  vəfat  etdikdən 

sonra)  layiq görülmüşdür. 

        Aleksey  Tolstoy  “Gürzə”,  “İvan  Sudaryovun  dediklərindən”,  “Tufanlarda”  və 

“Qoçaqlar”  hekayələrində  kənd  həyatının  təbii  və  sosial  ziddiyyətlərlə  dolu  sərt 

mənzərələrini,  müharibə  illərini,  rus  həyatını  ustalıqla,  həqiqi  vətəndaş  yanğısı  ilə 

yaratmışdır. 

      A.N.Tolstoy  23  fevral  1945-ci  ildə  63  yaşında  xərçəng  xəstəliyindən    Moskva 

şəhərində vəfat etmişdir.  



Kitabları:  “Seçilmiş  əsərləri”,  “Balta”  (1909),  “Sərçə”  (1911),  “Simurq”  (1911), 

“Acgöz başmaq” (1911), “Qarlı ev” (1911)   və s. 

 

İnternetdə

: 

www.books.google.com

 



Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə