Respublika Uşaq Kitabxanası


 Dekabr – Ümumdünya Futbol Günü



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə135/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   131   132   133   134   135   136   137   138   ...   146

405 

 

10



 Dekabr – Ümumdünya Futbol Günü 

 

 



 

10 dekabr  –  Ümumdünya  Futbol  Günü  Birləşmiş  Millətlər  Təşkilatının qərarı ilə 

qeyd olunur. Beynəlxalq ictimaiyyət bu idman növünə qiymət verərkən bildirir ki, bu, 

milyonlarla insan üçün sadəcə oyun deyil, həm də həyat tərzidir. Futbol – “ayaqla top 

oyunu”  haqqında  ilk  xatırlatmalara  bizim  eradan  əvvəl  ikinci  minillikdə  Çin 

mənbələrində rast gəlinib. O, çsu-çyu adlandırılıb, mənası “ayaqla itələmək” deməkdir. 

Bu oyunun ilk dəfə nə vaxt başlanması haqqında dəqiq məlumat yoxdur. Bəziləri iddia 

edir  ki,  futbolun  ilk  sələfləri  VIII  əsrdə  İngiltərədə  yaşayan  saksonlar  olub.  Onlar 

döyüş meydanında vuruşmadan sonra düşmənlərin kəsilmiş başlarını təpikləyirdilər. 

Futbolu Qədim Yunanıstanda və Romada təxminən 2500 il bundan əvvəl  oynayıblar.  

Yunanıstanda  bu  oyun  “top  uğrunda  mübarizə”  adlandırılıb.

 

 



     Qeyd edək ki, futbol bütün dünyada ən populyar idman növü sayılır. Futbol Günü 

idmançıları  və  idmanın  bu  növünün  sadiq  azarkeşlərini  birləşdirən  bayramdır. 

Azərbaycanda  futbolun  əsası  1911-ci ildə  qoyulub, ilk  çempion  isə  Bakının  "Cənub 

inşaatçısı" komandası olub.  



İnternetdə:  

arxiv.az

 

 

 



 

 

 



 

 

 




406 

 

10 Dekabr – Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü, (1950)  



 

“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”. 

                                                                                                           Ümummilli lider Heydər Əliyev 

 

 



 

 

 



 

1948-ci  ilin  10  dekabrında  BMT-nin  Baş  Məclisi  tərəfindən  “İnsan  hüquqları 

haqqında  ümumi  bəyannamə”  qəbul  edilmişdir.  1950-ci  ildən  başlayaraq  isə  hər  il 

dekabr  ayının  10-u  bütün  dünyada  Beynəlxalq  İnsan  Hüquqları  Günü  kimi  qeyd 

olunur.  İnsan  hüquqları,  insanların  təbii  və  dərrakədən  irəli  gələn  subyektiv 

hüquqlarını təsvir edir.



 

İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün 

insanlar eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac 

olmadan  hər  kəsə  bərabər  şəkildə  aid  edilməlidir.  Avropada  əsas  insan  hüquq  və 

azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının da qoşulduğu   4 noyabr 

1950-ci il tarixli Avropa İnsan Hüquqları Konvensiyası mövcuddur. Bu konvensiyanın 

beynəlxalq  müqavilələrdən  başlıca  fərqi  ondan  ibarətdir  ki,  Avropada  bu  sənədə 

əsaslanan  və  eyni  zamanda  real  işləmə  mexanizminə  malik  əsas  insan  hüquq  və 

azadlıqlarını  qoruyan  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  fəaliyyət  göstərir.  İnsan 

haqqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq 

aşağıdakı kimi ifadə edilir: “Hər bir insan onun malik olduğu irqdən, cinsdən, dildən, 

dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum 

və başqa hallardan asılı olmayaraq, təmin edilmiş insan hüquqlarına malikdir”.

 

İnternetdə: 

www.books.google.com 

 

 



 

 

 



 

 


407 

 

11 Dekabr – Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri Günü, (1994)

 

   “Uşaqlara  qayğı  göstərmək,  uşaqların  təhsili,  tərbiyəsi  üçün  şərait  yaratmaq 

uşaqlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamaq 

uşaqlarla aparılan işin əsas hissəsi olmalıdır”. 

                        

Ümummilli lider Heydər Əliyev

   

                                              

 

Ötən  əsrin   sonlarından  BMT  tərəfindən hər 

il  dekabrın  11-i  Uşaqların  Beynəlxalq  Televiziya 

və  Radio    Günü    kimi    qeyd  olunur.  BMT  Uşaq 

Fondunun  (YUNİSEF)  təşəbbüsü ilə 1994-cü  ilin 

aprelində    Kann  şəhərində  təsis  olunmuşdur. 

Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-

ci  il  mayın  19-da  imzalanmış  “Uşaq  hüquqları 

haqqında”  Azərbaycan  Respublikası  Qanununun 

3-cü  maddəsində  deyilir:  “Uşaqlar  barəsində 

dövlət  siyasəti  hər  bir  uşağın  zəruri  maddi  və  məişət  şəraitində  böyüyüb  tərbiyə 

olunmasının,  mütərəqqi  tələblər  əsasında  təhsil  almasının,  layiqli  vətəndaş  kimi 

formalaşmasının təmin edilməsinə yönəldilir”. Uşaqlara göstərilən qayğının daha bir 

bariz nümunəsi 22 iyun 1999-cu il tarixdə qüvvəyə minmiş “Valideynlərini itirmiş və 

valideyn  himayəsindən  məhrum  uşuqların  sosial  müdafiəsi  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunudur.  Ulu  öndərimiz    Heydər  Əliyev  həmişə  uşaqların  bu 

əlamətdar  günündə  onlarla  bir  yerdə  olmağı  çox  sevirdi.  Heydər  Əliyev  Uşaqların 

Beynəlxalq  Televiziya  və  Radio    Günü    ilə  əlaqədar  onların  hazırladığı  mərasimdə 

iştirak etməkdən böyük zövq alırdı. Fərəhlə demək olar ki, uşaq və gənclərə göstərilən 

diqqətin,  qayğının  daha  da  artırılmasında  ölkə  Prezidenti  İlham  Əliyevin  xidməti 

çoxdur.  

Təbii ki, uşaqların diqqətini çəkən, onların maraq dairəsinə daxil olan vərdişlərdən 

biri də televiziyadır.  Buna görə də respublikamızda bir telekanalın uşaqlar üçün ayrıca 

redaksiyası fəaliyyət göstərir. Bu sarıdan Azərbaycan Televiziya və Radio Verilişləri 

Qapalı  Səhmdar  Cəmiyyətinin  ənənələrə  söykənərək  uşaqlar  üçün  proqramlar 

hazırlanması  diqqət  çəkir.  İstər  AzTV-də,  istərsə  də  onun  “Mədəniyyət”  kanalında 

uşaq və gənclərə həsr olunan verilişlərin təkcə adlarına fikir verək: “Təmas nöqtəsi”, 

“Tələbə  dünyası”,  “Mən  də  uşaq  olmuşam”,  “Çoxbilmişlərdənsinizmi?”,  “Mən 

azərbaycanlıyam”, “Müasir Azərbaycan gəncliyi”, “Biləyən”, “Bəbək”, “Ana dili” və 

s. əlbəttə, bu verilişlərin hər biri haqqında ayrıca danışmaq da olar.  

 

İnternetdə: 

www.azerbaijan-news.az

 

 

 

 



Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə