Respublika Uşaq Kitabxanası


 Dekabr – Beynəlxalq Çay Günü, (2004-2005)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə137/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   133   134   135   136   137   138   139   140   ...   146

411 

 

15 Dekabr – Beynəlxalq Çay Günü, (2004-2005) 



 

Hər il dekabrın 15-də aparıcı dünya çay istehsalçısı statusuna malik bütün ölkələrdə 

Beynəlxalq  Çay  Günü  (International  Tea  Day)  qeyd  olunur.  Bu  günün  qeyd 

olunmasının məqsədi – hökumətlərin və insanların diqqətini  çay satışı problemlərinə, 

çay  istehsalı  sahəsində  işləyən  işçilərin,  kiçik  istehsalçıların  və  istehlakçıların 

vəziyyətinə 

cəlb 

etməkdir. 



Bayramın 

bir 


məqsədi 

də 


bu 

içkinin 


populyarlaşdırılmasıdır.  15  dekabrda  Çay  sənayesi  işçilərinin  hüquqlarının  dünya 

bəyannaməsi elan olunmuşdur. Beynəlxalq Çay Gününün məhz dekabrın 15-də qeyd 

edilməsi qərarı 2004-cü ildə Mumbayda (Hindistan) və 2005-ci ildə Porte Alleqredə 

(Braziliya)  keçirilmiş  Ümumdünya  ictimai  forumunun  gedişi  zamanı  beynəlxalq 

təşkilatlarda  və  həmkarlar  ittifaqlarında  müzakirələrdən  sonra  qəbul  edilmişdir.  Bu 

günü, əsasən, iqtisadiyyatında çay istehsalının önəmli yer tutduğu ölkələr – Hindistan, 

Şri-Lanka, Banqladeş, Nepal, Çin və s. qeyd edirlər.  

Çayın bir içki kimi ilk dəfə Çin imperatoru Şen Nunq tərəfindən təxminən e.ə 2737-

ci ildə aşkar olunduğu hesab olunur. Belə ki, imperator çay yarpağını qaynar su olan 

fincana salmış və beləcə çay içkisi yaranmışdır. Eramızın 400-600-cü illərində Çində 

çaya  maraq artır və bunun nəticəsində çay bitkisinin kultivasiyası prosesləri inkişaf 

edir. Rusiya və Avropada çay XVII əsrin birinci yarısında məlum olur. Çay tarixində 

ən  məşhur  hadisələrdən  biri  isə  1773-cü  il  dekabrın  16-da  baş  verən  “Boston 

çayiçməsi”  olmuşdur.  Həmin  vaxt  Amerika  müstəmləkəçiləri  Böyük  Britaniya 

tərəfindən çaya tətbiq olunan vergiyə etiraz işarəsi kimi Boston sahilinə çay yeşikləri 

atmışlar.  

Bir çox ölkələr özlərinin çayiçmə ənənələrinə malikdirlər. Bəzi xalqlar çayı süddə 

dəmləyirlər.  Bəzi  yerlərdə  isə  çaya  xüsusi  ədviyyatlar  qatılır.  Amma  bir  fakt 

danılmazdır ki, çay dünyada ən çox sevilən içki olaraq qalır. Bu bayram da hələ ki, 

rəsmi olmasa da, çaysevərlər tərəfindən getdikcə daha çox qeyd olunur. Çay günündə 

müxtəlif sərgilər, reklam aksiyaları və s. keçirilir. 

 

 

İnternetdə: 

http://www.calend.ru/holidays

 



412 

 

25 Dekabr – “Qızıl qələmlər” Ədəbi Cəmiyyətinin Yarandığı Gün, (1925) 



 

     Azərbaycan Yazıçılar  İttifaqı  1934-cü il iyunun 13-

də  Bakıda  Azərbaycan  Yazıçılarının  I  qurultayında 

yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-

ayrı 

ədəbi 


birləşmələrin 

tərkibində 

fəaliyyət 

göstərirdilər.  1923-cü  ildə  Azərbaycan  yazıçılarını  bir 

təşkilatda  birləşdirmək  zərurəti  meydana  çıxarkən  bir 

neçə  yazıçı  çap  etdirdikləri  müraciətdə  Türk  Ədib  və 

Şairlər  İttifaqı  Dərnəyi  təsis  etdiklərini  bildirdilər. 

Həmin ədəbi birlik "İldırım" adlanırdı. "Qızıl qələmlər" 

ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, 

öz  ətrafına  gənc  ədəbi  qüvvələri  toplamışdı.  Bu 

cəmiyyət  əsaslı  və  ədəbi  təşkilat  kimi  1925-ci  il 

dekabrın  25-də  Bakıda  yaradıldı,  ədəbi  dərnəkləri  öz 

ətrafında  birləşdirdi.  "Qızıl  qələmlər"  cəmiyyəti  tez-tez  müşavirələr,  ədəbi  gecələr, 

görüşlər,  məruzələr  təşkil  edir,  tədbirlər  həyata  keçirirdi.  "Maarif  və  mədəniyyət" 

jurnalında,  "Kommunist"  və  "Gənc  işçi"  qəzetlərində  müntəzəm  verilən  ədəbi 

materiallar, "Qızıl qələmlər", "Oktyabr alovları" almanaxları və ayrı-ayrı məcmuələr 

ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının 

əvvəllərində  Azərbaycan  yazıçılarının  birinci  ümumi  yığıncağında  bütün  ədəbi 

qüvvələri  bir  təşkilat  ətrafında  birləşdirmək  qərara  alındı.  Beləliklə,  Azərbaycan 

Yazıçılar Cəmiyyətinin müvəqqəti İdarə Heyəti yarandı. 13 yanvar 1928-ci ildə Bakıda 

Ümumazərbaycan  yazıçılarının  birinci  və  20  oktyabr  1929-cu  ildə  ikinci  qurultayı 

çağrıldı.  Ümumittifaq  Kommunist  (bolşevik)  Partiyası  Mərkəzi  Komitəsinin  ədəbi-

bədii  təşkilatların  yenidən  qurulması  haqqında  1932-ci  il  23  aprel  tarixli  qərarından 

sonra  Azərbaycan  Yazıçılar  Cəmiyyətinin  yenidən  qurulması  haqqında  təşkilatı 

tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı. 

 

İnternetdə: 



www.azyb.net

 

 

 



 

 

 



 

 

 



 

 

 




413 

 

28 Dekabr – Beynəlxalq Kino Günü, (1895) 



 

     


  XX  əsrin  30-cu  illərində  kinematoqrafiya 

inkişaf etməyə başladı. Belçikada Cozef Plato və 

Avstriyada  Simon  fon  Ştampfer  demək  olar  ki, 

eyni anda “fenakistoskop” adlı, hərəkət edən rəsm 

effekti verən fırlanan iki çarxlı cihaz kəşf edirlər.

 

İlk  kinematoqrafiya  sistemini  Tomas  Edison  və 



Uilyam  Dikson  hazırlayıb.  1890-cı  ildə  ilk  dəfə 

olaraq  kinokamera  ixtira  edilib.  1891-ci  ildə  ilk 

çəkilən  lenti  nümayiş  etdirmək  üçün  kineskop 

kəşf olunur.

 

Dekabrın 28-də dünyada Beynəlxalq 



Kino günü qeyd olunur. 1895-ci il dekabrın 28-də 

Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə 

özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil etmişlər. Filmlərin 

arasında  46  saniyəlik  “Fəhlələrin  Lümyer  fabrikindən  çıxması”  filmi  də  var  idi. 

Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir 

şey deyil və olmayacaqdır. Ona maraq tezliklə sönəcəkdir. Lakin bəşəriyyət xroniki 

sinematoqraf  xəstəliyinə  tutuldu.  Kino  körpə  uşaq  kimi,  əvvəlcə  danışa  bilmirdi. 

Tamaşaçıları aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əyləndirirdi.

 

1896-cı ildə 



ilk dəfə montajdan istifadə edərək, fransız rejissoru Jorj Meles “Çaydan xilas” filmini 

lentə  alır.  Meles  həm  də  kinoda  bir  neçə  yeniliklərin  banisi  sayılır.  XX  əsrin 

əvvəllərində  filmlərin  vaxtı  uzadılaraq  15-20  dəqiqəyə  çatır.  Bütün  dünyada  kino 

zalları açılmağa başlayır. 

 

Azərbaycan kino sənətinin tarixi isə 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər 



fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə 

neft  fontanı  yanğını",  "Balaxanıda  neft  fontanı",  "Şəhər  bağında  xalq  gəzintisi", 

"Qafqaz  rəqsi"  və  s.)  və  bir  bədii  kinosüjetdən  ("İlişdin")  ibarət  olub.

 

1915-ci  ildə 



Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən 

Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılıb. 1915-ci ildə adı çəkilən 

cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar 

səltənətində"  romanı  əsasında  eyni  adlı  ilk  Azərbaycan  bədii  filminin  çəkilişinə 

başlayıb.  1916-cı  ildə  Bakıda  Üzeyir  Hacıbəyovun  "Arşın  mal  alan"  operettası 

əsasında  ilk  Azərbaycan  kinokomediyası  çəkildi.  1919-cu  ildə  isə  Azərbaycanın 

müstəqilliyinin  ildönümü  münasibətilə  "Təntənə"  adlı  tammetrajlı  film  ekranlarda 

nümayiş etdirildi.

 

 

 



İnternetdə:

 

www.books.google.com

 

 

 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə