Respublika Uşaq Kitabxanası


 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, (1991)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə138/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   134   135   136   137   138   139   140   141   ...   146

414 

 

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, (1991) 



 

    “Bizim  hamımızın  bir  vətəni  var.  Bu  Azərbaycan  dövlətidir.  Azərbaycanlı  hər 

yerdə  yaşaya  bilər,  ancaq  azərbaycanlılığını,  öz  dilini,  dinini,  milli  ənənələrini 

unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.

          

                                                                               Ümummilli lider Heydər Əliyev                                              

 

      31  Dekabr  –  Dünya  Azərbaycanlılarının 

Həmrəyliyi  Günü  –  Azərbaycan  millətinin   birlik 

şüarının  simvolik  günüdür.  Bu  bayram  ayrı-ayrı 

ölkələrdə 

yaşayan  azərbaycanlılarla  əlaqələr 

qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq 

işində 


mühüm 

rol 


oynayır. 

Dünya 


Azərbaycanlılarının  Həmrəylik  Gününün  qeyd 

edilməsi  bütün  dünya  azərbaycanlıları  tərəfindən 

artıq  bir  zərurətə  və  mənəvi  ehtiyaca  çevrilmişdir. 

Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa 

ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, 

Avropadakı  Azərbaycan  diaspor  təşkilatları  öz  qüvvələrini  səfərbər  etməkdə 

ardıcıldırlar  və  bu  ayrı-ayrı  cəmiyyət  üzvləri  üçün  bir  araya  gəlmək,  cəmiyyət  və 

qurumlar  halında  birləşmək  baxımından  dünyanın  sivil  nöqtələrindən  biri  olan 

Avropada  mühüm  əhəmiyyət  kəsb  edir.  31  Dekabr –  Dünya  Azərbaycanlılarının 

Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən 

qeyd  olunur.  Azərbaycanlılar  minilliklər  boyu  özlərinin  doğma  torpağı  olan 

tarixi Azərbaycan ərazisində  yaşayaraq  dünya  sivilizasiyasına  böyük  töhfələr 

vermişlər.   Müharibələr,   inqilablar,   hərbi  münaqişələr,  dünyada  gedən  müxtəlif 

ictimai-siyasi  proseslər  nəticəsində  Azərbaycan  parçalanmış,  azərbaycanlıların  bir 

qismi  öz  yurd-yuvalarından  didərgin  salınmış,  deportasiyalara  məruz  qalmış,  bir-

birindən ayrı düşmüşdür. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası  1989-

cu il dekabrın axırlarında  Naxçıvanda  sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması 

zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 

Bu  vaxt İstanbulda türkdilli  xalqların  Konfransı  keçirilirdi.  Konfransda  dünya 

azərbaycanlılarının  həmrəyliyinin  qeyd  olunmasına  qərar  verildi.  1991-ci  ilin 16 

dekabrında   Naxçıvan  Muxtar  Respublikası   Ali  Məclisinin  sədri   Heydər 

Əliyev dünya  azərbaycanlılarının  birliyini  yaratmağın  əhəmiyyətini  nəzərə  alaraq, 

dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün 

azərbaycanlılar üçün əziz olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü 

bayram edilir.  

İnternetdə: 

www.books.google.com 



415 

 

Bu tarixi unutmayaq



 

26 Dekabr – Xankəndinin işğalı günü, (1991) 

Xankəndi  Azərbaycan  Respublikasının  ən  gənc 

şəhərlərindən biridir. Arxiv sənədlərində məlumat var ki, 

şəhər  XVIII  əsrin  sonunda  hökmdarların  –  Qarabağ 

xanlığının  xanları  üçün  istirahət  yeri  kimi  salınmışdır. 

Yaşayış  yeri  Pənahabaddan  (Şuşa  şəhərindən)  10  km 

məsafədə,  yalnız  bir  məqsədlə  –  Qarabağ  xanlarının 

fəaliyyəti  üçün  maksimum  rahatlığın  təmin  edilməsi 

məqsədilə  nisbətən  yamac  yerdə  ucaldılmışdır.  Şəhərin 

yeri  müəyyən  edilərkən  onun  digər  strateji  cəhətdən  vacib  şəhərlərə  –  Ağdama, 

Xocalıya,  Malıbəyliyə,  Kərkicahana  və  digərlərinə  yaxınlığı  nəzərə  alınmışdır. 

Digərlərində  olduğu  kimi,  bu  gənc  yaşayış  məntəqəsində  də  azərbaycanlılar 

məskunlaşmışdır. Şəhərin yaranmasının ilk illərində şəhərdə yalnız Xan öz ailəsi ilə və 

dəstəsi yaşayırdı. Xankəndi adı da burdan götürülmüşdür – “Xanın kəndi”. Sonradan 

qəsəbə  rəsmi  olaraq  Xankəndi  adını  almışdır.  Xankəndi respublikanın  inkişaf  etmiş 

sənaye  mərkəzi  idi.  Yüngül  və  yeyinti  sənayeləri  inkişaf  etmişdi.  Elektrotexnika, 

avtotəmir və asfalt-beton zavodları, mebel fabrikləri, tikinti materialları, istehsalat və 

maarifləndirici istehsalat kombinatları fəaliyyət göstərirdi. Xankəndi  şəhəri 1991-ci il 

dekabrın  25-dən  26-na  keçən  gecə  Ermənistanın  Silahlı  Qüvvələri  tərəfindən  işğal 

edilmişdir.  İnzibati  cəhətdən  Xankəndi  şəhər  əhatə  dairəsinə  Xankəndi  şəhəri 

və 

 Kərkicahan  



şəhər 

tipli 


qəsəbəsi 

daxildir. 

Sahəsi 



km²-dir. 



Paytaxt Bakıdan 329 km aralıda  yerləşir.  Azərbaycan  Respublikası  Dövlət  Statistika 

Komitəsinin  1  yanvar  2012-ci  il  tarixinə  olan  rəsmi  məlumatına  əsasən  Xankəndi 

şəhərinin  53,3  min  nəfər,  Kərkicahan  qəsəbəsinin  isə  2  min  nəfər  əhalisi 

olmuşdur. Hazırda  şəhər  erməni  silahlı  qüvvələrinin  nəzarəti  altındadır.  1988-ci 

ildə Ermənistan SSR-dən gəlmiş millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində 

ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi 

ilə  icazəsiz  mitinqlərə  başladılar.  İlk  mitinq  13  fevral  1988-ci  ildə  Xankəndinin 

mərkəzi  meydanında  təşkil  olundu.  Bundan  bir  həftə  sonra,  20  fevralda  Dağlıq 

Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın 

tərkibindən  ayrılaraq  Ermənistan  SSR-ə  birləşdirilməsi  məsələsini  qaldırdılar.  Bu, 

Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb oldu. Bundan sonra 

Sovet  rəhbərliyi  vəziyyəti  stabilləşdirmək  üçün  Xankəndinə  Daxili  Qoşunların 

batalyonunu  göndərdi.  Həmin  aylardan  etibarən  ermənilərin  azərbaycanlılara  qarşı 

terror  hərəkatı  başlandı.  İlk  olaraq  ermənilər  1988-ci  ilin  18  sentyabrında  Xocalıya 

hücum  etdilər.  Güclü  müqavimətlə  rastlaşdıqdan  sonra  onlar  Xankəndində  olan 

azərbaycanlıların  evlərinə  basqınlar  təşkil  etdilər.  26  dekabr  1991-ci  ildən  rayon 

erməni işğalı altındadır.            

İnternetdə: 

www.books.google.com

 



Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə