Respublika Uşaq Kitabxanası


 Dekabr – Şair İbrahim Kəbirlinin 100 illiyi, (1918-1995)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə141/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   138   139   140   141   142   143   144   145   146

421 

 

28 Dekabr – Şair İbrahim Kəbirlinin 100 illiyi, (1918-1995) 



 

 

 

 

 

 

 

 

    İbrahimov  İbrahim  İsmayıl  oğlu  1918-ci  il  dekabrın  28-də  Azərbaycanın  Tərtər 



rayonunun Kəbirli kəndində doğulmuşdur. Burada ibtidai təhsil aldıqdan sonra Ağdam 

kənd  təsərrüfatı  texnikumunu  bitirmişdir  (1937).  ADU-nun  tarix  fakültəsinə  daxil 

olub, birinci kursu başa vurmuş, ordu sıralarına çağırılmışdır. Baş mətbuat idarəsində 

şöbə rəisi (1947-1950), M.Qorki adına Ədəbiyyat İnstitutunda müdavim (1950-1954), 

“Sovetski  pisatel”  nəşriyyatında  redaktor  (1957-1962)  olmuşdur.  Ədəbi  fəaliyyətə 

1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə çıxan  şeirləri ilə başlamışdır. Bədii tərcümə ilə də 

məşğul olmuşdur. Keçmiş SSRİ xalqlarının poeziyasından bədii tərcümələr etmişdir. 

Əsərləri  xarici  ölkə  xalqlarının  dillərinə  tərcümə  olunmuşdur.  “Unuda  bilmirəm” 

şeirlər kitabına görə Müdafiə Nazirliyinin mükafatını almışdır (1988). 

 

Kitabları: “Gəncliyim” (1946), “Səadət nəğməsi” (1949), “Şeirlər” (1950), “Səhralar 

çiçəklənir” (1953),  “İmtahan” (1956), “Ö

zümə  dost  gəzdim” (1960)

, “Səni səsləyirəm” 

(1962),  “Adsız  adam”  (1963),  “Ürəyimə  düşən  izlər”  (1965),  “Ürək  pünhan 

sevinmir”(1967), “Açıq ürək” (1970), “Ürəyinə yatırammı?” (1971), “Sevmək üçün 

yaşayıram” (1974), “İnsan sevinmir” (1977), “Mənim qismətim”, (1979),  “Ürəyimlə 

görürəm” (1981), “Sənə arxayınam” (1984) və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 

 

 

 


422 

 

31 Dekabr – Ədəbiyyatşünas, tənqidçi Abbas Səmədovun 85 illiyi, (1933) 

 

 

Səmədov  Abbas  Abbas  oğlu  1933-cü  il  dekabrın  31-də  Qərbi  Azərbaycanda 



Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. Burada kənd yeddiillik 

məktəbi bitirdikdən sonra İrəvan Pedqaji Texnikumunda təhsil almışdır (1944-1949). 

Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  Dil  və  Ədəbiyyat  fakültəsində  təhsilini 

davam  etdirmişdir  (1950-1955).  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  axşam, 

əyani və qiyabi şöbələrində dekan işləmişdir. “Azərbaycan məktəblərində ədəbiyyat 

tədrisinin inkişaf problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir 

(1993). Ədəbi fəaliyyətə 50-ci illərdən başlamışdır. Dövri mətbuatda elmi, pedoqoji-

metodik  məqalə  və  oçerklərini  dərc  etdirmişdir.  Milli  pedaqoji  fikrin  təbliğində 

əhəmiyyətli işlər görmüş, bədii ədəbiyyatın tədrisi metodikasına dair bir sıra kitablar, 

dərs vəsaitləri dərc etdirmişdir.  

 

Kitabları:  “Fantastik  hekayə  və  povestlər”  (1987),  “Təbiət  hekayələri”  (1989), 

“Alleqoriya və təmsillər” (1990), “Maarifpərvər Gəncə müəllimlərinin ədəbi- pedaqoji 

fəaliyyəti”  (1999),  “Kitabi-Dədə  Qorqud”  dastanının  tədqiqi  və  öyrənilməsi 

tarixindən”  (2003),  “Azərbaycan  məktəblərində  ədəbiyyat  tədrisinin  inkişaf 

problemləri” (2003) “Təbiət hekayələri”, “Alleqoriya və təmsillər” və s. 

 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 

 

 

 



 

 

 



 


423 

 

Xarici ədəbiyyat 



11 Dekabr – Rus yazıçısı, Nobel mükafatı laureatı Soljenitsın Aleksandr  

İsayeviçin 100 illiyi, (1918-2008) 

Yazıçı,  dramaturq,  tariхçi  və  filosof  Aleksandr  İsayeviç 

Soljenitsın müasir rus ədəbiyyatının dünya miqyasında tanınmış 

nümayəndəsidir. O, Şimali Qafqazda, pravoslav yaşam tərzinə 

və  patriarхal  ənənələrə  üstünlük  verən  rus  ailəsində 

doğulmuşdu.  Rostov universitetinin  riyaziyyat  fakültəsində 

təhsil  almış  (1936-1941),  Moskva  fəlsəfə,  ədəbiyyat  və  tariх 

institutunu  qiyabi  bitirmişdi.  Böyük  Vətən  müharibəsi 

başlananda  orta  məktəbdə  riyaziyyat  müəllimi  işləyən 

A.Soljenitsın  da  səfərbərliyə  alınmışdı.  Öz  arzusu  ilə  zabit 

hazırlayan  qısa  müddətli  kursları  bitirmişdi.  Qafqazdan 

Almaniyaya qədər döyüş yolu keçmiş, kapitan rütbəsinə qədər 

yüksəlmiş,  iki  ordenlə  təltif  edilmişdi.  1962-ci  ildə  A.Soljenitsın  SSRİ  Yazıçılar 

İttifaqının üzvlüyünə qəbul edilmişdi. Dövrün sovet reallığı üçün görünməmiş hadisə 

sayılan və M.Dostoyevskinin "Ölü evindən qeydlər" romanı ilə müqayisə edilən "İvan 

Denisoviçin  bir  günü"  qısa  müddətdə  müəllifi  məşhur  sovet  yazıçısına  çevirmişdi. 

1969-cu  ildə  Soljenitsının  adı  Nobel  nominantları  sırasına  düşsə  də,  mükafat  ala 

bilməmişdi. Növbəti 1970-ci ildə isə İsveç Akademiyası artıq dissident kimi tanınan 

müəllifi "böyük rus ədəbiyyatının ənənələri ilə qidalanan əsərlərinin mənəvi qüdrətinə 

görə" Nobelə layiq bilmişdi və Soljenitsın Novel mükafatını yalnız 1974-cü ildə ala 

bilmişdir.  Yazıçı  mühüm  əsərlərindən  birini  –  "Qulaq  arхipelaqı"  epopeyasını 

artıq 1967-ci ildə başa çatdırmışdı. “Qulaq arxipelaqı” romanına görə isə SSRİ Dövlət 

mükafatına  layiq  görülmüşdü.  2006-cı  ildə  Aleksandr  Soljenitsın  Rusiya 

Federasiyasının  Dövlət  Mükafatı  laureatı  olmuşdu.    Aleksandr  Soljenitsın 3 

avqust 2008-ci ildə vəfat etmişdir. 

 

 



İnternetdə: 

https://az.wikipedia.org

 

 

 

 

 



 

 

 



 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə