Respublika Uşaq Kitabxanası



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə145/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   138   139   140   141   142   143   144   145   146

433 

 

2 Dekabr – Azərbaycanın Milli Qəhrəmanı Arazov Ənvər Talış oğlunun  



65 illiyi, (1953-1992) 

 

Ənvər  Arazov  1953-cü  il 2  dekabrda Gəncə  şəhərində  anadan  olmuşdu.  Həmin 



şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə 

məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə 

Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər 

Murmansk  vilayətində  Şimal  Hərbi  Dəniz  Donanmasında  xidmət  etmişdi.  Hərbi 

xidmətini  başa  çatdırdıqdan  sonra Gəncəyə  dönmüş,  Büllur  Zavodunda  işləməyə 

başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-

ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə 

ustası kimi çalışmağa başlamışdı.  

Ənvər 1988-ci  ildə  ermənilər Dağlıq  Qarabağ ərazisində  müharibəyə  başlayarkən 

Daxili  İşlər  Nazirliyində  işə  qəbul  olunaraq  cəbhəyə  yollanmışdı. 1989-cu 

ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Gəncədə 

Milli 


Müdafiə 

Qərargahının 

müdirinin 

II 


müavini 

olub. 1992-ci 

ilin avqustunda Tərtərdə alay komandiri təyin olunub. Göstərdiyi şücaətlərə görə ona 

polkovnik  rütbəsi  verilib.  Ağdərə  rayonunda bir  çox  uğurlu  əməliyyatlarda  iştirak 

etmişdi. 

1992-ci 


il 

noyabrın 

1-dən 

2-nə 


keçən 

gecə Ağdam 

rayonunun Sırxavənd kəndində  erməni  quldurları  ilə  qeyri-bərabər  döyüşə  girərək, 

mərdliklə həlak olub. Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 



Azərbaycan  Respublikası  Prezidentinin 6  noyabr 1992-ci  il  tarixli  290  nömrəli 

fərmanı  ilə  Arazov  Ənvər  Talış  oğlu  ölümündən  sonra  “Azərbaycanın  Milli 

Qəhrəmanı” adına layiq görülüb. 

 

İnternetdə:  

https://az.wikipedia.org

 

 



434 

 

3 Dekabr – Azərbaycanın Milli Qəhrəmanı Şikarov Şikar Şükür oğlunun 65 illiyi, 



(1953-1992) 

 

Şikar Şikarov 1953-cü il dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur. 1971-



ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il SSRİ Müdafiə 

Nazirliyinin Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1975-ci 

ildə təhsilini başa vuraraq, təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota 

komandiri kimi fəaliyyətə başlamışdır. 1986-cı ildə SSRİ Müdafiə Nazirliyinun Frunze 

adına  Hərbi  Akademiyasına  daxil  olmuş,  1989-cu  ildə  oranı  bitirdikdən  sonra 

podpolkovnik  rütbəsində  Ukraynanın  Luqansk  şəhərində  yerləşən  hərbi  hissələrdən 

birinə qərargah rəisi təyin edilmişdir. 1990-cı il 20 yanvar hadisələrindən sonra Vətənə 

qayıtmışır. Əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci 

ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci 

müavini təyin edilmişdir. 1992-ci ildə Goranboy rayonunda  əməliyyatlara bilavasitə 

rəhbərlik  etmiş,  uğurlu  əməliyyatlar  keçirmişdir.  1992-ci  il  iyunun  13-də  Ağdərə 

uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur. Ailəli idi. İki 

övladı yadigar qalıb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Qobustan 

rayonundakı Sündü kənd orta məktəbi onun adını daşıyır (əslən həmin kənddəndir). 



Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı fərmanı 

ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra "Azərbaycanın Milli 

Qəhrəmanı" fəxri adı verilmişdir.  

 

İnternetdə:

  

https://az.wikipedia.org 



 

 

 




435 

 

20 Dekabr – Azərbaycanın Milli Qəhrəmanı Məmmədov İbrahim İsmayıl 



oğlunun 60 illiyi, (1958-1994) 

 

Məmmədov  İbrahim  İsmayıl  oğlu 20  dekabr 1958-ci  ildə Naxçıvan  şəhərində 

anadan olmuşdur. 1976-cı ildə Naxçıvan şəhər 3 saylı məktəbi bitirmişdir. 1977-1979-

cu  illərdə  hərbi  xidmətdə  olur.  İbrahim  xidmət  edərkən  PDM-də  tuşlayıcı-operator 

ixtisasına  yiyələnir. 1988-ci  ildə   Bakı  Dövlət  Universitetinin tarix  fakültəsinə  daxil 

olur, 1993-cü  ildə  təhsilini  başa  vurur. 1990-cı  il 20  Yanvar  hadisəsinin dünyaya 

çatdırılmasında çox böyük işlər görmüşdür.  

İbrahim Məmmədov 1993-cü ildə Milli Ordu sıralarına yazılır və döyüşlərdə iştirak 

etməyə  başlayır.  Tezliklə  Kəlbəcərə  yollanır. 1994-cü  il   16  fevral  Kəlbəcər 

rayonunda qızğın  döyüşlər  gedirdi…  İbrahim  bu  döyüşdə  ermənilərin  3  tankını  və 

xeyli canlı qüvvəsini  məhv etdi. İbrahim  döyüşün qaynar nöqtələrindən birində idi, 

burada snayper gülləsi onu yaralayır cəsur döyüşçü bu yaradan da həlak oldu. Ailəli 

idi, iki övladı yadigar qalıb.

 

Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. 



Azərbaycan  Respublikası  Prezidentinin 20  iyun 1994-cü  il  tarixli  156  saylı 

fərmanı ilə Məmmədov İbrahim İsmayıl oğluna ölümündən sonra "Azərbaycanın 

Milli Qəhrəmanı" fəxri adı verilmişdir. 

 

İnternetdə: 

 

https://az.wikipedia.org



 

 

 



 

 

           



         


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə