Respublika Uşaq Kitabxanası


 Dekabr – Qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi, (1928-2008)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə142/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   138   139   140   141   142   143   144   145   146

424 

 

12 Dekabr – Qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi, (1928-2008) 



 

 Çingiz  Torekuloviç Aytmatov 1928-ci il dekabr ayının 12-də Qırğızıstanın Şəkər 

qışlağında anadan olmuşdur.1937-ci ildə valideynləri Stalin repressiyasının qurbanları 

olduğuna  görə  o,  bibisinin  himayəsi  altında  böyümüş,  8-ci  sinfi  bitirdikdən  sonra 

Cambul 

 

Zoo 



– 

texnikumuna 

daxil 

olmuş, 


1948-1953-cü 

illərdə 


Aytmatov Bişkekdəki Kənd  Təsərrüfatı  Universitetində  təhsil  almışdı. Onun  ilk 

əsərləri  1952-ci  ildə  dövri  mətbuatda  qırğız  dilindəki  çap  olunmağa  başladı. 

Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının 

bəraət  almasından  sonra  mümkün  oldu.  Kursu  bitirdiyi  ildə  "Oktyabr"  jurnalında 

onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olundu. Həmin il 

"Yeni  dünya"  jurnalında  Aytmatovun  bir  sıra  hekayələri  və  yazıçıya  dünya  söhrəti 

qazandıran "Cəmilə" povesti işıq üzü gördü. Yazıçı 1990-1994-cü illərdə SSRİ-nin və 

sonradan  Rusiyanın  Benilüks  ölkələrindəki  səfiri  vəzifəsində  çalışıb.  2008-ci  ilin 

martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub. 

2006-cı ildə “İlin avtoqrafı” kitabının buraxılışında iştirak edib. Ç.Aytmatov SSRİ Ali 

Sovetinin deputatı, Qırğızıstan  Kommunist  Partiyasının  Mərkəzi  Komitəsinin  üzvü, 

Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika 

ölkələri  ilə  Sovet  Həmrəylik  Komitəsinin  rəhbərlərindən  biri,  "Xarici  ədəbiyyat" 

jurnalının  baş  redaktoru,  "İssıkkul  forumu"  adlı  beynəlxalq  intellektual  hərəkatın 

təşəbbüskarı  idi.  Çingiz  Aytmatov  10  iyun  2008-ci  il  tarixində  müalicə  keçdiyi 

Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib. 



Kitabları:  “Çətinlikli  keçid”  (1956),  “Üz-üzə”  (1957),  “Cəmilə”  (1958),    “İlk 

müəllimim”  (1962),  “Əlvida,  Gülsarı”  (1966),  “Ağ  gəmi”  (1970),  “Gün  var  əsrə 

bərabər” (1980), “Dağlar düşəndə” (2007) və s. 

 

 

İnternetdə: 

https://az.wikipedia.org

 

 



425 

 

20 Dekabr – Türk şairi Məhməd Akif Ərsoyun  145 illiyi, (1873-1936) 



 

 

 Məhməd  Akif  Ərsoy  1873-cü  ildə  İstanbulun  Fateh  səmtində  dünyaya  gəlib. 

M.Akif  ilk  və  orta  təhsilini  Fatehdə  almışdır.  Ali  təhsil  üçün  Beynəlxalq  Hüquq 

İnstitutuna girsə də, təhsilini yarımçıq qoyub baytarlıq təhsilinə başlamış, buranı qızıl 

diplomla  qurtarmışdır.  Şeir  yazmağa  baytarlıq  məktəbində  başlamış,  Osmanlı 

dövlətinin  tənəzzül  dövründə  vətənin  işğalçılar  tərəfindən  tutulması  ilə  Anadoluya 

keçərək xalqı milli azadlıq hərbi üçün ruhlandırmış və böyük işlər görmüşdür. Türkiyə 

Cümhuriyyətinin  qurulmasından  sonra  Misirə  getmiş  və  Misir  Universitetində türk 

dili dərsləri vermiş, 1936-cı ildə ölkəyə qayıtmış və  27 dekabr 1936-cı ildə dünyasını 

dəyişmişdir. M.Akif 1908-ci ildə ikinci məşrutiyyənin elan edilməsi ilə yanaşı, Əşrəf 

Ədibin nəşr etdiyi Sırati-Müstəqim, sonra isə Səbilürrəşad jurnallarında məqalələri ilə 

çıxış  etməyə,  şeirlər  və  müasir  misirli  İslam  yazıçılarının  əsərlərindən  tərcümələr 

etməyə başlamışdır. Məhəmməd Akif  20-ci əsrin ən böyük türk şairidir. Bir millətin 

var  olma  mübarizəsinin  simvolu  olan  İstiqlal  marşını  da  şair  Məhməd  Akif 

Ərsoy qələmə almışdır. 

Kitabları:  “Süleymaniyə  kürsüsündə”  (1912),  “Fatih  kürsüsündə” (1913),  “Haqqın 

səsləri” (1913), “Xatirələr” (1917), “Asım” (1919), “İstiqlal marşı” (1921), “Kölgələr” 

(1933) və s.  

İnternetdə: 

https://az.wikipedia.org

 

 

 

 



 

 



426 

 

24 Dekabr – Polyak şairi Adam Mitskeviçin 220 illiyi, (1798-1855) 

 1798-ci il dekabr ayının 24-də Novoqrudka yaxınlığındakı  

Zaosye  kəndində  anadan olub.  Məktəbdə tarix və   ədəbiyyata  

maraq    göstərsə    də,    Adam  Mitskeviç  1815-ci  ildə  Vilnüs 

Universitetinin  fizika-riyaziyyat  fakültəsinə  daxil  olmuşdur. 

Mitskeviçin 

ilk  şeirlər  toplusu  (1822-1823)  polyak 

ədəbiyyatında romantik cərəyanın manifesti olmuş, 1822-ci ildə 

çıxan ballada və romanslardan ibarət şeirlər kitabı onu Polşanın 

demokratik  düşüncəli  insanlarının  sevimlisinə  çevirmişdi. 

Aleksandr  Sergeyeviç  Puşkin  onun  istedadını  yüksək 

qiymətləndirmişdir.  A.Mitskeviç  Peterburqda  olarkən  polyak 

əsilli  şərqşünas  Senkeviçlə  görüşmüş,  universitetdə  çalışan 

azərbaycanlı  alim  Azərbaycan  şərqşünası Mirzə  Cəfər  Topçubaşovla da  tanış  olur. 

Maraqlıdır ki, avropalı müəllifin şeirlərinin fars dilinə ilk tərcüməsi də Topçubaşova 

məxsusdur.  Şərq  ədəbiyyatının  bu  iki  görkəmli  bilicisi  ilə  dostluq  və  əlaqələr  Polşa 

şairinə Şərq haqqında daha çox məlumat əldə etməyə imkan vermişdi. Digər tərəfdən

azərbaycanlı  alim  A.Mitskeviçin  gənc,  ləyaqətli,  müdrik  və  xeyirxah  simasında 

həqiqətən də zəmanəsinin böyük ustadını və öz xalqının seçilmiş sənətkarını görürdü. 

Şübhəsiz, qarşılıqlı hörmətin nəticəsi olaraq, Mitskeviç 1826-cı ildə Mirzə Cəfərdən 

xahiş edir ki, onun "Gözlev çöllərindən dağların görünüşü" adlı sonetini fars dilinə 

tərcümə  etsin.  Topçubaşov  soneti  fars  dilinə  tərcümə  edərkən  tələbəsi Aleksandr 

Xodzkonun tərtib  etdiyi  sətri  tərcümədən  istifadə  edir.  A.Mitskeviç  yaradıcılığının 

inkişafına  qabaqcıl  rus  ədəbiyyatı  böyük  təsir  göstərmişdir.  Mitskeviçlə  Puşkinin 

əlaqələrini də xüsusi qeyd etmək lazımdır. Puşkinin Mitskeviçə həsr etdiyi "O bizim 

aramızda  yaşayıb",  "Fəvvarələrin  sərinliyində"  şeirlərini  xatırlayaq.  Bundan  əlavə 

"Yevgeni  Onegin",  "Dubrovski",  "Tunc  atlı"  "Sərt  xasiyyətli  Dante  sonetə  nifrət 

etmirdi" və s. əsərlərdə onun adı yad edilir. Adam Mitskeviçin bütün yaradıcılığında 

Polşa  sevgisi,  onun  azadlığı  uğrunda  mübarizəsi  açıq-aydın  hiss  olunur.  O,  bütün 

şeirlərində  sevdiyi  Vətəninin  xilas  olması,  bütün  maneələrə  və  təhlükələrə  qarşı 

mübarizənin  aparılmasını  tərənnüm  edir.  Şeirlərinin  böyük  əksəriyyətini  gəncliyə 

xitabən  yazan  şair  millətinə  daim  doğrunu  izah  etdiyi  üçün  geniş  oxucu  rəğbəti 

qazanmışdır. Ümumiyyətlə, Vətən sevgisi, müstəqillik, azadlıq demək olar ki, zaman-

zaman bütün polyak yazarlarının yaradıcılığında özünü qabarıq şəkildə göstərir. 1855-

ci il noyabrın 26-da Adam Mitskeviç İstanbulda, Perada (indiki Bəyoğluda) vəfat edib. 



İnternetdə: 

https://az.wikipedia.org

 

 

 

 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə