Respublika Uşaq Kitabxanası


 Dekabr – Xalq artisti, xanəndə Tükəzban İsmayılovanın 95 illiyi



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə144/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   138   139   140   141   142   143   144   145   146

431 

 

21 Dekabr – Xalq artisti, xanəndə Tükəzban İsmayılovanın 95 illiyi, 



 (1923-2008) 

Tükəzban  Məhərrəm  qızı  İsmayılova  1923-cü  il  dekabrın 

21-də  Bakı  şəhərində  anadan  olmuşdur.  O,  1939-1944-cü 

illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil almış 

və peşəkar xanəndə kimi çıxış etməyə başlamışdır. Tükəzban 

İsmayılova  1948-1956-cı  illərdə  Azərbaycan  Dövlət 

Filarmoniyasının  solisti  olmuşdur  (1939-1946,  1949-1978). 

Azərbaycan  Dövlət  Qastrol-Konsert  Birliyinin  (1978-2008) 

solisti  olmuşdur.  1994–2004-cü  illərdə  isə  İncəsənət 

Gimnaziyasında  pedaqoji  fəaliyyət  göstərmişdir.  Milli 

musiqimizin böyük sənətkarlar nəslinin görkəmli nümayəndəsi 

olmuş  Tükəzban  İsmayılova  yüksək  ifaçılıq  qabiliyyəti  və 

səhnə mədəniyyəti ilə fərqlənirdi. Ömrünün altmış ildən artıq 

bir  dövrünü  muğama  həsr  edən  Tükəzban  İsmayılova 

musiqimizin inkişafı naminə böyük əmək sərf etmişdir. Müğənninin oxuduğu klassik 

Azərbaycan  muğamları  və  xalq  mahnıları  ifaçılıq  sənəti  tariximizə  həmişəlik  daxil 

olmuşdur. Repertuarında muğam, təsnif, xalq mahnıları ("Kürdün gözəli", "Yeri, dam 

üstə  yeri",  "Qarabağ  şikəstəsi",  "Qaragöz"  və  s.)  və  Azərbaycan  bəstəkarlarının 

mahnıları əsas yer tutur. Onun özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, 

“Şahnaz”,  digər  muğam  və  mahnılar  milli  musiqi  xəzinəmizi  zənginləşdirmişdir. 

Tükəzban  İsmayılova  mədəniyyətimizdə  öz  dəst-xətti  ilə  seçilən  sənətkar olmuşdur. 

Bir  çox  mahnı  və  təsnif  məhz  onun  təkrarsız  ifası  ilə  geniş  yayılmışdır.  Tükəzban 

İsmayılova dünyanın bir çox ölkələrinə (Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, 

Əlcəzair  və  s.)  qastrol  səfərləri  zamanı  Azərbaycan  mədəniyyətini  layiqincə  təmsil 

etmişdir.  O,  respublikamızda  gənc  xanəndələr  nəslinin  yetişdirilməsində  də  öz 

qüvvəsini əsirgəməmişdir.  

Tükəzban  İsmayılovanın  Azərbaycan  musiqi  mədəniyyətinin  inkişafındakı 

xidmətləri  yüksək  qiymətləndirilmişdir.  O,  Azərbaycan  Respublikasının  ali 

mükafatlarından biri olan “Şöhrət” ordeni ilə təltif edilmişdir. 1993-cü ildə Azərbaycan 

Respublikasının xalq artisti 1998-ci ildə Azərbaycan Respublikasının "Şöhrət ordeni" 

ilə təltif edilmişdir. 2008-ci il mart ayının 24-də Bakıda vəfat etmişdir, məzarı II Fəxri 

Xiyabandadır. 

 

Filmoqrafiya: O olmasın, bu olsun (film, 1956), Havalansın Xanın səsi (film, 2001), 

Oxuyan ürəkdir (film, 2003) və s.  

 

İnternetdə:  

https://az.wikipedia.org 

 



432 

 

27 Dekabr – Xalq artisti, aktrisa Safurə İbrahimovanın 80 illiyi, (1938) 

   İbrahimova    Safurə  Ağabala qızı 1938-ci  il dekabr  ayının 

27-də Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra dram 

dərnəyində  çalışıb. 1960-cı  ildə  Mirzağa  Əliyev  adına 

Azərbaycan  Dövlət  Teatr  İnstitutunun  dram  və  kino 

aktyorluğu  fakültəsinə  daxil  olub.  Birinci  kursda 

onu   Akademik  Milli  Dram  Teatrının  repertuarında 

olan İslam  Səfərlinin "Ana  ürəyi"  dramının  tamaşasında 

Xatirə  roluna  dəvət  ediblər.  Bundan  sonra  daha  bir  neçə 

rol  oynayan  tələbə-aktrisa   1961-ci  il   noyabr    ayının  1-

də Akademik  teatrın  truppasına  daxil  olub.  Həmin  vaxtdan 

indiyə  qədər  bu  kollektivdə  çalışır.  Xaraktercə  lirik-dramatik  aktrisadır.  Komik 

personajlarda  da  məharətlə  oynaya  bilir.  Səhnədə  səmimiyyəti,  obrazın  psixoloji 

xarakterini  həssaslıqla  duyması  ilə  seçilir.  Mənalı  sifət  ifadələrindən  və  plastik 

emosional  hərəkətlərdən  istifadə  etməkdə  səriştəlidir.  Safurə  İbrahimova  səhnədə 

Kamalə,  İnci  ("Toy"  və  "Xoşbəxtlər", Sabit  Rəhman),  Əsmər  ("Alov", Mehdi 

Hüseyn),  Fernando  ("Dəlilər", Lope  de  Veqa),  Gülnar  və  Tamara  ("Vaqif",  Səməd 

Vurğun),  Nazlı  ("Ölülər", Cəlil  Məmmədquluzadə),  Ofeliya  ("Hamlet", Vilyam 

Şekspir), Hafizə ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Karola ("Füsunkar qız", 

Mlkolaş  Dyarfaş),  Jasmen,  Vəfa  ("Knyaz"  və  "Xəyyam", Hüseyn  Cavid),  Daduno 

("Darıxma,  ana!", Nodar  Dumbadze),  Sona  ("Xanuma",  Avksenti  Saqareli),  Cen 

("Mariya  Tüdor", Viktor  Hüqo),  Maral  ("Sənsiz",  Şıxəli  Qurbanov),  Saşa  ("Canlı 

meyit", Lev  Tolstoy),  Sevil  ("Sevil", Cəfər  Cabbarlı),  Balaxanım  ("Adamın 

adamı", Anar), Mədinə, Tubu xanım ("Sevgililərin cəhənnəmdə vüsalı" və "Hökmdar 

və qızı", İlyas Əfəndiyev), Durdensiya ("Dişi canavar", Federiko Qarsia Lorka), Zəhra 

bəyim  ("Anamın  kitabı", Cəlil  Məmmədquluzadə),  Mələk  ("Köhnə  ev", Əli  Əmirli) 

rollarında  daha  çox  sənət  uğurları  qazanıb.  Aktrisanın  kino  rolları  arasında  Telli 

("Arşın  mal  alan"),  Həbibə  ("Qatır  Məmməd"),  Dilbər  ("Sevil"),  Gülpəri  ("Dərviş 

Parisi  dağıdır"),  Mədinə  ("Alma  almaya  bənzər")  obrazları  daha  məşhurdur.  Safurə 

İbrahimova teatr sənətindəki xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar 

artisti (1 iyun 1974) və xalq artisti (24 dekabr 2002) fəxri adları ilə təltif edilib. Mehdi 

Məmmədovun  quruluşunda  Hüseyn  Cavidin  "İblis"  faciəsindəki  Rəna  roluna  görə 

Dövlət  mükafatı  laureatıdır.  SSRİ dövründə Novruz  bayramı keçirilərkən,  ilk  bahar 

qızı məhz Səfurə İbrahimova olub. 

Filmoqrafiya: Arşın mal alan (film, 1965), Bizim Cəbiş müəllim (film, 1969), O qızı 

tapın  (film,  1970),  Sevil  (film,  1970),  Qatır  Məmməd  (film,  1974),  Alma  almaya 

bənzər (film, 1975), Dərviş Parisi partladır (film, 1976), Şir evdən getdi (film, 1977), 

Qayınana (film, 1978), Əlavə iz (film, 1981), Sən həmişə mənimləsən (film, 1987), 

Sahilsiz gecə (film, 1989), Hökm (film, 1994) və s. 

İnternetdə:  

https://az.wikipedia.org

 

Milli Qəhrəmanlar Zirvəsi 



Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə