Respublika Uşaq Kitabxanası



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə143/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   138   139   140   141   142   143   144   145   146

427 

 

İncəsənət 



3 Dekabr – Xalq rəssamı Xələfov Rasim Həşim oğlunun 90 illiyi, (1928-2010) 

Rasim  Həşim  oğlu  1928-ci  il  dekabrın  3-də  anadan  olmuşdur.  1949-cu  ildə  

Ə.  Əzimzadə  adına  Bakı  Saxsı  Qablar  Zavodunda  baş  rəssam  kimi  fəaliyyətə 

başlamışdır. Bir müddətdən sonra rəssamlıq təhsilini artırmaq üçün Ukraynaya getmiş, 

Lvov Dövlət Dekorativ Tətbiqi Sənət İnstitutunun monumental keramika fakültəsinə 

daxil olmuşdur. 1958-ci ildə ali təhsilli rəssam kimi Bakıya qayıdaraq 1966-cı ilə qədər 

əvvəlki  iş  yerində  çalışmışdır.  1978-ci  ildən  o,  Azərbaycan  Dövlət  Rəssamlıq 

Akademiyasının  dekorativ  tətbiqi  sənət  fakültəsində  baş  müəllim  vəzifəsində 

çalışmışdır. Bir sıra iri həcmli əsərlərin müəllifi idi. Bakı metropoliteninin "Gənclik", 

"Avrora"  (indiki  Qara  Qarayev)  stansiyalarının,  Bakı  Dövlət  Sirkinin,  Razin  (indiki 

Bakixanov)  qəsəbəsində  mədəniyyət  sarayının  Moskvada  Ümumittifaq  Xalq 

Təsərrüfatı  Nailiyyətləri  Sərgisinin  Azərbaycana  həsr  olunmuş  bölməsinin  qədim 

tərtibatıda  istedadlı  sənətkarın  fırçasının  məhsulu  idi.  Rəssam  eyni  zamanda  kətan 

üzərində, keramika naxış (metalda) və mozaika müəllifi də görürdü. Respublikanın bir 

çox rayonlarında onun monumental işlərinə rast gəlmək olar. Rasim Xələfov 1957-ci 

ildən  başlayaraq  bir  sıra  respublika,  Umumittifaq  və  Beynəlxalq  sərgilərin  və 

müsabiqələrin iştirakçısı olmuşdu. Onun  əsərlərinin  böyük bir  hissəsi  R.Mustafayev 

adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Nizami adına muzeydə, Azərbaycan 

Respublikası  Mədəniyyət  Nazirliyinin  Rəssamlıq  Fondunda  saxlanılır.  Rasim 

Xələfov 2010-cu ildə vəfat edib. 



İnternetdə:  

https://az.wikipedia.org

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


428 

 

12 Dekabr – Xalq artisti Abbas Mirzə Şərifzadənin 125 illiyi, (1893-1938) 



 

Abbas  Mirzə  Şərifzadə 1893-cü  ildə  12  dekabrda  (22  mart  ) 

Şamaxının  Yuxarı  Qala  məhəlləsində  ziyalı  ailəsində  anadan 

olub.  Abbas  Mirzə  Şərifzadə  Şamaxıda  dünyaya  göz  açsa  da, 

onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə 

ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir 

çoxları  kimi  onların  da  ailəsi  şəhəri  tərk  edib  Bakıya  köçürlər. 

Abbas  Mirzə 1903-cü  ildə  gimnaziyaya  daxil  olur.  Məhz  bu 

illərdə də səhnə ilə maraqlanmağa başlayır. 1910-cu ildə "Maarif" 

cəmiyyəti  nəzdində  yaradılmış  teatr  kollektivinə  qəbul  olunur. 

Qısa müddət ərzində bir neçə rolda çıxış edən Abbas Mirzə 1911-

ci  ildə,  onu  bir  sənətkar  kimi  təsdiq  edən  ilk  obrazını  yaradır.  Bu, Əbdürrəhim  bəy 

Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar" faciəsinin əsas qəhrəmanı Qacar obrazı 

idi.  Azərbaycan  kino  sənəti  tarixində  onun  adı  birincilər  sırasındadır. "Bismillah", 

"Hacı Qara", "Gilan Qızı", "Məhəbbət Oyunu" filmlərini çəkən Abbas Mirzə ilk kino 

rejissorumuz  olub.  Abbas  Mirzə 1937-ci  ildə dekabrın  4-də  öz  evində  həbs  olunub. 

Onu  həbs  edərkən,  evində  ciddi  axtarış  aparılıb.  Bir  teatr  qılıncı,  iki  teatr  tapançası 

silah  kimi  müsadirə  edilib.  Məhbusun  "dindirilmə"  üsulu  öz  nəticəsini  verir.  Abbas 

Mirzə Şərifzadə İran dövlətinə casusluq etməsinə dair bəzi ittihamlarla razılaşır. Bu 

ittihamları təsdiqləmək üçün onunla üzləşdirilənlərin bəzilərinin sözlərini təsdiqləyir. 

Və 1938-ci  il oktyabrın  19-da  məhkəmə  öz  hökmünü  verir:  "Şərifov  Abbas  Mirzə 

Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun!". Ancaq 

Şərifzadə haqqında çıxarılan bu hökm, təxminən, bir ay sonra – noyabrın 16-da yerinə 

yetirilir. Bakının Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsi var. 

 

Filmoqrafiya:  “Knyaz  Dəmir  Bulat”  (1916),  “Azərbaycana  səyahət”  (1924), 

Azərbaycana  səyahət,  “Bayquş”  (1924),  “Bismillah”  (1925),  “Əvəz-əvəzə”(1925), 

“Hacı Qara” (1929) və s.  

 

  



  

İnternetdə:  

https://az.wikipedia.org 

 

 

 




429 

 

16 Dekabr – Xalq rəssamı Xalıqov Qəzənfər Ələkbər oğlunun 120 illiyi,  



(1898-1981) 

 

Azərbaycan  SSR  Xalq  Rəssamı,  Azərbaycan  rəssamlıq  sənətinin  ilk  peşəkar 



nümayəndələrindən  biri  Xalıqov  Qəzənfər  Ələkbər  1898-ci  ildə  anadan  olmuşdur. 

Qəzənfər Xalıqov Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdır. Uzun 

illər  rəssam  "Molla  Nəsrəddin"  jurnalında karikaturaçı  kimi  çalışmış,  teatr  və  kino 

dekorativ  sənətkarı  kimi  fəaliyyət  göstərmişdir.  Abşeron  rayonunun Qobu 

qəsəbəsində Q.Xalıqovun şərəfinə orta məktəb və küçə vardır.  

  

 



 

 

 

 

 

 

 

 

 

 

 

İnternetdə:  

https://az.wikipedia.org

 

 

 

 

 

 



430 

 

19 Dekabr – Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin 75 illiyi, (1943) 



 

Azərbaycan  bəstəkarı,  Azərbaycan  Respublikasının  əməkdar  incəsənət  xadimi 

(1982), dosent (1982), professor (1998) Qarayev Fərəc Qara Oğlu 1943-cü il dekabrın 

19-da  Bakıda  anadan  olub.  1966-cı  ildə  Azərbaycan  Dövlət  Konservatoriyasının 

bəstəkarlıq  şöbəsini  bitirmiş,  orada  qalıb  dərs  deməyə  başlamışdır.  1999-cu  ildən 

Moskva  Konservatoriyasının  Nəzəriyyə  kafedrasının  professorudur.  A.Krupp 

Fondunun təqaüdçüsü olub. 1980-1994-cü illərdə BaKaRaensemble kollektivinin bədii 

rəhbəri,  1994-1996-cı  illərdə  Moskvada  Müasir  Musiqi  Assosiasiyasının  vitse-

prezidenti olmuşdur. 1995-ci ildən Bakıda Yeni Musiqi Cəmiyyətinin prezidentidir. 

1999-cu  ildə  "Humay"  mükafatına  layiq  görülmüşdür.  Almaniya  istehsalı  olan 

“Qoyya” filminin musiqi müəllifidir (1971, Q.Qarayevlə birlikdə).  

Əsərləri: Baletlər "Qobustan kölgələri" (1969), "Kaleydoskop" (1971). 

Monoopera: "Journey to love" (1978) – soprano və kamera orkestri üçün XX 

yüzilliyin şairlərinin şeirləri əsasında. 



Filmoqrafiya:  Biri  vardı,  biri  yoxdu...  (film,  1967),  Qanun  naminə  (film,  1968), 

İntizar  (film,  1969),  Bir  cənub  şəhərində  (film,  1969),  Həqiqətin  özü  (film,  2008) 

Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011). 

 

İnternetdə:  

https://az.wikipedia.org

 

 



 

 

 



 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə