Respublika Uşaq Kitabxanası


 Dekabr – Yazıçı, tənqidçi Cəlal Məmmədovun 100 illiyi, (1918-1983)



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə140/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   136   137   138   139   140   141   142   143   ...   146

418 

 

9 Dekabr – Yazıçı, tənqidçi Cəlal Məmmədovun 100 illiyi, (1918-1983) 

 

Məmmədov Cəlal Cabbar oğlu 1918-ci il dekabrın 9-da Qərbi Azərbaycanın İrəvan 



şəhərində  qulluqçu  ailəsində  doğulmuşdur.  Orta  məktəbi  bitirib  Azərbaycan  Dövlət 

Universitetinin  hüquq  fakültəsinə  daxil  olmuşdur.  Hekayə  və  məqalələr  yazmış, 

Azərbaycan  ədəbiyyatı  nümunələrini  ruscaya  çevirmişdir.  Azərbaycan  qadınlarının 

İkinci Dünya müharibəsindəki qəhrəmanlığına həsr etdiyi “Tərlan” pyesi 1943-1944-

cü illərdə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuşdur. Bu illərdə 

dövri  mətbuat  və  almanaxlarda  onun  tənqidi  məqalələri,  hekayələri  müntəzəm  dərc 

olunmuşdur.  İkinci  Dünya  müharibəsi  illərində  bədii  tərcümə  ilə  ciddi  məşğul 

olmuşdur.  M.S.  Ordubadi,  Mehdi  Hüseyn,  Ə.Məmmədxanlı,  S.  Rəhimov  kimi 

sənətkarların  əsərlərini  rus  dilinə  çevirmişdir.  Azərbaycan  Dövlət  Nəşriyyatı  bədii 

ədəbiyyat  şöbəsinin  redaktoru  (1950-1960),  Dövlət  Radio  və  Televiziya  Verlişləri 

Komitəsində  sədr  müavini  (1961-1965),  “Azərbaycan”  jurnalının  baş  redaktoru 

olmuşdur(1966-1975).  Xalq  artisti  Ələsgər  Ələkbərov,  Adil  İsgəndərov,    Mərziyə 

Davudova və Xalq artisti Rza Təhmasib, həmçinin Cəfər Cabbarlı və milli teatr barədə 

monoqrafiyaları vardır. “Şərəf nişanı” ordeni, üç dəfə Azərbaycan Ali Sovetinin Fəxri 

fərmanı  və  medallarla  təltif  olunmuşdur. Cəlal  Məmmədov  1983-cü  il  fevralın  4-də 

Bakıda vəfat etmişdir. 

 

Kitabları:  “Mərziyə  Davudova”  (1949),  “Həsən  bəy  Zərdabi”  (1950),  “Ələsgər 

Ələkbərov” (1960), “Nuranə” (1961) , “Rza Təhmasib” (1966)  və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 



 

 


419 

 

21 Dekabr – Şair Ələkbər Cəfərovun (Ələkbər Ziyatay) 105 illiyi, (1913-1982) 

 

Ələkbər Cəfərov (Ələkbər Ziyatay) 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu 



ailəsində doğulmuşdur. Yeddi illik şəhər məktəbini bitirib orada inşaat texnikumuna 

daxil olmuşdur (1930). Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyil oyanır. 

1933-cü  ildə  texnikumu  bitirir.  Həmin  ili  APİ-nin  ədəbiyyat  fakültəsinə  daxil  olur. 

İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin 

olunur (1937-1940). Qiyabi pedaqoji institutda baş müəllim (1940-1941), Azərbaycan 

Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib (1941-1950), eyni zamanda 

Həsən  bəy  Zərdabi  adına  Kirovabad  Pedaqoji  İnstitutunda  baş  müəllim,  ikiillik  və 

qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir. 1940-

1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifəsində 

çalışmışdır. Gəncə şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1948). 

Sonra Bakıda Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1950-1959), "Ədəbiyyat və 

incəsənət"  qəzeti  redaksiyasında  poeziya  şöbəsinin  müdiri  (1959-1968)  işləmişdir. 

1968-ci ilin yanvarından ədəbi fəaliyyətlə məşğul olmuşdur. 1973-cü ilin dekabrında 

fərdi təqaüdə çıxmışdır. Tatarıstan MSSR Ali Sovetinin Fəxri fərmanı və medallarla 

təltif olunmuşdur.1982-ci il iyulun 2-də Bakıda vəfat etmişdir. Gəncə küçələrindən biri 

onun adını daşıyır.  O, 1935-ci ildən ədəbi fəaliyyətə başlamışdır. Onun ilk şeirləri olan 

“İkibaşlı qartal”, “Berlində yanğın”, “İki cahan” respublika qəzet və jurnallarında dərc 

olunmuşdur. 



Kitabları:  “Məhəbbət  sınağı”  (1946),  “Həyat  mahnıları”  (1954),  “Şeirlər”  (1961), 

“Bakı gecələri” (1964), “Şeirə dönən duyğular” (1983) və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 




420 

 

23 Dekabr – Yazıçı Yasif Nəsirlinin 80 illiyi, (1938-2012) 



     1980-ildən  SSRİ  Yazıçılar  İttifaqının  üzvü,  Jurnalistlər 

Birliyinin  üzvü  (1964),  filologiya  elmləri  namizədi  (1968), 

filologiya 

elmləri 

doktoru 

(1991), 

Azərbaycan 

Milli 

Yaradıcılıq  Akademiyasının  akademiki  (1996),  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  deputatı  (1995),  Beynəlxalq 

mükafatı  laureatı  (1999),  “Qızıl  qələm”  mükafatı  laureatı 

(1999),  “Əbədi  prezident”  qızıl  döş  nişanı  (2008),  Əməkdar 

İncəsənət xadimi (2008). 

Nasir, tənqidçi,  publisist,  tərcüməçi,  tanınmış  ictimai  xadim,  

filologiya  еlmləri  doktoru  Nəsirli  Yasif  Mirzə  oğlu   1938-ci  il  dekabrın  

23-də  Azərbaycanda   Cəbrayıl    rayonunun   Kavdar    kəndində    anadan  olmuşdur. 

Həmin  rayonun  Soltanlı  kənd  orta  məktəbini  bitirdikdən  sonra  Bakı  Mədəni-Maarif 

texnikumunu (1958) və Azərbaycan Dövlət Universitetini (1963) fərqlənmə diplomu 

ilə  bitirmişdir.  "Ulduz" ədəbi-bədii  və  ictimai-siyasi  jurnalının  məsul  katibi  və  baş 

redaktoru  (1967-1968)  olmuşdur.  Azərbaycan  KP  Mərkəzi  Komitəsində  təlimatçı 

(1969-1974), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri, İdarə rəisi 

və  orada  Kollegiya  üzvü  (1974-1988)  olmuşdur.  Qarabağ  müharibə  veteranıdır. 

Respublika  "Veteran"  Xeyriyyə  fondunun  prezidenti,  bir  çox  xarici  ölkə 

universitetlərinin  fəxri  doktorudur.  Azərbaycan  yazıçılarının  hərbi  vətənpərvərlik 

komissiyası sədrinin müavinidir. Hazırda "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr 

Mərkəzinin prezidentidir. Ritsumeikan Universitetinin fəxri doktoru (Yaponiya, 2008) 

seçilmişdir.  Ədəbi  yaradıcılığa  tələbəlik  illərində  başlamışdır.  Xidmətlərinə  görə 

medallar  və  Azərbaycan  Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri  fərmanlari  ilə  təltif 

edilmişdir.  P.S.  Yаzıçının  "Liftdə  hadisə",  "Təyyarə  geri  dönür",  "Qan  qardaşları", 

"Dirilən  adam"  pyeslərinin  tamaşaları  dəfələrlə  Azərbaycan  Dövlət  televiziyası  ilə 

nümayiş  etdirilib.  “Cəlil  Məmmədquluzаdənin  ilk  əsərlərində  sənətkаrlıq”  və 

“Аzərbаycаn  şеirinin  inkişаfı”  mövzulаrındа  yаzdığınız  nаmizədlik  və  dоktоrluq 

dissеrtаsiyаlаrı,  çаp  еtdirdiyi  mоnоqrаfiyаlаr  ədəbi  ictimаiyyət  tərəfindən  mаrаqlа 

qаrşılаnmışdır. Sоnrаlаr yazıçının “İnsаnlаr, görüşlər”, “Аdsız təpə”, “İntizаr”, “Çinаr 

vüqаrı”, “Qаyıdаcаğаm” (rus dilində), “Görə bilmədin”, “Аzərbаycаn şеiri” və bаşqа 

pоvеst, hеkаyə, pyеs və еlmi kitаblаrınız işıq üzü görmüşdür.  



Kitabları: “Araz daşan yerdə”, “Qırmızı qərənfil”, “Adsız təpə”, “Bolluq yaradanlar”, 

“Ömür” və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə