Respublikasi elm və



Yüklə 1,32 Mb.
səhifə6/8
tarix09.04.2023
ölçüsü1,32 Mb.
#104837
1   2   3   4   5   6   7   8
İT-019 tədris pr.hesabat

07.03.2023
Pendirli sous hazırlanmasının texnoloji prosesi ilə tanışlıq.
Pendirli sousun əsas tərkib hissəsi kimi pendir və yaxud emal edilmiş pendirdən hazırlanmış sousdur. Bəzən ona qurudulmuş pendir və ya pendir tozu əlavə olunur. Pendir sousunun bir neçə növü var və bir çox müxtəlif kulinariyalarda istifadə olunur. Kütləvi istehsal olunan pendir sousları müxtəlif şirkətlər tərəfindən həm maye, həm də quru formada hazırlanır. Bu hazırlanmış souslar istehlakçılar və restoranlar tərəfindən istifadə olunur. Pendir sousu ABŞ, Çin və İsveçrə kimi digər ölkələrdə kütləvi istehsal olunan məhsuldur. ABŞ-da pendir sousu ərzaq mağazalarında istehlakçılara təqdim olunur, həmçinin fast food restoranlarında da istifadə olunur. Fast food restoranlar şəbəkəsindən biri olan Burger Kingin menyusunda pendir sousundan istifadə olunur. Zərif qaymaqlı dadı olan Burger King pendir sousu kartof fri də, toyuq qanadlarında və naggets kimi müxtəlif qəlyanaltılar üçün daha əlverişlidir.
Pendirli sousun hazırlanması
Tərkibi:
50 qr. kərə yağı
50 qr. un
0,5 lt. süd duz
istiot
150 qr. istədiyiniz pendir: bu Parmezan, Gouda (Holland pendiri) və s. ola bilər. Hazırlanması:

  1. Dərin və qalın balaca qazanda kərə yağını əridin.

  2. İçinə az-az un əlavə edərək qarışdırın. Dibinin yanmasına imkan verməyin. Yoxsa rəngi dəyişər və başka tam verər. 2 dəqiqə beləcə qovurun.

  3. Unun içinə az-az soyuq süd əlavə edin və əl çırpanı ilə yaxşıca qarışdırın. Un topları qalmamalıdır. Südü əlavə etməyə davam edin. Un süddə tam həll olduqdan sonra südün qalanını tökün.

  4. Orta atəşdə qaynayana kimi qarışdıraraq bişirin.

  5. Qaynamağa başlayan zamandan atəşi azaldın.

  6. Pendiri sürtkəcdən rəndələyib əlavə edin və dayanmadan qarışdırın.

  7. 5 dəqiqə ərzində qarışdıraraq bişirin. Qatılaşanda hazırdır.


08-09.03.2023
Çiyələkli Südlü kokteyl (milkshake) hazırlanmasının texnoloji prosesi ilə tanışlıq.



Tərkibi:
çiyələk - 250 qram bal - 2 xörək qaşığı süd - 2 stəkan
dondurma - 2 top Hazırlanması:
Çiyələkləri blenderdən keçirib püre halına salın. Daha sonra onların üzərinə 2 top vanilli dondurma, 2 yemək qaşığı bal və 2 stəkan soyuq süd əlavə edib bir daha qarışdırın. Qeyd:

  1. Daha qatı çiyələk kokteyli üçün süd miqdarını yarıya qədər azaldın.

  2. Daha çox şirin olması üçün bir çay qaşığı şəkər əlavə edə bilərsiniz.

Çiyələkli şokoladlı kokteyl
Tərkibi:
120 qram çiyələk
100 qram şəkər pudrası
200 ml süd (5-6% yağlılığı olan)
2 ç/q qarğıdalı və ya kartof nişastası 60 qram ağ şokolad
150 ml qaymaq
Hazırlanması:
Çiyələyə 50 qram şəkər pudrası əlavə edib blenderdə püre halına salırıq.
Qalan şəkərlə qaymağı çalırıq. Südlə nişastanınqarışdırırıq, orta odda qarışdıraraq qaynadırıq. Oddan götürüb şokoladı əlavə edirik. Təqdim edəcəyimiz qabın dibinə çiyələk püresi əlavə edirik. Üstündən isti şokolad kütləsini, sonra qaymağı. Qaymağı mətbəx şpirisi ilə də əlavə edə biləsiniz.
Jelenin hazırlanması ilə tanışlıq.


Jelenin hazırlanma qaydası, adətən, onun içində olduğu paketin üstündə yazılır. Jelatinin növləri müxtəlif olur. Bəziləri dənəvər, bəziləri toz, bəziləri isə plastinka kimi olur. Bəs yaxşı, paket cırılıbsa, yaxud heç əvvəldən olmayıbsa? İdealda plastinka jelatini düzgün hazırlamaq qaydası belədir: konditer məhsulunun üstündə əriyib axıb getməməsi üçün jelatini soyuq suda yuyun. Qaynadılmış soyuq suda 2 saat saxlayın. Jelatin şişəcək. Buna şəkər tozu və limon turşusu əlavə edin. Sonra ocağın üstünə qoyun. Qaynara düşəndə üstünün köpüyünü yığın, vam odda daha 5 dəqiqə dayanmadan qarışdıra-qarışdıra bişirin, 40-60 dərəcəyədək soyudun. Sonra istədiyiniz qida boyasını, sirop və ya aromatizator (vanil essensiyası və s.), həmçinin azca likör əlavə edə bilərsiniz. Donmamış jeleni nəlbəkilərə tökün (maksimum 1 sm qalınlıqda). Donandan sonra müxtəlif fiqurlar kəsib konditer məhsullarının üstünə yerləşdirə bilərsiniz. Yaxud bütöv bir tortun üzərini jele ilə örtmək istəyirsinizsə, korju bişirdiyiniz formanın içinə qida plyonkası çəkin, jeleni içinə tökün. Qalınlığı 3 mm-dən çox olmamalıdır. Bərkiyəndən sonra qida plyonkasının kənarlarından tutaraq jeleni formadan çıxarın. Tortun üzərinə yerləşdirin. (Bu zaman çalışın, jelenin donarkən üstdə olan tərəfi tortun da üzərində yuxarıda olsun. Çünki qida plyonkasına yapışan səthi qırışıqlar səbəbindən hamar olmur). Və təbii ki, jeleni tam donmamış da tortun üzərinə tökmək, sonra soyuducuda dondurmaq olar.
Təzə meyvə və ya giləmeyvələrdən jele. Jele donmuş şəffaf həlməşikvarı müxtəlif rəngli kütlədən ibarətdir. Seçilmiş və yuyulmuş giləmeyvələr sıxılır, şirəsi soyuq yerdə saxlanır. Emaldan alınmış cecənin üzərinə isti su tökülür və pilətə üzərində 5-8 dəq. bişirilir. Həlim süzülür, şəkər əlavə edilir, yenidən qaynadılır, şərbətin üzərində əmələ gələn köpük yığılır. Həmin isti şərbətə qabaqca soyuq suda isladılıb şişirdilmiş jelatin əlavə edilir və tam həll olana qədər qarışdırılır, yenidən qaynama həddinədək qızdırılır və süzülür. Hazırlanmış jelatinli şərbətə meyvə yaxud giləmeyvə şirəsi əlavə edilir və paylıq formalara boşaldılıb 0-80C temperaturda bərkimək üçün 1,5-2 saat saxlanılır. İçində jele soyudulmuş qəliblərin 2/3 həcmi 2-3 saniyəliyə qaynar suya salınıb çıxarılır və ehmalca silkələnib krem yaxud mürəbbə qabına boşaldılır. Jele tam şəffaf olmalıdır. Jele bulanıq olduqda o yumurta ağı vasitəsilə şəffaflandırılır. 1000 q jeleni şəffaflaşdırmaq üçün 24 q yumurta ağından istifadə edilir. Bunun üçün soyuq suya yumurta ağı (1:1 nisbətində) qarışdırılır. Qarışıq jeleli şərbətlə birləşdirilir, 8-10 dəq zəif qaynadılmaqla bişirilir. Şəffaflaşmış şərbət süzülüb
qəliblərə tökülür. Jele krem qabında yaxud vazalarda süfrəyə verilir, süfrəyə verilən zaman üzərinə meyvə-giləmeyvə şərbəti tökülür. Jeleni müxtəlif rənglərə salmaq üçün yeyinti boyaları ilə boyamaq olar. Qəlibə tökülən zaman jelenin içinə bişmiş alma, armud, habelə çiy portağal və apelsin qatıla bilər. Təzə meyvədən olan jele də giləmeyvə jelesi kimi hazırlanır.





Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə