Respublikasi elm və



Yüklə 1,32 Mb.
səhifə4/8
tarix09.04.2023
ölçüsü1,32 Mb.
#104837
1   2   3   4   5   6   7   8
İT-019 tədris pr.hesabat

28.02.2023


Toyuq çubuqları (Chiken free) hazırlanması



BK Chicken Fries beynəlxalq fast-food restoranlar şəbəkəsi olan Burger King tərəfindən satılan qızardılmış toyuq məhsuludur. 2005-ci ildə təqdim edilərkən şirkət toyuq çubuqlarından standart menyulardan daha yüksək keyfiyyətli inqrediyentlərlə hazırlanmış daha çox böyüklər üçün nəzərdə tutulmuş məhsullarından biri olmasını nəzərdə tutmuşdu. Bundan əlavə, məhsul qəlyanaltı və hazır yeməkləri hədəf aldı. 2012-ci ildə ABŞ-da istehsalı dayandı, ancaq İtaliya kimi bəzi bazarlarda satılmağa davam edirdi. Məhsulun 2014 və 2015-ci ildə Şimali Amerikada yenidən bazara çıxarılması ilə birlikdə Burger King məhsulun pərəstişkarlarını restoranlara geri gətirməyə kömək olması üçün sosial media kampaniyasından yararlandı. Chicken fri 6, 9, 12 hissəli porsiyalarla verilir. Chicken frinin bişmə vaxtı 1 dəqiqə 20 saniyədir. Qızardan zaman minimum 1 maksimum isə 24 ədəd bağlamaq olar. Burger Kingdə chicken fri xırçıldayan ədviyyatlı bir çörəklə örtülmüş ağ ətli toyuqdan hazırlanır.
Hazırlanması:
Toyuğun döş ətini götürülür və 2-3 sm qalınlığında hissələrə ayırilır. Sonra suxari,küncüt,qırmızı bibər,duz və istiod əlavə edilir
Sonra sarımsağı qatıgla qarışdırıb əlavə edilir.
Daha sonra qatığa batırılmış toyuq çubuqları suxarıya batırılır.Sonra bunları bitki yağında qızardılır.Bişdikdən sonra ketşup və təzə səbzələrlə servis edilir






01.03.2023

Kotlet burgerin hazırlanmasının öyrənilməsi.


Tərkibi: 500 qr un
150 qr süd
50 qr su
1 paket yaş maya

  1. desert qaşığı duz

  2. çay qaşığı şəkər tozu

50 qr zeytun yağı
1ədəd yumurta
Kotlet üçün:
600 qr dana döşü
1 baş soğan
1 diş sarımsaq
100 qr xarda
Hazırlanma
İşə birinci növbədə çörək bişirməklə başlanır. Un, duz və şəkəri bir qabda qarışdırın. Daha sonra su, yumurta, zeytun yağı və südü bura əlavə edib qarışdırın. Yaş mayanı bir miqdar suda həll etdikdən sonra bura qatın və yumşaq xəmir halı alana qədər yoğurun. 1 saat ərzində otaq istiliyində mayalanmaya buraxın
.Daha sonra hamburger kotletini hazırlamağa başlayaq. Qıymanı bir qaba qoyun. İncə-incə doğradığınız (əgər istəsəniz rondodan da keçirə bilərsiniz) soğan və sarımsaqları qıymanın içinə qatın. Qalan bütün vəsaitləri də qarışdırdıqdan sonra ət özünü tutana qədər yoğurun
.Mayalanan xəmiri istədiyimiz ölçülərdə yumru formada şəkilləndiririk və sobada bişirilir. Kotletləri isə tavada yağda bişirilir. Hazır olan çörəklər bölünür, arasına kotletlər qoyulur. İçinə istənilən kimi pomidor, kahı, soğan və ya kornişon turşu qoyub hamburger servis edilir.
02.03.2023
Ətdən hazırlanan qəlyanaltılarin hazırlanma texnologiyası ilə tanışlıq.
Ciyər paşteti
2 iri kök
2 soğan
100 qr kərə yağı
100 qr süd duz, istiot bitki yağı Hazırlanması:

  1. Qaraciyəri yuyun, pərdələrdən təmizləyin, kiçik tikələrə doğrayın.

  2. Kökü soyun sürtgəcdən keçirin, soğanı xırda doğrayın.

  3. Qaraciyər, kök və soğanı bitki yağında açıq tavada 5 dəqiqə qızardın.

  4. Süd, duz, istiot əlavə edin, qapaq altında vam odda 20 dəqiqə pörtlədin.

  5. Bir az soyudun, blenderdə yumşaq kərə yağı ilə birlikdə çalın.

  6. Paşteti formaya qoyun, soyuquducuda axşamdan səhərə kimi saxlayın. Paştet hazırdır.

Pide Tərkibi: 400 qr un
150 qr su
100 qr süd
30 qr kərə yağı
2 ç.q. şəkər tozu
1 ç.q. duz
1 ç.q. quru maya
1 yumurtanın sarısı (üzərinə çəkmək üçün) İçlik:
500 qr farş
150 qr feta pendiri 2 baş soğan
1 pomidor
1 bolqar bibəri
1 ç.q. tomat cəfəri
duz, istiot
bitki yağı (qızartmaq üçün) Hazırlanması:

  1. Xəmir hazırlayırıq: qaba un, şəkər tozu, duz, quru maya tökün, qarışdırın. İlıq su və süd əlavə edin, qarışdırın. Yağı əridin, xəmirə əlavə edin, qarışdırın

  2. Xəmiri yoğurun, isti yerə qoyun (xəmir 2-3 dəfə artmalıdır)

  3. İçlik: soğanı xırda doğrayın, yağda qızardın. Farş əlavə edin, qızardın. Pomidor və bolqar bibəri kub kimi doğrayın, əlavə edin. Tomat , cəfəri, duz və istiot əlavə edin, hazır olana qədər bişirin. İçlik çox quru olmamalıdır

  4. İçliyi soyudun, feta əlavə edin, qarışdırın.

  5. Xəmiri və içliyi 6 hissəyə bölün. Xəmirin hər hissəsini oval şəklində yayın, içlik qoyun, şəkildə göstərildiyi kimi bükün.

  6. Tavaya perqament sərin, pideləri düzün, üzərinə yumurta sarısını çəkin.

  7. Sobanı 220ºC qədər qızdırın, təxminən 15-20 dəqiqə bişirilir.

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə