S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

6 6

GÖMÜR  -  Şahbuz r-nunda kond adı.'  Qədim  türk dillərində kömür -  

"dağın zirvəsində dar, yarğanlı yer"*

 2 sözündəndir.

GÖMÜRÇAY  -  Şahbuz  r-nunda  Naxçıvançayın  sol  qolunun  (uzun­

luğu  13  km) adı.

GÖYGÖL  -  Ordubad  r-nunda  Zəngəzur  silsiləsinin  cənub yamacın­

da  3065  m  yüksəklikdə  şirin  sulu,  axarlı  gölün  adı.3  Gilançayın  sol 

qolu Sakkarsu çayının mənbəyidir.

GÜNEY  QIŞLAQ  -   Şahbuz  r-nunda  kond  adı.  Keçmiş  adı  Yuxarı 

Remeşin kəndi  idi.

GÖYNÜK - Naxçıvan əyalətinin  Sair-Məvazi  nahiyəsində kənd adı.4 

GÖYNÜK  -  Şahbuz  r-nunda  Kcçili  kəndinin  şimal-şərqində  təbii 

mərz adı.

GÜLÜSTAN -  Culfa  r-nunda kənd adı.  Bax:  Culfa.

GOYÇÜ  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində  (indi  Naxçıvan  MR- 

in Şərur r-nunda) kənd adı.5

GÜNEY -  Şahbuz r-nunda Nurs kəndinin  şimalında dağ adı. 

GÜZNÜT  ••  Babək  r-nunda  kənd  adı.  Mənbədə  Naxçıvan  əyalətinin 

Əliııcə  nahiyəsində  kənd  kimi  qeyd  olunur.6  Güznüt  əkin  yerinin 

(məzrənin)  adıdır  və  Ərəzin  kəndinin  yaxınlığında  olan  bu  məzrədə 

Ərəzin və Nehrəm kəndlərinin  əhalisi  əkin  əkir.7 

GÖYNÜK -  Culfa r-nunda kənd adı.

GÜLEYMAR - Culfa r-nunda mineral  bulaq  adı.

GÜLÜM-GÜLÜM  -  Ordubad  r-nunda Nosirvaz  kondinin  cənubunda 

dağ adı.


GÜLŞƏNABAD -  Babək r-nunda kənd adı.

GÜMBƏZ - Naxçıvan  şəhərinin  məhəllələrindən birinin adı.8 9

 "Digər 

adı Nuri-Kamanlar"  (yenə orada).

GÜMÜŞLÜ -  Şərur r-nunda kənd  adı.

GÜMURÇAY  -  Şahdağ  r-nunda  çay  adı,  həmin  r-ndakı  Kömür kən­

dinin adındandır.  Bax:  Kömür.

İrəvan  əyalətinin  icmal  dəfləri,  s.  141.



Радлов R. В.

  Опытный  словарь тюркских  наречий.  II, 2, с.  1321.

3  Azərbaycan  SSR-in  izahlı  coğrafi  adlar  lüğəti,  s.  157.

4

Naxçıvan  sancağının  m üfəssəl  dəftəri,  s.  27.



İrəvan əyalətinin  icmal  dəftəri,  s.  37.

6  Yenə orada.

7  Naxçıvan sancağının  m üfəssəl  dəfləri,  s.  89.

g  .

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  19.

67

GÜNEYBAĞ - Ordubad r-nunda çayın adı.



GÜNNÜT -  Şərur r-nunda kənd adı. Qədim türk mənşəli Hun (xun) etno­

nimindən və qədim türk dillərində cəm bildirən şəkilçidən'  ibarətdir.  Xu- 

nut dağının adı  ilə mənşəcə eynidir.  Bu toponim «günəşli» yer, güney mə­

nasını da verir. Bax: Xunut dağı.

GUHNAR - Naxçıvan əyalətinin Azadciran nahiyəsində kənd adı.2 

HATƏMXAN  -  İrəvan  əyalətinin  Sədərək  nahiyəsində  (indi  Naxçı­

van  MR  ərazisində)  kənd  adı.3  Mənbədə  kəndin  Dünbili  tayfasının 

məskunlaşması  nəticəsində yarandığı qeyd olunmuşdur.4 

HACATI  - Naxçıvan əyalətinin  Dərə-Nürgüt nahiyəsində kond  adı.5 

HACIBƏY  -  1590-cı  ildə  Naxçıvan  şəhərinin  məhəllələrindən  biri­

nin  adı.6  Ehtimal  ki,  Hacıboy  məhəllənin  aliminin,  ağsaqqalının,  ya 

da nəsil başçısının adıdır.

HACIVAR  -  Babək  r-nunda  kənd  adı.  Hacı  şəxs  adından  və  var 

"maldar elin qışlaqda yeri"  sözündən  ibarətdir.  Digər adı  Hacıabad.7 

HACI QAYIB  -  Şərur r-nunda Axurçayın  sol  sahilində mağara  və pir 

adı.  Əsli:  Hacı  Qaib piridir.

HACI  İSLAM  -  İrəvan  əyalətinin  Şərur  nahiyəsində  kənd adı.R Əha­

lisi  Dünbülü əşirətindəndir (yenə orada).

HACI  LALƏLİ  -  Naxçıvan əyalətinin  Şərur nahiyəsində kənd adı." 

HACI MƏHƏMMƏD - Naxçıvan əyalətinin yaylaqlarından birinin adı.10 

HAVUŞ  -  Şərur  r-nunda  kənd  adı.  İrəvan  əyalətində  mövcud  olmuş 

Havuş  kəndi  ermənilər  tərəfindən  sonra  əhalinin  indiki  əraziyə 

köçüb yerləşməsi  nəticəsində yaranmışdır.

HAVUŞDAŞ  -  Şərur r-nunda  Havuş  kondinin  şimalında dağ adı.  Dağ 

sıldırım  qayalar  arasında  15  metrlik  mağaranın  və  oradakı  Havuş  pi­

rinin adındandır.

HAVUŞÇAY  Şərur r-nunda Qabaqlıçayın sol qolunun adı. 

HEYDƏRABAD  Sədərək r-nunda qəsəbə. Sədərək r-nunun mərkəzi.



Древне!юркский  словарь,  с  326.

Naxçıvan  sancağının  ınüfossol  dəfləri, s.  3 I.

3  Yeııo orada,  s.  324.

4  Yeııo orada.

5  Yeno orada, s.  149.

6  İrovaıı  əyalətinin  icmal  doflori,  s.  19.

7  Yeno orada, s.  73.

g

Yeno  orada, s,  168.

9

Yeno orada, s.  168.

10  Yenə orada, s.  166.



6 8

HAVUŞ -  Şərur r-nunda kənd adı. Keçmişdə Avuş adlanırdı. 

HƏDƏL  -  Naxçıvan  əyalətinin  Sədərək  nahiyəsində  keçmişdə 

mövcud olmuş kənd adı.

HƏM ZƏLI  -  Şərur r-nunda  kənd  adı.  Kəndin  əsasını  qoymuş  nəslin 

adıdır.


HƏRƏMİ - Ordubad r-nunda Biləv kəndinin şimal-qərbində aşırım adı. 

HORNİ - Naxçıvan əyalətinin Sair-Məvazi nahiyəsində kənd adı.1 

HURCEŞİN - Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsində kənd adı.*

 2 


HUREMEŞİN - Naxçıvan əyalətinin Naxçıvan nahiyəsində kənd adı.3 

XALXAL  -  Babək  r-nunda  kənd  adı.  Cənubi  Azərbaycan  ərazisində 

qeyd  olunmuşdur.4  Şimali  Azərbaycan  ərazisində  Xalxal  və  Xalxal- 

qışlaq  kəndləri  vardır.  Bəzi  tədqiqatçılara  görə  bu  toponim  Azər­

baycan  dilinin  dialektlərinden  olub,  çəpərlənmiş  (hasarlanmış)  yer, 

ağıl, qoyun yatağı mənasındadır.

XAMLİDAĞ  -  Ordubad  r-nunda  Zəngəzur silsiləsinin  zirvələrindən 

birinin (hünd. 2690 m) adı.

XANABAD - İrəvan əyalətinin Karbi nahiyəsində (indi Naxçıvan MR-in 

Şərur r-nunda) qışlaq adı.5 Ehtimal  ki,  Naxçıvan xanlarına mənsub kənd­

lərdən olmuşdur. Xana mənsub abad (kənd) mənasındadır.

XANƏCAN - Culfa r-nunda kənd  adı.  Fars mənşəli xanəgah "dərviş­

lər üçün  məbəd",  "Sufilərin  yaşadıqları  yer"6  sözünün  təhrif forma­

sıdır.  Bu  xanəgahda  hürufilik  cərəyanının  başçısı,  İmadəddin  Nəsi­

minin  müəllimi  Fəzlullah  Nəimi  "Şeyx  Xorasani"  adı  ilə  dəfn  olun­

muşdur.


XANAĞA  -  Culfa  r-nunda  Xanağa  kəndinin  şərqində  dağ  (hünd. 

1910 m) adı. Bax:Xanağa k.

XANBULAQ -  Şərur r-nunda Havuş kəndinin cənubunda bulaq adı. 

XANƏGAH  -  Naxçıvan  əyaləti,  Ordubad  qəzasının  Azadciran  na­

hiyəsində kənd adı.7

XANLIQLAR -  Şərur r-nunda  kənd adı.  Naxçıvan  xanlarına məxsus 

kəndlərdəndir.  "Xana məxsus,  xanlıq kənd" mənasındadır.

Naxçıvan sancağının  m üfəssəl  dəftəri, s.  27.

2  Yenə orada.

3  Yenə orada, s.  25.

4

Vəlixanlı N.M.

  1X-X11  əsr ərəb coğrafiyaşünas  səyyahları  Azərbaycan  haqqında.  Bakı,  1974.

5  İrəvan əyalətinin  icmal dəftəri,  s.  28.



Бартольд В.В.

  Соч. том.  II,  ч.  I.,  М.,  1963,  с.  218.

7  İrəvan əyalətinin  icmal dəftəri, s.  179.

6 9


XANÇEŞMƏ  -  Ordubad  r-nunda  Urmis  kəndinin  şimal-qərbində 

bulaq adı.

XARABA GİLAN  -  Ordubad  r-nunda Gilançaym  sol sahilində  xara­

ba  şəhər  adı.  Bir  fikrə  görə,  XIII  əsrdə  monqollar  tərəfindən  dağı­

dılmış və bir daha dirçəlməmişdir.1

XARKU - Babək r-nunda Sirab kəndinin şimal-şərqində çay adı. 

XATUNKƏHRİZ  -  İrəvan  əyalətinin  Sədərək  nahiyəsində  kənd 

adı.2  Mənbədə  kəndin  Dünbili  tayfasının  məskunlaşması  nəticəsində 

yarandığı qeyd olunur.3

XAÇAPARAQ -  Culfa r-nunda  Bənənyar kəndinin  şimalında  xaraba 

kənd adı.  Haça -  qoşa  və  baraq (gecələr mal-qara salınan yer) məna­

sındadır.

XƏZƏRDƏRƏQLUX  -  Culfa r-nunda,  Cuğa kəndinin şimal-şərqin­

də  dağ  adı.  Azərbaycan  ərazisində  Xəzər  etnonimini  əks  etdirən 

coğrafi  adlardan,  Azərbaycan  dilində  dərə  və  zirvə  sözlərindən  iba­

rətdir.


XƏZƏRYURD  -  Ordubad  r-nunda  Nəsirvaz  kəndinin cənub-şərqin­

də  dağ (hünd.  3168  m)  adı.  Erkən orta əsrlərdə  Azərbaycan ərazisin­

də  məskunlaşmış  xəzərlərin  adını  əks  etdirir.  Oronimlərdəki  "yurd" 

sözü göstərir ki, dağ xəzərlərin yaylaq yeri olmuşdur.

XƏLƏC - Şərur r-nunda kənd adı.4 Azərbaycanın müxtəlif rayonlarında 

bu  adda  beş  kənd  vardır.  Səlcuq  oğuzlarının  Xələc  tayfasının  adını  əks 

etdirir.  Mahmud  Qaşqariyo  görə,  oğuzlar əvvəlcə  24  tayfa  idilər.  Sonra 

onlardan ikisi  birləşərək Xələc tayfasını yaratmışdır.5 Ərəb müəlliflərinə 

görə  Amu-Dəryanın cənubundakı əyalətlərdə yaşamış türk  tayfalarından 

biri  xələclər olmuşlar.6  Şübhəsiz  ki,  XI-XII  əsrlərdə  Səlcuq  oğuzlarının 

tərkibində  Azərbaycan  ərazisinə  gəlmişlər.  M.H.Vəliycv  xələclərin 

Azərbaycana gəlişini 826-836-cı illərə aid edir7.

XƏLƏC  - Şərur r-nunda  Alışar kəndinin şərqində dağ adı.  Xələcdaşı 

da adlanır.  Səlcuq oğuzlarının  Xoləc tayfasının* adını  əks etdirir.



Сысоев В. M.

  Нахичеванский  кран.  Итвссгия 

A

jk o m c



гариса. вып  IV, с  245.

2

Naxçıvan sancağının  müfossol  dəftəri,  s.  324.



3  Y enə orada.

4

  ■



İrəvaıı  əyalətinin  icmal  dəftəri,  s.  38.



Mahmud Qaşqan,

  III., s.  304-306.



Бартольд В.В.

  С.'оч.  т.,  V,  с.  89.

7

Vəliyev М Л.



  Göstərilən  əsəri,  s.  395.

g

Рашид ад-Дин.



  Сборник летописей, т.  1.,  М.,  1952,  с.  83-85.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə