S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə32/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   24   25   26   27   28   29   30   31   32

112

Türkiyədə  Qars  əyalətindəki  Vənənd mahalından  XIII  əsrdən  sonra' 

bir  qrup  ailənin  gəlib  məskunlaşması  nəticəsində  yaranmışdır.  "Və- 

nend"  adı  gətirilmə  toponimdir.  Şərqi  Türkiyədəki  Vənənd  isə  (ilk 

dəfə  V  əsrdən  adı  çəkilir)*

 2  er.əv.  II  əsrdə  Şimali  Qafqazdan  türkdilli 

bolqar  (yaxud  bulqar)  tayfasının  Vəhəndur  Bulqar  Vəndin  başçılığı 

ilə  gəlib  məskunlaşması  nəticəsində  yaranmışdır.3 Məntəqə başçının 

adı  ilə Vənənd adlanmışdır.4

VƏNƏNDÇAY  -  Ordubad  r-nunda  çay  adı.  Çay  Vənənd  kəndinin 

adı  ilə adlanmışdır.  Bax:  Vənənd k.  Araz çayının  sol qollarından  biri­

nin  adıdır.  Vənəndçay  mənbəyini  Zəngəzur  silsiləsinin  cənub-qərb 

yamacından  (hünd.  3400  m)  alır.  Uzunluğu  29  kilometrdir,5  aşağı 

axarında Dəstəçay adlanır.

VƏRGƏARX -Naxçıvan əyalətinin Dərə Nürküt nahiyəsində kənd adı.6 

VƏRMƏZİYAR  -  Şərur  r-nunda  kənd  adı.  Qədim  farsca  var "gecə­

lər  heyvan  salmaq  üçün  hazırlanmış  yer",  "qala",  "möhkəmləndiril­

miş  yer"  sözündən  və  Məzyar  şəxs  adından  ibarətdir.  Kəndin  adı 

"Məzyar  qalası"  mənasındadır.  Vərməziyar  adlı  kəndin  biri  İrəvan 

quberniyasının  Şərur-Dərələyəz  qəzasında,  biri  də  Naxçıvan  qəza­

sındadır.7 8

  Digər Vərməziyar  İrəvan  xanlığının  Zəngibasar  mahalında 

(indi Masis r-nunda) vardı."

YAĞLIDƏRƏ  -  Ordubad  r-nunda  Urmis  kəndinin  şərqində  dağ adı. 

Dağ  oradakı  "Yağlıdərə"  dərəsinin  adı  ilə  adlanmışdır.  Ad  həmin 

dərədə  mal-qara  otarıldıqda  südünün  yağlılıq  dərəcəsinin  artması  ilə 

əlaqədar  yaranmışdır.  İsmayıllı  r-nunda  Köhnə  Dahar  kəndində 

Yağlıbulaq hidronimindəki  "yağ"  sözü ilə mənaca eynidir.



XIII  əsr  müəllifi  Stepan  Orbelian  yalnız  Qars  vilayətində  Vonəndi  qeyd  edir,  Ordubad  maha­

lından  danışdıqda  Vənənd  toponimini  göstərmir;  bax. 

Stepan  Orheiian.

  Из  исюрии  рола 

Сисакан.  Пер.  Г.  Тер  -  Григоряна.  Az.urb.  SSR  BA  Tarix  İnstitutunun  bimi  arxivi,  inv.  № 

1274,  s.55.

2  История  Армении  Моисея  Хоренского.  М.,  1893,  с  81.

3  Очерки  истории СССР,  111-1Х  вв.  М.,  1958,  с .587.



Капанян Г.

  Историческое значение топонимики  Древней  Армении,  с.  374

5  Azərbaycan  SSR-itı  izahlı coğrafi  adlar lüğəti,  s.55.

6  Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.32.



Puqiryev D.D.

  Göstərilən  əsəri,  s.49.

8

Şopen



  /.  Göstərilən  əsəri.

113


YAQUTXAN  -  İrəvan  əyalətinin  Sədərək  nahiyəsində  kənd  adı.1 

Mənbədə  kəndin  Dünbili  tayfasının  məskunlaşması  nəticəsində  ya­

randığı qeyd olunmuşdur.2

YAYCI  -  Culfa  r-nunda  kənd  adı.3 Qədim  türk  mənşəli  Yaycı  tayfa­

sının adını4 əks etdirir.

YAYCI  DƏRƏSİ  -  Şərur  r-nunda  Aşağı  Yaycı  kəndinin  cənubunda 

Arpa  çayına  tökülən  çayın  adı.  Yaycı  kəndinin  yaxınlığındakı  dərə 

mənasındadır.

YALQIZAĞAC - Naxçıvan əyalətinin Şərur nahiyəsində kənd adı5 

YAM XANA  -  Babək  r-nunda kənd  adı.  Mənbədə Naxçıvan  əyalətinin 

Qışlağat nahiyəsində  kəndin  adı  kimi  qeyd  olunur.6  Türk-monqol  dillə­

rində yam -  "poçt məntəqəsi", "çaparxana"7 və farsca xana -  "ev", "bina" 

sözlərindən ibarətdir." Orta əsrlərdə hakimin fərmanını tələb olunan yerə 

çatdırmaq üçün yollarda yamxanalar təşkil edilirdi və bir qayda olaraq bir 

yamxanadan o birisinə atlı çaparaq gedərək fərmanı çatdırırdı. 

YAMACYURD - Şahbuz r-nunun şimal-şərqində təbii mərz adı. 

YARIMCA  -  Babək  r-nunda kənd  adı.  Mənbədə  "Yarımca  məzrəsi" 

kimidir.9  Kəndin  (obanın)  yarısı  mənasındadır.  Keçmişdə  müəyyən 

bir kənddən  ayrılmış  bir nəsil  (məhəllə adamları) həmin  kəndə məx­

sus  icma  torpağına  köçüb  yeni  yaşayış  məntəqəsi  yaradır və  dövlətə 

vergini çıxdığı  ana kəndlə birgə verirdisə, bu yarımca adlanırdı. 

YARIMCA  -  Naxçıvan  əyalətinin  Naxçıvan  nahiyəsində  kənd  adı.10 

"Bədəxşan kəndinin yaxınlığında yerləşir" (yenə orada).

YARPAXLI  - Ordubad r-nunda Şurut kəndinin şimalında dağ adı. 

YEZDABAD  -  Naxçıvan  əyalətinin  Qışlağat  nahiyəsində  kənd  adı." 

Yezid  şəxs  adından  vo  abad -   "kənd",  "yaşayış  məntəqəsi"  sözündən 

ibarətdir.

Naxçıvan  sancağının  nıüfossəl  doftori,  s.  324.

2  Ycno orada.

Yeno  orada.

4

Kommov A.N.



  Göstərilim  əsəri.

Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.  326.

°  Yenə  orada,  s.  145.



PaöJioe HİS.

  Опы г  словарь  тюркских  наречий,  II,  2,  1488.

8  •


İrəvan əyalətinin  icmal  dəftəri,  s.  138.

9

Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.  25.



'°  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  138.

1  Yeno  orada,  s.  145.


114

YƏMŞƏNLİ  -  Naxçıvan  əyalətinin  Əlincə  nahiyəsində  məzrə  adı.1 

Yemişan ağacının bitdiyi yerdə əkin sahəsi.



YENİCƏ  -  Naxçıvan  əyalətinin  Qışlağat  nahiyəsində  kənd  adı.2  Tə­

zəcə  yaranmış  kənd  mənasındadır.  Orta  əsrlərdə  kəndin  bir  hissəsi 

başqa yerdə məskunlaşdıqda Yenicə, yaxud Yengicə adlanırdı. 

YENİCƏ - Naxçıvan əyalətinin Naxçıvan nahiyəsində məzrə adı.3 

YENİCƏ - Naxçıvan  əyalətinin  Azadciran nahiyəsində kənd adı.4 

YENİCƏYİ  ƏRƏB  -  Naxçıvan  əyalətinin  Şərur  nahiyəsində  kənd 

adı.5  Təzə yaranmış ərəb (mənşəcə ərəblərdən) kəndi mənasındadır. 



YENİCƏYİ  ÇOMAXTUR  -  Naxçıvan  əyalətinin  Şərur nahiyəsində 

kənd adı.6 Çomaxtur (bax)  kəndindən ayrılmış  bir qrup  ailənin həmin 

kəndə  məxsus  icma  torpağında  məskunlaşması  nəticəsində  ya­

ranmışdır.  Çomaxtur kəndindən  yaranmış təzə kənd mənasındadır. 



YENİKƏND -  Kəngərli  r-nunda kənd adı.

YENİKƏND -  Şahbuz r-nunda kənd adı.

YENGİCƏ -  Şərur r-nunda kənd  adı.

YOLLU - Naxçıvan əyalətinin Naxçıvan nahiyəsində kənd adı.7 

YUMRUDAŞ  -  Naxçıvan  əyalətinin  Əlincə  nahiyəsində  məzrə  adı.8 

Dəyirmi  formalı sahə mənasındadır.



YURDÇU  -  Kəngərli  r-nunda  kənd  adı.  Ehtimal  ki,  Şahsevənlərin 

Poladlı  tayfasının Yurdçu tirəsinin  adını əks etdirir.

YUXARI  ARALIQ  -  Şərur r-nunda kənd  adı.  İrəvan əyalətinin Kar- 

bi  nahiyəsinə  daxil  idi.9  XIX  əsrin  sonlarına  aid  ədəbiyyatda  Aralıq 

Balakənd adı  ilə də qeyd olunmuşdur."

YUXARI  BUZQOV  -  Babək  r-nunda  kənd  adi.  Buzqov  kəndindən 

yeni məntəqə (Aşağı  Buzqov) yarandıqdan  sonra adına "Yuxarı" sözü 

əlavə olunmuşdur.

Naxçıvan  sancağının  müfəssəl  dəfləri,  s.  182.

2  Y enə orada,  s.  145.

3  Y enə orada, s.  25.

4

Y enə orada, s.  31.



5  İrəvan  əyalətinin  icmal dəftəri,  s.  168.

6  Y en ə orada.

7  Y enə orada, s.  164.

8  Y enə orada, s.  182.

9

Paqiryev D.D.



  Göstərilən əsəri.

"   Y enə orada.

115


YUXARI  DAŞARX  -  Şərur  r-nunda  kənd  adı.1 Qədim  Daşarx  kən­

dindən  yeni  məntəqə  (Aşağı  Daşarx)  əmələ  gəldikdən  sonra  adına 

"Yuxarı"  sözü əlavə olunmuşdur.

YUXARI  QIŞLAQ  -  Şahbuz  r-nunda  Qışlaq  kəndinin  içərisindən 

axan çay.



YUXARI  ƏYLİS  -  Ordubad  r-nunda  kənd  adı.  Mənbədə  ilk  dəfə 

çəkilmişdir.2  Əsli  -  Əylis.  Ondan  digər məntəqə (Aşağı  Əylis) yaran­

dıqdan  sonra  Yuxarı  Əylis  adlandırılmışdır.  XVI  əsrə  aid  mənbədə 

Kilis  qalası,3  farsca mənbədə  Akulis4  kimidir.  XIX  əsrə  aid  mənbədə 

də Naxçıvan  qozasında Akulis kimi  qeyd  olunmuşdur.5  Əsl  qədim  adı 

Ağ  Kilis  olmuşdur.  Həqiqətdə  də  orada  müqəddəs  Foma  monastırı 

vardır.  Azərbaycanca  ağ  və  ərəbcə  kilis  (əsli  yunancadan)  "kilsə", 

"monastır"  sözlərindən  ibarətdir.  Gürcüstanda  Qarakilis  kənd  adı 

vardır.

YUXARI  ƏLİŞAR  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində (indi  Nax­

çıvan  MR-in  Şərur r-nunda)  kənd  adı.6  "Digər adı  "Mexta  Qala"  (ye­

nə  orada,  s.  72).  Əsli  -   Yuxarı  Alışar.  Həmin  Alışar  kəndi  dağıldıq­

dan sonra əhalisi  indiki  Alışar kəndini  yaratmışdır.  Bax:  Alışar. 



YUXARI  YAYCI  -  Şərur r-nunda kənd adı.  Kollektivləşmə illərində 

(1930-cu  illərdə)  Yaycı  kəndindən yeni  məntəqə ətnələ gəldikdən  və 

Aşağı  Yaycı  adlandırıldıqdan  sonra  kəndin  adına  "Yuxarı"  sözü əlavə 

olunmuşdur.  Hər  iki  kənddə  "Qaradaş"  və  "Ağ zəmilər"  adlı  yer var­

dır.  Qədim  türk  mənşəli  Yaycı  tayfasının7  adını  əks  etdirir.  XIX  əsr­

də  Cənubi  Qafqazda  mövcud  olmuş  8  Yaycı  kənd  adı8  ilə  mənşəcə 

eynidir.  Bax:  Yaycı.

YUXARI  ƏNDƏMİC  -  Ordubad  r-nunda  kənd  adı.  Əndomic  kən­

dindən  yeni  məntəqə  (Aşağı  Əndəmic)  yarandıqdan  sonra  adma  Yu­

xarı  sözü  əlavə  olunmuşdur.  Əndəmic  adının  mənası  barədə  bax: 

Aşağı Əndomic.



YUXARI  PARÇI - Naxçıvan əyalətində kənd adı.9

Paqirwv

 />/>.  Göstərilən  osori.

2  İrovaıı  oyalotiııi»  icmal  dəftəri,  s.  147.

Rövzətüs-.Səfəviyyə,  II  hissə.  Azorb.  L'A  1 arix  İnstitutunu»  filmi  arxivi,  j»v. >fs 3275, s. 4 5 1

4

Naxçıvan  saııcağımıı  ınüfossol  dəftəri,  s.  83.



Рахраминов Дж.

  Описание apxeoı рафических документов.  Баку.  1969.

Paqirwv D.D

  Göstoriloıı  osori, s.  10.

7

Кононов Л.Н.



  Роаославиая  гуркмем  Абул-Гачи хана  Хивинского  M-JI  .  1948.  с.  24-25.

"



Paqirwv D.D.

  Göstorilən  əsəri, s.  323.

9

Yenə orada, s.  147.




1 1 6

YUXARI  SÜRƏMƏRƏC  -  Naxçıvan  əyalətinin  Sair-Məvazi  nahi­

yəsində kənd adı.1

YUXARI UZUNOBA - Babək r-nunda kənd adı.

YUXARI  XANƏGAH  -  Naxçıvan  əyalətinin  Azaciran  nahiyəsində 

kənd adı.*

 2  Ehtimal ki, Xanəgah adının təhrifidir.  Bax:  Xanağa. 

YUXARI  COMATUR  -  Naxçıvan  əyalətinin  Şərur  nahiyəsində 

kənd adı.3

YUXARI  ŞƏHRİYAR  -  Naxçıvan  əyalətinin  Şərur  nahiyəsində 

kənd adı.4 Əsli -  Şəhriyar.  Ondan digər kənd (Aşağı  Şəhriyar) yaran­

dıqdan  sonra Yuxarı  Şəhriyar  adlanmışdır.  Şəhriyar  şəxs  (mülkədar) 

adındandır.

ZEYVƏ  -  Şərur  r-nunda  kənd  adı.  Ərəb  dilində  zaviyə  -   "künc", 

"bucaq"  (cəmiyyətdən  kənar  mənasında),  "hücrə",  "ibadətgah"  sö­

zündəndir. Fars dilindəki xanəgah sözünün sinonimidir.5 

ZEYNƏDDİN - Babək r-nunda kənd adı.6 Zeynəddin şəxs adındandır. 

ZƏVALIQ  -  Naxçıvan  əyalətinin  Əlincə  nahiyəsində  kənd  adı.7 

Zeyvəlik  adından  təhrif.  Həm  də  kəndin  Zəvələ  adlandığı  qeyd  olu­

nur.8 Bax:  Zeyvə.

ZƏYDƏRƏ  -  Ordubad  r-nunda  Gilançayın  sol  qolunun  adı.  "Zəy  (bo- 

yaqçılıqda işlədilən mineral maddə) çıxarılan dərə" mənasındadır. 

ZƏRDƏDƏRƏ  -  Şərur r-nunda  Danzik kəndinin şimalında dərə adı. 

Fars dilində zerd -  "sarı"  və azərbaycanca "dərə" sözlərindəndir. 

ZƏRNƏTÜN  -  Babək  r-nunda  kənd  adı.  Naxçıvan  əyalətinin  Dərə- 

Şahbuz  nahiyəsində  kənd  kimi  qeyd  olunur.9  Farsca  zəmə  -   "əkin 

yeri"  və türkcə tun -  "təpə"  sözlərindən  ibarətdir.

ZƏRNƏTÜNÇAY -  Şahbuz r-nunda Naxçıvançayın sol qolunun adı. 

ZƏRNİL  -  Şahbuz  r-nunda  kənd  adı.  «Qızıl  çay»  mənasını  verir. 

Kənd sürüşmədən dağılmışdır.



Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.  27.

2  .

İrəvan  əyalətinin  icmal dəftəri,  s.  72.

3  Naxçıvan  sancağının  m üfəssəl  dəftəri,  s.  327.

4  Yenə orada,  s.  182.



Budaqov L.Z.

  Göstərilən  lüğəti,  I,  s.  603.

6  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  138.

7  Yenə orada.

O

Naxçıvan  sancağının müfəssəl  dəftəri, s.  27.

9  İrəvan  əyalətinin  icmal dəftəri,  s.  167.

I  17


ZİYARƏTTƏPƏ  -  Şərur  r-nunda  Mahmudkəndin  cənubunda  dağ 

adı.  Keçmişdə  əhali  tərəfindən  müqəddəs  yer  kimi  ziyarət  edilmiş 

təpə mənasındadır. Təpədə pir vardı.

ZIMMİ  KEÇİDİ  -  Naxçıvan  əyalətinin  Dərə-Şahbuz  nahiyəsində 

kənd  adı.1  Orta  əsrlərdə  müsəlmanlar  içərisində  yaşayan  və  himayə 

edilən  xristian  ailələri ərəbcə  Zimmi  adlanırdı.

ZOQ  -  Naxçıvan  əyalətinin  Dərə-Şambul  nahiyəsində  məzrə  adı. 

Qədimdə  Naxçıvan  əyalətində  yaşamış  naməlum  mənşəli  kiçik  bir 

tayfa Zoq  adlanırdı.

ZOĞALASU  -  Culfa  r-nunda  çay  adı.  Suyun  qırmızı  rəngdə  olması 

ilə əlaqədar verilmişdir.

ZÜLFUQARBULAQ  -  Şərur  r-nunda  Tənənəm  kəndinin  cənub- 

qərbində bulaq adı.

ZÜLFÜQARQIŞLAQ  -  Naxçıvan  əyalətində  qışlaq  adı.2  "Əhalisi 

Bayat  əşirətindəndir"  (yenə  orada).  Zülfüqar  şəxs  (mülkədar)  adın­

dandır.


1  İrovan  əyalotiniıı  icmal  dəftəri,  s.  167.

2  Yenə orada,  s.  144.


118

KİTABIN  İÇİNDƏKİLƏR

G iriş......................................................................................................... 3

I. Naxçıvan bölgəsinin  siyasi və etnik tarixinə dair.........................6

1.  Etnik mənşəli  toponimlərin tarixinə dair..................................... 8

2.  Etnik tərkibli coğrafi adların mənşəyinə bir baxış....................14

II. Toponimlər..................................................................................... 23

Oykonimlor...................................................................................... 23

Oronimlər......................................................................................... 24

Hidronimlor...................................................................................... 26

Zoonimlər......................................................................................... 28

Fitonimlər......................................................................................... 29

Təbii  sərvətləri  əks  ctdiron toponimlər......................................... 31

Ayrıq (kövşən) coğrafi  adları..........................................................32



İzahlı toponimik lüğət.........................................................................34

Budaq  Budaqov 

Qiyasəddin  Qeybullayev

NAXÇIVAN  DİYARININ 



YER YADDAŞI

BAKI 


2004

Azərbaycan  M HA  Cicologiya  İnstitutunun  Hlıııi  nəşr şöbəsində 

yığılmış, səhifəiənm iş və çap olunmuşdur.

Nəşriyyat tıı direktoru 

Hafiz A bıy ev 

Kompüter tərtibçisi 

Qabil Xeyrullaoğlu 

Operator 

İradə Həsənli

Çapa  imzalanmışdır:  10.12.2004.  Fonnatı  84X108I,,:.  Əla  növlü  ofset  kağızı.  Şrifti 

ədəbi  qamitur.Çap  vərəqi  7,75.  Tirajı  500  nüsxə.  Sifariş  №  41.  Qiyməti  müqavilə 

əsasında.



"Nafta-Press" nəşriyyatı. A zl 143. Bab, H.Cavid prospekti 29', 

Akademiya şəhərciyi,  Geologiya İnstitutunun binası.  Tel: 439-39-72.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə