S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

8 6

QIRXLARDAĞ  -  Ordubad  r-nunda  dağ  adı.  Dağ  oradakı  "Qırxlar" 

pirinin adı  ilə adlanmışdır.



QAHAB - Babək r-nunda  kənd  adı.1 Kəndin adı farsca qah -  "düzən", 

"çay yatağı" və ab -  "su" sözlərindən ibarətdir.



QAHAB  -  Naxçıvançayın  sol  qolunun  (uz.  21  km)  adı.  Qahab  -  

düzəndən axan çay mənasındadır.



QƏLEYLİ  -  Şahbuz  r-nunda  dağ  adı.  "Qalalı",  "Qala  olan"  (dağ) 

mənasındadır.



QƏLEYLİ  -  Şahbuz  r-nunda  Batabat  mineral  bulaqları.  Qəleyli 

dağının adı ilə adlanmışdır.



QIŞLAQABBAS -  Şərur r-nunda kənd.

QIVRAQ  -  Kəngərli  r-nunda  qəsəbə  adı.  Gəncə  quberniyasının  Zən­

gəzur qəzasında (indi  Ermənistanın Sisyan r-nunda) da bir kənd Qıvraq 

adlanırdı. Qıvraq yığcam, balacaboy, kiçik mənasındadır.

QIZ  QALASI  -  Şərur  r-nunda  Havuş  kəndinin  şərq  tərəfində  qala 

adı.  Xalq arasında  "Qız evi" də adlanır. Orta əsrlərə aid qaladır.



QIZ QALASI  -  Şərur r-nunda Aşağı  Yaycı  kəndinin  cənub-qərbində 

Uzunqaya dağ silsiləsinin Arpaçaya endiyi yerdə qala adı.



QIZGƏLİN  ÇUXURU  -  Ordubad  r-nunda  Qapıçıq  (Gəmiqaya) 

dağının yamacında alp çəmənliyinin adı.



QIZILBOĞAZ  -  Babək  r-nunda  dağ  adı.  Vayxır  dəryaçası  tikildiyi 

ən dar (təngi) yer.



QIZILBURUN  -  Naxçıvan  şəhərinin  cənubunda  (18  km-liyində), 

Araz çayının sol  sahilində dağ burnunun adı.



QIZILVƏNG  -  Babək  r-nunda  Tozokənd  kəndinin  cənubunda,  qə­

dim  Alban  kilsə  xarabalığının  adı.  Qırmızı  daşdan  tikildiyinə  görə 

belə adlanmışdır.  XIX əsrdə Cənubi Qafqazda 6 Qızılvəng vardı.' 

QIZILVƏNG -  Babək  r-nunda  Bakıdan  527  km-likdə dəmiryol  stan­

siyası  əsasında  yaranmış  qəsəbə  adı.  Stansiya  yaxınlığındakı  "Qızıl- 

vəng"  Alban kilsəsinin adı  ilə adlanmışdır.

QIZILQAYA -  Şərur r-nunda  Danzik kəndinin şimalında qaya adı. 

QIZILQAYA - Culfa r-nunda Yaycı kəndinin şimal-qərbində dağ adı. 

QIZILQAYA  -  Culfa  r-nunda  Camaldin  kəndinin  cənub-qərbində 

dağ suayrıcının adı.



QIZIL  QIŞLAQ  -  Şahbuz  r-nunda  kənd  adı  (bu  kənd  keçmişdə 

Aşağı  Remcşin adlanırdı).



1  Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.  27.



Puqiryev D.D.

  Göstərilən  əsəri,  s.  131.

8 7


QIZIL  QIŞLAQ  -  Şahbuz  r-nunda  kənd  adı.  Güney  Qışlaq  kəndin­

dən  çıxmış  ailələrin  məskunlaşmasından  yaranmışdır.  Qızıl  Qışlaq 

kəndinin xarabalıqları bu gun də qalmaqdadır.

QIZILQAYA  -  Şərur  r-nunda  Şərqi  Arpa  çayından  sağ  tərəfdə  dağ 

(hünd.  1682  m)  adı.  Vulkan  mənşəli  olduğuna görə  "Qırmızı  süxurlu 

qaya"  mənasındadır.  Quba,  Şəki  və  Laçın  r-nlarında  Qızılqaya  dağ 

adları ilə menaca eynidir.



QIZILDAĞ  -  Şahbuz  r-nunda  Tırkeş  kəndinin  cənub-qərbində  dağ 

adı.  "Qırmızı rəngli  süxurlu dağ" deməkdir.



QIZILYURD -  Şahbuz r-nunda Kömür kəndinin şərqində təbii mərz adı. 

QIZILCA - Culfa r-nda kənd adı.

QIZILCA  -  Naxçıvan  əyalətinin  Qışlağat  nahiyəsində  qışlaq  adı.1 

Vulkan mənşəli  olduğuna görə qırmızı süxurlu ərazini bildirir. 



QİYASLI  -  Naxçıvan  əyalətində  Qışlağat  nahiyəsində  kənd  adı.*

 2 *


 

Kəndin əsasını qoymuş nəsil  adıdır.



QIRDAŞ - Naxçıvan əyalətinin Qarabağ nahiyəsində kənd adı.’ 

QIRXLARDAĞ  -  Culfa  r-nunda  Qazançı  kəndinin  cənub-qərbində 

dağ (hünd.  1733  m) adı. Oradakı  "Qırxlar" pirinin adındandır. 



QILINCYURD  -  Culfa  r-nunda  dağ  adı.  Qədim  türk  mənşəli  Kilic 

tayfasının adını əks etdirir.



QIŞLAQABBAS  -  Şərur  r-nunda  kənd  adı.  Azərbaycanın  bir  sıra 

yaşayış  məntəqələri  qışlaqlar  əsasında  yaranmışdır.  Qışlaq  maldar 

elin  təkcə  mal-qarasının  qışda  saxlandığı  yer,  həm  də  maldar  elin 

yaylaqdan  dönərək  gələn,  yaylaq  vaxtına  qədər yaşadığı  yer idi.  Qış­

laq  iki  cür  idi:  sığırxana  və  yataq.  Sığırxanada  iribuynuzlu  mal-qara, 

yataqda  qoyun-quzu  saxlanılırdı.  Bir qayda  olaraq,  yataq  evlərdən  bir 

qədər  aralıda,  sığırxana  isə  ailələrin  yaşadıqları  evlərin  yaxınlığında 

yerləşirdi.  Ona  görə  ki,  sağmal  heyvan  səhər-axşam  sağılmalı  idi. 

Sığırxana,  bir qayda olaraq,  gündüşən yerdə salınırdı.4  Qışlaq, ya yer­

li  coğrafi  mövqeyini,  landşaftını  əks  etdirən  coğrafi  terminlə,  ya  da 

şəxs  adı  ilə  adlanırdı.  Kəndin  adı  "Abbasa  məxsus  qışlaq"  mənasın­

dadır.


QOÇÖLƏN -  Şərur r-nunda Tənənəm kəndin şimal-şərqində dağ adı.

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  145.

2  Naxçıvan  sancağının  m üfəssəl  dəftəri,  s.  30.

2  Yenə  orada,  s.  29.

4

Абелое  ПА.



  Экономический  бьп  гос.  крестя»  Елизаветнольского  yew a  Нлизаветполь- 

ской  губернии;  Экономический  быт  государственных  крестян  Закавказского  края,  Тиф­

лис,  1886,  том  IV,  с,  70.


8 8

QOVALI - Naxçıvan sancağının Sədərok nahiyəsində kənd adı. 

QOYLUCA - Naxçıvan əyalətinin Əlincə nahiyəsində kənd adı.' 

QOYUNLU - Naxçıvan əyalətinin Dərə-Şalıbuz nahiyəsində məzrə (əkin 

yeri) adı. Digər adı "Suyu məzrəsi",*

 2 *

 "Dağ məzrəsi" adlanır (yenə orada). 



QOYCALAR - Ordubad r-nunun  Biləv  kəndinin  cənub-qərbində dağ 

adı.


QORUQLAR  -  Ordubad  r-nunda  kənd  adı.  Monqolların  tarixini 

yazmış  Rəşid  əd-din  (XIV  əsr)  monqolların  yürüşlərində  karkın  və 

Karıq  oğuz  tayfalarının  iştirak  etdiyini  yazır.1  Bu  tayfaların  birincisi 

Naxçıvan MR ərazisində Qarxın,  ikincisi  isə Qoruqlar (əsli  Qarıqlar) 

kənd  adlarında  iz  qoymuşdur.  Məlumdur ki,  XV-XVI  əsrlərdə  Qızıl­

başların  Zülqədər  tayfasının  bir  qolu  Koruqlu  (Karıqlıdan  fonetik 

forma) adlanırdı.4

QORXAN  -  Ordubad  r-nunda  Urmis  kəndinin  şimal-qərbində  təbii 

mərz  adı.  Ehtimal  ki,  monqolların  tərkibində  XIII  əsrdə  gəlmiş  türk 

mənşəli Qoriqan  tayfasının5 adını  əks etdirir.

QOTURDAG  -  Şahbuz  r-nunda  Nurs  kəndindən  şimal-şərqdə  dağ 

(hünd.  2046  m)  adı.  "Seyrək  bitkili  dağ"  mənasındadır.  Əli  Bayramlı 

və Kəlbəcər r-nlarında Qoturdağ oronimləri  ilə monaca eynidir. 

QOCALIYURD  -  Şahbuz  r-nunda  Kömür  kəndinin  şərqində  təbii 

mərz adı.  Qocalı tayfasının adını əks etdirir.



QOŞADİZƏ  -  Babək  r-nunda  kənd  adı.  Yanaşı  Dizə  (kənd)  məna­

sındadır.



QOŞADİZƏ - Ordubad  r-nunda  kənd adı.  Yanaşı  Dizə (kənd) məna­

sındadır.



QOŞUNDAŞ  -  Ordubad  r-nunda  Bist  kəndinin  şərqində  dağ  adı. 

Monqol  dilində qaşun -  "şoran",  "duzlaq"6 və Azərbaycan dilində daş 

(qaya) sözlərindən ibarətdir.

QUZEY -  Şahbuz r-nunda Nurs  kəndindən  şimalda təbii mərz adı. 

QUR - Ordubad  r-nunda Urmis kəndinin  şimalında dağ adı. 

QURDTƏPƏSİ  -  Ordubad  r-nunda  Yuxarı  Əylis  kəndinin  şimal- 

qərbində təpə adı. Canavar (qurd) yaşayan təpə mənasındadır.



İrəvan  əyalətinin  icmal  dəftəri, s.  180.

2  Yenə orada, s.  166.



Рашид ад-Дии.

  Сборник летописей т.  I,  ч.  1,  М-Л.,  1952,  с  83-85.

riempyuıeecKuü И.П.

  Очерк феодальных  огношсний  в  Армении  и  в  Азербайджане  в  XVI- 

XIX  вв. Л..  1949, с. 92-94.

5  Рашид ад-Дин.  Сборник летописей, т.  I,  ч.  I., с.  83-85.



Murzayev Е.М.

 Göstərilən əsəri, s.  142.

8 9


QURDDAĞ  -  Babək r-nunda Sirab  kəndinin  şərqində dağ adı. Cana­

var (qurd) yaşayan dağ mənasındadır.



QURD DƏRƏLƏRİ - Culfa r-nunda təbii mərz adı.

QURD KEÇİDİ  -  Şərur  r-nunda Vəlidağ  ilə  Dəhnədağ  arasında  gə­

dik  adı.  Sədərək  düzənliyi  ilə  Şərur  düzənliyini  birləşdirir.  "Qurd 

(canavar) keçidi"  mənasındadır.

QURŞAQLI  -  Culfa  rayonunun  Bənoçiyar  kəndinin  şimal-qərbində 

dağ.  Onu qurşaqvari əhatə edən süxurla əlaqədar adlandırılmışdır. 



QUTANDAĞ  -  Babək  r-nunda  Qahabkəndin  şimalında  kənd  adı. 

Türk  dillərində  kutan  -   "yaylaqda  gecələr  qoyun  salman  yer",  "töv­

lə"'  və dağ sözlərindən ibarətdir.

QUŞDAŞ  -  Ordubad  r-nunda  Bist  kəndinin  şərqində  dağ  adı.  Quşla­

rın yuva saldıqları  qaya mənasındadır.



QUŞ  QAYASI  -  Babək  r-nunda  qaya  adı.  Quşların  yuva  saldıqları 

qaya mənasındadır.



QUŞÇU  -  Naxçıvan  qəzasının  Şərur  nahiyəsində  kənd  adı.2  Cənubi 

Qafqazda geniş yayılmış adlardandır.  Qafqazda 25  Quşçu kənd  vardı.’ 

Quşçu  qədim  türk  mənşəli  tayfalardan  birinin  adıdır.  M.H.Vəliyevə 

görə  Quşçu  adı  ilə  məlum  kəndlərin  əhalisi  III-IV  əsrlərdə  Azər­

baycana  gəlmiş  hunlardır.4  Kuş  qədim  türkdilli  xalqdır.  Onlar eranın 

əvvəllərində  Kuşan  imperiyasını  yaratmışdılar.  Kuşçu  isə  Kuş  etno­

nimindən və mənsubiyyət bildirən  "çu" şəkilçisindən  ibarətdir.5 

QUŞÇU -  İrəvan  əyalətinin  Karbi nahiyəsində (indi Naxçıvan MR-in 

Şərur  r-nunda)  kənd  adı.6  Quşçu  türk  tayfasının  adındandır.  Cənubi 

Qafqazda Quşi  kimi qeyd olunmuşdur.7

QUŞÇU  TƏPƏSİ  -  Naxçıvanda  bir təpə  adı.” Quşçu  tayfasının  adını 

əks etdirir. Quşçu tayfasının yaşadığı təpə mənasındadır.





Murzayev I' M.

  Göstərilən  əsəri, s.  323.

2  İrəvan  əyalətinin  icınal  dəftəri, s.  149.

Кавказский  календарь.  1914.  с  149.

4

Велиев  M.I  (Ьахарлы).



  Азербайджан  страна этнографических  сокровищ  Кавказский 

календарь  на  1925  г  баку,  1924.  с.  393.

Quşçu  toponiminin  m ənşəyi  barədə.bax: 

ЛГусейнзаде.

  К  этимологии топонима  Кушчу. 

"Советская тюрколш ия",  1971, №  6.

6  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  .38.

7

Армянская  reoı рафия  VII  века, с.  41.

g

Передняя  Азия  в  документах.  Нахичеванские  рукописные  документы,  XV11-XIX  вв. 

Тифлис,  1936, с.  135.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə