S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ


LƏKƏTAĞ - Culfa r-nunda kənd adı.1 LƏKƏTAĞ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

90

LƏKƏTAĞ - Culfa r-nunda kənd adı.1

LƏKƏTAĞ - Culfa r-nunda Bəyəhməd kəndinin şərqində dağ adı. 

LƏKƏTAĞ  -  Culfa  r-nunda  mineral  bulaq  adı.  Ləkəlağ  kəndinin 

adındandır.



LİZBİRD  -  Babək  r-nunda  kənd  adı.  Mənbədə  Naxçıvan  əyalətinin 

Mülki  Aslan  nahiyəsində  Lizbird  kəndi  qeyd  olunmuşdur.*

 2  Bu  kənd­

də yaşayış yoxdur.



LİVİS - Naxçıvan əyalətinin Məvaziyi-Xatun nahiyəsində kənd adı.3 

MAĞARGƏDİK -  Şərur r-nun Künnüt kəndinin şərqində dağ adı. 

MAQSUDLU - Naxçıvan qəzasının Şərur nahiyəsində kənd adı.4 

MAMATSAN  - Şərur r-nunda  Danzik kəndinin  şimal-qərbində xara­

ba kənd adı.



MAJNARX - Culfa r-nunda dağ adı.

MƏRƏLİK - Şahbuz r-nunda kənd adı.

MAXTA - Şərur r-nunda kənd adı.5 Bəzi tədqiqatçılara görə bu toponimdə 

maq etnonimi əksini tapmışdır.6 Bu fikri təsdiq edə biləcək faktlar vardır. V 

əsrdə yaşamış Moisey Xorenskinin yazdığına göm, er.  əv. VI əsrin ortala­

rında  Midiyadan  Naxçıvan  bölgəsinə  10  min  nəfər  midiyalı  köçürül­

müşdür.7 Məlum olduğu kimi, Midiyanın 6 tayfasından biri (er. əv.V əsrdə 

yaşamış yunan  tarixçisi  Herodotun yazdığına görə) maq adlanırdı.  Ehtimal 

ki,  "Maxta"  adının qədim forması  "Maqtay"  olmuşdur ki, bu da maq etno­

nimindən və türk dillərində tay -  "yer" sözündən ibarətdir. 



MAHMUDKƏND -  Şərur r-nunda kənd adı.

MAHMUDOBA  -  Şahbuz  r-nunda  kənd  adı.  Naxçıvan  əyalətinin 

Dərə  Şahbuz nahiyəsində  Mahmudabad  kimidir.8 9

 Mahmud  adlı  şəxsə 

(nəsil  başçısına)  mənsub oba mənasındadır.



MEQRƏ DƏRƏSİ  - Şərur r-nunda Yuxarı Yaycı kəndinin şimal-şərqin­

də dərə  adı.  Türk  dillərində  miqir, mükir,  muxor,  "yarğan, uçurum",4 ya 

da mukir - "kiçik azsulu çay" sözlərindən biri  ilə əlaqədardır.

MEHRİ  - Naxçıvan əyalətinin  Azadciran nahiyəsində kənd adı.10

1  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  142.

2  Yenə  orada,  s.

3  Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.  28.

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  68.

5  Yenə orada,  38.



Rəhimov A.R.

  Azərbaycan  paleotoponimiyasında  maq  etnonimi  «Azərbaycan  onomastikası 

problemlərinə dair konfransın  materialları»,  Bakı,  1987,  s.  83.

Моисей Хоренски.

  История  Армении,  I  км.,  гл  30.

Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.  28.

9

Абдуррахманов Л.



  Географические  названия  Казахстана.  .Алма-Ата,  1959,  с  127.

10  Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.  3 I.

91

MEHRİDAĞ  -  Şərur r-nunda  Şahbulaq  kəndinin  şimal-şərqində dağ 

(hünd.  1866 m) adı. Bax:  Mehrə dərəsi.

MƏZRƏ  -  Şahbuz  r-nunda  kənd  adı.  Ərəb  dilində  məzrə  "düzən 

yerdə  əkin  yeri",  "suvarıla  bilən  əkin  yeri",  sonralar  məzrə  əsasında 

yaranmış  məntəqə'  sözündəndir.  Azərbaycanda  Ordubad,  Qubadlı  və 

Cəbrayıl r-nlarında Məzrə kənd adlan ilə mənaca eynidir.



MƏZRƏ - Ordubad r-nunda kənd adı.

MƏZRƏ - Babək r-nunda kənd adı. Məzrə (əkin yeri) mənasındadır. 

MƏZRƏSU YAL  -  Şahbuz  r-nun Nurs  kəndinin  şimalında dağ suay- 

rıcının adı. Əkin yerinə su gətirilən dağ yalı mənasındadır. 



MƏLİKKƏND -  Naxçıvan əyalətinin Şərur nahiyəsində kənd adı.2 

MƏMMƏDRZA  DİZƏ  Babək r-nunda  kənd.

MƏMMƏDSABİR - Şərur r-nunda kənd adı.

MƏRƏDƏRƏ DAĞI - Ordubad r-nunda dağ adı. 

MƏHƏLLƏYİ-KƏBRAN  -  Naxçıvan  şəhərinin  bir  məhəlləsinin 

adı.3 Kəbiran adlı-sanlılar, böyüklər məhəlləsi deməkdir.



MİKAYIL  MƏZRƏSİ  -  Naxçıvan  əyalətinin  Əlincə  nahiyəsində 

kənd adı.4 "Mikayılın əkin yeri"  mənasındadır.



MİLAX  - Culfa  r-nunda  kənd  adı.  Naxçıvan  əyalətinin  Dərə-Nürgüt 

nahiyəsində  kənd  adı  kimi  qeyd  olunmuşdur.5  Həmin  rayondakı  Qa­

zançı  kəndindən  çıxmış  bir qrup  ailənin  "Milax"  adlı  yerdə  məskun­

laşması  nəticəsində yaranmışdır.6



MİNGİS - Ordubad şəhərinin  məhəllələrindən birinin adı/ 

MİRZƏBƏY  -  Naxçıvan  şəhərinin  məhəllələrindən  birinin  adı.8 

Mirzobəy (yaxud  Mirzə bəy) şəxs adıdır.



MİRZƏ  ƏLİ  İSHAQIN  QIŞLAĞI  -  İrəvan  əyalətinin  Şərur  nahi­

yəsində qışlaq ad ı/



Savına  V.i.

  (iöstoriloıı  osort,  s.  62,

Naxçıvan  .sancağının  müfossul  doftoıi,  s.  326.

3  İrəvan  ayıılotınin  icmal  doftori.  s.  19.

4  Yeno orada.

5  Naxçıvan  sancağının  ırıüfossol  doftori, s.  32.



Никифоров  H.К

  Экономический  быг  государственных  крестьян  и  Западной  части  На­

хичеванского  уезда  Эриванской  губернии.  Магериалы  для  изучения  ж  быта  государст­

венных  крестьян  Закавказского  края т.  I, с. 390.

7  Yeno  orada,  s.  19.

8 •


Irovan  əyalotinin  icmal  dəftori,  s.  19.

9

Y enə  orada, s.  72.




92

MİSKÜNKAŞAN  -  Naxçıvan  əyalətinin  Azadciran  nahiyəsində  (in­

di Ordubad r-nunda) kənd  kimi qeyd olunmuşdur.'



MİSDAĞ - Babək r-nunda Xalxal kəndinin şərqində dağ adı. 

MOLLA ƏHMƏD - Naxçıvan şəhərinin məhəllələrindən birinin adı.*

 2 


MOLLA MƏHƏMMƏD  MƏCRƏSİ  -  Naxçıvan  əyalətinin  Naxçı­

van  nahiyəsində  məzrə  (əkin  yeri)  adı.3  "Molla  Məhəmmədin  əkin 

yeri"  mənasındadır.

MOLLA XƏLİL -  İrəvan əyalətinin Sədərək nahiyəsində kənd adı.4 

Mənbədə  kəndin  Dünbili  tayfasının  məskunlaşması  nəticəsində  ya­

randığı qeyd olunmuşdur.5

MOLLA HƏMDİ - Naxçıvan əyalətinin Qışlağat nahiyəsində məzrə adı.6 

MORANŞAH - Naxçıvan əyalətinin Sair-Məvazi nahiyəsində kənd adı.7

MÖVSÜNABAD  -  İrəvan  əyalətinin  Şərur  nahiyəsində  kənd  adı.8 

Digər  adı  "Zülfuqar  Qarxm"  (yenə  orada).  Mövsün  şəxs  adından  və 

abad  -   "kənd",  "yaşayış  məntəqəsi"  sözündən  ibarətdir.  "Mövsün 

kəndi"  mənasındadır.



MUĞAN - Naxçıvan əyalətinin  Dərə-Şahbuz nahiyəsində kənd adı.9 

MUĞANLI  -  Şərur r-nunda kənd adı. Cənubi Qafqazda bir sıra topo­

nimlərdə  əksini  tapmış  etnonimdir.  Hər  halda,  Muğan  çölündə yaşa­

mış müxtəlif qədim  türk tayfalarının ümumi  adıdır.  V əsrdə Muğanda 

böyük  türk  tayfa  birliyi  vardı.10 *

  Ehtimal  ki,  bu  tayfanın  əsasını  həm 

yerli  türk  tayfaları,  həm  do  eranın  əvvəllərində  gəlmiş  hunlar  və  b. 

tayfalar təşkil  etmişdir.

MUĞANCIQ  -  Naxçıvan  əyalətinin  Şərur  nahiyəsində  kənd  olub." 

"Kiçik Muğanlı (kəndi)"  mənasındadır.



MUĞANCIQ  MEHRAB  -  Şərur  r-nunda  kənd  adı.  Mənbədə 

"Muğancıq  Mehrab"  kimi  yazılmışdır.12  Mehrab  adlı  şəxsə  məxsus 

Muğanlı  ailələri  mənasındadır.

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  I 79.

2  Yenə  orada,  s.  19,

Yenə  orada,  s.  165.

4

Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.  724.



Yenə  orada,

6  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  145.

Yenə  orada,  s.  140.

g

Yenə  orada,  s.73.

9

Naxçıvan  sancağının  m üfəssəl  dəftəri,  s.  28.



Фсофишк/п CiLuoxumma

  История, c 36,  77,  102;  3 А/ 

Путштпв

  Азербайджан  в VII4X вв  с  180.

"   İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  168,

12  Yenə  orada.

93

MUĞANCIQ  MÜSLÜM  -  Şərur  r-nunda  kənd  adı.  "Müslüm  adlı 

şəxsə məxsus  Muğanlı ailələri"  mənasındadır.

MUĞANCIQ  SENİ  -  İrəvan  əyalətinin  Şərur nahiyəsində kənd adı.1 

"Seni  (Sani?)  adlı  şəxsə  (mülkədara)  məxsus  Muğanlı  ailələri"  mə­

nasındadır.

MUĞARAL  -  Naxçıvan  oyalotinin  Dərə-Şahbuz  nahiyəsində  kənd 

adı.2  Mənbədəki  bu  coğrafi  adın oxunuşu  şərtidir.3  Çünki  onu  Muğa- 

ran kimi də oxumaq olar.

MUNCUQLU -  Şərur r-nunda Yuxarı Yaycı  kəndinin şimal-şərqində 

təpə  adı.  Təpə  təsərrüfat  işləri  zamanı  qədim  qəbir  yerindən  çoxlu 

muncuq üzə çıxdığına görə belə adlanmışdır.

MURADDƏRƏ  -  Ordubad  r-nunda  Gilançayın  cənubunda  dağ  adı. 

Əsli  Moradərədir.  Türk dillərində mora  -  "örüş yeri",  "otlaq"  və dərə 

sözlərindən ibarətdir.

MURADXAN  BİNƏSİ  -  Naxçıvan əyalətinin Naxçıvan  nahiyəsində 

kənd adı4.  "Muradxan adlı şəxsə mənsub binə" mənasındadır. 



MÜNXBALAOĞLU  -  Şərur  r-nunda  Aşağı  Danzik  kəndindən  şi­

malda  dağ  (hünd.  1429  m)  adı.  Monqol  dilində  münxe  "daimi",  "hə­

mişəlik",5 azərbaycanca bala (kiçik) və oyuqlıı  (oyuğu olan) sözlərin­

dən  ibarətdir.  Qazax  r-nda  Saloğlu  (əsli  Saloyuqlu)  dağ  adı  ilə  mo- 

naca eynidir.

NAĞICAN -  İrəvan əyalətinin Sədərək nahiyəsində kənd adı.6 

NAXÇIVAN  -  Naxçıvan  MR-in  paytaxtının  adı.  Naxçıvan  Azər­

baycanın  ən  qədim  şəhərlərindən  biridir.  İlk dəfə  11  əsr yunan  müəl­

lifi  Klavdi  Ptolemeyin  əsərində  Naksuana  kimi  qeyd  olunmuşdur 

(Ptolemey,  V,  12).  Lakin  adın  bu yazılışında  "s"  səsi  iki  cür izah  olu­

na  bilər:  ya  yunan  dilində  "ç"  səsi  olmadığına  görə  Ptolemey  onu  "s" 

kimi  vermişdir,  ya da  bu səs  köklüdür, yəni  əvvəldən  mövcud olmuş, 

sonralar  danışıqda  "ç"  səsinə  çevrilmişdir.  593-cü  ilə  aid  Sasanilər 

dövlətinə  mənsub  metal  pul  üzərində  "Naxç"  (adın  belə  qısaldılmış 

formada pulların  üzərində  həkk  olunması  Sasanilər  dövlətinin  pulları

İrəvan  əyalətinin  icmal  dəftəri,  s,  72.

Yenə  orada, s.  166.

Yenə orada.  Mənbəni  nəşr etmiş m üəlliflər bu  adı  "Muğanın"  kirııi  yazmışlar

4

Yenə orada, s.  138.



Кучьмича  ГГ.

  Словарь  географических  терминов  и  других  слов,  встречающиеся  в 

бурятских  географических  названиях.  М.,  1969,  с.  30.

Naxçıvan  sancağının  m üfəssəl  dəftəri,  s.  325.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə