S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   24   25   26   27   28   29   30   31   32

1 0 0

PİRİ-PƏNAH - Naxçıvan əyalətinin Əlincə  nahiyəsində məzrə  adı.1 

"Mənau piri" adlı yerdə "əkin yeri" mənasındadır.



PLOVTƏPƏ  -  Babək  r-nunda  Əliabad  kəndinin  şimalında  dağ  adı. 

Bənzətmə addır.



POMBULOS - Ordubad r-nun Aza kəndinin cənubunda dağ adı. 

POTIKİN  -  Ordubad  r-nunda  Urmis  kəndinin  cənubunda  dağ  adı. 

Oronimin  tam  forması  "Potıkin  gədiyi"dir.  Ədəbiyyatda bu dağın adı 

bəzən  "Patıskm  gədik"  kimi  də  yazıldığına  görə  dil  mənsubiyyətini 

müəyyən etmək mümkün deyildir.



PUL - Naxçıvan əyalətinin Dərəşam nahiyəsində kənd adı.*

 2 


PÜRƏDƏŞT - Naxçıvan əyalətinin Əlincə nahiyəsində kənd adı.3 

PÜSYAN  -  Şərur r-nunda  kənd adı.  Psian  tayfasının adındandır.  XIX 

əsrin  I  yarısında  Naxçıvan  əyalətində  və  Zəngəzurda  maldarlıqla 

məşğul  olan  kürdlər  Psman  və  Qaraçarlu  qollarından  ibarət  idilər. 

Psman  qolunun  özü  isə  Babalı,  Sultanlı,  Zodbanlı  və  Potanlı  tirələri­

nə  bölünürdü.4  Türk  sultanının  əmri  ilə  XVII  əsrdə  İbrahim  ağa  adlı 

birisinin  başçılığı  ilə  psianlar  Türkiyədən  Azərbaycana  gəlmişlər. 

Sonralar  tayfanı  məhz  İbrahim  xanın  nəslindən  olanlar  idarə 

etmişlər.5



SABİRKƏND  -  Ordubad  r-nunda  kənd  adı.  Əvvəlki  adı  Subatandizo 

olmuş  və  sonra dəyişdirilərək M.Ə.Sabirin şərəfinə  Sabirkənd adlan­

dırılmışdır.

SAKKARSU  -  Ordubad  r-nunda  Gilançayın  sol  qolunun  adı.  Gəmi- 

qaya  dağındakı  Göygöldən  mənbəyini  götürür.  Saqarsu kimi də yazı­

lır.  Türk dillərində  sakar -   bitkisiz,  çılpaq qum  təpəsi6  və su -   "çay" 

sözlərindən  ibarətdir.

SAL - Naxçıvan əyalətinin  Azadciran nahiyəsində kənd adı.7 

SALAHYURDU  -  Şərur  r-nunda  Avuşçaym  cənub-şərqində  köhnə 

kənd  yerinin  adı.  Salah  şəxs  (ehtimal  ki,  elbaşı,  yaxud  mülkədar) 

adından və yurd -  "qışlaqda dayanacaq yeri" sözündən ibarətdir.

İrəvan  əyalətinin  icmal  dəftəri, s.  182.

2

Yenə orada s.  167.



3  Yenə orada, s.  182.

4

Зелинский  C П.

  Экономический  быт  гос.  крест.  Зангезурскогр  уезда  Елизаветпольской  гу­

бернии.  Материалы для изуч.  эконом,  была гос. крестян.  Закавказского края, том IV, с.  13.

5

  Y enə orada.



Murzayev Е.М.

  Göstərilən  lüğəti, s.  493.

7  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  147.

101


SALVARTI  -  Şahbuz  r-nunda dağ adı  (3160 m).  Qədim forması  Sal- 

vartu.  Şalvar və qədim türk dillərində təe,  tuu,  tu -  "dağ"  sözlərindən 

ibarətdir,  Cənubi Azərbaycanda Qaflantu ("qıflan", yəni pələng və  tu 

-  "dağ" sözlərindən) dağ adı  ilə quruluşca eynidir.



SALVARTI  GÖLÜ  -  Şahbuz  r-nunda  Salvartı  dağının  yamacında 

2840  m  hündürlüyündə  şirin  sulu  göl  adı.  Salvartı  dağının  adı  ilə 

adlanmışdır.

SALTAQ  -  Culfa  r-nunda  kənd  adı.  Naxçıvan  əyalətinin  Əlincə  na­

hiyəsində  kənd  kimi  qeyd  olunmuşdur.1  «Sal»  sözü  birinci  mənada 

sal,  yastı,  hamar  (daş),  ikinci  mənada  isə  «sal»  etnonimidir.  Dağ 

sözünün  qədim  türk  dilləri  üçün  səciyyəvi  "taq"  formasını  qoruyub 

saxlamışdır.

SARADAĞ  -  Şərur  r-nunda  Dəmirçi  kəndinin  şimal-şərqində  dağ 

adı.


SARACLI  -  Şərur  r-nunda  Dəmirçi  kəndinin  qərbində  xaraba  kənd 

adı.  Kənd orta əsrlərdə Anadolu yarımadasında yaşamış  Yeryük  tayfa 

birləşməsinin  Saraclı  qolunun2  məskunlaşması  nəticəsində yaranmış­

dır.


SARACLIDAĞ - Sədərək rayon mərkəzinin cənubunda dağ adı. 

SARIAĞIL  -  Şərur  r-nunda  Aşağı  Daşarx  kəndinin  şərqində  təbii 

mərz  adı.  "Sarı  rəngli  torpaq  ərazidə yerləşən  ağıllar (qoyunun  qışda 

gecələr salındığı yerlər)"  mənasındadır.

SARIBULAQ  -  Şərur r-nunda bulaq  adı.  Tərkibində  kükürd  olduğu­

na  görə  axdığı  yerdə  sarı  rəngli  çöküntü  əm ələ gətirən  bulaqdır.  Sa- 

rıbulaq həm də dağlararası düzənliyin adıdır.

SARIBULAQ - Babək r-nunda Xalxal kəndinin şərqində bulaq adı. 

SARIQAYA  -  Ordubad  r-nunda  Tivi  kəndinin  şimal-şərqində  dağ 

adı.  Rəng bildirən sarı və qaya sözlərindən  ibarətdir.



SARIDAĞ  -  Şahbuz  r-nunda  Mahmudabad  kəndinin  cənub-şərqində 

dağ (1982 m) adı.



SARIDAĞ - Culfa r-nunda Əbrəqunis kəndinin cənub-qərbində dağ adı. 

SARININ DİBİ - Culfa r-nunda çay adı.

SARI DƏRƏ - Ordubad r-nunda dağ (3754 m) adı.

SARMIK - Şahbuz r-nunda Kcçili kəndinin şimal-şərqində dağ adı.

1 İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  147. 

Еремеев Е.Д.,

  Юрюки,  с.  11.


1 0 2

SƏRXANLI  -  Şərur  r-nunda  kənd  adı.  Ehtimal  ki,  kənd  Şahsevənlə- 

rin  XIX  əsrin  II  yarısında  600  çadırdan  ibarət  Sarıxanlı  (əsli  Sarıxan 

eli) tayfasının məskunlaşması  nəticəsində yaranmışdır.

SARDAXUN  -  Ordubad  r-nunda  Nəsirvaz  kəndinin  cənub-şərqində 

bulaq adı.  Suyun tərkibi kükürdlü olduğuna görə axdıqda sarı çöküntü 

əmələ  gətirən  rəng mənasındadır.  Türk  dillərində  saur -  dağın  ərazi­

sində  dəyirmi  (yumru)  zirvə,  "dağlıq  ərazidə  qaya"1  və  dib  (ətək) 

sözlərindən ibarətdir.

SEYİDİ-SİRAV - Naxçıvan əyalətinin Naxçıvan nahiyəsində kənd adı.*

 2 

SEYİDHÜSEYN  -  Naxçıvan  şəhərinin  məhəllələrinin  birinin  adı.3 



Şübhəsiz  ki,  şəxs  adıdır  və  ehtimal  ki,  həmin  məhəllədə  yaşayan 

nəslin başçısının (yaxud banisinin) adıdır.

SELBASAR  -  Babək  r-nunda  Naxçıvan  şəhərinin  cənub-qərbində 

dağ adı.


SƏDƏRƏK -  Sədərək r-nunda kənd adı.  Mənbədə XVII əsr müəllifi 

Övliya Çəlobinin  səyahətnaməsi do çəkilir.  İ.Şopcnin yazdığına görə, 

Sədərək  kəndinin  əhalisi  mənşəcə  Qacar  tayfasına  mənsubdur.4  Eh­

timal ki, bir yaşayış  məntəqəsi  kimi  ərəb  işğalları  vaxtında yaranmış­

dır.  Kəndin  ərazisində  IX  əsrə  aid  qədim  yaşayış  yeri  müəyyən  edil­

məsi  də  bu  fikri  təsdiqləyir.  Fikrimizcə,  Sədərək  toponimi  «Kitabi- 

Dədə  Qorqud»  qəhrəmanlarından  Səkrəyin  adı  ilə əlaqədardır.  Onun 

yaxınlığında bir  neçə  Əyrok  (okrək)  kəndləri  də  olmuşdur ki,  bunlar 

da  Səkrəyin qardaşı  Əkrəyin  adı  ilə adlanmışdır.

SƏİD  MƏZRƏSİ  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində  (indi  Nax­

çıvan  MR-in  Şərur  r-nunda  məzrə  (əkin  yeri))  adı.5  "Şəhriyar kəndi­

nin yaxınlığında yerləşir"  (yenə orada).

SƏLƏSÜZ  -  Şahbuz  r-nunda  kənd  adı.  Mənbədə  Naxçıvan  əyaləti­

nin  Dorə-Şahbuz  nahiyəsində  Sələsus  kimi  qeyd  olunmuşdur/’  Kon-



Murzaev E. M.

  Göstərilən  əsəri, s.  499.

2  İrəvan əyalətinin  icmal dəftəri, s.  165.

3  Y enə orada, s.  19.

4

Şopert I.



  Göstərilən  əsəri,  s.  537.

5  İrəvan  əyalətinin  icmal  dəftəri, s.  38.

6  Y enə orada, s. 66.

103


din  digər  adı  Gülyazdır.1  Kənd  "Sələsus"  adlı  yerdə  yaranmışdır.2 

Türk  dillərində  sələ  -  "künc",  "yer",  "bucaq",  "hissə"3  və  sos  "bucaq 

yer",  "su  çıxan  yer"4  sözlərindən  ibarətdir.  Sələsus  kəndində  olan 

bulaqların suyu  ilə əkin  sahələri suvarılır.5

SƏLƏSÜZ  -  Şahbuz  r-nunda  Naxçıvançayın  sol  qolunun  adı  (uz.  19 

km).  Bu, Pirçay da adlanır.

SƏNG  -  Naxçıvan  əyalətinin  Qarabağ  nahiyəsində  kənd  adı.6  Fars 

dilində səng -  "daş",  "qaya"  sözündəndir.

SƏNGƏR  -  Şahbuz  r-nunda  Nürs  kəndinin  şimal-şərqində  dağ  adı. 

Qədim türk dillərində sinqir,  scnqcr -  "dağ burnu"7 sözündəndir. 

SƏPƏRDƏRƏ  -  Ordubad  r-nunda  Urmis  kəndindən  şimal-şərqdə 

Zəngəzur dağ silsiləsində dağ (3827 m) adı.

SƏRDAR  DÜZÜ  -  Şərur  r-da  Dərələyəz  silsiləsinin  qolları  arasında 

yerləşən düzün  adı.R

SƏRDARABAD  M ƏZRƏSİ  -  İrəvan  əyalətinin  Şərur  nahiyəsində 

məzrə adı.4

SƏRPİDSİN  - Şahbuz r-nunda Ağbulaq kəndinin cənubunda dağ adı. 

SƏRXU - Naxçıvan əyalətinin  Azadciran nahiyəsində kənd adı.10 

SƏRŞƏHƏR  -  Ordubad  şəhərinin  məhəllələrindən  birinin  adı." 

Fars  dilində  sər  -  "baş",  "yuxan"  və  şəhər  sözlərindən  ibarət  olub, 

"şəhərin yuxarı başı"  mənasındadır.

SİYAQUT  -  Şərur  r-nunda  kənd  adı.  Mənbədə Naxçıvan  əyalətinin 

Şərur  nahiyəsində  Siyaqutlu  kəndinin  adı  çəkilir.12  İrəvan  xanlığının 

Zəngibasar mahalında da  bir kənd  Siyaqut adlanırdı.  Siyaqut türk  tay­

falarından birinin adıdır.

SINAQ - Babək r-nunda Nəcəfquludizo kəndinin cənub-şərqində dağ adı.



1  Naxçıvan  sancağının  müfo.ssol  dəftəri,  s.  112.

Статистическое оииеаиие  Нахичеванской  провинции,  с.  142. 



Ratttov  V. У.

  Göstərilən  lüğəti,  IV с.,  I  hissə, s.  349.

Yenə orada.



Niki/irov N.K.

  Göstərilən  əsəri,  s.  574.

6  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  495.

Древнетюркский словарь,  с.  495

A/.orb.  SSR-in  i/.alılı  coğrafi  adlar lüğəti,  s.  271.

9 .


İrəvan  əyalətinin  icmal  dəftəri, s.  72.

Naxçıvan  sancağının  m üfəssəl  dəftəri, s.  30.

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  19.

12  Yenə orada.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə