S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ


TEYVAZ  MİNERAL  BULAQLARI



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   24   25   26   27   28   29   30   31   32

108

TEYVAZ  MİNERAL  BULAQLARI  -  Culfa r-nunda Teyvaz k əndi­

nin yaxınlığında bulaq adıdır.



TƏZƏKƏND -  Kəngərli r-nunda kənd.

TƏZƏKƏND - Babək r-nunda kənd. Çalxanqala kəndindən ayrılmışdır. 

TƏKƏLİK  -  Şahbuz  r-nunda  dağ  (2888  m)  adı.  Təkə  (dağ  keçisi) 

olan dağ mənasındadır.



TƏKƏDAĞ  -  Şahbuz  r-nunda  Şada kəndindən  qərbdə dağ (1944  m) 

adı.  Uzaqdan  təkəyə oxşadığına görə belə adlanmışdır.



TƏNƏQT  - Naxçıvan əyalətinin  Şərur nahiyəsində kənd.1 

TƏNDİRLİ  -  Şərur  r-nunda  Gümüşlü  yaşayış  məntəqəsinin  şimal- 

şərqində dağ adı.  Görünür,  dağda qədim təndir yerlərinin olması  ilə əla­

qədardır.

TƏNƏNƏM  - Şərur r-nunda dağ adı.

TƏNƏNƏM  -  Şərur r-nunda kənd adı.

TƏHMASQULU  MƏZRƏSİ  -  Naxçıvan  əyalətinin  Naxçıvan  na­

hiyəsində  məzrə  adı.*

 2  "Təhməzqulu  adlı  şəxsə  məxsus  əkin  yeri" 

mənasındadır.



TİVİ  -  Ordubad  r-nunda  kənd  adı.  Mənbədə  Naxçıvan  əyalətinin 

Azadciran nahiyəsində kənd adı kimi qeyd olunur.3 



TİVİ  MİNERAL BULAQLARI  -  Ordubad  r-nunda Tivi  kəndində  5 

bulaşın adı.  Tivi kəndinin adı  ilə adlanmışdır.



TİVIÇAY  -  Ordubad  r-nunda  Tivi  kəndinin  içindən  axan  çayın  adı. 

Tivi  kəndinin adı  ilə  adlanmışdır.



TİZXİRAB  - Naxçıvan  şəhərinin məhəllələrindən birinin adı.4 

TİLYAN  -  Naxçıvan  əyalətinin  Azadciran  nahiyəsində (indiki  Ordu­

bad r-nu ərazisində) kənd  adı.5



TİLLƏK  -  Naxçıvan  əyalətinin  Dərə  Nürgüt  nahiyəsində  kənd  adı.6 

Ərəbcə  tel  -  təpə  sözündən  və  türk  dillərində  məkan  bildirən  -lək 

(ləq) şəkilçisindən  ibarətdir.

TOYDAMI  -  Babək r-nunda Sirab kəndinin şimalında dağ adı. 

TOPDAĞ  -  Babək  r-nunda  Qaraxanbəyli  kəndinin  cənub-qərbində 

dağ  adı.  Dağ  adlarında  top  sözü  həm  dağın  zirvəsinin yumruvarı  for­

masım, ilk dəfə dağlıqda ağaclığın topa halda yerləşməsini  ifadə edir.

Naxçıvan  sancağının  müfossaI  dəftəri,  s.  326.

2  İravaıı  əyalətinin  icmal  dəftəri,  s.  165.

3  Y enə  orada.

4

Yenə  orada,  s.  79.



5  Y enə orada,  s.  180.

6

  Yenə  orada,  s.  149.

109


TOXLUQGƏDİK  -  Ordubad  r-nunda  Urmis  kəndinin  şimalında aşı­

rım adı.  Ehtimal  ki, türk dillərində  toqolak -   "iriölçülü qumsal  təpə"1 

sözündəndir.

TOXLUQAYA - Şahbuz r-nunda  Kcçili  kəndinin şimal-şərqində dağ 

adı.


TULUD - Naxçıvan əyalətinin Azadciran nahiyəsində kənd adı.2 

TUMASLI  -  Şərur r-nunda kənd  adı.  XIX  əsrdə  Naxçıvan  bölgəsin­

də yaşamış Tumaslı  elinin adını əks etdirir.  Etnonimdir.



TUMBUL  -  Babək  r-nunda  kənd  adı.  Ehtimal  ki,  Dumbuli  tayfa 

adındandır.  Şairə  Heyran  xanım  da  bu  tayfadandır.  Mənbələrə  görə 

bu  tayfa  Qaraqoyunlu  dövlətinin  başçısı  Qara  Yusif  (1410-1420) 

dövründə  Suriyadan  Cənubi  Azərbaycana  gətirilmişdir.  Səfəvilərdə 

hərbi  xidmət etdiklərinə görə Şah Təhmasib bu  tayfaya Xoy vilayəti­

ni  vermişdir.3



TÜĞAVİL - Naxçıvan əyalətinin Qarabağ nahiyəsində kənd adı.4 

TULTƏPƏ  -  Babək  r-nunda Naxçıvan  şəhərinin  şimal-şərqində  dağ 

adı.  Mənası  məlum deyil.



TÜRKEŞ  -  Şahbuz  r-nunda  kənd  adı.5  VII-VIII  əsrlərdə  Qərbi  türk 

xanlığına  daxil  olan  bir  tayfa  Qurqəş  (Tirqəş)  adlanırdı.  VIII  əsrin 

sonlarında  bu  tayfa  türk  xanlığına  son  qoymuş  və  bir müddət  öz  xa­

qanlığını  yaratmışdır.  Sonrakı  əsrlərdə  siyasi  hadisələrlə  əlaqədar 

olaraq  müxtəlif ərazilərə  köçmüşlər.  Tatarların  və başqırdların  içəri­

sində  tirkoş  adlı  tayfalar vardır.6  Dağlıq  Altayda  bir türkdilli  etnoqra­

fik qrup  indi  də Tirkoş  adlanır.7  Ehtimal  ki, lirkəşlər monqolların  tər­

kibində  Azərbaycana  gəlmişlər.8  Tirkəşəvond  (Kəlbəcər  r-nu)  və 

Tərkəş (Oğuz r-nu) kənd adları  ilə mənşəcə eynidir.

Murzat'v E.M.

  Göstəribin  lüğəti,  s.  555.

2  Naxçıvan  sancağının  müfəssəl  dəfləri, s.  31.

3  Ycno  orada.

4

Yenə  orada, s.  29.



İrəvan  əyalətinin  icmal  dəfləri,  s.  180.

’ 

Ю супов  Г  l l  

Ьу.чгаро-тачарская  ншграфика  и  топонимы  как  источник  исследования 

тгногенеза  каванских  raıap  Вопросы  ушогенева  тюркоязмчнмх  народов  Среднею  1)о- 

вольжя  Кавань.  Вып,  I.  1971

1  Потапов Л  И. 

Э тически й   состав  и  происхождение ал гайцеа,  Л..  1969, с  186

$

Гейбу.ткя  Г.А.

  О  происхождении  некоторых  лиовопонимов  Азербайджана  (Ясдпер,  Тюлю, 

Тиркеш, II 1адили, Тубакент. Тулус,  Чалхан.  Кузанлы.  DAN Azerb. SSR,  1978, 

M

L

* I.


п о

UZUNABAD  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində  (indi  Naxçıvan 

MR-in  Şərur r-nunda)  kənd  adı.1  "Vayxır-Arçi  kəndinin  yaxınlığında 

yerləşir"  (yenə orada).

UZUNOBA  -  Naxçıvan  əyalətinin  Qışlağat  nahiyəsində  (Babək  ra­

yonu) kənd adı.2



UZUNOBA  -  Naxçıvan  əyalətinin  Naxçıvan  nahiyəsində  (Babək 

rayonu)  kənd  adı.3  Aşağı  Uzunoba  və  Yuxan  Uzunoba  kəndləri  də 

vardır.

UNUS  -  Ordubad  r-nunda  kənd  adı.  Naxçıvan  vilayətinin  Azadciran 

nahiyəsində kənd kimi qeyd olunmuşdur.4



UMUS - Culfa r-nunda Kərimquludize kəndinin cənubunda dağ adı. 

URMİS - Ordubad r-nunda kənd  adı.  Bu kənd ləğv edilib. Türk dillə­

rində  ur -   "yüksəklik"  və  mis -   "dağın cənub  tərəfi",  "güney"  sözlə­

rindən ibarətdir.

UCAĞAC  -  Culfa  r-nunda  Kərimquludizə  kəndinin  cənub-qərbində 

dağ adı.


UCAGÜNEY - Ordubad r-nunda Biləv kəndinin şimalında dağ adı. 

UCUBİZ -  Sədərək r-nunda dağ adı.  Azərbaycan dilində uc ("zirvə", 

"baş"  mənasında)  və  qədim  türk  mənşəli  bayz  "sıldırım"5  sözünün 

danışıqda  təhrifi  olan  "biz"  sözlərindəndir.  Ucu+biz -  zirvəsi  sivri  və 

ya zirvəsi  biz mənasındadır.



UÇURDAĞ  -  Ordubad  r-nunda  Ordubad  şəhərindən  şimalda  dağ 

(hünd. 2572  m) adı.



ÜÇQARDAŞ - Şahbuz r-nunda Keçili kəndinin şimal-şərqində dağ adı. 

ÜÇTƏPƏ -  Şərur r-nunda Kabıllı  kəndinin qərbində dağ adı. 

ÜSTÜPÜ  -  Ordubad  r-nunda  kənd  adı.  Mənbədə  Naxçıvan  əyaləti 

Ordubad  qəzasının  Azadciran  nahiyəsində  kənd  adı  kimi  qeyd  olun­

muşdur.  Həm də mənbədə bu toponim Ustupi kimi yazılmışdır.6 

ÜZSÜZ  -  Naxçıvan  qəzasının  Dərə-Şahbuz  nahiyəsində  kənd  adı.7 8

 

Azərbaycan  dilində üz (üst) və sus  "su olan yer",  "su çıxan yer"  (bax. 



Sələsuz)  sözlərindən ibarətdir.

1  İrəvan əyalətinin  icmal  dəftəri, s.  147.

2  Naxçıvan  sancağının  müfəssəl  dəftəri, s.  30.

3  Y enə orada, s.  138.

Murzavev E.M.

  Göstərilən  əsəri,  s.  369.

5  Yenə orada,  s.  65.

6  Yenə orada.

7  İrəvan  əyalətinin  icmal dəftəri, s.  167.

111


ÜÇDUZ  -  Naxçıvan  əyalətinin  Qarabağ  nahiyəsində  mədən  (duz 

mədəni) adı.1



VAYXIR -  Babək  r-nunda  kənd  adı.  Mənbədə  kəndin  həm  də  Aşağı 

Parçı  adlandığı  göstərilir.2 Ədəbiyyatda iki  Vayxır adlı  kəndin  olduğu 

göstərilir.  İrəvan  quberniyasının  Şərur-Dərələyoz  qəzasında  və  hə­

min  quberniyanın  Naxçıvan  qəzasında3  Vayxır  qədim  müalicə  əhə­

miyyətli  mineral  bulağın  adıdır.  Kəndin  yaxınlığında  (0,5  km- 

liyində)  (Naxçıvan  şəhərinin  16  km-liyində)  "Yel  suyu"  və  həm  do 

"Zorbulaq"  adlanan  bulaq  vardır.  Kənd  Kəngərləıin  Xalxallı  tayfası­

nın  "Vayxır"  adlı  yerdə  məskunlaşması  nəticəsində  yaranmışdır.4 

Vayxır adı  İran dillərində bəh  "xoş",  "yaxşı",  "xeyirxalı"və xvar "yer" 

sözlərindən  ibarətdir.



VƏZİRABAD  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində  (indi  Naxçıvan 

MR-in  Şərur  r-nunda)  mozrə  (əkin  yeri)  adı5.  Vəzir  şəxs  adından  və 

abad  "kənd",  "yaşayış  məntəqəsi"  sözündən  ibarətdir.

VƏKİLBƏND  -  Babək  r-nunda  Nəcəfəli-Dizə  kəndinin  şimal- 

şərqində  təbii  mərz  adı.  Toponim  Vəkil  şəxs  adından  və  azər­

baycanca  bənd  "suyun  (arxın,  kanalın)  qarşısını  kəsmək  üçün  düzəl­

dilmiş "toıpaq sədd"  sözündən  ibarətdir.



VƏLIDAG  -  Şərur  r-nunda  Sədərək  kəndinin  cənubunda  dağ  (hünd. 

1243  m  )  adı.  Vəli  şəxs adından və dağ sözündən  ibarətdir.  Yardımlı r- 

nunda  Volidağ  (Alaşar-Buıovar)  silsiləsinin  qərb  yamacında  zirvə  adı 

(oronimi) ilə eynidir.



VƏLİDAĞ  -  Şərur  r-nunda  Sədərək  kəndinin  cənubunda  xarabalıq. 

Kənd dağın  adı  ilə adlanmışdır.



VƏLƏVER  - Ordubad r-nunda kənd  adı.  Kəndin  adı  fars dilində  vələ  - 

"hündür yer", "yüksəklik"6 və yer  - "yer"7 sözlərindən  ibarətdir. 



V0NƏND  -  Ordubad  r-nunda  kənd  adı.  Mənbədə  Naxçıvan  əyaləti­

nin  Azadciran  nahiyəsində  kənd  kimi  qeyd  olunmuşdur.11 Kənd  Şərqi



Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.  326.

İrovan əyalətinin  icmal  dəftəri,  s.  37.



Puqiryev D.D.

  Göstərilən  əsəri,  s.47.

4

CtaiHcıH'tccKoe описание  Нахичеванской  провинции,  c.32.



5  İrəvan əyalətinin  icmal dəftəri,  s.37.



Ягелло ИД.

  Göstərilən  lüğəti,  s.  220.



Миллер Б.В.

  Персидско-русский  словарь.  M.,  1960,  с ,5 8 1

8  •


İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  I 79.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə