S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

8 2

QARABAŞ - Şahbuz r-nunda dağ adı. Bu dağın adı  haqqında fikrə gö­

rə  ondakı  qara  sözü  "yaman",  "pis",  "çətin"1  mənasındadır  və  bütün­

lükdə Qarabaş "çətin, əlçatmaz zirvə"  deməkdir.*

 2 


QARABAŞ - Babək r-nunda  Xalxal kəndinin şimal-şərqində dağ adı. 

QARABOYALIQ  -  Naxçıvan  əyalətinin  Dərə-Şahbuz  nahiyəsində 

kənd adı.3 Qaraboyalaq və Qaraboya da adlandırılmışdır. 



QARABULAQ  -  İrəvan  əyalətinin  Şərur  nahiyəsində  kənd  ad ı4 

Kənd  "qarabulaq"ın  adı  ilə  adlanmışdır.  Qarabulaq  yeraltı  sulardan 

qidalanan,  içməyə az yararlı  su  ilə bağlıdır.

QARABULAQ  -  Şərur  r-nunda  Dəmirçi  kəndinin  şimal-şərqində 

bulaq  adı.  Mənbələrdə  Naxçıvan  əyalətinin  Qarabağ  nahiyəsində 

kənd kimi qeyd olunmuşdur.5

QARABURUN  -  Sədərək  r-nunda  Sədərək  kəndinin  şimal-qərbində 

dağ  adı.  Dağ qara  rəngli  süxurlu  burun  (çıxıntı)  hissəsinin  adı  ilə  ad­

lanmışdır.

QARABURC  -  Naxçıvan  əyalətinin  Şərur  nahiyəsində  kənd  adı.6 

Kənd oradakı  "Qaraburc"  qalasının  adı ilə adlanmışdır.



QARAQAYA  Şərur r-nunda  Gümüşlü  kəndinin  şimal-şərqində dağ 

adı. Oronim qara rəngli qaya mənasındadır.



QARAQAYA  -  Babək  r-nunda  Sirab  kəndinin  şimal-şərqində  dağ 

adı. Qaya böyüklüyünə görə belə adlandırılmışdır.



QARAQUŞ  -  Naxçıvan  əyalətinin  Mülki-Arslan  nahiyəsində  kənd 

adı.7 Kənd Qaraquş dağının adı  ilə adlanmışdır.



QARAQUŞ  -  Şərur  r-nunda  Tonənəm  kəndinin  şərqində  dağ  adı 

(2600  m).  Dağın adı  oradakı  qayalarda qaraquş  adlı  quşun bolluğu ilə 

əlaqədardır.

QARADAĞ - Culfa r-nun  Göynük  kəndinin  şimalında dağ adı. 

QARADAŞ - Babok r-nunda Güznüt kondinin şərqində təbii mərz adı. 

QARADAŞ  -  Şorur  r-nunda  Dəmirçi  kəndinin  şimalında  dağ  adı. 

Dağ oradakı qara  rəngli  daşın  (qayanın)  adı  ilə adlanmışdır. Ona görə 

də dağ həm  də Qaraqaya  adlanır.

ı

2



3

4

5



7

Древнетюркский  словарь,  e. 



42

3.

Babayev A.M.

  Naxçıvan  MR-iıı  toponimiyasında  "qara”  komponenti.  "Azərbaycan  onomastı- 

kası  problemləri".  M.,  Bakı,  1487,  s.  I.18.

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  M l.

Yenə  orada,  s.  73.

Yenə orada,  s.  144.

Yenə  orada,  s. 168 

Yenə  orada,  s.  142.

83

QARADƏRƏ - Culfa r-nunda Kərimqulu Dizə kəndi ərazisində çay adı. 



QARADOLAQ  -  İrəvan  əyalətinin  Sədərək  nahiyəsində  kənd  adı.’ 

Kəngərlərin Qaradolaq tayfasının adını  əks etdirir.



QARAYOXUŞ  -  Culfa  r-nunda  Culfa  şəhərinin  şimalında  dağ  suay- 

rıcının adı.  Ordubad  r-nunda dağ boyunca uzanan bir yol  da  "Qarayo- 

xuş"  adlanır.  Bu oronim  "hündür, dik yoxuş"  mənasındadır.2 

QARAKƏMƏR  -  Ordubad  r-nunda  Gilançay  qəsəbəsinin  şimalında 

dağ adı.


QARAMABULAQ -  Şahbuz r-nunda  Keçili  kəndinin şimal-şərqində 

təbii  mərz adı.



QARANQUŞ  -  Ordubad  r-nunda  Nəsirvaz  kəndinin  cənub-şərqində 

Qapıçıq silsiləsində dağ adı  (hünd.  3188  m.)



QARAÖRƏNƏ  -  Culfa  şəhərinin  şimalında  dağ  adı.  Dağın  adı  qara 

(rəng bildirir) və örənə (viranə) -"xarabalıq"  sözlərindən ibarətdir. 



QARAPAÇABURUN -  Culfa r-nunda dağ adı.

QARAPİR -  Ordubad  r-ııunda Nəsirvaz  kəndinin cənubunda dağ adı. 

Dağ oradakı  "Qarapir"  pirinin adı  ilə adlanmışdır.



QARASU -  Şərur r-nunda çay adı.

QARASU  QALASI  -  Naxçıvanda  Gümüşlü  kəndindən  şimalda  təpə 

üzərində  qədim qala  xarabalığının  adı.  Qala oradakı  "Qarasu"  bulağı­

nın adı  ilə adlanmışdır.

QARASU DƏRƏNLİ - İrəvan əyalətinin Sədərək nahiyəsində kənd adı.3 

QARATƏPƏ -  Şərur r-nunda dağ adı.

QARATƏPƏ  -  İrəvan əyalətinin Sədərək  nahiyəsində kənd adı.4 

QARAULTƏPƏ  -  Babok  r-nunda  Oliabad  kondinin  şimal-qərbində 

(Duzdağ tirəsində) dağ adı.



QARAULGƏDİK  -  Ordubad  r-nunda  Üstüpü  kəndinin  cənubunda 

dağ adı.


QARAULTƏPƏ  -  Şərur  r-nunda Tonənəm  kəndinin cənub-şərqində 

dağ adı.  Dağın adı  "Gözətçi  təpəsi" mənasındadır.



QARAULXANA  -  Şərur  r-nunda  Yuxarı  Yaycı  kəndinin  şimal- 

şərqində dağ adı.



QARAULXANA - Ordubad r-nunda Biləv kondinin qərbində dağ adı.

Naxçıvan  sancağının  miifəssol  doftori,  s.  325.



Babayev A.M.

  Naxçıvan  MR-iıı  toponimiyasında  «qara»  komponenti.  "Azərbaycan  onotna- 

stikası  problemləri",  s.  138.

Yeno orada, s.  73.

4  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  144.


84

QARAHASARLI  -  Naxçıvan  əyalətinin  Şərur  nahiyəsində  kənd 

adı.1  Kəndin  ərazisində  yerli  əhali  içərisində  "hasar"  adlandırılan 

tsiklonik tikinti (qalaça) vardır.

QARAHƏSƏNLİ  -  Şərur  r-nunda  kənd  adı.  Naxçıvanda  yaşamış 

Qarahəsənli  tayfasının adını  əks etdirir.

QARAXANBƏYLİ  -  Babək  r-nunda  kənd  adı.*

 2  Kəngərlerin  Qara­

xanbəyli  tayfasının  adını  əks  etdirir.  Bu  tayfa  Qacarlı,  Məhəmmədli, 

Eynəddinli,  Məşədi  Əhmədli  və  Qaradağlı  tirələrindən  ibarət  idi. 

Füzuli r-nunda Qaraxanbəyli  kəndi  ilə mənşəcə eynidir.

QARA XORZATLI  - İrəvan  əyalətinin  Şərur nahiyəsində kənd adı.3 

QARAÇALA  -  Babək  r-nunda  Nəzərabad  kəndinin  cənub-şərqində 

dağ  adı.  Oronim  yeraltı  suların  (qara  suların)  mövcud  olduğu  çala 

(çökək yer) mənasındadır.

QARAÇATAL - Babək r-nunda Sirab kəndinin şərqində təbii mərz adı. 

QARAÇUĞ  -  Babək  r-nunda  kənd  adı.  Mənbədə  Qaraçuq  kimidir.4 

Ehtimal  ki,  qədim  türk  tayfalarının  Orta  Asiyadan  gətirdikləri  qədim 

adlardandır.  İlk  dəfə  "Kitabi-Dədə  Qorqud"  eposunda  (II  boy)  çəkilir. 

Dağlıq  Qarabağda  (Xocavənd  r-nu  ərazisində)  də  Qaraçuq  adlı  dağ 

(hünd.  632  m)  vardır.  A.M.Babaycvin  bu  oronitni  "Qalın  çubuqluq" 

kimi  mənalandırması  (müəllif  "qara"  sözünün  "qalın"  mənasında  ol­

duğunu güman  edir)  fikri  inandırıcı  deyildir.5  Ehtimal  ki,  Qaraçuq  türk 

tayfalarının miqrasiyası  ilə Orta Asiyadan gətirilmiş etnonimdir. 

QARAÇİMƏN  -  Culfa  r-nunda Ərozin kəndinin qərbində təbii  mərz 

adı.  Əsli Qaraçəmən.

QARAÇOBAN  -  Şərur  r-nunda  Dəmirçi  kəndinin  şimal-qorbindo 

maili düzənlikdir.

QARAÇI  -  Şərur  r-nunda  qədimdə  mövcud  olmuş  kənd  adı.6  Köçəri 

xalqın adını əks etdirir.

QARACAKƏND - Naxçıvan  əyalətinin Qışlağat nahiyəsində kənd adı.7 

Dərələyəz mahalında yaşamış Qaracalar tayfasının8 adını əks etdirir.



İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  108.

2

Naxçıvan  sancağının  m üfəssəl  dəftəri,  s.  49.

3  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  144.

4

Naxçıvan  sancağının  müfəssəl  dəfləri,  s.  29.





Babayev A.M.

  Naxçıvan  MR-in  toponimiyasında  «qara»  komponenti,  II,  Bakı,  1987, s.  139.



Будагов JI.3.

  Словарь тюркско-татарских  наречий, т.  II.  с.  45,

7  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  145.

8

Şopen I.



  Göstərilən  əsəri.

85

QARINQULAQ  -  Ordubad  r-nunda  Nəsirvaz  kəndinin  cənubunda 



yer adı. Türk dillərində  kulak -  "dərə",  "çökəklik",  "çuxur"'  və qarın 

(qarın  formalı  landşaft)  sözlərindən  ibarətdir.  Qarın  formalı  dağda, 

təpəlikdə dərə  mənasındadır.  Nehrəm kəndi  ilə (Babək  r-nu) Əlincə- 

kənd  arasında  yüksəklik  adı.  Şərqi  Türkiyənin  Qarğabazar  mahalın­

dan  gətirilmiş  addır.  Türk dillərində karqa-vulkan mənşəli  daş yığını, 

"üst-üstə  düşmüş  buzlaq  mənşəli  daş  (qaya)  parçaları"  (çınqılı)  vo 

nəyinsə bolluğunu bildirən  bazar sözlərindən  ibarətdir.

QARQULUQ  -  Naxçıvan  şəhərində  dəmiryol  stansiyası  əsasında 

yaranmış  qəsəbə  adı.  Qarqalıqın  təhrif olunmuş  formasıdır.  Masallı 

və  Xaçmaz  r-nlarında  Qarqalıq kənd adları  ilə mənaca eynidir.  Erkən 

orta  əsrlərdə  Şərqi  Türküstanda  Taraz  şəhəri  yaxınlığında  Qarqalıq 

qalası  vardı.3  Ehtimal  ki,  türk  tayfalarının  hərəkəti  ilə  Orta  Asiyadan 

gətirilmə  addır.  Orta  Asiyadakı  Qarqalıq  isə  qədim  türk  mənşəli 

Karqa tayfasının4  adını  əks etdirir.

QARXUN  -  Şərur  r-nunda  kənd  adı.  Mənbədə  Yuxarı  Qarxın  və 

Aşağı  Qarxın  kəndlərinin  adları  qeyd  olunmuşdur  (bax:  Aşağı  Qar- 

xın).  Monqolların  tərkibində  XIII  əsrdə  gəlmiş  qədim  türk  mənşəli 

Karkm tayfasının  adını əks etdirir.

QARXUN  -  İrəvan  əyalətinin Şərur nahiyəsində kənd adı.5  Digər adı 

Quşxanadır (yenə orada).  XIII-XIV əsrlərdə monqol  işğallarında  işti­

rak  etmiş oğuz-türk  mənşəli  Karkın tayfasının6 adını əks etdirir.  Quba 

r-nunda  Qarxun,  Yevlax  r-nunda  Aşağı  Qarxın  vo  Yuxarı  Qarxın, 

Dağıstanda və  Ermənistanda Karxın kənd adları  ilə mənşəcə eynidir. 

QAÇDAŞ  -  İrəvan  əyalətinin  Dərə-Şahbuz  nahiyəsində  yaylaq  adı.7 

Qaç türk sözündən olub «neçə», «çox»  mənasındadır.

QAXICAN  QARXIN  QIŞLAQ -  İrəvan  əyalətinin  Şərur nahiyəsin­

də kənd adı.8 Qarxın  kəndindən Qaxican adlı  mülkədara mənsub ailə­

lərin  qışlağı  mənasındadır.



Murzayev

  fc'.ıW  Göstərilən  əsəri,  s.  260,  310-311.

2  Y enə  orada,  s.  260.



Mahmud Quşqari,

  I,  s.  527.

4

Геййуллаев Г.Л.



  Топонимия  Азербайджана,  Баку,  1986.

5  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  72.



Рашид ад-Дин.

  Сборник летописей,  т.  I,  кн.  I,  М-Л.,  1952,  с  83-85.

7  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  168.

g

Yenə  orada, s.  73.




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə