S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   24   25   26   27   28   29   30   31   32

94

üçün  səciyyəvi  idi)  adının  yazılması1  göstərir  ki,  Naxçıvan  forması, 

hər halda,  VI  əsrdə mövcud  idi.  Beləliklə,  deyilənlərdən  belə  nəticə 

alınır ki,  Naşava və Naksuvan  bir adın  qədim  fars  və qədim  türk dil­

lərində  yazılmış  formaları  olmaq  etibarilə  eyni  mənalıdır.  VII  əsrə 

aid  mənbədə toponimin  "Naxçuvan"  kimi  qeyd olunması*

 2 göstərir ki, 

hər  halda,  bu  səsin  "ç"  kimi  tələffüzü  VII  əsrə  qədər  baş  vermişdir. 

Son  tədqiqatlar  göstərmişdir  ki,  addakı  "s"  səsi  köklüdür  və  deməli, 

onun  "ç"  səsinə  çevrilməsi  prosesi  olmuşdur.  Bu  çevrilmənin  hansı 

dil əsasında baş verməsi müəyyən edilməmişdir.

Naxçıvan  adının  mənşəyi  və  mənası  barədə  çoxlu  miqdarda 

mülahizələr irəli  sürülmüş,  lakin son vaxtlara qədər inandırıcı  fikir söy­

lənilməmişdir.  Erməni  tarixçiləri  adın  erməni  mənşəli  olmasını  sübut 

etmək  məqsədilə  toponimin  sonundakı  "van"  hissəsinə  əsaslanmağa 

səy  etmiş  və  onu  ermənicə  avan  -   "yaşayış  məntəqəsi",  "kənd"  (əsli 

qədim  farscadır)  sözü  ilə  bağlamağa  çalışmışlar.  Yalnız  Y.B.Yusifov 

toponimin mənşəyini  müəyyən etməyə nail olmuşdur.  O,  adın bəzi IX- 

X əsrlərə aid ərəb mənbələrində "Naşava"  kimi yazılış  forması əsasın­

da ("Naşava" -  qədim  farsca  "naş", azərbaycanca nuş,  "xeyirli" və av -  

"su"  sözlərindən  Naksuan  adının  qədim  türk  dillərində  nak,  nik,  "xoş 

su"  və  İran  mənşəli  van  -   "yer",  "ərazi"1  sözlərindən  ibarət  olduğunu 

və bütünlüklə adın "Xoş su yeri"  mənasını  verdiyini yazmışdır.4 Naxçı­

van adının bu etimologiyası  tamamilə düzdür.

NAXÇIVAN ÇAYI  - Arazın  sol qolunun  (uz.  81  km) adı.  Mənbəyini 

Keçəldağın cənub yamacından  (2720 m) alır.

NAXÇEDƏNİZ  -  Naxçıvan  əyalətinin  Sair-Məvazi  nahiyəsində 

kənd adı.5

NEHRƏM  -  Babək  r-nunda  kənd adı.  Mənbədə Naxçıvan əyalətinin 

Qışlağat nahiyəsində kənd kimi  qeyd olunmuşdur.6 Ərəb dilində nəhr 

-  "axar su"7 və əm -  "camaat",  "ümumxalq",  "icma"8 sözlərindən iba­

Пахомов Е Л.

  Монеты  Нахичевана.  Известия  АН  Азербайджанской ССР.  Серия обще­

ственных  наук,  1949, №   5

2  Армянская  география  VII  века но Р.Х.  СПб.,  1877,  с. 48



Xristian  Burtalomey.

  Altiraniseoes Werterbuch,  Strassburg,  1905, c.  2353.

4

Юсифов  Ю.Д.



  Топонимы  и  этническая  история  древнего  Азербайджана.  "Azarbaycan 

onomastikası  problemlərinə dair konfransın  materialları".  Bakı,  1987, s.  108-111.

5  İrəvan  əyalotiııin  icmal  dəflori,  s.  140.

6

  Yenə orada,  s.  145.



Баранов X.K.

  Арабско-русский  словарь,  M.,  1958,  c.  1061.

8  Yenə orada,  s.  688.

95

rət olub,  "icma  suyu (kanalı)"  mənasındadır.  Bu  fikir hələ keçən  əsr­



də  səslənmişdir.1  Naxçıvan  əyalətində  orta  əsrlərdə  su  (suvarma 

suyu),  ayrı-ayrı  mülkədarlara  məxsus  olduğu  halda,  tək-tək  hallarda 

icmalara,  kəndin  bütün  camaatına mənsub  olurdu.  Nehrəm  kənd  adı­

nın  nəhr  -   "su"  və  əm  -   "camaat"  sözlərindən  ibarət  olduğunu  bir 

mənbə  de  təsdiq  edir.2  Arazdan  keçmişdə  nəhrlərin  çəkildiyini  orta 

əsr  mənbələri  də  qeyd  edirlər.3  Ağdaş  r-nunda  Nehrəxəlil  kənd  adı 

da Xəlil suyu (kanalı, arxı) mənasındadır.

NEHRƏM  -  Babək  r-nunda  Bakıdan  516  km  məsafədə  dəmiryol 

stansiyasıdır.

NEHRƏM  -  Babək  r-nunda  Nehrəm  kəndinin  cənubunda  xaraba 

kənd  adı.4

NEHRƏMARX  -  Babək  r-nunda  Nehrəm  kəndinin  şimal-şərqində 

arx  (kanal) adı.

NƏBİYURD  -  Ordubad  r-nunda  Nəsirvaz  kəndinin  yaxınlığında  dağ 

adı.  Nəbi  adlı  şəxsə  məxsus  məskən  mənasındadır.  Bu  toponim 

Peyğəmbər (Nuh) yurdu  mənasındadır.

NƏZƏRABAD  -  Babək  r-nunda  kənd  adı.  Nəzər  şəxs  adından  vo 

abad -  "kənd",  "yaşayış məntəqəsi"  sözündən ibarətdir.  "Nəzər kəndi 

məntəqəsi"  mənasındadır.  Kəndin keçmiş adı Domirzindandır. 

NƏRKEÇİ  -  Naxçıvan  əyalətinin  Dəro-Şahbuz  nahiyəsində  yaylaq 

adı.5  Yaylağın  adı  ehtimal  ki,  nər  "erkək"  və keçi  (dağ keçisi)  sözlə­

rindən  ibarət olub, yaylaqda dağ keçisinin yaşaması  ilə əlaqədardır. 

NƏSİRVAZ - Ordubad  r-nunda kənd adı.  Mənbədə Naxçıvan  əyalə­

tinin  Azadciran  nahiyəsində  kənd  kimi  qeyd  olunmuşdur.6  Kəndin 

yaxınlığındakı  Qapıçıq  (Gəmiqaya)  dağında  Nəsirvaz  çayının  sol  sa­

hili  boyu Qaranquş dağının yamaclarında qədim rumi  yazıları (ərəbcə 

"kəsr")  vardır.  Nəsirvaz  ərəbcə  vayz  "sıldırım",  nəsr  "yağı"  olub, 

"yağılı təpə, yüksəklik" mənasındadır. Bax:  Qapıçıq (Gəmiqaya). 

NƏSİRVAZÇAY  -  Ordubad  r-nunda  Nəsirvaz  kondinin  ərazisindən 

axan çayın (uz.  12 km) adı.



Исмаилов  Керимбек.

  Село  Неграм  Нахичеванского  уезда  Эриванской  губернии. 

СИОМИК,  вт.  27, отдал  II,  с.  192

Перед. Азия в документах. Кн.  I, Нахичеванские рукописные документы  XVI1-X1X  вв., с. 69.



Алишде  А.А.

  Социальная  экономическая  и  политическая  история  Азербайджана  XIII- 

XIV  вв.,  Баку,  1956,  с.  4.

4

  .



İrəvan  əyalətinin  icmal  dəfləri,  s.  167.

Yenə orada.

6  Y enə orada, s.  147.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə