S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   24   25   26   27   28   29   30   31   32

104

SINIQ Ə LƏ K   -  Naxçıvan  əyalətinin  Şərur  nahiyəsində  kənd  adı.1 

Əsli  sınıq  kələk,  yəni  "sınıq  qala".  Orta  fars  dilində  qala  sözü "qələ" 

kimi tələffüz olunurdu.

SİNORDAĞ  -  Naxçıvan  qəzasında  dağ  adı.*

 2  Türk  dillərində  sinər 

"sərhəd",  "hüdud"3 və azərbaycanca dağ sözlərindən ibarətdir. 

SİSKATOR  -  Şahbuz  r-nunda  Biçənək  kəndinin  şimalında  dağ  adı. 

Naməlum  "siska"  və  qədim  türk  dillərində  tor  "yüksək  dağ  örüşü" 

sözlərindəndir.

SİRAB  -  Babək  r-nunda  kənd  adı.  Mənbədə  həm  də  Sarav  kimidir.4 

XIX  əsrə  aid  ədəbiyyatda  isə  Surab  kimi  yazılış  forması  da  məlum­

dur.5  Başqa  mənbədə  "Naxçıvan  qəzasında  Surab bulağı"  ifadəsi  var­

dır.6  Lakin  əsli  Sirabdır  ki,  bu  da  qədim  türk  dillərində  siri  (axan) 

"bulaq",  "mənbə"  və  farsca  ab -   "su"  sözlərindən  ibarətdir.  Həqiqət­

də  də  bulaq  kəndin  ərazisində  1400  m  yüksəklikdədir.  Xalq  etimo­

logiyasına görə sirab -  sirli  su deməkdir.

SOYÜDLU  -  İrəvan  əyalətinin  Sədərək  nahiyəsində  kənd  adı.7 

Mənbədə  kəndin  Dünbili  tayfasının  məskunlaşması  nəticəsində  ya­

randığı qeyd olunur.8

SOYUQDAĞ  -  Ordubad  r-nunda  dağ  adı.  Soyuq  dağın  zirvəsinin 

havası  soyuq  olduğundan  onu  Soyuqdağ adlandırırlar. Türk dillərində 

soyok -  "zirvəsi konusvari qayalı dağ"9.

SURUMÇAL  -  Babək  r-nunda  Kalba  Orucdizə  kəndinin  cənub- 

şərqində dağ silsiləsinin adı.

SUSDƏRƏ  -  Ordubad  r-da  Nüsnüs  kəndi  ərazisində  dərə  adı.  Türk 

dillərində sus -  "su çıxan yer"  sözündəndir.

STANSİYA DAŞARX -  Şərur r-nunda kənd.

SÜBHANVERDİ  DİZƏSİ  -  İrəvan  əyalətinin  Naxçıvan  nahiyəsin­

də kənd adı.10



Naxçıvan  sancağının  müfəssol  dəftəri,  s.  326.



Paqiryev D.D.

  Göstərilən  lüğəti, s.  638.

Budaqov L.'/..

  Göstərilən  lüğəti,  s.  638.

4  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  140.



Никифоров  H.K.

  Экономический  быт  госуд.  крестьян  западной  части  Нахичеванского  уезда. 

Ереванской губернии  "Экономический быт гос.  кресгьян Закавказского края", т  1, с.  590.

6  Минеральные  воды  и лечебные  грязи.  "Кавказский  календарь",  1917,  с  233.

7  Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.  325.

8  Yenə  orada.

9

Murzayev E.M.



  Göstərilən  əsəri,  s.  5 12.

10  Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.  25.

105


SUST - Babək  r-nunda kənd adı.

SÜST - Babək  r-nunda  Yuxarı  Buzqov  kəndinin şimalında dağ adı. 

ŞADA  -  Naxçıvan  əyalətinin  Dorə-Şahbuz  nahiyəsində  kənd  adı.1 

Ehtimal  ki,  qədim  türk  mənşəli  Şato  tayfasının  adını  əks  etdirir.  VI- 

VIII  əsrlərdə  Qərbi  Türk  xaqanlığının  tərkibində  "On  ox"  adlı  tayfa­

ların  Çu  çayından  qərbdə  yerləşən  5  tayfasının  tərkibində  Şato  da 

vardı.2 M ənşəcə bu  tayfa Orta Asiya hunlarının  sonrakı  nəsilləri  sayı­

lır.3 XII-XIII  əsrlərdə Orta  Asiyada  baş vermiş  siyasi  hadisələrlə əla­

qədar  olaraq  bu  tayfa  səpələnmişdir.  Ehtimal  ki,  Azərbaycana  oğuz­

larla,  ya  da  monqollarla  gəlmişlər.  Qasım  İsmayılov  r-nunda  Şadılı 

kənd  adı  ilə  mənşəcə  eynidir.  XIX  əsrdə  Azərbaycanda  bir  maldar 

tayfa Şadılı  idi.4 Qırğızlarda da bir tayfa Şadı adlanır.5 

ŞAJHAB - Naxçıvan  şəhərinin məhəllələrindən birinin adı.6 

ŞAHBULAQ  Şərur r-nunda kənd adı.  Keçmiş adı  Çağayurdu. 

ŞAHBUZ  -  Naxçıvan  MR-də  inzibati  rayon  mərkəzinin  adı.  Mənbədə 

Naxçıvan  əyalətinin  Dərə-Şahbuz  nahiyəsinin  adı  idi.7  Şahbuz  yaxın­

lığındakı  hündür yerdə  qalıqları  qalmaqda  olan  qədim  qalanın8  adıdır. 

Məntəqə yaxınlıqdakı  Şahbuz qalasının adı  ilə adlanmışdır. Qalanın adı 

isə farsca şəx  "sıldırım (dik) qaya" və buz (türk dillərində bayz  "sıldı­

rım") sözünün təhrif formasından ibarətdir.9 

ŞAHBUZKƏND -  Şahbuz r-nunda kənd.

ŞAHBUZTƏPƏ -  Şahbuz r-nunda,  Şahbuz şəhərinin cənubunda dağ. 

ŞAHBUZÇAY-  Şahbuz r-nunda  Naxçıvançayın sol  qolunun adı. 

ŞAHVƏLLİ  -  Naxçıvan  əyalətinin  Şərur  nahiyəsində  qışlaq  adı.10 

"Şahvəlli  adlı  şəxsə məxsus (qışlaq)"  mənasındadır.

İrovan oyalotıniıı  icmal  dəlləri,  s.  167.

Кернштам Л  II.. 

iaıbıenpımcKiıu 

А.  Западно-поркский  Kaıaııaı  "Очерки  tıcıopmı  CCCI’", 

lll-IX 


bb

M.,  1958. C  266, Нар/паш) В В  С'оч  ,  г.  II,  ч  I. с. 33.



Гумилев l l.f l

  Древние тюрки  Л .   1967,  1,266

4

Абелов  НА.



  Экономический  бьп  госуд  креоьян  Елизавет польского  уезда  Слнзавст- 

польской  губернии,  с.  2 1

Абрам юн  С.М.

  Э тич ески й   сосгов  киргшекого  населения  Северной  Кирипии.  Труды 

Киргизской  архсологичсско-згнографичсской  экспедиции  IV.  М„  I960,  с  135.

İrovan əyalətinin  icmal  dəftəri,  s.  19.

7  Yeno orada, s.  141.

8

Şopen İ.



  Göstorilən  əsəri,  s.  328.

9

Munayev  E.M.



  Göstərilən  lüğəti,  s.  65.

İrovan  əyalətinin  icmal  dəftəri,  s.  168.


1 0 6

ŞAHQULUBƏY  DİZƏSİ  OLAN  POLADBƏY -  Naxçıvan əyaləti­

nin Naxçıvan nahiyəsində mezrə adı.  Digər adı Xocaverdi.' 



ŞAHKƏRƏM - Culfa r-nunda dağ adı.

ŞAHMƏMİŞ ƏLİABAD - Naxçıvan əyalətində indiki Culfa r-nu əra­

zisində  kənd  adı.1

 2  Şahməmiş  şəxs  adından  və  Əliabad  toponimindən 

ibarətdir.  "Şahməmiş adlı şəxsə məxsus Əliabad kəndi" mənasındadır. 



ŞAH  HÜSEYN  QIŞLAĞI  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində 

(indi  Naxçıvan  MR-in  Şərur  r-nunda)  qışlaq  adı.3  Quşçu  kəndinin 

yaxınlığındadır (yenə orada).  "Digər adı Hüseyn qışlağı".

ŞAHTAXTI  -  Kəngərli  r-nunda  kənd  adı.  Burada  uca yer,  görkəmli 

yer,  səfalı yer, axar-baxarlı yer mənasındadır.



ŞƏHRİYAR  -   Ordubad  r-nunda  qəsəbə.  Ordubad  qəsəbəsinin  yeni 

adı.


ŞEYX  YUSİFLİ  -  Naxçıvan  əyalətinin  Mülki-Arslan  nahiyəsində 

kənd  adı.4  Orta  əsrlərdə  Səfəvilər  hakimiyyətə  keçdikdən  sonra şiə­

liyə qulluq edən və onu yayan şeyxlərə torpaq  sahələri  və ailələr ve­

rilirdi.  Ehtimal  ki, toponim  Şeyx Yusifə bağlanmış ailələrin məskun­

laşması nəticəsində yaranmışdır.

ŞİKƏM - Naxçıvan əyalətinin Şərur nahiyəsində kənd adı.5 

ŞEYX  MEHRANŞAH  -  Naxçıvan  əyalətinin  Naxçıvan  şəhərində 

məzrə adı.6



ŞEYX  SEYİDDƏLİLİ  -  Naxçıvan  əyalətinin  Əlincə  nahiyəsində 

kənd adı.7 *



ŞEYX HƏMZƏLİ - Naxçıvan əyalətinin Qışlağat nahiyəsində kənd adı.s 

ŞƏKƏRABAD - Babək r-nunda kənd adı.

ŞƏRUR  -  Naxçıvan  MR-də  inzibati  r-n  mərkəzinin  adı,9  Müasir  Şə­

rur  şəhərindən  şimal-qərbdə  Şərur  adlı  qədim  (IX-XV1I  əsrlər)  ya­

şayış  yeri  vardır.10  Bəzi  tədqiqatçılar  Şərur  toponimini  "Kitabi-Dəde 

Qorqud" eposundakı  Şoruk adı  ilə  eyniləşdirirlər.



1  İrəvan əyalətinin  icmal  dəftəri, s.  165.

Статистическое описание Нахичеванской  провинции,  с.  130

3  İrəvan əyalətinin  icmal dəfləri, s.  168.

4  Y enə orada.

5  Naxçıvan sancağının  müfəssəl  dəftəri,  s.  326.

6  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  165.

7  Y enə orada, s.  182..

Q

Y enə orada, s.  145.

g

Novruzov Ə.

  Göstəriləli əsəri, s.  26.

10  İrəvan əyalətinin  icmal dəftəri, s. 145.

1 0 7


ŞƏHRİYAR  -  Şorur  rayonunda  kond.  Naxçıvan  əyalətinin  Şərur na­

hiyəsində kənd adı.



ŞİLLƏRUD - Ordubad r-nunda kənd adı.

ŞİRİNOĞLU  -  Babək  r-nunda  Xalxal  kəndinin  şərqində  kənd  xara­

balığının adı.



ŞİRİN SU - Ordubad r-nunda Parağaçayın sol qolunun adı. 

ŞİRRANLI - Ordubad  r-nunda Nəsirvaz çayının sol qolunun adı. 

ŞIXMAHMUD  -  Babək  r-nunda  kənd  adı.  Mənbədə  Şeyx  Mahmud 

kimi qeyd  olunmuşdur.'



ŞORBULAQ - Şahbuz r-nunda Kcçəzur kəndindən cənub-şərqdə göl adı. 

ŞORTƏPƏ  -  Şərur r-nunda İbadulla  kəndinin cənub-şərqində böyük 

təpə adı.

ŞORÇAY - Şahbuz r-nunda Keçib kəndinin ərazisindən axan çayın adı. 

ŞURUD  -  Culfa  r-nunda  kənd adı. Türkcə -  "şu"  -  "bu",  farsca "rud"  - 

"çay" sözlərindən  ibarətdir.  Şurud kəndində dağ bulaqlarının suyu  ilə 

suvarılan əkin sahələri  vardır.2



TANAĞA -  Naxçıvan əyalətinin  Şərur nahiyəsində kənd adı.1 Yuxarı 

Parçı kəndinin yaxınlığında yerləşir.



TAPUNQUZU  -  Şahbuz  r-nunda  Keçib  kəndinin  şərqində  yer  adı. 

Azərbaycan  dili  dialcktikasında  təp  -   "su  çıxmayan  yer",  "təpə"  və 

küz -  "qoyun-quzu  üçün  payız otlağı"  sözlərindən ibarətdir.

TAXTAXALI  - Ordubad  r-nunda Biləv kəndinin cənubunda dağ adı. 

TAXTAQ - Naxçıvan əyalətinin Dəro-Şahbuz nahiyəsində yaylaq adı4 

TAXTEYİSƏLİM  -  Naxçıvan  əyalətinin  Şərur  nahiyəsində  yaylaq 

adı.5 "Səlim  taxtası"  dağlıq yerdə düzən sahəsi  mənasındadır. 



TEYVAZ  -  Culfa  r-nunda  kənd  adı.  Mənbədə  Naxçıvan  əyalətinin  Də- 

rənürgüt nahiyəsində kond  adı  kimi qeyd olunmuşdur. Kənddə toplanmış 

şifahi məlumata görə Teyvaz həmin r-nun Xanəgah  kəndindən yaranmış 

məntəqədir.  Qədim  türk  dillərində  tey  -   "təpə"6  və  vayz  -"sıldırım 

qaya", "ətəyindən dar dərədə çay axan dağ"7 sözlərindən ibarətdir.

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  138.

Никифоров  И.К.

  Экономический  быг  госуд.  крест ян  западной  ч а с т   Нахичеванского 

уезда  ереванской  губернии,  "Материалы  для  изучения  экономического  быта  юс. 

крестьян  Закавказского  края",  г.  I.  с.  574.

İrəvan  əyalətinin  icmal  dəfləri,  s.  38,

4

Yenə orada, s.  167.



5  Yenə  orada, s.  67.

Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.  32.

Bax: 

Qeybullayev Q.O.

  Bəzz  toponiminin  mənşəyi  haqqında,  s.  135-139.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə