S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   2   3   4   5   6   7   8   9   ...   32

6

I. NAXÇIVAN BÖLGƏSİNİN 

SİYASİ VƏ ETNİK TARİXİNƏ DAİR

Azərbaycanın  tarixən  tərkib  hissəsi  olmuş  Naxçıvan  Muxtar 

Respublikası  ərazisinin siyasi və  etnik  tarixi  indiyədək  xüsusi  tədqiqat 

mövzusu  olmamışdır.  Yalnız  son  illərdə  azərbaycanlıların  obyektiv 

etnik  tarixi  məsələlərinə  dair tədqiqatlar  meydana  gəlmiş  və  xalqımı­

zın  mənşəyi  problemində  müəyyən  dərəcədə  aydınlıq  yaranmışdır. 

Azərbaycan  xalqının  etnogenezi  haqqında yeni  konsepsiya  burada era­

dan  əvvəlki  minilliklərdə  türkmənşəli  etnosların  yaşadığına  əsaslanır. 

Bu  nəzəriyyə  Azərbaycan ərazisində (o cümlədən  Naxçıvan  bölgəsin­

də)  eradan  əvvəl  birinci  minillikdə  və  eramızın  birinci  minilliyində 

qədim  mənbələrdə  çəkilən  yer  (şəhər,  qala,  çay  və  s.)  və  şəxs  (çar, 

hakim,  sərkərdə  və  s.)  adlarının  qədim  türkmənşəli  olması  faktlarına 

əsaslanır. Burada həmin  faktların bir də sadalanmasına ehtiyac yoxdur. 

Təkcə  onu  əlavə  etmək  olar ki,  eyni  ilə  belə  faktlar Naxçıvan  bölgə­

sində üzə çıxarılmışdır1.  Aşağıda bu barədə deyiləcəkdir.

Naxçıvan bölgəsi  Manna (eramızdan əvvəl IX-V1I əsrlər), Ma- 

day  (eramızdan  əvvəl  VII-VI əsrlər)  və  Atropatena  (eramızdan  əvvəl 

IV  əsr  -  bizim  eranın  III  əsrinə  qədər)  dövlətlərinin  tərkib  hissəsi 

olmuşdur.  Manna və  Maday dövlətləri vaxtlarında Naxçıvan bölgəsi­

nin  necə  adlandığı  müəyyən  edilməmişdir.  Yalnız  Strabon  (I  əsr)  bu 

bölgənin  Basoropeda  adlandığını  yazmışdır  ki,*

 2  bu  da  qədim  erməni 

mənbələrindəki  Vaspurakan  və  ərəb  mənbələrindəki  Basfurcan’ 

adlarının  qədim  yunan  dilində  yazılış  formasıdır.  Vaspurakan  topo­

nimi  farscadır  ki,  bu  da  "Şahzadə  Ölkəsi"  mənasındadır.4  Bu  ad,  de­

yildiyi  kimi,  yalnız  I  əsrdən  məlumdur  və  görünür,  Əhəmənilər 

dövründə yaranmışdır.  O dövrdə  indiki Naxçıvan  bölgəsi  də  bu döv­

lətə  daxil  idi.  Naxçıvan  adı,  aşağıda  deyiləcəyi  kimi,  Klavdi  Ptole­

meyin  əsərində  eramızın  II  əsrindən  məlumdur  və  yalnız  şəhər  adı 

kimi  qeyd  olunmuşdur.  Bölgənin  bu  şəhərin  adı  ilə  Naxçıvan  adlan- 

ması  XII-XIII əsrlərə aiddir.

Q.Qeybulhıyev.

  Azərbaycan  türklərinin  təşəkkülü  tarixindən.  Bakı,  1994.



Strabon.

  XI,  14.  5.

N. Vəlixanlı.

  1X-XII  əsr ərəb coğrafiyaşünasları  Azərbaycan haqqında.  Bakı,  1974.

Bax:  Книга деянии  Ардашира,  сына  Папакана.  М.,  1987,  с.  20,

4

7



Yuxarıda  biz  Vaspurakanın  Atropatenaya  (ondan  əvvəl  Man­

naya  və  Madaya)  mənsub ərazi  olduğunu  qeyd  etmişdik.  İndi  bu  ba­

rədə  bəzi  faktları  göstərmək  olar.  Strabon  Basoropedanın  ermənilər 

tərəfindən  işğalı  haqqında  yazır  ki,  "ermənilər  midiyalılardan  Baso- 

ropedi"  qopardılar.1 V  əsr erməni  müəllifi  yazır ki, erməni çarı  Arta­

vazd  Midiyadan  (burada  şübhəsiz,  Midiya  ənənəvi  addır,  Artavazd 

vaxtında  Midiya  Atropatena  adlanırdı)  Vaspurakanı  qopardı.  Digər 

erməni  tarixçisi  Sebeos  (VII  əsr)  qeyd  edir  ki,  Naxçıvan  Atropate­

naya  aiddir  (Sebeos,  16-cı  kitab,  27-ci  fəsil).  VIII  əsr  müəllifi  Qe- 

vond  yazır  ki,  ərəblər  Naxçıvanda  midiyalı  kəndlərini  dağıtdılar.2 

Əgər  o  vaxt  Naxçıvanda  ermənilər yaşasaydı,  onda  müəllif midiyalı 

əvəzinə elə erməni  yazardı.  Burada iki  nəticəyə gəlmək olar:  birinci, 

bu  bölgə  eramızdan  əvvəl  II  əsrdən  əvvəl  Ərməniyyəyə daxil  deyil­

di;  ikinci,  Böyük  «Ermənistan  dağıldıqda»,  bölgə  yenə  Atropatenaya 

qaytarılmışdır.  Bununla  da  Naxçıvan  bölgəsinin  tarixən  erməni  əya­

ləti olması fikri inkar olunur.

Eranın  111  əsrində  Sasanilər  sülaləsi  İranda  hakimiyyətə  gəl­

dikdən  sonra  Atropatenanın  müstəqilliyinə  (daha  doğrusu,  canişinli­

yinə)  son  qoyulmuş  və  Sasanilər dövlətinə  qatılmışdır.3  Lakin  bölgə 

hələ  də  Vaspurakan  adını  saxlayırdı.  Ərəb coğrafiyaçısı  İbn  əl-Fəqih 

də  yazır:  "Xosrov  Ənuşirevan  (531-579)  Nəşəva  (Naxçıvan  -  Q.B.) 

şəhərini  bina  etdirdi.  Bu,  (yəni  şəhər)  Basfurcan  vilayətinin  mühüm 

şəhəridir".4  Eyni  ilə  bu  fikri  XIII  əsr  müəllifi  Yaqut  əl-Həməvi  do 

vermişdir:  "Басфурджан  - округ в Арране,  главный  город которого 

Нашава;  он  же  Нахджуван,  построенный  Ануширваном  одновре­

менно с Баб ал Абвабом".5

Sasanilər bu  əyaləti  tabe  etdikdən  sonra  oranı  canişinlər  idarə 

edirdi.  Sasanilərin  hakimiyyəti  illərində  bu  bölgə  İran-Roma  toq­

quşmalarının  meydanına çevrilmişdi.  Sasani  şahı  II  Şapur 364-367-ci 

illərdə  Romanın  təsir  dairəsinə  düşmüş  əyalətə  hərbi  səfər  təşkil 

edərək oranı  talan  etmişdi.6 V əsr erməni müəllifi  Favst Buzand yazır



Strabon,

  XI,  14,  15.



Qevond.

  Göstərilən  əsəri, s.  32.

3  Bu barədə geniş moluma!  üçün bax: 

Играр Алиев.

  Очерки истории Атропатсна.  Баку.  1989.



Vəlixanlı N.M.

  IX-XI1 əsr, ərəb coğrafiyaşünas səyyahları  Azərbaycan  haqqında.  Bakı,  1974.

5 Якут ач-Хамави.

  Муджам  ал-Булдан.  (Сведения  об Азербайджане),  Баку.  1983,  с. 21.

6  История  Армении  Фавста  Бузанла.  Пер.  М.А.Геворкяна.  Ереван,  1953,  с.  134.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə