S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   2   3   4   5   6   7   8   9   ...   32

12

"Ordabad"  formasını  kəsb  etməli  idi.1 Ə.Səfərli  və  M.Novruzov yazır­

lar  ki,  "Ordu"  və  "abad"  sözlərinin  "Ordubad"  şəklində  birləşməsi 

Azərbaycan  dilinin  səs  və  qanun-qaydası  baxımından  mümkün  deyil­

dir. Əgər belə bir birləşmə mümkün olsaydı, onda bu söz Ordabad şək­

lində  işlənilməliydi.  Dilimizdə  bu  biçim  və  quruluşda  sözlər  vardır. 

Məsələn,  Əli  Abbas-Əlabbas.  Ancaq  şəhərin  adı  bu  şəkildə  heç  vaxt 

qeydə  alınmamış  və  bu  gün  də  belə  deyilmir.  Deməli,  Ordubad 

sözünün bu yozumu düzgün və əsaslı sayıla bilməz.*

 2 *


  Müəlliflər bu adın 

"Ordu"  sözünün  qədim  türk  dillərində  "iqamətgah",  "düşərgə"  məna­

sında  olduğunu  söyləyirlər,  lakin  adın  "bad"  komponentinin  "abad" 

sözü olmadığını  göstərirlər.1 M.Novruzov "Ordubad" adının mənşəyinə 

həsr  etdiyi  məqaləsində  "bad"  sözünün  "divar"  mənasında  olduğunu 

yazmışdır.4  Lakin  "bad"  komponentinin  "divar"  mənasında olması fikri 

ağlabatan  deyil.  İ.Əliyev  Midiyada  er.  əv.  I  minillikdə,  yer  adlarında 

"ölkə",  "yer"  mənalarında  "bat",  "pata",  "buta",  "biti"  sözlərinin  ol­

duğunu yazmışdır.5 Ona görə də güman etməyə əsas vardır ki, Ordubad 

toponimindəki  "bad"  komponenti  Cənubi  Azərbaycan  ərazisində  hələ 

Manna və  Maday  dövlətləri  vaxtında  bəzi  yer adlarındakı  "bat",  "bad" 

sözləri  ilə  mənşəcə  eynidir.  Məsələn,  Midiyada  er.  əv.  I  minillikdə 

Assur mənbələrində  Saqbat,  Aqbatan  (indiki  Həmədan),  antik mənbə­

lərdə  Atropatena  ərazisində  Azərbad,  Astabad  və  s.  adlar  məlumdur. 

Erkən  orta əsrlərdə  Albaniya  ərazisində  Tambat,  Dizapat,  Aqbat və  s. 

toponimlər  məlumdur.  V  əsr  erməni  müəllifi  Moisey  Xorenasi  Naxçı­

van  bölgəsində  Tambat  məntəqə  adını  qeyd  edir  (Moisey  Xorenasi,  1 

kitab,  30-cu  fəsil).  Aydındır  ki,  bu  toponimlərdə  fars  mənşəli  "abad" 

sözü  əksini  tapa  bilməzdi.  İqrar  Əliyev  Midiya  toponimlərində  "bat" 

sözündən danışarkən  onu  elam  mənşəli  "vate",  "pate",  "ölkə"  sözü  ilə 

əlaqədar etmişdir.*’  Beləliklə,  Ordubad  toponimində  "bad"  sözünün dil 

mənsubiyyəti  mübahisəli  olsa da,  hər halda  "yer",  "məskən"  mənasını 

kəsb  edir.  Müqayisə üçün  deyək  ki,  XII əsrə aid mənbədə Azərbayca-

Sp/brli Ə.,  Novruzov M.

  Dado Qorqud yurdu: Ordabad.  "Azərbaycan müəllimi",  13  iyun  1986.

2  Yenə  orada.

1  Y enə orada.

4

Novruzov M.D.



  Ordubad  toponiminin  etimologiyası.  "Azərbaycan  ononıastikası  problemləri­

nə  dair  konfransın  materialları";  Bakı,  1987.  s.  181.

Алиев И.

  Мидия  древнейшее  государство  на территории Азербайджана,  Сб.  Очерки  но 

древней  истории  Азербайджана.  Ваку,  1956.  с.  78.

Алиев  Играр.

  История  Мидии.  Ваку,  I960,  с.  96

13

nın  şimal-şərqində  Kalabad  kənd  adı  çəkilir.'  Bu  toponim  bəlkə  də 



qala və "abad"  sözlərindən  ibarətdir.  Ona görə də Ordubad toponimin­

də "abad" sözünün iştirak etdiyi də istisna oluna bilməz.

Naxçıvan  bölgəsində  qədim  türk  toponimlərindən  biri  də  Culfa­

dır. Qeyd etmək  lazımdır ki,  bu  şəhərin əsl  qədim adı Çuladır.  V  əsr er­

məni  tarixçisi onu Cuğa kimi  yazır.2 Bunun səbəbi odur ki, erməni dilin­

də  o  vaxt  "1"  səsi  yox  idi,  onu  "ğ"  səsi  ilə  verirdilər  (Alban  adının 

"Ağvan" kimi  yazılması  da bununla əlaqədardır). Cula Midiyadan er. əv. 

VI  əsrin  ortalarında  Naxçıvan  bölgəsinə  köçürülmüş  midiyalıların  məs­

kəni kimi  təşəkkül  tapmışdır.  Ter-Avetisyan  yazır ki, Culfa midiyalıların 

yaratdıqları  yaşayış  məntəqələrinə  aiddir.1  Yalnız  XVII  əsrdə  Cula  adı 

"Culfa"  formasını  kəsb etmişdir ki, bu da Cula admın fars dilində culfa -  

"toxuyucu" sözü  ilə zahiri  oxşarlığı  ilə əlaqədardır.  Cula  toponimi  bizcə, 

qədim türk dillərində yul, cul,  "keçid"  sözü  ilə bağlıdır.  Həqiqətən Culfa 

şəhəri  bütün tarixi  dövrlərdə Naxçıvandan İpək yolu  ilə İrana keçid yolu 

rolunu oynamışdır.

Naxçıvan  bölgəsində  digər  qədim  toponim  "kol"  komponentli 

adlardır.

Antik  müəlliflər indiki  Naxçıvan  bölgəsində  Arazsahili ərazini 

Koltene,4  adlandırırlar;  "Kol"  komponenti  Albaniya  və  Ermənistan 

ərazisində  bir sıra toponimlərdə öz əksini  tapmışdır.  Moisey Xorena­

si  Ermənistanın  İberiya  ilə  sərhəddə  Kolb  yer  adını  çəkir  (Moisey 

Xorenasi, V kitab, 50-ci fəsil),  "VII əsr erməni  coğrafiyası"  adlı əsər­

də  Ermənistanda  Kolbopor  (ermənicə  por  "dərə",  "vadi"  deməkdir) 

adı qeyd edilir.

Moisey  Xorenasi  Ararat  vadisində  də  Kolb  toponimini  qeyd 

edir (III  kitab, 60-cı  fəsil). V əsr erməni  müəllifi  Favst Buzand 371-ci 

ilə  aid  hadisədə  Albaniyanın  qərbində Kolt  əyalətinin  olmasını  qeyd 

edir.  Ehtimal  ki,  bu,  indiki  Tovuz  rayonundakı  Kol  kəndinin  adında 

qalmışdır.  "Alban  tarixi"ndə  Artsaxda  (Dağlıq  Qarabağda)  bir  maha­

lın  Kolman  (ermənicə  yazılışda  Koğmank)  adlandığını  yazır.5  Ermə­

nistanın  toponimiyasında  XIX  əsrdə  bir  neçə  Koğt  (yəni  Kolt)  kənd 

adları məlumdur. Həmin kəndlərin əhalisi azərbaycanlılar idi.



MunopcKuu В.Ф.

  История  Ширвана  и  Дербента.  M.,  1963.  с.  64.

2  Гер-Аветисян С

  Памятники древности  Карабаха  и Скифская  проблема.  Тифлис.  1934.

Yeno  orada.



Птолемеи,

  V.  XII,  9.



Moisey Kalankaytuklu.

  Alban  tarixi.  Bakı,  1993.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə