S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

20

van  bölgəsinə  peçeneqlərin  hamısının  eranın  əvvəllərində  gəldiklərini 

söyləmək çətindir. Məsələ bundadır ki, X əsrə aid mənbədə Cənub-şərqi 

Avropada yaşayan  xəzərlərin'  və  X3-XII əsrlərdə Orta Asiyadan gəlmiş 

oğuzların*

 2  içərisində də peçeneq tayfaları məlumdur.  Lakin həmin tayfa­

ların hansı qollardan, yaxud tirələrdən ibarət olması məlum deyil.

Peçeneqlər  VIII-IX  əsrlərdə  Cənubi  Rus  çöllərində  ağalıq 

edən etnos idilər.

VIII  əsrin  sonlarından  IX  əsrə  qədər  Ural-Volqa  çayları  ara­

sında  xəzərlərdən  şərqdə  peçeneqlər  hakim  olmuşlar.3  Lakin  IX 

əsrdə Aral  dənizinin  şimalı  ilə  qərbə hərəkət  edən  qıpçaqlar 889-cu 

ildə  peçeneqləri  məğlub  edərək  Qara  dənizin  şimal  sahillərinə  köç­

məyə məcbur etmişlər.

Peçeneqlərin bir qisminin Cənubi Qafqaza gəlməsi də bu hadi­

sə ilə əlaqələndirilir.4

X əsr müəllifi  Konstantin  Baqryanorodnı  Cənub-şərqi  Avropa­

da  yaşayan  peçeneqlərin  bir  sıra  tayfalardan  ibarət  olduqlarını  gös­

tərmişdir.  Lakin bu tayfaların adları yunan dilində çox təhrif olunmuş 

şəkildə  yazılmışdır.  Həmin  mənbədə  peçeneqlərin  İrtim,  Tsur,  Qila, 

Kulpey,  Xaravoy,  Xopon,  Tolmat  və  Tsopon  tayfalarından  ibarət  ol­

duğu  qeyd  olunur  ki,5  bunlar  yunan  dilində  "ç"  səsinin  olmaması 

üzündən  və  başqa  səbəblərə  görə  çox  təhrifə  uğramış  formalardır. 

Cənubi  Qafqazda  mövcud  toponimlər  əsasında  həmin  tayfaların  əs­

lində  Kuerçi,  Erdim,  Çur,  Kuloba,  Qarabay,  Qarabaq,  Kapan  və  Ço­

ban adlandıqları müəyyən  edilmişdir.6 Həmin tayfa adlarının Yardım­

lı,  Çoryurt,  Göyərçin,  Qarabaq  və  Qapanlı  toponimlərində əks  olun­

duğu aşkarlanmışdır.  Bunlar içərisində Qarabağ tayfasının adı  xüsusi­

lə  diqqəti  cəlb  edir.  Ona  görə  ki,  Azərbaycanda  Şərqi  Türkiyədə  və 

Naxçıvan bölgəsində Qarabağ toponimləri geniş yer tutur.

Qarabağ  toponimlərinin  peçeneqlərin  Qarabay  tayfasının  adı  ilə 

bağlılığı  şübhə  doğurmur,  çünki  peçeneq  dilində  Qarabay  etnoniminin 

sonundakı  "y"  səsinin  başqa  türk  dillərində  "ğ"  səsinə  uyğunluğu  fikri

1  Очерки  истории СССР,  M.,  1958.



Hüseynzadə  M.

  Qaramanlı  tayfasının  Anadoluya  goldiyi  yollar.  Azərb.  SSR  EA  Xəborlori, 

Tarix,  fəlsəfə  və hüquq  seriyası.  1968, №  3, s.  6 1.

Баскаков H.А.

  Введение в  изучение тюркских  языков.  M..  1969.

4  Y enə orada.



Багрянородный Константин.

  О б управлении  империи.  М.,  1989,  с.  155.

6  Гейбуллаев Г. А.

  К этногенезу азербайджанцев, с.  106-107.

21

vardır.’ Digər tərəfdən, Qarabağ toponimləri çox geniş areala malikdir və 



əsasən peçeneqlərin yaşadıqları bölgələrdə mövcuddur.

Belə  güman  etməyə  əsas  vardır  ki,  X  əsr  müəllifinin  Cənub- 

şərqi  Avropada  qeyd  etdiyi  tayfalar  eranın  əvvəllərində hunlarla  bir­

likdə Cənubi Qafqaza gəlmiş peçeneqlərin içərisində də var idi.

Naxçıvan  MR  ərazisindəki  toponimlərdən  aydın  olur  ki,  orada 

qədim türk mənşəli  Abdal (Abdaldağı oronimi), Hun (Xunut dağ adı və 

Künüt  kəndinin  adı),  Gorus  (Xurs  kəndi),  Quşçu  (Quşçu  kənd  adı), 

Bayan (Bayan kənd adı) və b. qədim türk tayfaları da məskunlaşmışdır.

Naxçıvan  bölgəsində Xəzəryurd  oronimi  göstərir ki, orada  xə­

zərlər də yaşamışlar.

Şimali Qafqazın Xəzərsahili ərazisi xəzərlərin ana yurdu hesab 

olunur.2  Ona  görə  də  xəzərlərin  Cənubi  Qafqazla  münasibətlərinin 

qədim tarixi  vardır.  V əsrə aid qədim erməni mənbəyinə görə xəzər­

lərin  indiki  Ermənistan  ərazisinə  hərbi  yürüşləri  eranın  II  əsrində 

başlanmışdır.3 Alban  tarixçisi  Musa Kalankatlı  xəzərlərin  Albaniyaya 

ilk hücumunu 350-ci  ilə aid edir. Ərəb tarixçisi Təbəriyə görə,  Sasani 

şahı  Xosrov  Ənuşirəvan  Kür-Araz çayları  arasında  10  min  Xəzər  ai­

ləsini yerləşdirmişdi.4

Mənbələrdə hələ ondan  əvvəl  Sasani  şahı  I  Şapurun (240-271) 

hakimiyyəti  illərində  Cənubi  Qafqaza  hücumları  barədə  məlumat 

vardır.5

Sasani  şahı  I  Qubad  (489-531)6 və  Xosrov Ənuşirəvanm  (531- 

579)7  hakimiyyətləri  dövründə  xəzərlərin  Cənubi  Qafqaza basqınları 

haqqındaki  məlumatlar göstərir ki, xəzərlərin  bir hissəsi  burada məs­

kunlaşmışdı.  Sonra da 623-cü  ildən başlayaraq 796-cı  ilədək vaxtaşırı 

Ərəb-Xəzər  müharibələri  baş  vermişdir  ki,  bu  müharibələrin  döyüş 

meydanı əsasən Azərbaycan ərazisi  idi.x

Mənbələrdə  xəzərlərin  abas,  kulas,  tama,  avar,  oğuz,  bulqar, 

bizal,  paçinak,  kabar  və  b.  tayfalardan  ibarət  olduğu  qeyd  olunmuş­

Baskakov N.A.

  Göstərilən  əsri, s.  257.



Плетнева C  А.

  Хазары.  M  ,  1976,  c.  16.

3  История  Армении  Моисея  Хоренского,  M.,  1893,  с.  113.

4

Буниятов

  7 

М.

  Азербайджан  в  VII-IX

bb

.  Баку,  1965,  с. 107-116.

5  Yenə orada.



Pletneva S.A.

  Göstərilən  əsəri,  s.  17.



Bünyadov Z.M.

  Göstərilən  əsəri, s. 107-116.

g

Артамонов  M.И.

  История  Хазар,  Л.,  1962,  с.  181.  190,  205-211. 

Буниятов  3.

  Göstərilən 

əsəri, s.  108-1  15, 

Плетнева С.A.

  Göstərilən əsəri, s.  35-39.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə