S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   2   3   4   5   6   7   8   9   ...   32

10

sözü əksini  tapmışdır.  Qeyd etmək  lazımdır ki,  XIII  əsrə  aid bir mən­

bədə də bu toponim Naksua kimi qeyd olunmuşdur.1

Naxçıvan (yuxanda deyildiyi  kimi,  əsli  Naksuan  və Naxçuvan) 

adının  dil  mənsubiyyəti  və  mənası  haqqında  çoxlu  fikir  irəli 

sürülmüşdür.  Biz  onları  burada  sadalamayacağıq,  çünki  bu  fikirlərin 

heç  biri  həqiqəti  əks  etdirmir.  Yalnız  Y.B.Yusifov  son  illərdə Naxçı­

van  adının  mənasım  aça  bilmişdir.  O,  doğru  olaraq  bu  nəticəyə  gəl­

mişdir  ki,  Naxçıvan  şəhərinin  iki  adı  olmuşdur:  Naksuan  və  Naşəva 

və  bu  adların  birincisi  qədim  türkcə,  ikincisi  farscadır.  Müəllif 

düzgün  tapmışdır ki,  Naşəva  farsca  "Xoş  su"  mənasını  verdiyi  kimi, 

Naksuan da türk dillərində "Xeyirxah su yeri”  mənasındadır.*

 2

Həqiqətdə  də  Naxçıvan  şəhərinin  ətrafı  mineral  su  bulaqları 



ilə zəngindir.  Qeyd  edilməlidir ki, mineral bulaqlar (xüsusilə müalicə 

əhəmiyyətli  sular)  adamlara daha əvvəllər məlum  idi.  Təsadüfi deyil 

ki,  Azərbaycanın  bir  sıra  yaşayış  məntəqə  adları  məhz  belə  bulaq 

adlarını  əks  etdirir.  Buna  misal  olaraq  Naxçıvan  bölgəsində  Vayxır, 

Sirab,  Badamlı  kənd  adlarını  da  göstərmək  olar.  Azərbaycanın  digər 

bölgələrində  Vama,  Avaxıl,  Xaltan  və  s.  kənd  adları  da  məhz  əv­

vəlcə mineral su adlarıdır.3

Bölgənin qədim  türkmənşəli  toponimlərindən biri Ordubaddır. 

Bütün  tarixi  mənbələrdə  bu  ad  "Ordubad"  kimi  qeyd  olunmuşdur. 

Lakin  XVII  əsrə  aid  bir  mənbədə  (avropalı  səyyah  Adam  Olearinin 

yol  qeydlərində)  "Ordabat"  forması  göstərilmişdir.4  Bu  toponim  ilk 

dəfə  VIII əsrə aid mənbədə qeyd edilir.5 Lakin bu heç də adın  həmin 

əsrdə yarandığı  demək deyildir. Əgər VIII əsrdə Ordubad  artıq şəhər 

adı  idisə,  onda  ehtimal  etmək  olar  ki,  bir  yaşayış  məntəqəsi  kimi 

eramızın  ilk illərində mövcud  imiş.  XIII əsr müəllifi  Stepan Orbelian 

Albaniyada  xristianlığın  yayılması  ilə  əlaqədar  olaraq  yazır  ki,  zəv­

var  (missioner)  Varfolomey  fəaliyyətinə  Ordubad  və  Koltanda  baş­

lamışdır.6  Tədqiqatlar  göstermişdir  ki,  bu  zəvvarın  fəaliyyəti  eranın



Путешественники  об Азербайджане,  t.  I.  Баку,  1961, с.  26.

Юсифов  Ю.Б.

  Топонимика  и  этническая  история  древнего  Азербайджана.  "Azərbaycan 

onomastikası  problemlərinə  dair konfransın  materialları".  Bakı,  1987,  s.  108-111.

Гейбуллаев  Г.А.

  К  происхождении  некоторых  гидронимов  Азербайджана.  Известия  АН 

Азербайджанской  ССР, серия  истории,  философии  и  права,  1983. №  2.

Путешественники об Азербайджане, т.  I,  Баку,  1961, с. 287.

История  Армении  Вардапета  Гевонда,  писателя  VIII  века.  Пер.  с  древнеармянского 

К.Патканова. СПб.,  1862,  с. 32.

Мамедова Ф

  Политическая  история  и  историческая  география Албании.  Баку,  1985.

11

I-II  əsrlərində  baş  vermişdir.'  Ordubad  toponimi  şübhəsiz  ki,  qədim 



türk dillərində ordu sözü əsasında yaranmışdır. Qədim  türklərdə ordu 

dedikdə,  düşmən  üstünə  yürüş  və ya başqa  məqsədlə tayfanın  bütün 

üzvlərinin  toplanan  yeri  nəzərdə  tutulurdu.2  Sonralar bu  söz  düşərgə 

mənasmı  kəsb  etmişdir.  Daha  sonra  ordu  "xanın  qərargahı",  "xanın 

düşərgəsi",  "xanın  yurdu"  mənasında  da  işlənmişdir.3  Oturaq  türk 

xalqları  içərisində  ordu  baş  qəsəbə,  şəhərcik  mənasında  olmuşdur.4 

Beləliklə,  Ordubad  adının  birinci  komponentinin  ordu  sözündən  iba­

rət olması  şübhə doğurmur.  Onu  da qeyd  etmək  lazımdır ki,  1064-cü 

ildə  Səlcuq  oğuzlarının  sultanı  Alp  Arslanın  Naxçıvan  əyalətindəki 

baş  qərargahı  məhz  Ordubadda  yerləşmişdi.5  Bu  faktın  özü  de  gös­

tərir  ki,  Ordubad  şəhərinin  ərazisində  hərbi  düşərgənin -   "ordu"nun 

qurulması  müəyyən tarixi ənənəyə əsaslanırdı.

Qeyd  edilməlidir  ki,  "ordu"lar  əsasında  daimi  yaşayış  məntə­

qələrinin  yaranması  Orta  Asiyada  da  vardı.  Məsələn,  Mahmud  Qaş- 

qarinin (XI əsr)  vətəni  Qaşqar şəhəri  həırı də Ordukənd  adlanmışdır.6 

Orta  Asiyada  Balasaqun  yaxınlığında  Ordu  adlı  şəhərin  mövcud  ol­

ması  da məlumdur.

Ordubad adının  ikinci komponenti olan "bad" hissəsinin dil mən­

subiyyəti və mənasını  aydınlaşdırmaq çətindir.  Bir qayda olaraq, tədqi­

qatçılar  bu  komponentin  fars  mənşəli  abad  -   "yaşayış  üçün  əlverişli 

yer",  "sulu  yer"  sözündən  ibarət  olduğunu  yazırlar.  Bu  fikirdə  sanki 

müəyyən  həqiqət  vardır,  çünki  Azərbaycan  toponimiyasında  "abad" 

sözü bir sıra qədim  yaşayış  məntəqə adlarında əksini  tapmışdır. Digər 

tərəfdən, Naxçıvan bölgəsinin toponimiyasında hind-Avropa-fars mən­

şəli sözlər (məsələn, abad, dizə, dəhnə, rud, kuh, av və s.) başqa bölgə­

lərə  nisbətən  çoxdur.  Bu  onunla  əlaqədardır  ki, Naxçıvan  bölgəsi,  yu­

xarıda  deyildiyi  kimi,  Sasanilər  dövründə  bilavasitə  İranın  tərkibində 

olmuşdur.  Ona  görə də  toponim  yaradıcılığında  fars  dilinin təsiri  daha 

qüvvətli  olmalı  idi.  Lakin  əgər Ordubad  toponimində  "abad" sözü  işti­

rak  etsəydi,  onda  Azərbaycan  dilinin  ahəng  qanununa  görə  toponim





Мамедова  Ф.

  Политическая  история  и  историческая  география  Албании.  Баку,  1985.



Будагов Л .3.

  Словарь турецко-татарских  наречий, т.  I,  с.  124.

Радлов В.В.

  Словарь татарских  наречий, том  I,  часть  2.  с.  1072-1073,

4

Mahmud Qafc/uri,



  I,  s. 124.



Шопен  И.

  Исторический  памятник состояния  Армянской области  в  эпоху ее  ирисоеди 

нения  к  Российской  империи,  СПб.,  1852,  с.  375.

6 Древнет-тк

1

ркский-русский словарь,  М.  1969. с. 370.




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə