S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   2   3   4   5   6   7   8   9   ...   32

8

ki,  Şapur  oradan  18  min  ailə  əsir  tııtub  İrana  aparmışdı.'  387-ci  ildə 

İran  ilə  Roma  arasında  sülh  müqaviləsi  bağlanmış  və  müqavilənin 

şərtlərinə  görə Naxçıvan  əyaləti  yenə  Sasanilər dövlətinə  qatılmışdı. 

Naxçıvanda  yenə  Sasani  canişinliyi  bəıpa  edilmişdi.  Naxçıvan  şəhə­

rində  zərbxana  da  vardı.  Naxçıvanda  VI  əsrdə  kəsilmiş  metal  pul 

üzərində "Naxç" sözü vardır.*

 2

654-cü  ildə  Naxçıvan  bölgəsi  ərəb  ordusu  tərəfindən  işğal 



olundu.3  Ərəb  sərkərdəsi  Həbib  ibn  Məsləmə  Naxçıvan  şəhəri  ilə 

müqavilə  bağlamışdı.  Bu  müqavilədə  diqqəti  cəlb  edən  bir  cəhət 

odur ki,  naxçıvanlılar  maq  (məcus)  adlandırılır,  məbəd  və  kilsələrin 

mövcudluğu  göstərilir.  Buradan  aydın  olur  ki,  bölgənin  əhalisi  o  za­

man  həm  atəşpərəst,  həm  də  qismən  xristian  idi.  Naxçıvan  bölgəsin­

də  atəşpərəstlərin  olduğu  bir də  onunla  sübut  olunur ki,  Babək  hərə­

katı  vaxtında (816-836-cı  illər) Naxçıvan  xürrəmilərin  təsir dairəsinə 

daxil  idi.

İndi isə Naxçıvan bölgəsində əhalinin etnik tarixinə nəzər salaq.

Yuxarıda  qeyd  etdik  ki,  Naxçıvan  bölgəsi  tarixən  Cənubi 

Azərbaycan  ərazisində  mövcud  olmuş  dövlətlərin  tərkibində  olmuş­

dur.  Həmin dövlətlərin  türkmənşəli  etnosların  siyasi  qurumları  olma­

sı  artıq  şübhə  doğurmur.4  Şübhəsiz ki,  Cənubi  Azərbaycan ərazisində 

yaşamış  bu  tayfalar  həm  də  Naxçıvan  bölgəsində  məskun  idi.  Bu, 

yalnız məntiqi  nəticədir,  lakin  bu  nəticəni  təsdiqləyən  faktlar vardır. 

Bu  faktlar  həm  bu  bölgədə  yaşayanlar  barədə  məlumatlar,  həm  də 

bölgənin qədim toponimləridir.

l.Etnik mənşəli toponimlərin tarixinə dair

Yuxanda  dedik  ki,  Naxçıvan  bölgəsi  erkən  orta əsrlərin  sonla­

rında Naxçıvan şəhərinin  adı ilə adlanmağa başlanmış və Vaspurakan 

(Basfurcan)  adı  unudulmuşdur.  Ona  görə  də  Naxçıvan  adının  aydm- 

laşdırılmasınm prinsipial əhəmiyyəti vardır.

История  Армении  Фавста  Бузанла.  Гренам,  1053,  с.  134.



Пахомов  Е.А.

  Монеты  Нахичевана.Извеегия  АН  Азерб.  ССР.Серия  общ.  наук. 1949,№5.



Буииятов 3 М.

  Азербайджан  в  VII-IX  вв.  Баку,  1965.

4

Юсифов  Ю Б.



  Ранние  контакты  Месопотамии  с  северо-восточными  странами.  (Приур- 

мийская  зона).  “Вестник  древней  истории1'.  1987,  №  I ,  yeııə  onun:  К  значении  древних 

топонимов  в  изучении  этнической  истории  Азербайджана,  “Известия  АН  Азерб.  ССР. 

Серия  литературы,  языка  и  искусства".  1987,  №   2;  Qeybullayev  Q.Ə.  Azərbaycan  türkləri­

nin  təşəkkülü  tarixindən.  Bakı,  1994;  Azərbaycanlıların  etnik  tarixinə  dair.  Bakı,  1994.

9

Naxçıvan adı  ilk dəfə Naksuana şəklində II əsr müəllifi Klavdi 

Ptolemeyin  "Coğrafi  təlimnamə"  əsərində  çəkilmişdir  (Ptolemey,  V, 

12).  Müəllif  onu  Erməniyyədo  şəhər  kimi  qeyd  edir.  Bu  məlumat 

erməni  tədqiqatçılarının  Naxçıvan  şəhərinin  və  Naxçıvan  bölgəsinin 

tarixən ermənilərə monsub olmasını demək üçün əslində yegano fakt­

dır.  Lakin  Ptolemeyin  bu  məlumatı  er.  əvvəlki  II-I  əsrlərə  aiddir.  O 

zaman  həqiqətdə  də  Ərməniyyo  ölkəsinə  Bosoropeda  (Vaspurakan) 

da  qatılmışdı,  lakin  dövlət  dağıldıqda  elə  er.  əv.  I  əsrdə bölgə  Atro­

patenaya qaytarılmışdı.

Ptolemeyin  qeyd  etdiyi Naksuana  admın yerli  tələffüz  forması­

nı  müəyyən  etmək  çətindir.  Ona  görə  ki,  yunan  dilində  "ç"  səsi  ol­

madığına  görə  müəllif onu  "s"  səsi  kimi  verməli  idi;  digər  tərəfdən, 

ehtimal  etmək olar ki, onun, yaxud  istifadə etdiyi məlumatın vaxtında 

şəhər  həqiqətdə  də  elə  Naksuana  adlanırdı,  başqa  sözlə,  "s"  səsi 

köklüdür.  Ptolemey  bu adın sonuna "a"  səsini əlavə etmişdir.  Lakin V 

əsr  erməni  müəllifi  Moisey  Xorenski  artıq  "Naxçıvan"  formasını 

qeyd  edir.1 Naxçıvan  adını  digər  V əsr erməni  müəllifi  Favst Buzand 

da çəkir.2  Buradan  görünür  ki,  göstərilən  əsrlərdə  artıq  yerli  tələffüz 

forması  "Naxçıvan"  idi.

Diqqəti  bu  cəlb  edir  ki,  IX-X11I  əsr  ərəb  müəllifləri  (oI-Bala- 

zuri,  İbn əl-Fəqih,  İbn  Xordadbch,  İbn  Rüstə  və b.)  "Naxçıvan"  adını 

hər yerdə Naşava  kimi  qeyd  edirlər.  Hətta əslən  naxçıvanlı  olan M ə­

həmməd  ibn  Hinduşah Naxçıvani  də "Nəşəva"  formasını  qeyd etmiş­

dir.  Xl-XII  əsrlərdən  sonra  Naşava  (yaxud  Naşəva)  adı  ortadan  çıxır 

və  Naxçıvan  adı  onu  əvəz  edir.  XIII  əsr  müəllifi  Yaqut  əl-Homəvi 

yazır:  "Naşava Azərbaycanda şəhərdir, yaxud bəzilərinin dediyi  kimi, 

Arrandadır.  O,  Ərməniyyə  ilə  həmsərhəddir.  Xalq  içərisində  Nax- 

cuvan,  yaxud  Naxçivan  kimi  məşhurdur.3  Bu  melumatda  bizim  üçün 

qiymətli  bir cəhət  vardır:  erkən  orta  əsrlərdə  ad  məhz Naksuan  (yu­

xarıda  deyildiyi  kimi,  Ptolemey  bu  adın  sonuna  "a"  sosini  əlavə  edə­

rək  "Naksuana"  kimi  yazmışdır)  kimi  "Nakçuvan"  formasında  idi, 

yəni,  Ptolemeydə olduğu  kimi,  "s"  səsindən  sonra  "u"  səsi qalırdı.  Bu 

faktın  prinsipial  əhəmiyyəti  vardır,  çünki  aşağıda  deyiləcəyi  kimi,  bu 

toponimdə  türk  dillərindəki  "su"  və  onun  fonetik  forması  olan  "çu"

История Армении Моисея Хоренского.  Перевод с древно-армяиского Н.Омина. M.,  1858,  с.  68.



Favst Buzaml.

  Göstorilaıı  əsori,  s.  134.



Yaqut əl-Hımuni.

  Göstərilən  əsəri,  s.  32.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə