S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

22

dur.1 Ona  görə də  güman etmək olar ki, Naxçıvan  bölgəsinə xəzərlə­

rin  içərisində  peçeneqlər  də  gəlmişlər.  Lakin  Xəzər  tayfalarının  bu 

bölgədə  məskunlaşma  vaxtını  dəqiq  göstərmək  mümkün  deyildir. 

Yalnız  "VII  əsr erməni  coğrafiyası”  adlı  əsərdə Naxçıvan  bölgəsində 

Tamavar  toponiminin  qeyd  olunmasına  görə*

 2 *

  belə  nəticəyə  gəlmək 



olar  ki,  xəzərlərin  bu  tayfası  hər  halda  VII  əsrdən  qabaq  gəlib  məs­

kunlaşmışdı.

Bir  məsələ  de  nəzərə  alınmalıdır.  Naxçıvan  bölgəsi  ərazicə 

indi  Ermənistan  adlanan  ölkə  ilə  həmsərhəddir.  Ermənistanda  türk­

dilli  tayfaların  (kəmər,  sak,  şirak,  quqar, peçeneq,  bulqar,  basian,  cin 

və  b.)  er.  əv.  VIII-VII  əsrlərdən  başlayaraq  eramızın  I  minilliyinin 

sonuna  qədər yaşaması  aşkara  çıxarılmışdır.  Şübhəsiz  ki,  bu  tayfalar 

Ermənistan ərazisindən Naxçıvana da keçib yayıla bilərdilər.

Naxçıvan  bölgəsində  habelə  Səlcuq  oğuzlarının  Xələc,  Yaycı, 

Bokdili və başqa tayfaları da iz qoymuşlar.

Yuxarıda  deyilənlərdən  aydın  olur  ki,  Naxçıvan  MR  ərazisində 

qədimdən  türkmənşəli  etnosların yaşadığı  şübhəsizdir.  Erməni  tarixçi­

ləri  Naxçıvan  bölgəsini  binadan  erməni  ərazisi  hesab  edirlər.  Bu  uy­

durma  fikir  er.  əv.  I  əsrdə  Strabon  (1  əsr)  tərəfindən  qədim  yunan di­

lində  Basoropeda  (ərəb  mənbələrində  Basfurcan)  adlanan  indiki Nax­

çıvan  bölgəsinin  Erməniyyə  tərəfindən  işğalına  əsaslanır.  Lakin  Stra­

bon  açıq  yazır  ki,  ermənilər  Basoropedanı  Atropatenadan  qoparmış­

dılar.1  Eramızdan  əvvəl  66-cı  ildə  Roma  ordusu  Erməniyyə  hökmdarı 

II  Tiqranı  məğlub  etdikdən  sonra  Böyük  Erməniyyə  dağılmışdı.4 5

 *

  Bu­



nunla  əlaqədar olaraq  Atropatenadan  qoparılmış  bölgələr də  geri  alın­

mışdı.  Ona  görə  də  ermənilər  heç  vaxt  Naxçıvan  bölgəsində  aparıcı 

xalq olmamışlar.  XIX əsrin  əvvəlinə  aid mənbədə  göstərilir ki, Naxçı­

van əyalətində  ermənilər  iki  hissədən  ibarətdir  -  yerlilər və gəlmələr. 

Yerlilər  434  ailə,  1828-ci  ildə  gəlmələr  -  2285  ailə.s  Bu  məlumatdan 

aydın  görünür  ki,  ermənilər  Naxçıvanda  yerli  deyil.  Naxçıvan  bölgə­

sində  toponimlərin  demək  olar  ki,  hamısının  türkmənşəli  olması  da 

bunu göstərir.



Баскаков H.A.

  Введение  в  изучение тюркских  языков, с.  195-196,  237.

2  Армянская  география  111  века,  с.48.



Страбон.

  XI,  14,  14.

4

Манандян А.

  О торговле  и  городах  Армении  в  связи с  мировой торговлей  древних  вре­

мен.  Ереван,  1944.

5  Статистическое описание  Нахичеванской  провинции,  с.  33.

23

XIX  əsrin  ortalarında  İrəvan  qubemasiyasının  Şərur-Dərələyəz 



qəzasını  tədqiq  etmiş  A.V.Parvitski  yazır:  "По  давности  заселения 

края, жители его распределялись то на старожилов и  переселенцев; 

К  первым  относятся  татары  (azərbaycanlılar  nəzərdə  tutulur),  ко 

вторым  принадлежат  армяне,  преимущественно  выселевшие- 

ятся  в  пределы  Шаруро-Даралагезского  уезда  из  Персии  в  30- 

40-х  годах".1 Müəllif sonra qəzada azərbaycanlı  və  erməni  kəndləri­

nin  miqdarım  göstərir:  qəzada  55  azərbaycanlı  kəndi,  7  erməni  kəndi 

vardı.2  Bu məlumat göstərir ki, erməni tarixçilərinin Naxçıvan bölgəsi­

ni əzəli erməni ərazisi saymaları tarixi faktları saxtalaşdırmadın

Naxçıvan  bölgəsində  orta  əsrlərdən  başlayaraq  kürdlər  də 

məskun I aşmışlar.

XIX əsrin əvvəllərinə aid mənbələrdəki  məlumatlara görə Nax­

çıvan  bölgəsində Milli, Qaraçorlu, Əlixanlı,  Püsyan və b. kürddilli  tay­

falar yaşayırdı.  Yazılı  mənbədə qeyd  olunur  ki,  Milli,  Hacısamlı,  Əli- 

yanlı və Şadmanh tayfaları Azərbaycan dilində danışırlar.1

Yuxarıda  deyilənlər  təsdiq  edir  ki,  Naxçıvan  bölgəsində 

türkdilli əhali avtoxtondur.



II. TOPONİMLƏR

Oykonimlər.  Yuxanda  Naxçıvan  MR  ərazisində  olan  etnotopo- 

nimlərdən danışıldı. Lakin tədqiq olunan ərazidə etə  yaşayış məntəqələ­

ri  vardır ki,  onlar təbii  şəraitdən  irəli  gəlmiş  cəhətləri  öz  adlannda  əks 

etdirirlər.  Deyilənlərə  aşağıdakı  misallan  çəkmək  olar.  Zımel  kəndi 

(Şahbuz r-nu), əslində Zəmil -  Qızılçay (Qırmızıçay) deməkdir.  Bu kənd 

sürüşmə  nəticəsində  dağıldığından  onu  başqa  yerə  köçürüblər.  Kəndin 

adı  onun  ətrafında  olan  dağ  süxurlannın  rəngindən  götürülmüşdür.  Qı­

zılca kəndinin (Culfa r-nu) adı süxurun qırmızı rəngə çalması ilə bağlıdır. 

Qızılvəng  kəndinin  (Babək  r-nu)  adı  qırmızı  daşdan  tikilmiş  kilsə  de­

məkdir.


Парвицкий Л.В.

  Экономический  быт  гос.  крестьян  на  Северо-Западной  части  Шарура  и 

восточной  части  Даралагеза  Шаруро-Даралагезского  уезда  Эриванской  губернии.  "Мате­

риалы  для  изучения  эк.  быта  государственных  крестян  Закавказского  края", том  IV,  Тиф­

лис,  1886,  с.  99.

Yeno  orada.

1  Сборник  сведений  о Кавказе,  т.  XIII,  с.  247-248.


24

Kükü kənd adınm (Şahbuz r-nu)  Azərbaycan  xörəklərindən bi­

rinin adından  götürüldüyünü hesab edirlər.  Kükü yeməli göy otlardan 

hazırlanır.  Əslində Kükü  kənd  adı Kükü dərəsində olan yaşıllığı, dağ 

yamaclarını  yaşıl  ota,  çiçəkli  çəmənliyə  qərq edən subalp  çəmənliyi 

ilə  bağlıdır.  Kükü  kəndindən  şimalda Dərələyəz  silsiləsi  suayrıcında 

ucalan  Kükü  dağının  adını  erməni  psevdoalimləri  «özününkü  etmək» 

məqsədilə ermənicə Qoqi adlandırmışlar.

Şərur  rayonundakı  Günnüt  kəndi  gündəyən  yerdə  salındığın­

dan  belə  adlanır.  Günnüt  eyni  zamanda  etnotoponimdir.  Qızılqışlaq 

xarabalığı  adının birinci hissəsi  dağ süxurlarının qırmızı rəngə çalma­

sından alınmışdır.

Qarakəmər  dağının  adı  həmin  dağın  yüksək  hissəsi  boyu uzanan 

qaraya çalan qayalı  çıxıntıların yamacı kəmərləməsindən  götürülmüşdür 

(Ordubad r-nu).  Dağ süxurları  fiziki  aşınmanın  təsirindən ayrı-ayrı kiçik 

hissələrə  bölündüyündən  və  onların  hər  biri  pulu,  dəmir  paranı  andır­

dığından para (para-para, pul-pul olan) daş adınm birləşməsindən Paradaş 

kəndinin adı (Culfa r-nu)meydana gəlmişdir.

Yarımca  kəndinin  adı  (Babək  r-nu)  kəndin  yerləşdiyi  ərazinin 

(və  ya  ona  yaxın  təpənin,  dağın)  bir hissəsinin  uçurumlu  olması  nə­

ticəsində  yaranır.  Xızı  rayonundakı  Yarımca  dağı  da  bu  qəbildəndir. 

Kənd  böyük  sahə  əhatə  edən  düzdə  yerləşdiyi  üçün  onun  adı 

Böyükdüz  adlandırılmışdır.  Dərədə  yerləşən  kənd  Dərəkənd  adlanır. 

Bəzi  kəndlərdə  əhalinin  kəndin  yaxınlığında  tədricən  küldən  yarat­

dığı  təpə  Kültəpə  adlanırdı.  Küldən  olan  həmin  təpəyə  yaxın  salın­

mış  yaşayış  məntəqəsinə  belə  ad  verirdilər.  Daşarxı  yaşayış  məntə­

qələrinin adı  arxın daşlı  sahədən  çəkilməsi  ilə  əlaqədar yaranmışdır. 

Deyilənlərdən  aydın  olur  ki,  Naxçıvan  MR-də  olan  toponimlərin  bir 

qismi təbii  şəraitlə bağlı olaraq yaranır.

Oronimlər.  Azərbaycan  Respublikası  ərazisinin  quru  hissəsi 

düzənlik  və  dağlıqdan  ibarətdir.  R.Piriyevin  yazdığına  görə  (1963), 

respublika ərazisinin ümumi  sahəsinin  (86,6  min  kvadratkilometr) 28 

metrdən sıfır metrə qədər olan hissəsinin  18 faizini,  sıfır metrdən 200 

metrə  qədər  olan  hissəsinin  24  faizini,  200 metrdən  500 metrə qədər 

olan  hissəsinin  15,5  faizini,  500  metrdən  -  1000  metrə  qədər  olan 

hissəsinin  15,5  faizini,  1000  metrdən  1500  metrə  olan  hissəsinin  12 

faizini,  1500  metrdən  yüksəkdə  olan  hissəsinin  isə  15  faizini  dağlıq 

təşkil edir.

25

Naxçıvan MR ərazisi  dağətəyi  düzənlikdən  başlayaraq Qapıçıq 



dağma  qədər  (3906  m)  ucalır.  Muxtar  Respublika  ərazisinin  şərq 

hissəsində  Araz  çayının  sol  sahilindən  başlayaraq  Biçənək  aşırımına 

(2348  m)  qədər  Zəngəzur  dağları  silsiləsi  ucalır,  qərbdən  və  şimal- 

qərbdən  başlanan  Dərələyəz  silsiləsi  Biçənək  aşırımında  Zəngəzur 

silsiləsinə  qovuşur.  Gəlinqaya  dağının  mütləq  yüksəkliyi  2773 

metrdir.  Zəngəzur  silsiləsinin  qərb  yamacından  ayrılan  dağ  qolları 

çay  dərələrinin  sağ  və  sol  hissələri  boyu  uzanmaqla  onların  hövzə­

lərini hüdudlaşdırır.

Araz  çayının  sol  sahili  boyu  uzanan  Arazsahili  düzənlik 

dağlara  doğru  tədricən  ucalaraq  orta dağlıq  ərazinin  qərb  ətəkləri  ilə 

qovuşur.

Naxçıvan  MR ərazisinin ən  alçaq yeri  Ordubad  rayonu ərazisin­

də, Araz çayı yatağında  600 metr mütləq yüksəkliyə  malikdir.  Deməli, 

Muxtar Respublikanın ərazisi əsasən dağlıqdır.  Bu səbəbdən də Naxçı­

van MR ərazisində olan oronimlər miqdarca çoxsaylı, mənaca müxtəlif 

məzmunludur.  Bu,  ərazinin  müsbət  və  mənfi  relyef  formalarını  əks 

etdirən  coğrafi  terminlərin  və  sözlərin  zənginliyi  ilə  əlaqədardır. 

Orom'm yaradan  topoformantlara ağ, ala, aran, baş, boğaz, boz, boyun, 

vəng,  qabaq,  qapı,  qara,  qızıl,  qoşun,  qutan,  quzey,  dağ,  daş,  dərə, 

kəsən,  keçəl,  gədik,  gəz,  güney,  əxi,  kelə,  key,  kənd,  oba,  oyuq,  sal, 

sarı, su,  səngər,  soyuq,  taxta, təpə,  tap, uzun, çin  və s.  göstərmək  olar. 

Naxçıvan  MR  ərazisi  tarix  boyu  Cənubi  Azərbaycan  və  İranla,  o 

cümlədən  də  Cənubi  Azərbaycanla  sıx  etnik  və mədəni  əlaqədə oldu­

ğuna  görə  buranın  oronimiyasında  fars  mənşəli  sözlər  də  vardır. 

Məsələn,  VII  əsr  mənbələrində  adı  çəkilən  məşhur  Əlincə  qalasının 

adı  qədim  fars  dilində  crizə  -   "dik,  sıldırım,  əlçatmaz  qaya"  sözün­

dəndir.  Şahtaxtı  və  Şahbuz  toponimlərində  fars  dilində  şəx  "sal  qaya" 

sözü  iştirak  edir.  Deməli,  bir  neçə  Şahdağ  oronimlərində  olan  "Şah" 

sözü  kimi,  bu  adlarda  fars  dilindəki  şah  -   "hökmdar",  "çar"  sözünü 

axtaranlar yanılırlar, heç olmazsa ona görə ki, Şahdağlar heç də ən uca, 

ən böyük dağlar deyildir.

Topoformantlardan  görünür  ki,  onların  içərisində  rəng  (ağ, 

qara,  göy,  qırmızı,  qızıl  və  s.),  insanın  bədən  üzvlərinin  adını  (baş, 

boğaz,  boyun, burun),  heyvanat aləmini  (qoç,  quş, dəvə, qurd,  ilan  və 

s.) bildirən  sözlər  oronimiyada  mühüm  yer  tutur.  Bəzi  oronimlər  isə 

xristian  və  islam dini  ibadətgahları adlarını  bildirən  vəng, dair (deyr), 

kelye,  naus,  pir  sözlərindən  yaranmışdır.  Qədim  ibadətgahlar  (ziya­

rətgahlar),  adətən,  dağlıq  ərazilərdə  yerləşirdi.  Bəzi  dağlarda  bitki




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə