S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

34

tZAHLI TOPONİMİK LÜĞƏT

ABBASABAD  - Babək r-nu Təzəkənd  kəndinin  cənub-qərbində qə­

dim qala adı.1 Abbas şəxs adından və əsli  farsca abad -  "yaşayış üçün 

yararlı  yer",  "oturaq  yaşayış  məntəqəsi"*

 2  sözündən  ibarətdir.  Hələ 

erkən  orta  əsrlərdə  fars  dilindən  Azərbaycan  dilinə  keçmiş  "abad" 

sözü  Azərbaycanda  hazırda  mövcud  olan  38  yaşayış  məntəqə  adında 

əksini  tapmışdır.  Deməli,  tərkibində  "abad"  sözü  olan  oykonimlər 

əslində  Azərbaycan  mənşəli  adlardır.  İrəvan  xanlığının  Vedibasar 

mahalında və xanlığın  Sürməli mahalında Abbasabad kənd  adları3 ilə 

mənaca eynidir.



ABBAS QIŞLAĞI -  Naxçıvan əyalətinin Qışlağat nahiyəsində qışlaq 

adı.4 "Qışlağın digər adı Vayxırdır"  (yenə orada).  Bax: Vayxır k. 



ABDAL  -  İrəvan  quberniyasının Naxçıvan qəzasında dağ adı.5  Azər­

baycan  və  Ermənistan  ərazisində  bir sıra  toponimlərdə  "abdal"  kom­

ponenti  vardır.  Abdal  həm  qədim  türk  mənşəli  (hun  mənşəli)  tayfa­

nın  adı,6  həm  də  orta  əsrlərdə  sufi  ordenlərinə  mənsub  dərvişlərin 

adı  idi.  Ərəbcə  abdal  "mömin",  "zahid",  "müdrik"  mənasındadır.  Bu 

dağın  adında  məhz  Abdal  etnonimi  əksini  tapmışdır.  Abdal  bir  sıra 

türk  xalqlarının  etnik  tarixində  iştirak  etmiş  tayfa  adıdır.  Bu  tayfa 

başqırd,  qaraqalpaq,  türkmən  və  qazax  xalqlarının  tərkibində  vardır.7 

Tədqiqatçılara  görə  bu  tayfa  hun  mənşəlidir.8  Orta  əsrlərdə  Türkiyə 

ərazisində  yaşayan  tayfalardan  biri  də  Abdal  idi.9  Lakin  bu  tayfanın 

Azərbaycan  ərazisinə  gəlib  yerləşməsi  vaxtı  dəqiq  məlum  deyil.  V 

əsrdə  yaşamış  suriyalı  bir  müəllifin  Şimali  Qafqazda  "Hun  əyalətin­

də"  yaşayan  tayfalar  içərisində  Abdel  tayfasının  adını  da  çəkməsin­

dən10  belə  nəticə  alına  bilər  ki,  abdallar,  hər  halda,  eranın  əvvəllə­



ПагиревД.Д.

  Алфавитный  указатель  к  пятиверстной  карте  Кавказского  края.  Гифлис, 

1 9 1 3 ,с.  1.

2  Милнер Б.В.

  Персидско-русский словарь.  М„  1960,  с.  1.



Бореи İ.

  Göstərilən  əsəri.

4

  ■



İrəvan  əyalətinin  icmal dəftəri.  Bakı,  1996,  s.  73.



Paqiryev D.D.

  Göstərilən  əsəri,  s.  1.

6  История  Туркменской  ССР, том.  1,  ч.  I.  Ашгабат,  1957.

7  Г

ейбуллаев Г.А.

  Топонимия  Азербайджана.  Баку,  1986, с.  59.

g

История  Туркменской ССР, том.  I.,  ч.  I,  Ашгабад,  1957,  с.  141.





Гордлевский В.А.

  Соч., т.  Ill,  М.,  1962,  с.  108-109.

10 

Пигулевская  Н.В.

  Сирийские  источники  по истории  народов СССР.  М-Л.,  1941. с.  165.

35

rində  burada  məskun  idilər.  Musa  Kalankatlının  "Alban  tarixi"  əsə­



rində  (VII əsr)  Albaniyada  yaşayan  tayfalar sırasında  ermənicə  yazı­

lışda  Eptal tayfası  da qeyd olunmuşdur (Alban  tarixi,  I  kitab,  8-ci  fə­

sil).  Orta  əsrlərdə  Qarabağda  bir  kənd  Abdal  adlanırdı.  İndiki  Laçın 

şəhərinin əvvəlki adı  Abdallar idi.1



ABDALLI  -  Naxçıvan  vilayətinin  Qışlağat  nahiyəsində  kənd  adı.2 

Qədim  türk  mənşəli  Abdal  tayfasının  məskunlaşması  nəticəsində 

yaranmışdır.  Bax:  Abdal.

ABİSİYAH  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində  (indi  Naxçıvan 

MR-in  Şərur r-nunda) kənd  adı.3  Fars dilində  ab  "su"  və siyah  "qara" 

sözlərindən ibarət olub, Qarasu toponiminin kalkasıdır. Bax: Qarasu. 

ABDULABAD  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində  (indi  Şərur  r- 

nunda) kənd adı.4  Abdul şəxs  adından  və abad  "kənd",  "yaşayış mən­

təqəsi"  sözündən  ibarətdir.  İrəvan  xanlığının  Qırxbulaq  mahalında 

Abdulabad kənd adı  ilə eynidir.



AĞA VERDİ - Şahbuz r-nunda Kcçili kəndinin şimal-qərbində dağ adı. 

AĞBULAQ  -  Şahbuz  r-nunda  xaraba  kənd  adı.  Oradakı  "Ağbulaq" 

bulağının adındandır.



AĞBULAQ - Şahbuz r-nunda kənd adı.

AĞQAYA - Şahbuz r-nunda Kcçili kəndinin şimal-qərbində dağ adı. 

AĞQAYA - Ordubad r-nu Nürgüt kəndinin şərqində dağ adı. 

AĞQAYA  -  Babək  r-nu  Payız  kəndinin  şimal-qərbində  yerləşən 

Çalxahdağın  ən  yüksək  zirvəsi  (1754  m).  Adı  «Kitabi-Dədə  Qor- 

qud»da çəkilir («Ağ qayanın qaplanı»),

AĞDAĞ - Culfa r-nu  Kərimqulu-Dizə kəndinin şimalında dağ adı. 

AĞDƏRƏ - Ordubad r-nunda kənd adı.

AĞM ƏT  -  Şorur-Dorəloyoz  qəzasının  Şərur  sahəsində  kənd  adı.5 

Mənbədə Əxi-Əhməd kimidir.6 Orta əsrlərdə Türkiyə ərazisində  Sufi 

ordeni  verilmiş  şəxslər biri  digəri  üçün  "əxi"  (ərəbcə əxi -  "qardaş") 

adlanırdı.  Onlara vəqf kimi  torpaq  sahəsi  və  hətta  kiçik yaşayış  mən­

təqəsi  bağışlanırdı.  Bundan  sonra  həmin  yer  əxinin  adını  daşıyırdı.

1

2

3



4

5

6



Гейбуллаев Г.А.

  К  з m oreнезу азербайджанцев т.  1,  Баку,  1991. 

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  145.

Y enə orada, s.  37.

Yenə  orada, s.  39.

Yenə  orada, s.  3.

Y enə orada, s.  168.


36

Adından  göründüyü  kimi,  Axmət  -   Əhməd  adlı  Əxiyə  mənsub  ol­

muşdur.  Sonralar Əxi Əhməd -  Axmat  formasına düşmüşdür. 

AĞYURD -  İrəvan quberniyasının Naxçıvan qəzasında dağ adı.1 

AĞGÜL  -  İrəvan  əyalətinin  Sədərək  nahiyəsində  (indi  Naxçıvan 

MR ərazisində)  kənd  adı.*

 2  Mənbədə  kəndin Bayat elinin  məskunlaş­

ması  nəticəsində yarandığı  qeyd olunmuşdur.3



AĞLA  -  Culfa  r-nun  Camaldin  kəndinin  cənub-şərqində  dağ  suay- 

rıcının adı.



AĞRİ  -  Naxçıvan  əyalətinin  Ordubad  mahalında Vənənd kəndindən 

cənubda kənd adı.  Mənbədə kənddə 7 ailənin yaşadığı qeyd olunur. 



AĞRIDAĞ - Ordubad r-nunda Yuxarı Əylis kəndinin şimal-qərbində 

dağ  adı.  Y.B.Yusifov Ağrıdağ oronimini  türk dillərində eqir -   "ekiz", 

"qoşa"  sözü ilə  izah etmişdir.4 Osmanlı türk dilindəki  ağrı -  "hündür", 

"uca"  deməkdir.5



AĞSAL -  Şərur r-nun  indiki  Şahbulaq kəndinin  şimal-şərqində qaya­

nın  (hünd.  1924  m)  adı.  Azərbaycan  dilində  rəng  bildirən  «ağ»  və 

«sal» - bütöv, hamar, yastı daş  (qaya) sözlərindən ibarətdir.

AĞUTİR  -  XIX  əsrdə  İrəvan  əyalətinin  Naxçıvan  qəzasında  kənd 

adı.6  Mənası  məlum  olmayan  "ağu"  və  türk dillərində  tor -   "yüksək 

dağ örüşü",  "dağ vadisinin yuxarı hissəsi"7 sözlərindən ibarətdir. 

AĞCAQAL  -  Naxçıvan  vilayətinin  Dərə-Şahbuz  nahiyəsində  kənd 

adı.8


ADICAMAL - Naxçıvan əyalətinin  Şərur nahiyəsində yaylaq adı.9 

ANAQUT -  Ordubad r-nunda kənd adı.

ARAZ  -   Babək  r-nunda  kənd  adı.  Bakıdan  527  km-likdə  dəmiryol 

stansiyası əsasında yaranmış  və Araz çayının adı  ilə adlandırılmışdır. 

ARPAÇAY -  Şərur r-nunda kənd adı. Keçmiş adı  Sovetabad idi.



Paqiryev D.D.

  Göstərilən  əsəri,  s.  6.

2  Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.  324.

3  Yenə orada.

4

Юсифов  Ю.Б.

  Топонимия  и  этническая  история  древнего  Азербайджана.  "Azərbaycan 

onomastikası  problemlərinə dair konfransın  materialları".  Rakı,  1987,  s.  109.



Ягелло И.Д.

  Полный  арабско-персидско-русский  словарь,  Ташкент,  1910,  с.  110.



Paqiryev D.D.

  Göstərilən  əsəri,  s.  6.

7  Уйгурско-русский  словарь.  M.,  1968,  с.  759; 

Мурзаев Е.М.С

ловарь  народных  географи­

ческих  терминов,  М.,  1984.

*  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  167.

9

Yenə orada, s.  147.



AZA  KƏNDİ  -  Ordubad  r-nunda  Bakıdan  470  km  məsafədə  də­

miryol stansiyası əsasında yaranmış kənd adı.



AZAD - Naxçıvan əyalətinin Azadciran nahiyəsində kənd adı.1 

AZADKƏND -  Ordubad r-nunda kənd adı.

AZADCİRAN  -  Naxçıvan  əyalətində  bir  nahiyənin  adı.2  Əsli  Azad 

Qiran.  Orta  əsrlərdə  Ordubad  r-nunda  mövcud  olmuş  "Azad  kəndi­

nin3  yaxınlığındakı  Giran"  mənasındadır.  Giran  toponimi  sonralar 

Gilan formasını kəsb etmişdir. Bax: Xaraba-Gilan.



AZNAMİR  -  XIX  əsrdə  İrəvan  quberniyasının  Naxçıvan  qəzasında 

xaraba kənd adı.4



AYDAŞ  -  Naxçıvan  əyalətinin  Naxçıvan  nahiyəsində  məzrə  (əkin 

yeri) adı.5 Əslində Ayıdaş, yəni  "Ayıqayası".



AYIDƏRƏSİ - Ordubad r-nunda Parağaçaym sağ qolunun adı. 

ALAGÖZ  -  Naxçıvan  əyalətinin  Sair-Məvazi  nahiyəsində  məzrə 

(əkin  yeri)  adı.  İrəvan  quberniyasının  Aleksandropol  qəzasında  bir 

kənd də Alagöz  adlanırdı.6 Ehtimal  ki, türk dillərində ala və  göz söz­

lərindən  ibarətdir.  Şimali  Qafqazda  Dağıstan  əyalətinin  Teymur- 

Xanşura  dairəsində  Ala-az,  Qars  əyalətinin  dairəsində  Alagöz  kənd 

adları  ilə7 mənaca eynidir.



ALANGÖZDAĞ  -  Ordubad  r-nu  Nəsirvaz  kəndinin  şimal-şərqində 

dağ adı.  Oronim  türk  dillərində  alan -   "düzən"  və  Azərbaycan  dilin­

də  göz -   "dağın başında batıq yer”,  "gözdək" sözlərindən ibarətdir. 

ALBANTƏPƏ  (AĞVANTƏPƏ)  -  Şərur  r-nunda  təpə  adı.  Axura 

kəndinin  qərbində  hündür,  uzunsov  formalı  5  hektarlıq  təpədir.  Er. 

əv.  VII-II  əsrlərə  aid  arxeoloji  abidədir.8  Azərbaycan  xalqının  etnik 

tarixi  baxımından  çox  qiymətli  toponimdir.  Bu  toponim  göstərir  ki, 

Alban  müəyyən  bir  tayfanın  adıdır  və  bu  tayfa  Naxçıvan  əyalətində 

yaşayırdı.  Alban qalası  (Qax  r-nu  Ləkit kəndi  ərazisində), Gürcüstan­

da  iki  Alpan  kəndi,  Quba  r-nunda  Alpan  kəndi,  Ermənistanda  Alpan

37

Naxçıvan  sancağının  m üfəssəl  dəftəri,  s.  3 I.



2  .

İrəvan  əyalətinin  icmal  doftori,  s.  147.



Хамдаллах Казеина.

  Нузхат ал-Кулуб (Материалы  по  Азербайджану).  Баку,  1983,  с.  5 1.

4

Пагирев Д.Д.



  Göstərilən  əsəri,  s.  8.

5  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  168.



Paqiryev D.D.

  Göstərilən  əsəri,  s. 19.

7  Y enə orada.

8

Novruzlu  0.1.  Bsxfəliyev  V.B.



  Şərur axeoloji  abidələri.  Bakı,  1993,  s.  8.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə