S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

46

BAŞ  DİZƏ  -  Ordubad  r-nunda  kənd  adı.  Azərbaycan  dilində  baş 

(böyük mənasında)  və  farsca dizə -   "qala"  (sonrakı  mənasında kənd, 

məntəqə)1 sözlərindən ibarətdir.

BAŞKƏND  -  Culfa  r-nunda kənd  adı.  Mənbədə Naxçıvan  əyalətinin 

Dərəşam nahiyəsində yerləşdiyi qeyd olunmuşdur.*

 2 

BAŞKƏND -  Ordubad r-nunda kənd adı.3



BAŞKƏND ÇAYI - Culfa r-nunda Əlincəçayın  sol qolunun  adı. Baş- 

kənd kəndinin  adı  ilə adlanmışdır.

BAŞKƏND  BULAĞI  -  Culfa  r-nunda  eyni  adlı  kəndin  yaxınlığında 

yerləşən bulaq.

BAŞ  ÇƏMDƏRƏ  -  Babək  r-nunda Vayxır kəndinin cənub-şərqində 

yer  adı.  Türk  dillərində  çəm  -   "şam"4  və  dərə  sözlərindən  ibarətdir. 

Şam ağacları bitən dərə mənasındadır.

BƏZİRLİK  -  İrəvan  əyalətinin  Şərur  nahiyəsində  kənd  adı.5  "Digər 

adı  Vərməziyar".6  Azərbaycan  dilinin  dialektlərində  bəzir -   "zəyərək 

adlı  bitki yağı"  deməkdir.  Keçmişdə  işləmə prinsipi  və quruluşuna gö­

rə  su  dəyirmanını  xatırladan  bezirxana  adlı  əldəqayırma maşında şam­

danlarda  gecələr  yandırmaq  üçün  zəyərək  bitkisindən  yağ  alınırdı  ki, 

buna  bəzir  deyilirdi.  Tərtərçayın  sol  qollarından  biri  Bəzirxana  çayı 

adlanır.7 Bəzirxana zəyərəkdən bəzir çıxarılan yer mənasındadır. 

BERDİK  -  Culfa  r-nunda  Qazançı  kəndinin  cənub-şərqində  dağ  adı. 

Mənbədə8  Berdik  Naxçıvan  əyalətinin  Əlincə  nahiyəsində  kənd  adı 

kimi qeyd olunmuşdur.9

BEHZAD  BULAĞI  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində  (indi  Şə­

rur  r-nunda)  kənd  adı.10  Maxta  kəndinin  yaxınlığında  yerləşir  (yenə 

orada). Kənd oradakı "Behzad bulağı"nın adı  ilə adlanmışdır.



İrovan əyalətinin  icmal dəftəri, s.  169.

2  Y enə orada,  s.  38.

3  Y enə orada.



Radlov  V.V.

  Göstərilən  lüğəti,  111,  2, s.  1936.

5  İrəvan əyalətinin  icmal  dəftəri,  s.  73.

6  Y enə orada.



Kərimov  S.K.

  Azərbaycan  SSR  cənub-qərb  ərazisinin  bəzi  çay  adlarının  mənşəyinə  dair. 

Azərbaycan  EA  Xəbərləri,  Yer elmləri  seriyası,  1984, № 3,  s.  108.

g

Naxçıvan sancağının  m üfəssəl  dəftəri, s.  85.



9  Y enə orada.

10 

Radlov  V.V.

  Göstərilən  lüğəti.  II,  1996.

47

BEHZAD  BULAĞI  M ƏZRƏSİ  -  İrəvan  əyalətinin  Karbi  nahiyə­



sində  (indi  Şərur r-nunda)  məzrə  adı.1 "Qarabulaq kəndinin məzrəsi- 

dir"  (yenə orada).

BEHRUD  -  Ordubad  r-nunda  kənd  adı.  Mənbədə  Naxçıvan  əyaləti­

nin  Azadçiran  nahiyəsində  kənd  kimi  qeyd  olunmuşdur.2  Toponim 

qədim  fars  dilində  beh  "xoş  məramlı",  "xeyirxah"  (bax:  Vayxır)  və 

rud  "çay",  "axan su",  "kiçik dağ çayı"  sözlərindən  ibarətdir.  Qədimdə 

Amu-Dərya çayı da Behrud adlanırdı.

BERTAQ  -  Naxçıvan  əyalətinin  Azadçiran  nahiyəsində  (indi  Naxçıvan 

MR Ordubad r-nunda) kənd adı.3 Ehtimal ki, sami mənşəli akkad dilində 

birtu -  "qala" və türk dillərində taq -  "dağ” sözlərindən ibarətdir. 

BETQUŞ - Naxçıvan əyalətinin Şorluq (Şurut) nahiyəsində kənd adı.4 

BƏDƏŞXAN - Babək r-nunda kənd adı. Bodəxşan adının ”x" və "ş" səslə­

rinin  yerdəyişməsi  (metatezası)  nəticəsidir.  Mənbədə  Bədəxşan  kimidir.5 

Orta Asiyanın bir sıra qədim adları ilə Naxçıvan MR ərazisindəki toponim­

lərin  mənaca vo mənşəcə eyniliyi  diqqəti cəlb  edir (Qaşqar, Qaraçuq,  Tu- 

lus, Ordu, Çalxan və s.). Bədəxşan Orta Asiyada Amu-Dərya çayının yuxa­

rı  axınında  qədim  ölkə  adıdır.  Bədəxşan  Tacikistanda  muxtar  vilayət  və 

Əfqanıstanda  coğrafi  əyalətin  adıdır.  Ehtimal  ki,  erkən  orta  əsrlərdə  Orta 

Asiyadan gəlmiş türk tayfalarının gətirdikləri adlardandır.

BƏYDİLİ  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində (indi  Naxçıvan  MR 

Şərur  r-nunda)  kənd  adı.6  "Başqa  adı  Köçəri abaddır"  (yenə  orada). 

Səlcuq oğuz tayfalarından Bokdili  tayfasının adını əks etdirir.

BƏNLİ  YATI -  XIX  əsrdə  Naxçıvan əyalətinin Naxçıvan  qozasında 

kənd adı.7

BƏNDƏR - Şahbuz r-nunda yer adı.

BƏNƏNYAR -  Culfa  r-nunda  kənd  adı.  Mənbədə  Naxçıvan  əyalətinin 

Əlincə nahiyəsində  kənd  adı  kimi  qeyd olunur.8  Türk dillərində  bələn  -  

"vadi", "aşağı yer"9 və yar -  "dərə", "yarğan" sözlərindən ibarətdir.



İrovaıı əyalətinin  icmal dəftəri,  s.  73.

7

”  Yeııo  orada,  s.  147.



Naxçıvan  sancağının  müfəssəl  doftori,  s.  85.

4  Yenə orada.

5  Yenə  orada.

6  İrovan əyalətinin  icmal doftori,  s.  38. 

Paqiıyev D.D.

  Göstərilən  əsori,  s.  47.

g  .


İrəvan  əyalətinin  icmal  d əftər i,  s.  139.



Radlov  V.V.

  Göstərilən  lüğəti,  IV.  2,  s. 1712.


48

BƏLƏÇİ  -  Naxçıvan  əyalətinin  Qarabağ  nahiyəsində  qışlaq  adı.1 

Əsli  Bilicidir.  Kəngərlərin  Bilici  tayfasının  məskunlaşması  nəticə­

sində yarandığına görə Bilici etnonimini əks  etdirir.

BƏLGƏDAG  -  Ordubad  r-nunda dağ adı.  Ehtimal  ki,  türk dillərində 

bəlgə  "nişan"  sözündəndir.  Bundan  başqa  bəlgə  döyüşdə  qalxanı 

əvəz edən əşyaya (ağaca) da deyilir.

BƏHRUZ KƏNGƏRLİ -  Şərur r-nunda kənd adı.

BİLA - Naxçıvan şəhərinin məhəllələrindən birinin adı.*

 2 


BİLƏV  - Ordubad r-nunda kənd adı.  Naxçıvan  əyalətinin  Azadciran 

nahiyəsində  Bilav  kimi  qeyd  olunmuşdur.3  Mənbədə  kənd  həm  də 

Ağacanlı  adlandırılmışdır.4  Bu  məlumatdan  aydın  olur  ki,  kənd  "Bi­

ləv"  adlı  yerdə  Ağacanlı  adlı  nəslin  məskunlaşması  nəticəsində  ya­

ranmışdır.  Biləv  kəsici  alətləri  itiləmək  üçün  istifadə  edilən  daş. 

Kəndin  yaxınlığında  "Bilav"  mineral  bulaqları  vardır5  (bax:  s.  35-də 

Biləvqaya barədəki yazı).

BİLƏ VÇ AY - Ordubad r-nunda quru çay dərəsinin adı.  Bax:  Biləv. 

BİLƏV ÇOVQANI - Culfa r-nunda təbii  mərz adı.  Bax:  Biləv. 

BİLLAVA - Şərur r-nunda kənd adı.  Yaşayış yoxdur.

BİLƏDÜZ  -  Babək r-nunda  Böyükdüz  kəndinin  şimal-şərqində  dağ 

adı.  Dağ  onun  ətəyindəki  düzən  yerdə  maldar  ellərin  binələrinin  adı 

ilə  adlanmışdır.

BİRİNCİ  DƏRƏŞAM  -  Babək  r-nunda  kənd  adı.  Dərəşam  toponi­

minin  adı  ilk  dəfə  "Kitabi  -  Dədə  Qorqud"  eposunda  Səkrəyin  bo­

yunda  çəkilmişdir.  Dərəşam  kəndindən  yaranmış  kənd  İkinci  Dərə­

şam adlanır.  Dərəşam  toponimi  Azərbaycan  dilində dərə vo şam söz­

lərindən  ibarət  olub,  «işıqlı  dərə»  mənasındadır.  «Şam»  həm  də  çay 

sahillərindəki sıx qamışlığa da deyilir.



BİST  -  Ordubad  r-nunda  kənd  adı.  Mənbədə  Naxçıvan  əyalətinin 

Azadciran  nahiyəsində  kənd  adı  kimi  qeyd  olunmuşdur.6  İran  dillə­



İrəvan  əyalətinin  icmal dəftəri, s.  144.

2  Yenə  orada,  s. Iе).

3  Y enə orada  s. 179.

4  Y enə orada.



Савина В.И.

  Словарь  географических терминов  и других слов,  формированных топони­

мов  Ирана.  М.,  1972,  с.273.

İrəvan  əyalətinin  icmal  doftəri,  s.  147.

49

rində  bəst  "vadi"1 sözündəndir.  Kənd  Zəngəzur sıra  dağlarının  ətək­



lərində, iki çay arasındakı vadidə yerləşir.

BİST  -  Ordubad  r-nunda  Bist  kəndinin  şimalında,  Ələhi  çayının  sol 

sahilində bulaq adı. Bist kəndinin adı  ilə adlanmışdır.



BİÇƏNƏK -  Şahbuz  r-nunda kənd  adı.  Qədim  türk mənşəli  Peçeneq 

tayfasının  adını  əks  etdirir.  Tədqiqat  göstərir  ki,  Azerbaycan  ərazi­

sində  peçeneqlər  iki  vaxtda  gəlib  məskunlaşmışlar.  Eranın  əvvəllə­

rində Kəngərlərlə birlikdə  hunların tərkibində və erkən orta əsrlərdə 

şimaldan  xəzərlərin  və  qıpçaqların  tərkibində2.  Biçənək kəndi  məhz 

eranın  əvvəllərində  gəlmiş  Peçeneq  tayfasının  adı  ilə  əlaqədardır. 

XII əsrdə Səlcuq oğuzlarının da bir tayfası Biçənək adlanırdı.3 

BİÇƏNƏK  -  Şahbuz  r-nunda  yaylaq  adı.  Qədim  türk mənşəli  Peçe­

neq tayfasının adını  əks  etdirir.



BİÇƏNƏK  -  Şahbuz  r-nunda  Zəngəzur  silsiləsində  aşırım  (hünd. 

2348  m.).  Yevlax-Naxçıvan  şosse  yolu  bu  aşırımdan  keçir.  Qədim 

türk mənşəli  Peçeneq tayfasının adını əks etdirir.

BOZAGİL  -  Şərur  r-nun  Dəmirçi  kəndinin  şimalında  dağ  (hünd.

1174  m.)  adı.  Dağın  adı  onun  üst  süxurunun  boz  rongli  gildən  ibarət 

olması  ilə əlaqədardır.  Yerli  əhali içərində Bozağıl də adlanır. 

BOZAXLI  -  Şərur r-nunda Tənənəm  kəndinin  cənub-şərqində qaya- 

dağ adı.


BOYƏHMƏD  -  Culfa r-nunda  kənd  adı.  Türk  dillərində boy -   "tay­

fa",  "qobilə",  "nəsil" sözündən və Əhməd şəxs adındandır. 



BOYƏHMƏDSU - Culfa r-nunda çay adı.

BV ZQ O V - Naxçıvan əyalətinin Mülki-Arslan nahiyəsində kənd adı.4 

BUZQOV  Babək r-nunda dağ adı. Yerli əhali içərisində Bızqov kimi də 

tələffiiz olunur. Dəvəçi r-nundakı Bızqov dağının adı ilə eyni mənadadır. 



BULQAN  -  Babək  r-nunda  kənd  adı.5  Monqol  dilində  bulqaan  -  

"yurd",  "düşərgə",  türk  dillərində  isə  "bulmaq",  "tapmaq",  "əldə  et­

mək"  sözündəndir.

BÖYÜKDÜZ -  Kəngərli  r-nunda kənd adı.

Абаев В И.

  Исгорико-ггимологический  словарь осеж нского языка,  т.  I.  М.-Л.,  1958, 

с.254.



Геибуллаев V.A.

  К  пногенезу  азербайджанцев т.  1.  Баку,  1991.



Qasımov  A.,  ƏHvev  V

  Şahbuzun  boz i  etnotoponimləri.  "Azərbaycan  onomastikası  prob­

lemlərin;)  hosr olunmuş  III  elm i-nəzəri  konfransın  malerialları".  Bakı,  1990,  s.  291.

4

  .

Irovan  oyalolınin  icmal  dəftəri,  s. 147.

5  Naxçıvan  sancağının  m üfəssəl  dəftəri, s.29.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə