S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

38

kəndi  və  b.  kənd  adları  ilə  mənşəcə  eynidir.  Alban  tayfasının  türk 

mənşəli olması  fikri mövcuddur.1

ALQURİ - Ordubad ərazisinin Azadciran nahiyəsində kənd adı.2 İndi 

mövcud  deyildir.  Ehtimal  ki,  “Kitabi-Dədə Qorqud” eposunda  Arkuri 

toponimi  ilə  mənşəcə  eynidir.  İrəvan  xanlığında  bir  kənd  də  Arquri 

adlanırdı.3  Qədim  türk  dillərində  arku  -   "dağlar  arası  vadi",  yaxud 

arqu  -"dərələrə  şaxələnmiş  dağ"4  sözündəndir.  Ehtimal  ki,  Arqun 

çayının adı da türk mənşəlidir.



ALIŞAR  -  Şərur  r-nunda  kənd  adı.  Mənbədə  Əlişar kimidir.5  Kənd 

Xələcdaşı  adlı  dağın  ətəyində,  Araz  çayının  sahilində  "Alışar"  adlı 

yerdə  Kəngərlərin  Sofulu  tayfasının  Kəbirli,  Mahmudlu,  Dəmirçi, 

Səbirli  (Əli  Sabirli-qədim  türk mənşəli  Sabar,  Sabir,  Suvar tayfasının 

adından)  və  başqa  tirələrin  məskunlaşması  nəticəsində  yaranmış- 

dır.Kənd  qədimdə  indiki  yerindən  500-600  m  uzaqlıqda -   “Qala  içi” 

adlı  yerdə  mövcud  olmuş,  müəyyən  tarixi  hadisələrdə  əlaqədar ola­

raq indiki  yerə köçmüşdür.  Toponim  türk dillərində aliş -   "çay ağzı", 

"çay  kənarı"6  və  ar -   "tərəf',  "əks  tərəfdə yerləşən"  sözlərindən iba­

rətdir.


ALIŞAR  -  İrəvan  quberniyasının  Şorur-Dərələyoz  qozasında  (indi 

Naxçıvn MR-in  Şərur r-nunda) aşırım adı  .7



ALTAQ  -  Naxçıvan  sancağının  Dərə-Şahbuz  nahiyəsində  Şahbuz 

kəndinə məxsus əkin yerinin (məzrənin) adı.8 



ALMALIDAĞ9 - Şahbuz r-nu Aşağı Remeşin kəndinin şərqində dağ adı. 

ALOVTƏPƏ  -  Şərur  r-nunda  Yurdçu  kəndinin  şərqində  uzunsov 

formalı təpə adı.  Arxeoloji  mədəniyyət abidəsidir.



ALÇALIDAĞ  -  Culfa  r-nu  Ərəfsə  kəndinin  şimal-qərbində dağ adı. 

Dağın adı oradakı yabanı  alça ağaclarının bolluğu  ilə əlaqədardır.



Гейбуллаев Г. А.

  Топонимия  Азербайджана,  Баку,  1986.

2  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  179.



Şopetı.

  Göstərilən  əsəri,  s.33.

4

Murzayev E.M.



  Göstərilən  əsəri,  s.  58.

3

  İrəvan  əyalətinin  icmal dəftəri,  s.  168.

6  Древнетюркский  словарь.  M.,  1969,  c.36.



Paqiryev D.D.

  Göstərilən  əsəri,  s. 13.

g

Naxçıvan  sancağının  müfəssəl  dəftəri,  s.27.



Yenə  orada,  s.28.

9

39



ALÇAPAN  - Ordubad  r-nun  Biləv kəndinin cənub  tərəfində dağ adı. 

Dağın adı  Alı  (Əli)  şəxs  adından və çapan  (çapılmış  mənasında)  söz­

lərindən ibarətdir.

ANABAD  -  Ordubad  r-nunda  kənd  adı.  Naxçvıan  əyalətinin  Şorlut 

nahiyəsində  kənd  kimi  qeyd  olunmuşdur.1  Bir  məlumata  görə  kənd 

həm də Anabirt kimi  adlanır.2 Lakin XIX  əsrin əvvəllərində toponim 

Anabat  kimi  yazılmışdır.3  Kəndin  adı  "tərk  edilmiş  yer",  "abad  ol­

mayan  yer",  "adam  yaşamayan  yer"  mənasındadır.  Bir  məlumata 

görə,  Anabad  orta  əsrlərdə  böyük,  abad  kənd  olmuş,  lakin  sonra 

dağılmış  və  kiçilmiş,  ona  görə  də  Anabad  adlandırılmışdır.4  Bu  kən­

din ərazisi dağlıq olduğuna görə əkinçilik üçün yararsızdır.5 



ANAQUT  -  Ordubad  r-nunda  kənd.6 Toponim  türkmənşəli  «ana» 

və «qut» (yurd) sözlərindəndir.



ANBARAS - Ordubad şəhərinin məhəllələrindən birinin adı.7

ANDİ  -  Ordubad  r-nunda  yer  adı.  Türk  dillərində  ant  -  "qaravul

çəkmək", "keşik çəkmək”8 sözündəndir.



AP ACA - Naxçıvan əyalətinin Şərur nahiyəsində kənd adı."

ARAZ  -  Araz  hidronimini  er.  əv.  V  əsr  yunan  müəllifi  Herodot  ilk 

dəfə  qeyd etmişdir.  Araz  hidronimi  və  mənası  barədə  indiyədək  bit­

kin  fikir  yoxdur.  Əslində,  Araz  qədim  türk  dillərində  əraz,  urcz  -  

"xeyirxah"  mənasındadır ki,10 bu da qədimdən çayın  xalqın təsərrüfat 

həyatında,  xüsusilə  suvarma  əkinçiliyində  rolu  ilə  əlaqədardır.  Araz 

çay  adının  qədim  türk  dillərində  olması  Azərbaycan  xalqının  etnik 

tarixinin qədimliyi  baxımından mühüm  faktdır.

ARAZDAYAN  -  Şərur  r-nunda  təbii  mərz  adı.  Əsli  Arazdöyon  və  ya 

Arazdəyən.  İrəvan  quberniyasının  İrəvan  qəzasında  bir  kənd  Arazdö-



İrovan  oyalətinın  icmal  doftori,  s. 168.

'  

Сысоев В.M.

  Нахчыван  на  Араксе  и  древности  Нахичеванской  АССР  .  "Известия  Азком-

етар и с’а,  вып.  IV  .  с.  215

3  Статистическое описание  Нахичеванской  провинции,  с.  268

4

Фараджев А.С.

  Ордубад.  Баку,  1970.

5  Статистическое описание Нахичеванской  провинции,  с.268.

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  147.

7  Y enə orada, s. 143.



Севортян Э.

  'Згимологический  словарь тюркских  языков,  г  I.  М ,  1974, с.  157-158.

9  Naxçıvan sancağının  m üfəssəl  dəftəri,  s.325.

10 

Гейбуллаев Г.А.

  Azərbaycanlıların  etnik  tarixinə dair.  Bakı,  1994.


40

yən  adlanırdı.'  Arazdöyən  Araz  çayının  sahili yuması  ilə əlaqədar ya­

ranmış addır.

ARALIQ  -  Naxçıvan  qəzasının Şərur nahiyəsində  kənd  adı.*

 2  Həmin 

mənbədə  İrəvan  əyalətinin  bir  nahiyəsinin  adı  kimi  göstərilmişdir.3 

İki yaşayış məntəqəsi arasında yerləşdiyinə görə Aralıq adlanır. 



ARAÇIQ - Şahbuz r-nunda Keçili kəndinin şərqində kənd adı (3067 m)4. 

Ehtimal ki,"qalacıq" mənasındadır.



ARBATAN  -  Şərur  r-nunda  kənd  adı.  Mənbədə  Ərbatan  kimi  qeyd 

olunmuşdur.5  Həmin  mənbədə  kəndin  həm  də  Çörekkəsməz  adlandığı 

göstərilmişdir.6  Ehtimal ki, ərəbcə rabat -  hərbi məntəqə mənasındadır.7 

Ərəbcə  "ar"  qoşa  və  ya  qala  deməkdir.  Arbatan  -  qoşa  batan,  məna­

sındadır. Azərbaycanda  XVIII  əsrdə  Şəki  xanlığının ərazisində  Arba­

tan  və  hazırda  Salyan  r-nunda  Arbatan  kənd  adları  ilə  mənaca  eyni­

dir.  XIX  əsrdə  Yelizavetpol  quberniyasının  Cavanşir  qəzasında  bir 

kənd Arabat adlanırdı.8



ARVAN  ÇAYI  -  Culfa r-nunda çay  adı.  Arvan dağının  adı  ilə  adlan­

mışdır.


ARVAN  -  Culfa  r-nunda  dağ  adı.  Azərbaycan  xanlığının  etnik  tarixi 

ilə bağlı  qiymətli  oronimdir.  Dağın  adı  "Alban  (Alvan)  dağ"  adında  1 



<-»  r  səslərinin  yerdəyişməsi  nəticəsində  yaranmışdır.  Yardımlı  r- 

nunda Arvan (a) kənd adı  ilə mənşəcə eynidir.9 



ARDIC  -  Şərur  r-nunda  Danzik  kəndinin  şimal-şərqində  dağ  adı. 

Tam  adı  "Ardıc  dağı"dır.  Dağın  adı  orada  bitən  ardıc  (arça)  ağacları­

nın adı ilə əlaqədardır.

ARIQLIDƏRƏ  -  Ordubad  r-nu  Yuxarı  Əylis  kəndinin  şimal- 

qərbində dağ adı. Ehtimal ki, Əriklidərə adının təhrifidir.



Paqiryev D.D.

  Göstərilən əsəri.

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  168.

3  Yenə orada,  s.70.

4

Azərbaycan  SSR-in  izahlı coğrafi  adlar lüğəti.  Bakı,  I960,  s.26.



5  İrəvan  əyalətinin  icmal  dəftəri,  s. 168.

6

  Y enə orada.



Бартольд  В. В.

  Соч., с.  119.

8  Y enə orada.

9

Гейбуллаев Г.А.



  К этногенезу азербайджанцев,  с.350.

41

ARINC  -  Şahbuz  r-nunda  kənd  adı.  Mənbədə  Ərinc  kimidir.1  Ehti­

mal ki,  tiirk dillərində arınc -  "kanal", "su arxı"2 sözündəndir. Arınc -  

«Əranc»  adlı  kənd əyalətinin Qırxbulaq mahalında da  qeyd olunmuş­

dur.

ARMUDDÜZ - Ordubad  r-nunda Nəsirvaz kəndinin cənubunda təbii 

məzrə adı.  "Armud ağaclığı olan düz" mənasındadır.



ARMUDLU  -  Naxıvan  əyalətinin  Dəıə-Şahbuz  nahiyəsində  yayla 

adı.3


ARPA  -  Şərur  r-nunda  çay  adı  (Şərqi  Arpaçay).  Ehtimal  ki,  çayın 

suyunun üzündə yabanı arpa bitkisinin olması ilə əlaqədardır. 



ARPADƏRƏ - Ordubad r-nunda Giiançayın sağ qolunun adı (uz. 10 km). 

ARPALIQ  -  Naxçıvan  əyalətinin  Əlincə  nahiyəsində  məzrə  (əkin 

yeri) adı.4 Məzrənin  adı orada arpa əkilməsi  ilə əlaqədardır. 



ARPAÇAY  SU  ANBARI  -Şərur  rayonunda  Arpaçay  dərəsində  ti­

kilmiş su anbarı.



AĞSU - Ordubad  r-nunda  Yuxarı  Əylis  kəndinin cənub-qərbində dağ 

adı.  Əsli  Arısu  dağı.  Ehtimal  ki,  türk  mənşəli  arıs  (orıs)  tayfasının5 

adını  əks etdirir.  Arısu-təmiz su  mənasında da  işlənir.

AXURA - Şərur r-nunda kənd adı.  XVIII əsrdə İrəvan  xanlığının Də- 

rəloyəz  mahalında  da  bir  kənd  Axura adlanırdı.  İlk  dəfə  er.  əv.  VIII 

əsrə  aid  urartu  dilində  olan  mənbədə  Akuriani  toponimi  qeyd 

edilmişdir.6  Ehtimal  ki,  çayın  adı  türk dillərində aqru  "sakit",  "dinc", 

"aramlı",7 sözündəndir.

AXURA  -  Şərur  r-nunda  Şərqi  Arpaçayın  sol  qolunun  adı  (uz.  25 

km).  Mənbəyini  Kcçəltəpə dağından alır.8 Qabaqlıçay da adlanır. 



ACAKƏN - Şahbuz r-nun  Sədərək kəndinin  şimal-qərbində dağ adı. 

ACIKƏHRİZ  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində  (indi  Naxçıvan 

MR-in  Şərur  r-nunda)  kənd  adı.9  Kəndin  adı  orada  suyunun  acılığına 

(şorluluğuna) görə Acı kəhriz adlanması  ilə əlaqədardır.

İrəvan  əyalotinm  ıcınal  doftorı,  s.  167.

МурюевЭ.М .

  К  i сографической терминологии туркмен,  с.  881.

3  İrəvan  əyalətiin  icmal  dəftəri,  s.  167.

4

Yenə orada,  s. 182.



5  Bu tayfa barədə  bax: 

Гейбуллаев Г.А.

  К  этногенезу азербайджанцев,  с  256.

6  Yenə orada,  s  182.



Севортян.  Э.

  Этимологический  словарь тюркских  языков,  г  I.  М  ,  1974,  с.  193.

g

Azərbaycan  SSR-in  izahlı  coğrafi  adlar lüğəti,  s.  31.

9 .

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.38.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə