S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

26

örtüyü  ala-tala sahə  tutduğundan onlar keçəl adlanır.  Türk oronimiya- 

sında  bu  sözlərlə  yaranan  oronimlər  geniş  yayılmışdır.  Vulkanogen 

süxurların  bir  qrupu  çəki  etibarilə  yüngül  olduğundan  onlara  kəvək 

(yüngül çəkili) deyirlər ki, ondan da kəvək topoformantı yaranmışdır.

Müsbət  relyef formalarının  müxtəlif çalarlarını  əks  etdirən  dağ, 

dik, yoxuş, tap, təpə, uca, dağ düzənliklərini əks etdirən (düz, taxta, sal 

və  s.)  sözləri  xüsusilə  geniş  yayılmışdır.  Qeyd  edilməlidir  ki,  Muxtar 

Respublikanın  oronimiyasında baz,  təhrif forması  buz (əsli qədim  türk 

dillərində bayz -   "sıldırım qaya"),  saqir -  "dağ bumu", çin (qədim türk 

dillərində  çinq  ("sıldırım  dağ  yarğanı"),  tey  (qədim  türk  dillərində 

"təpə") sözləri də əksini tapmışdır (Teyvaz və b.).

Naxçıvan  MR  ərazisində  mezooronimlərə  Zəngəzur,  İlandağ, 

Dərələyəz,  Qapıçıq,  Gəlinqaya,  Soyuqdağ,  Qızılboğaz,  Taydaş  (əsli 

Teydaş),  Topdağ,  Gəvəkdağ,  Girdəsər  (farsca  "Yumrubaş"),  Ziyarət- 

təpə,  Dağdağan  dağı,  Qapıdaşqara,  Cindağ,  Qabaxtəpə,  Qaraburun, 

Ucubiz, Nəsirvaz,  Qırxlardağ, Ucagüney, Oğlangöz,  Qoşundaş  (mon- 

qolca  qaşun -   "köçəbə",  "maldar  elin  yayda dayanacağı"  sözündən), 

Daşbaşı,  Uçurdağ,  Oyuxlu,  Körpəqoç,  Qurdtəpəsi,  Dağüstü  və  s. 

misal göstərmək olar.



Hidronimlər.  Hidronim,  ümumiyyətlə,  su  mənbələrinin  adla­

rıdır.  Su  mənbələrinin  iki  növü  vardır:  təbii  su  mənbələri  (göl,  çay, 

nohur,  bulaq  və  s.)  və  süni  su  mənbələri  (arx,  kanal,  kəhriz,  quyu, 

ovdan  və  s.).  Buna  uyğun  olaraq  su  mənbələrinin  adları  da mənşəcə 

müxtəlifdir.  Belə  ki,  təbii  su  mənbələri  etnonimlərdən,  rəng,  key- 

fıyyət  (dad)  bildirən  sözlərdən,  kənd  adlarından  vo  s.  ibarət  olduğu 

halda,  süni  su  mənbələri  çox  halda  şəxs  adlarından  (bulaq,  arx,  ov­

dan, kəhriz), kənd adlarından (kanallar) ibarət olmuşdur.

Ümumiyyətlə,  Azərbaycan  ərazisindən  axan  bütün  çaylar  Xə­

zər  dənizinin  qapalı  hövzəsinə  daxildir.  Kiçik  çayların  adları  mən­

şəcə müxtəlifdir. Onların bir hissəsi ərazilərindən axdıqları kəndlərin 

adları  ilə  adlanır.  Bəziləri  isə  rəng bildirən  sözlərdən  və etnonimlər­

dən  yaranmışdır.  Bu,  Naxçıvan  MR  ərazisinin  su  mənbələri  adları 

üçün də səciyyəvidir.

Naxçıvan  MR  ərazisində  hidronimləri  yaradan  topofonnantlar 

içərisində  Azərbaycan (türk)  mənşəli,  ağ,  arx, basar, boz, bulaq,  qara, 

qızıl,  duz,  kanal,  göl,  isti,  nohur,  sarı,  sel,  sərin,  soyuq,  su,  çay,  şirin, 

şor və  s., fars mənşəli ab (su),  rud (çay),  bah, beh -  "xeyirxah",  "yax­

şı",  "xoş"  (məsələn,  Bəhrud, Vayxır), çeşmə (bulaq) və ərəb mənşəli

27

nəhr (çay, kanal) sözləri əsas yer tutur.  Bununla əlaqədar olaraq Nax­



çıvan  MR  ərazisində  su  mənbələrinin  adları  mənaca  müxtəlifdir. 

Suyun  keyfiyyətini  bildirən  topoformantlar içərisində qara -   içilməsi 

məsləhət  görülməyən  su  (məsələn,  Qarasu  ç.,  Şərur  r-nu)  ağ  -   "iç­

məli  su"  (Ağbulaq,  Ağçay  və  s.)  xüsusilə  geniş  yayılmışdır.  Gursulu 

yüksək  keyfiyyətli  sulu  bulaqları  Xanbulaq  (Şərur  r-nu),  Xançeşmə, 

Şirinsu,  Sərinçeşmə  (Ordubad  r-nu),  Şahbulaq  (Şahbuz  r-nu)  adlan­

dırmışlar.  Şırranlıçay (Ordubad  r-nu) və Qavalsuçay adları su axdıqda 

əm ələ  gətirdiyi  səsləri  əks  etdirir.  Bulaqlar  üzə  çıxarkən  göz-göz 

olur.

Qaynaqların  çoxluğunu  nəzərə  alaraq  onları  Qırxbulaq  adlan­



dırmışlar.  İki  gözdən  qaynayan  sərbəst bulaqlara Qoşabulaq demişlər 

(Babək  r-nu).  Suyun  suvara  bildiyi  ərazidə  salınmış  yaşayış  məntə­

qəsinin  adı  bulaqla  bağlı  hidronimini  yaratmışdır.  Məsələn,  Çeşmə- 

basar  (Babək  r-nu)  kəndi.  Lakin  Çeşməbasar  adlanan  kənddə  bulaq 

(çeşmə)  yoxdur.  Deməli,  bu  coğrafi  ad  (hidronim)  kənardan  (ilkin 

mənbədən) gətirilmədir.

Bağırsaqvarı  uzanan  çayı  Bağırsaq  dərəsi  (Şərur  r-nu),  Meşəli 

dərədən  axan  çayı  Meşədərəsi  (Culfa  r-nu),  zoğallı  dərədən  axan 

çayı isə Zoğalsu adlandırmışlar.

Mineral  bulaqların  çoxluğu  vo  onların  hidrokimyəvi  tərkibi 

baxımından  Naxçıvan  MR  ərazisini  mineral  bulaqlar  muzeyi  adlan­

dırmaq olar.

Azərbaycan  Respublikasının  Kiçik Qafqaz hissəsində olan yuve- 

nil  və  metaforik  mənşəli  karbon  qazları  Naxçıvan  MR  ərazisində  də 

geniş  yayılmışdır.  Əlincəçayın  yuxarı  axınında  olan  bulaqlardan  biri 

radioaktivdir. Darıdağ mineral bulağının isə tərkibində arsen vardır.

Naxçıvan  MR-də  Badamlı,  Aşağı  Ləkotağ,  Yuxarı  Ləkotağ, 

Darıdağ.  Cuğa,  Sirab,  Vayxır,  Parağaçay,  Gümür  adlı  mineral  bulaq­

lar  vardır.  Mineral  bulaq  adlarının  əksəriyyəti  oradakı  yaşayış  mən­

təqələrinin adlarından  ibarətdir.  Ancaq Sirab kənd  adı  oradakı  Sir+ab 

(sirli  su)  adı  ilə  bağlıdır.  Eyni  sözü  Vayxır  kəndinin  adı  barədə  də 

demək  olar.  Q.Ə.Qcybullayevin  yazdığına  görə,  Vayxır  kəndinin  adı 

oradakı  Vayxır bulağının  adındandır.  Bulağın  adı  isə  orta  (fars  dilin­

də) vah -   "yaxşı",  "xeyirxah"  və x v a r- "yer"  sözlərindən  ibarətdir ki, 

bu da bulağın müalicə əhəmiyyətli mineral  su olması  ilə əlaqədardır.

Tədqiqatçılar  (M.Qaşqay,  Ə.Əsgərov)  Naxçıvan  MR  mineral 

bulaqlarım  kimyəvi  tərkiblərinə  görə hidrokarbonatlı,  hidrokarbonat-



28

lı-xloridli,  hidrokarbonatlı-sulfatlı,  xlorid-hidrokarbonatlı  tiplərinə 

ayırmışlar.

Zooıtimlər.  Azərbaycan Respublikası  ərazisi  relyefinin düzən­

lik və  dağlıqdan  ibarət olması,  iqliminin  əlverişliliyi, bitki  örtüyünün 

zənginliyi,  quru  ərazisinin  dənizlə  sərhədlənməsi  heyvanat  aləminin 

zənginliyi və növ müxtəlifliyinə təbii zəmin yaratmışdır.

Azərbaycan  ərazisində  olan hər bir  landşaft kompleksinin özü­

nəməxsus  heyvanat  aləmi  formalaşmışdır.  Məsələn,  meşə  landşaftı 

üçün  cüyür,  dələ,  meşəsonası,  ayı,  vaşaq,  meşəpişiyi,  oxlu  kirpi,  qa­

ban,  meşəxoruzu,  göyərçin  və  başqa  heyvanlar xas  olduğu  halda,  ya­

rımsəhra  landşaftı  üçün  ceyran,  qaban,  qırmızıquyruq  qumsiçanı,  ba­

taqlıq  qunduzu,  çölsiçanı,  turac,  dovdaq,  qaz,  gürzə və digər heyvan­

lar xasdır.

Naxçıvan  MR-in  ərazisinin  bitki  örtüyü  kasıb  olduğundan  bu­

ranın  heyvanat  aləmi  də  həm  növ,  həm  də  say  baxımından  çox  sey­

rəkdir.


Naxçıvan  MR-in  yüksək  dağlıq  erazisində  qayakeçisi,  ayı,  b ə­

bir, daşlıqdəlesi, dovşan, canavar,  Xəzər uları,  göyərçin  yaşayır.  Orta 

dağlıq  ərazidə  Zaqafqaziya  muflonu,  qayakeçisi,  oxlu  kirpi,  Kiçik 

Asiya qumsiçanı, gürzə və s. heyvanlar vardır.

Heyvanat  aləmi  bəzi  zoonimlərdə  əksini  tapmışdır.  Ayıdərosi 

çayı (Ordubad r-nu), Qurddağ (Babək r-nu), Qurd dərələri (Culfa r-nu), 

Ceyranlar kövşəni, Qaraquş dağı (2600 m) (Babək r-nu) və s.

Ometofauna  ilə  əlaqədar  Qaranquş  dağı  (Ordubad  r-nu),  Quş- 

qayası  dağı  ilə  Quşqayası  kövşəni  (Babək  r-nu),  toponimləri  misal 

göstərilə bilər.

Şahbuz  rayonunda  Təkəlik  (dağ)  və  Keçili  (kənd)  coğrafi  adlan 

vardır.  Təkəlik  coğrafi  adı  dağ  keçisinin  (təkənin)  məskən  salması  ilə 

əlaqədardır. Keçili kəndinin adı keçi  adından götürülmüş ola bilər. XVII 

əsrdə Cənubi Azərbaycandan şimala köçərək kəngərlərə qanşmış tayfa­

nın adıdır. Keçmiş elmi mənbələrdə "Tayfeyi Keçili" adlanır.

İlandağ  (Culfa  r-nu)  Naxçıvan  MR-in  nadir  təbiət  abidələrin- 

dəndir.  Zirvəsi  dilik-dilik  olmuş  sivri  qayalardan  ibarət  olan  bu  dağ 

ətrafındakı  zirvələrin  simvoluna  çevrilmişdir.  Ehtimal  ki,  dağın  adı 

mənşəcə orada yaşayan  ilanların bolluğu ilə əlaqədar yaranmışdır.

Naxçıvan MR ərazisində  ev  heyvanları  ilə  bağlı yaranmış zoo- 

nimlər do  vardır:  Ordubad  r-da  Eşşəkmeydanı və Toxlugədik  aşırım­

ları,  Babək r-da Qanlıquzey  dağı,  Aladüyə və Dəvəboynu kövşənləri,

29

Şərur r-da  tikilmiş  Arpaçay  su  anbarının altında qalmış Dəvəölən adlı 



yer,  Dəvə  adlanan  kövşən,  Şahbuz  r-da  Quzuyurdu  kövşəni,  Culfa  r- 

da  Kəlbaşı  dağı  və  s.  Bu  zoonimlerin  bəzisi  bənzətmədən  (kəlin  ba­

şını,  dəvənin  boynunu  xatırladan),  bəzisi  baş  vermiş  hadisələrdən 

(Dəvəölən),  bəzisi  isə  bu  və  ya  diger  heyvanın  məskəni  (Təkəlik, 

Qurd dərələri, Ayıdərosi, Ceyranlar və s.) olması ilə əlaqədardır.

Fitonimlər.  Azərbaycan  Respublikasının  ərazisinin  bitki 

örtüyü növ müxtəlifliyinə görə zəngindir.  Qafqazda inkişaf etmiş flo­

ranın  neçə  növü  Azərbaycan  ərazisində  bitir.  Burada  inkişaf etmiş 

endemik  və relikt bitkilər çox  böyük əhəmiyyətə malikdir.  Respubli­

kamızın ərazisində  meşə  (palıd,  fıstıq,  vələs,  dəmirağacı,  şabalıdyar- 

paq  palıd,  akasiya,  tuqay,  kol  cəngəllikləri,  qaratikan  və  s.) -  seyrək 

kserofit  bitkiləri  (ardıc,  saqqızağacı,  şam, seyrək Eldar şamı), çəmən, 

çəmən-çöl,  dağ-kserofit,  çöl,  yarımsəhra,  səhra,  efemer bitkiləri  inki­

şa f etmişdir (Prilipko).

Naxçıvan  MR  ərazisi  kontinental  iqlimə  malik  olduğundan 

burada  sərt qışa və  isti  yay  aylarına  uyğun olan  bitkilər üstünlük təş­

kil  edir.  Dağətəyi  düzənlikdə,  qalıq  (alçaq)  dağlarda,  çayların  gətir­

m ə  konuslan  üzərində  yarımsəhra  və  qismən  səhra  bitkiləri  -   yov­

şan,  yovşanşoran,  dağüstü-kserofil  (friqanoid),  şoran-xırda  kollu  səh­

ra  bitkiləri  inkişaf etmişdir.  Bu bitki  növləri  Araz çayının sol sahilinə 

qovuşan  düzənliklərdən,  tirələrdən  və  yüksəkliklərdən  başqa  Naxçı­

van  MR-in  orta yüksəkliyə  malik  dağlarının  (2000-3000  m) yamacla­

rını  da  örtür.  Yayı  quraq  keçən  soyuq  iqlimdə  yaranmış  bu  bitkilər 

dağ  yamaclarını  tam  örtə  bilmədiyindən  burada  səthi  eroziya  vo  de- 

nudasiya sürətlə inkişaf edir.

Yüksək  dağlığın  yamaclarında  meşədən  sonrakı  çölləşmiş  çə­

mən  bitkiləri  dağüstü  kserofit  bitkiləri  ilə  subalp  çəmənlik  arasında 

qalan ərazilərdə talalar şəklində yayılmışdır.

Yüksək  dağlığın  subalp  və  alp  çəmənlikləri,  çəmən  çölləri,  qa­

yalıq-çınqıllıq  bitkiləri  Zəngəzur  dağlarının  cənub-qərb  və  qərb  ya­

macları  boyu  inkişaf etmişdir.  Naxçıvan  MR  ərazisində  inkişaf etmiş 

meyvə  ağacları  əsasən  çay  dərələri  boyu  yaşıl  lent  kimi  uzanır.  Dağ 

çaylarından  və  bulaqlardan  su  içən,  bol  günəş  enerjisindən  isinən  və 

bərəkətli  torpaqdan baş qaldıran kənd təsərrüfatı  bitkiləri yüksək məh­

sul verir.  Bu təbii şəraitdə yetişdirilən meyvələr dadlı və ətirli olur.

Təbii  şəraiti  və  insan  əməyinin  bəhrəsi  ilə becərilən  bitkilərin 

adından  Naxçıvan  MR  ərazisində  bir  çox  fitonimlər  yaranmışdır.




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə