S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   2   3   4   5   6   7   8   9   ...   32

14

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki,  "kol"  komponentli 

toponimlər geniş  areala malikdir  və  bizcə,  bu  adlar  qədim  türk mən­

şəlidir.  Türk  dillərində  kol  -   "vadi"  deməkdir.  Lakin  bu  qədər  topo­

nimdə  "vadi"  sözünün  əks  olunduğunu  söyləmək  çətindir.  Ona  görə 

belə  fikir  mövcuddur  ki,  bu  toponimlər  qədim  türk  mənşəli  kol,  kul 

tayfasının  adıdır.  Kol,  kul  adlı  tayfa  peçeneqlərdə,  bulqarlarda  və 

qıpçaqlarda  məlumdur.1  Azərbaycanda,  Ermənistanda,  Gürcüstanda, 

Cənubi  Azərbaycanda,  Dağıstanda  Qullar  adlı  çoxlu  kənd  məhz  hə­

min tayfalarla bağlıdır.1

 2

Maraqlıdır ki,  indi  də  tatarlarda,  türkmənlərdə Kul, özbəklərdə 



Kol,  tuvalılarda Kol, xakaslarda Kul adlı tayfalar vardır.3

2. Etnik tərkibli coğrafi adların mənşəyinə bir baxış

Naxçıvan  bölgəsində  əhalinin  eradan  əvvəlki  minillikdə  etnik 

mənsubiyyətcə kimlər olması barədə toponimlərdən başqa tarixi  mənbə 

yoxdur. Lakin bəzi faktları göstərmək olar.

V  əsr  erməni  tarixçisi  Moisey Xorenasi  yazır  ki, (1  kitab, 30- 

cu  fəsil)  erməni  çarı  I Tiqran  (O, Maday dövlətinin  axırıncı  çarı  Astia- 

qın  müasiri  olmuşdur)  er.  əv.  VI  əsrin  ortalarında  Naxçıvan  bölgəsinə 

Midiyadan  10  min  midiyalı  ailə  köçürmüşdür.  Müəllifin məlumatında 

köçürülənlər Mar  adlandırılır  ki,  bu  da  Mad  (Maday)  adının  d-r əvəz­

lənməsi nəticəsidir, yəni qədim ermənilər madaylara marlar deyirdilər. 

Müəllif əlavə olaraq qeyd edir ki, köçürülənlər Tmbat, Oksiox, Dcquyk 

(Cula yəni, Culfa adının qədim cımənicə yazılış  forması), Xram, Xoşa- 

kunik  kəndlərində  yerləşdirilmişdi.  Köçürülmüş  madaylar Vaspurakan 

canişinliyində  -   ermənicə  mənbələrdə  Marakan  (əsli  Madakan)  adlı 

şəhər salmışdılar.4 Bir məlumata  görə  bu yaşayış  məntəqəsi  indiki  Şə­

rur  düzündə  yerləşirdi.  Naxçıvan  bölgəsində  həmin  madaylar  erkən 

orta əsrlərdə də məlum  idi.  V əsr erməni müəllifi  Favst Buzand Naxçı­

vanda  "Marların  ölkəsi"  ifadəsini  işlədir.5  V  əsrdə  yaşamış  Koryon



Гейбуллаев Г. А.

  К этногенезу азербайджанцев,  т.  I,  Баку,  19 9 1,  с. 110.

2  Yenə  orada.

3  Yenə orada.

4

Алиев И.Г.



  История  Мидии,  с.  71.



Favst  Buzand,

  IV kitab,  24-cü  fəsil.

15

Naxçıvan  bölgəsini  "marlar  ölkəsi"  adlandırır.1  VIII  əsr  müəllifi  Qe- 



vond  qeyd  edir  ki,  ərəblər Qoxtanda  (indiki  Ordubad  r-nun digər adı) 

Midiya kəndlərini dağıtdı.2

654-cü  ildə  ərəb  sərkərdəsi  Həbib  ibn  Məsləmənin  Naxçıvan 

şəhərinin  əhalisi  ilə  bağladığı  sülh  müqaviləsində  işlədilən  "məcus" 

ifadəsi do məhz madaylara (maqlara)  işarədir.

İndi  iki  suala  cavab  vermək  lazımdır:  Midiyadan  köçürülənlər 

(ermənicə  yazılışda  marlar)  etnik  mənsubiyyətcə  kimlər  idilər  və 

həmin məlumatda çəkilən yer adları nə dildədir?

Azərbaycan  xalqının  mənşəyi  haqqında  yeni  nəzəriyyə  bunu 

əsas  götürür  ki,  madaylar  türkmonşəli  idilər  və  onların  irandilli 



sayılması  tamamilə uydurmadır

,3

 



Ona görə do birinci suala cavab  tam 

aydındır:  Naxçıvan  bölgəsinə  köçürülənlər  türkmənşəlilər  idi.  O  ki 

qaldı  madayların  köçürülüb  yerləşdikləri  məntəqə  adlarına,  onların 

ermənicə,  ya da  farsca  olması  haqqında  fars  vo  erməni  tarixçiləri  su­

surlar,  çünki  bu  adlar  həmin  dillərdə deyildir.  Q.Ə.Qeybullayev  gös­

tərilən  toponimlər  barədə  müəyyən  mülahizələr  irəli  sürmüşdür. 

Onun  fikrincə,  Cula  toponimi  qədim  türk  dillərində  yul,  cul  "keçid", 

Xram  toponimi  qədim  türk  dillərində  "karman",  monqolca  xərom 

"qala",  Oskiox  toponimi  qədim  türk  dillərində  əski  və  oq  "tayfa", 

"Tambat"  qədim  türk dillərində  tam -   "qala",  Xoşakunik  qədim  türk 

dillərində koş -  "düşərgə" və s.  sözlər əksini  tapmışdır.4

Əlbəttə,  Naxçıvan  bölgəsində  başqa  etnik  mənşəli  xalqlar  da 

yaşayırdı.  Məsələn,  654-cü  ildə  ərəb  sərkərdəsi  Həbib  ibn  Məslə­

mənin  naxçıvanlılarla  müqaviləsində yəhudilər də qeyd  olunmuşdur. 

Moisey  Xorenasi  yazır  ki,  Qoltanlılar  (Ordubad  rayonunun  ərazisi) 

Sisakdan  (yəni  Sisakandan,  indiki  Sisyandan)  gəlmələrdir.  Sisakan 

adının  cr.  ov.  VII  əsrdə  gəlmiş  türk  mənşəli  saklarla  bağlılığı  məsə­

ləsi  vardır.  İndiki  Zəngəzur  bölgəsində  yaşayan  saklar  tarixi  ədə­

biyyatda  sisaklar  adlandırılır.  Tədqiqatçılara  görə  Sisakan  toponimi 

"si"  və  "sakan"  (yəni  "Saklar")  hissələrinə  ayrılır.  Adın  "si"  kompo­

nenti  Sisakanda  hakimiyyətdə  olmuş  sülalənin  adı  olmuşdur.  Ona 

görə  də  sakların  Zəngəzurda  məskunlaşmış  hissəsi  "Si  sakları"  ad­

lanmışdır.  "Sisakan"  adı  isə  alban  tarixçisi  Musa  Kalankatlınm  "Al-



Корюн.

  Житие Мамтсша,  Пер.  Ш.В.Смбатяна и К.А.Мелик-Огалжаняна. Ереван,  1962, е. 88.



Qevond.

  Gösterilən  əsəri, s.  32.



Qeybullayev Q.O.

  Azərbaycan  türklərinin  təşəkkülü tarixindən.  Bakı,  1994.

4

Гейоу.тшев  Г.А.



  К  этногенезу агсрбайджанцсв. с. 238-239.


16

ban  tarixi"  əsərində  qısaldılmış  şəkildə  "Sisak"  adlandırılmışdır.' 

Deməli,  indiki  Ordubad  rayonu  əhalisinin  müəyyən  hissəsi  mənşəcə 

saklar olmuşdur.

Erkən  orta  əsrlərdə Naxçıvan  bölgəsində  əhalinin  etnik  tarixi­

nə  dair  müəyyən  məlumat  vardır.  Bunlar  eranın  əvvəllərindən  baş­

layaraq  şimaldan gəlmiş  bulqar, hun, peçeneq, kəngər və xəzər tayfa­

larıdır.


Naxçıvanda yaşayan  kəngərlərin  bir qolu  XIX  əsrin  əvvəlləri­

nə  aid  mənbədə  bolqarlar  adlanırdı.  Bu  göstərir  ki,  qədim  türkdilli 

bulqarlar bu  bölgədə də yaşamışlar.  Cənub-şərqi  Avropanın  tarixində 

böyük  rol  oynamış  və  müxtəlif vaxtlarda  hunların,  suvarların  və  xə­

zərlərin  tayfa  birləşmələrinin  tərkibinə  daxil  olmuş,  daha  sonra 

müstəqil  dövlət  qurumu  yaratmış  bulqarlar*

 2  Xəzər  dənizinin  şimal- 

qərb  sahillərinin  və  Qara  dənizin  şimal  çöllərinin  hunlardan  qabaqkı 

əsrlərinə  aiddir.3  Oradan  ayrı-ayrı  bolqar qruplarının  Cənubi  Qafqaza 

gəlməsi  er.  ev.  II  əsrdə  baş  vermişdir.4  Qafqaz  dağlarından  şimalda 

yaşayan  bulqarlar  er.  əv.  149-127-ci  illərdə  Şərqi  Anadoluda  Qars 

əyalətinə  -  Ərməniyyəyə  köçmüşlər.5  V  əsr müəllifi yazır ki, gələn­

lər  öz  başçılarının  adı  ilə  məskənlərini  Vənənd  adlandırdılar.6  Ordu­

bad  rayonundakı  Vənənd  kəndinin  mənşəyi  də  Qars  əyalətindəki 

Vənəndlə bağlıdır.

Naxçıvan bölgəsində tarixən  kəngərlər mühüm rol oynamışlar. 

Kəngərlərin  Cənubi  Qafqazda  məskunlaşması  eranın  əvvəllərinə 

aiddir.  Əvvəlcə  onu  qeyd  edək  ki,  Kəngər  adlananlar  Orta  Asiyada 

Kanq  dövlətində  yaşayanların  adıdır və  Kəngər  "Kanq  ərləri,  kişilə­

ri"  mənasını  verir.  Eranın  əvvəllərində  Mərkəzi  Asiyadan  Şərqi  Av­

ropaya  hərəkət  edən  hunlar  Kanq  əyalətindən  keçərək  kəngərlərin 

bir hissəsini özlərinə qatmışdılar.7





Qeybullayev Q.Ə.

  Azərbaycan  türklərinin  təşəkkülü  tarixindən.  Bakı,  1994,  s.  163-164.



Смирное  А.П.

  Очерки  по  истории  древнейших  булгар.  Груды  Государственного  Эрми­

тажа.  М.,  1940,  том  И.



Мерперт  Н.

  Кочевые  племена  в  степной  полосе  Восточной  Европы.  "Очерки  истории 

СССР".  М.  1958,  с  353.



Мерперт  И.

  Древнейшие  болгарские  племена  в  Причерноморье.  "Очерки  истории 

СССР".  М„  1958,  с.  587.



Голубовский П.В.

  Болгары  и  Халары.  "Киевская  старина",  1888, №  7,  с.  25.

6  История Армении  Моисея  Хоренского.  Пер.  П.О.Эмина,  М.,  1893.



Mommodov Allay.

  Kəngərlər,  Bakı,  1996.

17

Cənubi  Qafqazda  kəngərlər əsasən  iki  bölgədə  məskun  idilər: 



birinci  Ermənistan-Gürcüstan-Albaniya  həmsərhəd  bölgələrində  və 

ikincisi Naxçıvanda.

İndiki  Ermənistan-Gürcüstan  sərhəd  rayonlarında  kəngərlər 

barədə ilk məlumat 482-ci  ilə aiddir.  Mənbədə qeyd olunur ki,  ermə­

ni  ordusu  başda  Vardan  Mamikonian  (bu  şəxs  Ermənistanda  türk 

mənşəli  çinli  tayfasından  idi)1  vo  gürcü  ordusunun  başçısı  Vaxtanq 

Qorqasal  Kəngər  dağlarından  enərək  başda  Mixran  olmaqla  fars  or­

dusuna  qarşı  vuruşdular.2  Həmin  Kəngər dağları  indi  də  Ermənistan­

da  mövcuddur.  S.T.Ycremyan  bu  Kəngər  əyalətinin  387-ci  ildən  IX 

əsrə qədər Gürcüstana mənsub olduğunu yazmışdır.3

V əsr erməni  tarixçisi Lazar Parbski  Cənubi Qafqazda kəngərlə­

rin yaşadıqlarını  qeyd edir.  Moiscy Xorenasi  kəngərlərin Göyçə gölün­

dən şimalda -  Albaniya-İberiya sərhədlərində yaşadıqlarını yazır.4

Suriya mənbəyində  isə  Sasani  şahı  Xosrov Ənuşirəvanın  şima­

la  gedərək  iberlorlə  ermənilərin  sərhəddində  kəngərlərlə döyüşdüyü 

qeyd olunur.5 VII  əsrə  aid crmənicə mənbədə  Kəngər əyalətinin  İbe- 

riyaya  mənsub  olduğu qeyd  olunur.6 Təsadüfi  deyil  ki,  XIX əsrin  əv­

vəllərinə  aid  mənbələrdə  qazaxların  33  tayfası  içərisində  Kəngər 

tayfasının da adı çəkilir.

Maraqlıdır  ki,  Musa  Kalankatlının  "Alban  tarixi"  əsərində  Al­

baniya  və  bir  xristian  ruhanisi  Kanqarian  adlanmışdır.7  Bütün  orta 

əsrlər  boyu  kəngərlər  Qazax-Ağstafa  bölgəsində  yaşamaqda  davam 

etmiş  vo  1766-cı  ildə  gürcü  çarına  boyun  əyməyərək  Qarabağa 

köçmüşdülər.  Həm  do  qeyd  edilməlidir  ki,  bu  köçənlər  içərisində 

Qarabağ tayfası da var idi.

Yuxarıda  qeyd  etdik  ki,  kəngərlərin  digər  qismi  eranın  əvvəl­

lərində  Naxçıvan  bölgəsində  məskunlaşmışdı.  Bu  bölgədə  kəngərlər 

barədə  ilk  məlumat  542-552-ci  illərə aiddir." Ona görə  bəzi  tədqiqat­

çıların  kəngərlərin  Naxçıvan  bölgəsində  məskunlaşmasını  826  və

Qeybullaex  Q.A.

  К  пногенолу  азербайджанцев.  Баку.  1991,  с  242



Юштторныи  С. Г

  Древне тюркские  рунические  памятники  как  источник  по  истории 

Средней

  Алии.  M  . 1964.  с. I 79



Кремли С.Т.

  Армения  по  "Ашхарацуйцу".  Ереван,  1963,  с.  57

4

КляшторпыиС.Г.

  Göstərilon  əsorı.

5  Y enə orada

6  Армянская  география  VII  века,  с.  40.



Гейбуллаев 

Г .А .

  К тнюгеиоу а'нсрблиджлнцсь,  luM I, BüKbiTt^Tj с. 98 

8  Yen» orada, с.  101-102  Azərbaycan Respublikası Prazidəntiwnj

işlər  İdarəsi 

j



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə