S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   2   3   4   5   6   7   8   9   10   ...   32

18

836-cı  illəre aid  etmələri'  həqiqətə  uyğun  deyildir.  XIX əsrin  əvvəl­

lərinə aid  mənbədə kəngərlərin Naxçıvan bölgəsində  altıncı  və yed­

dinci  əsrlərdə  yerləşdikləri  qeyd  olunur.*

 2  Ermənicə  mənbədə  isə 

Ararat  vadisində  Kanqark  əyalətinin  adı  çəkilir.  Orta  əsrlərdə  kən- 

gerlər  Naxçıvan  bölgəsində  hakim  mövqeyə  malik  idilər.  Naxçıvan 

xanlığının  hakimləri də kəngərlərdən idi.

XIX  əsrin  əvvəllərinə  aid  məlumatda  kəngərlər  Naxçıvanda 

920  ailədən  ibarət  idi.3  Yenə  həmin  əsrin  əvvəllərinə  aid  məlumata 

görə  Naxçıvanda  kəngərlər  aşağıdakı  tayfalardan  ibarət  idi:  Yurdçu, 

Qızıllı,  Sarvanlar,  Xalxallı,  Pirhəsənli,  Salaş,  Ağabəyli,  Qarabağlar, 

Kəmən,  Cağatay,  Qaraxan,  Hacılar,  Cəmşidli,  Bilici, Qıztlilan, Qurd­

lar,  Qaradolaqlı,  Şabanlı,  Kəlfır,  Ərəfsəli,  Qaracallı,  Qarakovsərli, 

Bolqarlı, Kürd Mahmudlu, Əliyanlı, Ziyadlı,  Bərgüşadlı.4

1831-ci  ilə  aid  mənbədə  göstərilir  ki,  Naxçıvan  əyalətində  iki 

böyük  tayfa  birləşməsi  yaşayır;  Kəngərlər  və  Qaracalar.  Mənbədə 

qeyd  olunur  ki,  Kəngər  tayfaları  aşağıdakı  kəndlərdə  məskundurlar: 

Yurdçu-Cəhri  kəndində;  Cümşüdlü-Govurarx,  Xok,  Şahtaxtı  və  Gil- 

dasar  kəndlərində;  Xalxallı-Vayxır  kəndində;  Qaraxanbəyli  -   Qara­

xanbəyli  kəndində;  Ağabəyli,  Caqataylı,  Qaracallı,  Bilici,  Qaraqu- 

lağı,  Keçilər,  Sarvanlar,  Şahbanlı,  Əlixanlı  -   Naxçıvan  şəhərində; 

Ərəvsəli-Dizə  -   Kərimbəy  kəndində;  Səleykə-Nəhəcir,  Külüs  və 

Mahmudoba  kəndlərində;  Qızıllı  -   Kültəpə  kəndində;  Pir  Həsənli  - 

Kaqan  kəndində;  Qızılqışiaq-Bulğan  kəndində;  Kəlfir-Tirkeş  və  Se- 

ləsus  kəndlərində;  Qarabağlar  -   Qarabağlar  kəndində.5  Qaracalar 

tayfası  isə kürd mənşəli  sayılır və  Dərələyoz  mahalında yarımköçəri 

həyat tərzi  keçirirdilər.6

Naxçıvan  bölgəsində  eramızın  əvvəllərində  məskunlaşmış 

digər türkdilli tayfa peçeneqlərdir.

Peçeneqlər  Orta  Asiyanın  qədim  türkdilli  tayfalarından  biri 

olmuşlar.  Mənşəcə onlar antik  mənbələrdə qeyd  olunan  basinelərdir. 

Basine  adı  sonralar peçeneq,  peçene,  beçənə  formalarını  kəsb  etmiş­

dir.  Peçeneqlərin məhz Orta  Asiyada  Sır-Dərya çayının hövzələrində





Mammaılhasan  Valiyev  (Baharlı)

  Azərbaycan.  Bakı,  1993, s. 41.

2  Статистическое описание Нахичеванской нровиниии составленное В.Г.  СПб., 18.13,с  .11. 



’’  Y enə  orada,  s.  32.

4

Şopen

  /.  Gösterilən  əsəri, s.  537-538.

5  Статистическое описание Нахичеванской  провинции.. .. с.  32.

6  Y enə  orada.

19

eradan  əvvəl  III  əsrdə  yaradıqları  Kanq  dövlətinin  yaratmış  hissəsi 



Kəngər  adlanmışdır.  Deməli,  peçeneqlərlə  kəngərlər  eyni  tayfanın 

adamları  idilər.  Onlar da eranın əvvəllərində hunların  tərkibində Cə­

nub-şərqi Avropa çöllərindən Cənubi Qafqaza gəlmişlər.

Peçeneqlər Albaniyada  indiki  Ermənistan  ərazisində və Naxçı­

van bölgəsində məskunlaşmışdılar.

Musa  Kalankatlımn  "Alban  tarixi"  əsərində  Albaniyanın  Arta- 

sak  bölgəsində  bir  mahal  Pazkank  adlanır.1  Həmin  mahalın  adı  VII 

əsrə dair ermənicə mənbədə Pants-kank kimidir.2

Y.B.Yusifov  doğru  olaraq  iki  dəfə  bu  toponimlərin  Paçanaq 

(Peçeneq)  etnoniminin  qədim  ermənicə  yazılış  forması  olduğunu 

müəyyən  etmişdir.3  Həmin  Paskak  mahalı  indiki  Quruçayla  Hadrut- 

çay  arasındakı  ərazini  əhatə  edirdi.4  Bu  fikir onunla  təsdiq olunur  ki, 

XII  əsrə  aid  ermənicə  monbədə  Dağlıq  Qarabağda  Bçans  məntəqə 

adı  çəkilir.5 VII  əsrə aid  mənbədə isə bu  bölgədə Rot-Patsian mahal 

adı  çəkilir6  ki,  bu  da  farsca  rot -   "çay"  və  peçeneq  adının  qədim  er­

mənicə  təhrif forması  olan  Paçian  adından  ibarətdir.  Qeyd etmək  la­

zımdır ki, Əsgəran rayonunda bir dağ indi də Becenexut adlanır ki, bu 

da  peçeneq  etnonimindən  və  monqolca  xud  -   "düşüncə"  çözündən 

ibarətdir.

Peçeneq  etnonimi  Ermənistan  ərazisində  bir  neçə  toponimdən 

təhrif olunmuş  şəkildə  Bcni,  Becni  və  ərəb  mənbələrində  Bacunays 

kimi  məlumdur.7

Naxçıvanda isə bu etnonim  Biçənək adlı  bir neçə yaşayış mən­

təqə və aşırım adında əksini  tapmışdır.

Peçeneqlərin  cranm  əvvəlində  Cənubi  Qafqazda  yaşaması  iki 

mühüm  tarixi  faktla  da  təsdiqlənir.  Birincisi,  e.ə.  I  əsr  müəllifi  Strabon 

Şimali  Qafqazda Panksan tayfasının yaşadığını  qeyd edir. Gürcü mənbə­

lərində  isə  peçeneqlərin  eranın  ilk  əsrlərində  gürcülərlə  birlikdə  Ermə­

nistana  yürüşü qeyd  olunur.*  Əlbəttə,  istər Cənubi  Qafqaza,  istər Naxçı­

"Alban  tarixi".  I  kitab, 22-cı  fəsil.

2  Армянская  география  VII  века,  с.  40.

Юсифов Ю.Н.

  О некоторых  Языковых  элементах тюркского  происхождении  в  сочине­

нии  Албанскою  исюрика.  "Советская тюркология",  1974, №  2.  с.  76.

4

Г



ейбулпаев ГА.

  К этногенезу азербайджанцев, с. 104.

5  Yeno orada.

6  Армянская  география  VII  века,  с.  48.



Гейбуллаев Г.А.

  К  этногенезу  азербайджанцев,  с.  104-105.

g

Страбон,



  XI, 4,6. 

МровепиЛеонти.

  Жизнь  Картлийских  парей.  М.,  1979, с. 69.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə