S ь azərbaycan miLLİ elmlər akademiYASI YER elmləRİ BÖLMƏSİ



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə19/32
tarix01.02.2018
ölçüsü1,01 Mb.
#23041
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

62

sonra ayılaraq behiştə düşmüş altı yeniyetmə cavan oğlandan və onla­

rın yanında olan Qitmir adlı  itdən  ibarət olmuşdur.

Digər  rəvayətə  görə,  Dəqyanus  padşah  olduğu  vaxt  əhalini 

bütpərəstliyə  məcbur  edirdi.  Təkallahlığa  inanan  yeniyetmə  cavan 

oğlanlar  şahın  zülm  və  təqiblərindən  yaxa  qurtarmaq  üçün  şəhərdən 

qaçıb  mağarada  özləri  üçün  sığınacaq  tapmışlar.  Çələbi,  Beyzavinin 

təfsiri  haşiyəsində  yazır  ki,  Rəqim  ayəsi  lövhəyə  yazılıb,  həmin 

mağaranın qapısında təfsir olunmuşdur.  O, dağm və ya kəndin adı  ilə 

daşa həkk olunmuş yazıda şərh edilmişdir.

Quranın  18-ci  «Əl-kəhf»  surəsində  bu  barədə  maraqlı  məlumat 

verilmişdir. Həmin surədə deyilir:  «Ey peyğəmbərimiz!  Sən fikirləşirsən 

ki,  Əshab-i  Kohf və  Rəqim  hekayəsi  bizim  bu  qədər qüdrətli  hikmətlə­

rimiz  müqabilində  təəccüblü  hadisədir?  O  vaxt  ki,  Kəhf  cavanlan 

düşmənin  qorxusundan  dağ  mağarasında  gizləndilər  və  Allahdan  xahiş 

etdilər ki,  İlahi, sən bizim haqqımızda rəhmə əta eylə, bizə bir kamil yol 

göstər.  Biz haman mağarada onlan bir neçə il bihuş etdikdən sonra yuxu­

dan oyatdıq ki, görək onlar, neçə vaxt mağarada olduqları və yuxuya get­

diklərini bilə biləcəklərmi?...  Onlar cəvan-mərdlər idi ki, öz Allahlarına 

iman  gətirdilər.  Biz  (lütfümüz  ilə)  onlara  düzgün  yol  göstərdik,  onların 

(təmiz) ürəklərində (Allaha iman və məhəbbət) əlaqələrini möhkəmlən­

dirdik.  Onlar (bütpərəstlər və kafirlər) arasında qiyam edib dedilər:  «Bi­

zim  Allahımız  yeri,  göyləri  yaradandır və biz  o  tək  Allahdan  başqa  heç 

kəsi  Allahlığa qəbul etmirik. Əgər biz bütpərəstlər kimi  fikirləşsək,  çox 

ağır xətaya yol vermiş olanq...».

Maraqlıdır ki, miladdan  əvvəl  18-ci  əsrdən  miladın  2-ci  əsrinə 

qədər olan  müxtəlif xarakterli  hekayələrin  məcmusundan  ibarət olan 

Tövratda Əshab-i  Kəhf barədə məlumat verilmişdir.

1664-cü  ildə  Təbrizdə  olmuş  fransız  səyyahı  və  taciri  Şarden 

yazır:  «Azərbaycanın  maliyyə  naziri  Mirzə  Tahir  mənə  dedi:  «Ta­

pılmış  sikkələr  arasında  Midiyanın  qədim  şahları  tərəfindən  zərb 

edilmiş çoxlu qızıl  və gümüş  sikkə vardır». Mirzə Tahir həmin  sikkə­

lər  üzərində  yunan  hərflərilə  yazılar  və  təsvirlər  olduğunu  söylədi. 

Onun  dediyinə  görə  «Dəqyanus»  sözü  həmin  sikkələr üzərində  zərb 

edilmişdir.  O,  Dəqyanus  sözü  haqqında  məlumat  verməyi  məndən 

xahiş  etdi.  Mən  cavabında  dedim  İri,  heç  vaxt  belə  bir  ada  rast  gəl­

məmişəm.  Lakin, hər halda bu,  Daranın adı ola bilər».

Qeyd etmək lazımdır ki,  I  Dara miladdan əvvəl  522-486-cı  illər­

də  hökmranlıq  etmişdir.  Bəs  Dəqyanus  kim  idi?  Azərbaycanın  bəzi 

tarixçiləri  iddia edirlər ki, miladi 284-305-ci  illər arasında Roma hökm-

63

dan  olmuş  Diokletian Qay  Avreli  ola bilər.  Çünki  o,  xristianları  sıxış­



dırmağa  başlamışdı.  Lakin  apardığımız  axtarışlar  nəticəsində  məlum 

olmuşdur ki, Dəqyanus  təqribən miladi  200-251-ci  illər arasında yaşa­

mış  və  miladi  249-cu  ildən  Roma  imperatoru  olmuş  Desi  Qay  Mcssi 

Kvin  Trayandır.  Desi  həqiqətən  imperiya  ərazisinin  hər  yerində  ilk 

dəfə xristianları  təqib etməyə başlamışdır.  Nəhayət,  251-ci  ildə  qatlar­

la, yəni qədim German tayfaları  ilə vuruşmada həlak olmuşdur.  Yeniy­

etmə cavanmərdlər həmin  imperatorun zülmündən  və təqibindən  yaxa 

qurtarmaq  üçün  qaçıb  Naxçıvandakı  mağarada  sığınacaq  tapmışdılar. 

Quranın «Əshab-i  Kəhf» surəsində Makedoniyalı  İskəndərin (miladdan 

qabaq  336-323-cü  illərdə  hökmranlıq  etmişdir)  Dərbənddə dəmir qapı 

saldırması  hadisəsi  Əshab-i  Kəhf hadisəsindən  sonra  şərh  edilmişdir. 

Bundan  başqa,  həmin  hadisə  Tövratda da qeyd edilmişdir.  Deməli, ca- 

vanmordlər  mağaraya  islamiyyət  dövründə  deyil,  Məhəmməd  pey­

ğəmbər  anadan  olandan  təqribən  320  il  qabaq  sığınmışdılar.  Quranda 

qeyd edildiyi  kimi, onların 300  il  mağarada yuxuya getmələrini  nəzərə 

alsaq,  mərd cavanlar Məhəmməd peyğəmbər anadan olandan  11  il  qa­

baq Allah tərəfindən behiştə aparılmışlar.

Əshab-i  Kəhf mağarasında üzərində  gözəl  nəstəliq  xəttilə,  ərəb 

dilində yazı  həkk  edilmiş daş qoyulmuşdur.  Həmin daşm ortasında Qu­

randan  «Əshab-i  Kəhf»  surəsinin  bir  neçə  ayəsi  eynilə  köçürülmüş, 

daşın  ətrafında  isə Naxçıvan  hakimi,  Kəngərli  tayfasından  olan  Xuda- 

qulu xanın xələfi  Şükrulla xan hicri  1190-cı  il səfər ayında (mart,  1776- 

cı  ildə)  atası,  Naxçıvan  hakimi  Xudaqulu  xanın  şərəfinə  sözlər  yaz­

dırmışdır.  Deməli,  hələ  220  il  bundan  öncə  Naxçıvan  hakimi  olmuş 

Şükrulla xan Əshab-i  Kəhfın Naxçıvan  şəhəri  yaxınlığındakı mağarada 

olduğunu  dəqiq  bilirmiş.  Daş  üzərindəki  ərəb  dilində  yazı  ilk  dəfə  bi­

zim Seyidağa Onullahi tərəfindən oxunmuşdur.

Qəribədir  ki,  Türkiyə  alimləri  Əshab-i  Kəhfin  Anadolu  ərazi­

sində  yerləşdiyini  iddia  edir  və  aldığımız  məlumata  görə  bu  barədə 

kitabça  da  buraxmışlar.  Təəssüf ki,  biz həmin  kitabçanı  əldə  edə  bil­

mədik.  Lakin  Quranda  günəş  çıxarkən  mağaranın  sağ  tərəfindən,  ba- 

tarkon  sol  tərəfindən  şüa  salması,  indi  də  haqqında  bəhs  etdiyimiz 

mağarada  həmin  vəziyyətin  mövcud  olması,  220  il  bundan  öncə  hə­

min  mağarada  üzərində  «Əshab-i  Kəhf»  surəsindən  bir  neçə  ayənin 

ərəb dilində yazılıb həmin  mağaraya qoyulması, mağaranın  quruluşu,



6 4

görünüşü -  bütün deyilənlər bizə qəti  fikir söyləməyə imkan verir ki, 

Əshab-i  Kəhf  Naxçıvan şəhəri yaxınlığındakı mağaradır.'

FAZİL QIŞLAĞI - Naxçıvan  əyalətinin Qarabağ nahiyəsində məzrə 

(əkin yeri) adı.1

 2 "Fazil qışlağı"  adlı  yer də əkin yeri mənasındadır. 

FƏRHAD  -  Naxçıvan  əyalətinin  Şərur  nahiyəsində  kənd  adı.3  Əsli 

"Fərhad  arxı”  məzrəsidir,  "Qalacıq  kəndinin  yaxınlığında  yerləşir" 

(yenə orada).

FÜRUZABAD - Naxçıvan əyalətinin Naxçıvan nahiyəsində kənd adı.4 

GAK- Culfa r-nunda kənd adı.

GƏDİK - Culfa r-nunda Zəngəzur silsiləsində aşırım adı. 

GƏDİKDAĞ - Culfa r-nunda Zəngəzur silsiləsində dağ adı. 

GƏMİQAYA  -  Ordubad  r-nunda  Tivi  və  Nəsirvaz  kəndlərinin  şi­

mal-şərqində  qaya  adı.  Digər  adı  Qapıçıq  (hünd.  3906  m).  Qapıçıq 

dağının adı  nə vaxtsa xalq arasında dolaşan Nuhun  gəmisi haqqındakı 

əfsanə ilə əlaqədar Gəmiqaya adlanmışdır.



GƏMİQAYA  -  Şahbuz  r-nunda  Kömür  kəndinin  şərqində  dağ  adı 

(hünd. 2970 m).



GƏNZƏ  -  Ordubad  r-nda kənd  adı.5 Ərəb dilində  kənisə -  "atəşpə­

rəstlərin  məbədi"  sözündəndir.  İsmayıllı  r-nunda Kənzə dağı,  Kənzə 

kənd adları  ilə mənaca  eynidir.

GƏNZƏÇAY -  Ordubad  r-nunda çay (uz.  17 km)  adı.  Arazın  sol qo­

ludur.  Mənbəyini  Zəngəzur  silsiləsinin  cənub-qərb  yamacından  alır. 

Kənzə  dərəsi  adlı  dərənin  adı  ilə  adlanmışdır.  Ərəb dilində Kənisə -  

"atəşpərəstlərin məbədi"  sözündəndir.  Bax:  Kənzə k.



GƏRAY  -  İrəvan  əyalətinin  Karbi  nahiyəsində  (indi  Naxçıvan  MR- 

in  Şərur  r-nunda)  kənd  adı.*’  "Quşçu  kəndinin  yaxınlığında  yerləşir" 

(yenə orada).

GƏRMƏÇATAQ  -  Babək  r-nunda  kənd  adı.  Mənbədə  kəndin  adı 

"Kərim  çatağı"  kimi  yazılmışdır.7 8

  Türk  dillərində  çatak  -   "iki  dağın 

birləşdiyi yer"R sözündəndir.





Seyidağa  Onullalu.

  Cavanlar  30  il  Əshab-i  Kohf  mağarasında  yuxuya  getmişdilər.  «Naxçı­

van» qəzeti,  15  avqust  1996-cı  il.

2 .


İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  166.

3  Yenə orada,  s.  38.

4

Yenə orada,  s.  165.



5  Yenə  orada,  s.  148.

6  Yenə  orada, s.  58.



Шанязов K.K.

  К этнической  истории  узбекскою   народа.  Ташкент,  1974,  с.  125.

8  İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  142.

GƏRMƏÇATAQ  ÇAYI  -  Babək  r-nunda Cəhri  çayının  sol  qolunun 

(uz.  20 km) adıdır.  Kərimçatax kəndinin adı  ilə adlanmışdır. 



GİLANÇAY  -  Ordubad  r-nunda  Qoşadizə  kəndinin  qərbindən  axan 

çay (uz. 53  km) adı.  Bax:  Xaraba Gilan.



GİLANÇAY  -  Ordubad  r-nunda  kənd  adı.  Kənd  Gilançaym  adı  ilə 

adlanmışdır.

GİNDİVAZ  -  İrəvan  quberniyasının  Şərur-Dərələyəz  qəzasında 

kənd  adı.'  Fars  dilində kund  - ’’təpə"  və  qədim  türk-monqol  dillərin­

də bays, vayz, vaz -  "sıldırım"2 sözlərindən ibarətdir.

GİRDƏNİ - Ordubad r-nunda kənd adı.

GİRDƏNÇAY - Ordubad r-nunda Vənəndçayın sağ qolunun adı. 

GİRDƏSƏR -  Şahbuz r-nunda suayrıcının adı.

GORAN  QALASI  DAĞI  -  Şərur  r-nunda  Dizə  kəndindən  şimalda 

dağ (hünd.  1132 m) adı.



GORAN  QALASI  -  Şərur  r-nunda  Mahmudkənd  kəndinin  şimal- 

şərqində  dağ  adı.  Türk  dillərində  kuran,  xuren  "maldar  elin  düşərgə 

yeri,  alaçıqlar  qurulan  yer",  dayanacaq3  sözündəndir.  Roşidəddin  ya­

zır ki,  bir kuran  1000  alaçıqdan  ibarət  olurdu.4  Qeyd  etmək  lazımdır 

ki,  Azərbaycanda  "Goran"  adlı  çoxlu  yer adı  vardır.  Məsələn,  dağlıq 

Şirvanda  Goran  yurdu,  Goran  yolu,  Goran  qışlağı  və  s.5  Müəllif bu 

adları  Kolanı  tayfasının  Goran  qolunun  adı  ilə  bağlamışdır.  Deməli, 

"Goran  qalası"  toponimi  həm  də  Qarabağın  böyük  tayfalarından  biri 

olmuş6 Kolanı tayfasının adı  ilə əlaqədar ola bilər.

GOVURQALA  -  Şərur  r-nunda  Axura  kəndinin  şimal-şərqində, 

Axuraçayla Havuşçayın birləşdiyi yerdə qədim qala adı.



GÖYDAĞ - Culfa  r-nunda  Boyehmod kəndinin cənubunda dağ adı. 

GÖYNÜK  -  Culfa  r-nunda  kənd  adı.  Mənbədə  Naxçıvan  əyalətinin 

Sair Məvazi  nahiyəsində kənd kimi qeyd olunur.7 Azərbaycan dilində 

göy  (yaşıl,  otlaq  yer  mənasındadır)  və  türk  dillərində  nük  -   "çay  ya­

tağı" sözlərindəndir.

6 5

Paqiryev D.D.

  Göstərilən  əsəri,  s.  62.



Кузьмина ГГ.

  Словарь  географических терминов  и  других  слов,  встречающиеся  в 

бурятских  географических  названиях.  М.,  1969,  с.  13.



Radlov  У. V.

  Göstərilən  lüğnti,  11,  2,  s.  1455.

4

Рашид ад-Дии.



  Сборник  летописей, т.  I  кн.  I,  М-Л.,  1952.



BandMiyev  N.S.

  Dağlıq  Şirvanın  bəzi  toponimlərinin  m ənşəyinə  dair.  " Toponimik  tədqiqat­

ların  tarixi".  Bakı,  1992,  s.  149,

Bu  barədə  bax: 

Гейбуляаев Г.А.

  Топонимы  Азербайджана,  Баку,  1986 

İrəvan  əyalətinin  icmal  dəftəri,  s.  140.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə