S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə137/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   133   134   135   136   137   138   139   140   ...   145

betaadrenoblokatorlar neyrohormonal modulyatorlar kimi, AÇF 
ingibitorlarına  əlavə  olunur;  aldesteron  reseptorlarının  antaqonistləri 
AÇF  ingibitorları  və  betaadrenoblokatorlar  ilə  birlikdə  xronik ürək 
çatışmazlığının təzahürlü gedişində təyin olunur; diuretiklər, orqanizmdə 
natrium v
ə  suyun ləngiməsi ilə  əlaqədar  meydana  çıxan  ürək 
çatışmazlığında  bütün  xəstələrə  göstərişdir;  ürək qlükozidləri səyrici 
aritmiya il
ə  müşayiət olunan təsadüflərdə  daha effektivdir və  nəhayət 
angiotenzin  respetorlarının  antaqonistləri  AÇF  ingibitorlarının 
keçirilm
əməzliyində, bəzən isə 
onlarla birlikd
ə 
t
əzahürlü 
dekompensasiyalar  zamanı  verilir.  İndi  məlum olur ki, xronik ürək 
çatışmazlığı özünün inkişafı və proqressivləşməsinə görə neyrohormonal 
konsepsiyaya istinad edir v
ə  onun müalicəsində  istifadəsi tövsiyə 
olunmuş  AÇF  ingibitorları,  betaadrenoblokatorlar,  aldostoron  və 
angiotenzin res
eptorlarının  antaqonistləri neyrohormonal modulyatorlar 
statusunu 
daşıyır.  Statinlər, ürəyin  işemik  xəstəliyinin nəticəsində 
meydana çıxan xronik ürək çatışmazlığının bütün təsadüflərində, həm də 
ÜİX-li xəstələrdə  xronik ürək  çatışmazlığının  inkişaf  riskini  azaltmaq 
üçün t
əyin olunur; qeyri-düz təsirli antikoaqulyantlar, səyrici aritmiya ilə 
müşayiət  olunan  ÜİX  və  xronik ürək  çatışmazlığı  təsadüflərində 
göst
ərişdir.  Xronik  ürək  çatışmazlığının  müalicəsində  istifadəsi tövsiyə 
olunmuş köməkçi dərmanların, xəstəliyin proqnozuna olan müsbət təsiri 
sübüt  olunmamışdır  və  onların  bu  məqsədlə  istifadəsi, xəstəliyin özünə 
yox, dekompensasiyanı ağırlaşdıran situasiyalara yönəlmişdir:  

periferik  vazodilatatorlar  (nitratlar)  yanaşı  gedən 
stenokardiya zamanı qəbul olunur;  
-  kalsiumun l
əng  kanalları  blokatorları  (sürəkli təsirə  malik 
dihidropiridinl
ər)  davamlı  stenokardiya  və  arterial 
hipertenziya zamanı təyin olunur; 
-  antiaritmik preparatlar (III sinif antiaritmikl
ər) həyati 
t
əhlükəli mədəcik mənşəli aritmiyalar zamanı verilir; 
-  aspirin v
ə  digər  antiaqreqantlar  keçirilmiş  miokard 
infarktından sonra ikincili profilaktika məqsədilə işlənilir; 
-  qeyri-qlükozid inotrop stimulyatorlar, xronik ür
ək 
çatışmazlığının  davamlı  hipotoniya  və  sol mədəciyin  atım 
fraksiyasının 
azalması 
ilə 
müşayiət olunan 
dekompensasiyası,  yəni  ağırlaşması,  kəskinləşməsi  zamanı 
lazım olur. 
 
         Yeri g
əlmişkən qeyd edək ki, xronik ürək  çatışmazlığının 
müalic
əsində  polipraqmaziyaya yol vermək olmaz, çünki bəzi hallarda 
olduğu kimi xəstəyə 6-14 dərman təyin olunması müsbət nəticədən çox 
m
ənfi nəticələrə  gətirib çıxarır.  Bu  baxımdan  müalicə  həkimi, xronik 
 
313 


ür
ək  çatışmazlığının  müalicəsi üçün tövsiyə  olunmuş  dərmanların 
farmakoloji, farmakinetik, farmakoterapevtik v
ə  digər xüsusiyyətlərini 
əsaslı dərəcədə bilməlidir. 
 
AÇF  ingibitorları  hazırda,  xronik  ürək  çatışmazlığının 
müalic
əsində ön xəttdə duran, önəmli dərman preparatları sayılır; onların 
effektiv t
əsiri  yaşdan,  klinik  vəziyyətdən, xəstəliyin  gedişi  və  ağırlıq 
d
ərəcəsindən  asılı  olmayaraq, bütün təsadüflərdə  qeyd edilir. Onu da 
qeyd ed
ək ki, işemiya mənşəli xronik ürək çatışmazlığında, qeyri-steroid 
iltihab 
əleyhinə  dərmanların  böyük  dozaları  ilə  birlikdə  işlənildikdə  və 
h
əm də  qadınlarda  onların  effektivliyi  bir  qədər azala bilər; özü də  bu 
deyil
ənlər, aspirinin kiçik dozalarda qəbul  olunmasında,  demək olar ki 
rast g
əlinmir. Bununla belə,  AÇF  ingibitorlarını  alan  xronik  ürək 
çatışmazlıqlı xəstələrə, xüsusilə onların dekompensasiya dövründə qeyri-
steroid iltihab 
əleyhinə  preparatların  verilməsi məsləhət deyildir. Ürək 
qüsurları  və  xüsusilə  ürək dəlikləri stenozunun üstünlüyü ilə  olan 
qüsurların  nəticəsində  baş  vermiş  xronik  ürək  çatışmazlığının  AÇF 
ingibitorları  ilə  müalicəsi məqbul  sayılmir;  belə  hallarda  əsas xəstəlik, 
y
əni ürək qüsuru cərrahi  üsulla  korreksiya  olunmalıdır.  Söz yox ki, 
x
əstəlik cərrahi  əməliyyata  qədər kompensasiya vəziyyətinə 
g
ətirilməlidir və  bu məqsədlə  xəstəyə  verilən bütün dərmanlar və  o 
cüml
ədən  AÇF  ingibitorlarının  dozaları  müvafiq  şərtlərə  uyğun  olaraq 

əyyən edilməlidir. Hazırda xronik ürək çatışmazlığının müalicəsində 
ən  çox  işlənilən AÇF  ingibitorlarına  benazepril,  zofenopril,  kaptopril, 
kvinapril, lizinopril, perindopril, spirapril, ramipril, fozinopril, silazapril, 
enalapril aiddir. Bunlardan xronik ür
ək çatışmazlığının müalicəsində ən 
çox istifad
ə  olunanları  enalaprit  və  kaptoprildir  (sinif A). Fozinopril, 
perindopril v
ə lizinoprilin müalicə effektivliyi B sinif səviyyəsində təsdiq 
olunmuşdur.  Kəskin  miokard  infarktını  keçirmiş  xəstələrdə  xronik ürək 
çatışmazlığının  profilaktikası  üçün  kaptopril,  ramipril,  fozinopril  və 
perindopril, A  s
əviyyəsində  tövsiyə  edilmişdir.  Perindopril  ürəyin 
postinfarkt remodelyasiya prosesinin gedişini ləngidir və bu yolla xronik 
ür
ək çatışmazlığının inkişafına maneçilik törədir. Son illərin tədqiqatları 
göst
ərmişdir  ki,  perindopril,  ramipril  əsasən (A sinif) və  kvinapril, 
spirapril is
ə hissəvi olaraq (B sinif səviyyəsində) ürəyin işemik xəstəliyi, 
arterial  hipertenziya,  şəkərli  diabet,  periferik  ateroskleroz,  keçirilmiş 
miokard infarktı, insult fonunda, xronik ürək çatışmamazlığının inkişafını 
daha effektiv 
almağa qabildir; onlar həm də I və II funksional sinifə aid 
x
əstələrdə  dekompensasiyanın  profilaktikası  üçün  tövsiyə  olunmuşdur. 
AÇF  ingibitorları  ilə  müalicə  olunan xəstələrin 2-5%  -  də 
hiperkreatinemiya, quru öskür
ək, angionevrotik ödem, hipotoniya kimi 
əlavə,  xoşagəlməz hallar rast gəlinə  bilər. Hər iki böyrək  arteriyasının 
 
314 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə