S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə136/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   132   133   134   135   136   137   138   139   ...   145

proqressivl
əşməsinin  yavaşımasına  meyl  yaradır.  6  dəqiqəlik  yeriş 
sınağını 200 metrdən çox qət etmiş pasiyentlər üçün yeriş şəkilində fiziki 
yükl
ənmə  təyin edilir; bu zaman xəstənin  tövşüməsi,  taxikardiyası, 
yorğunluğu, bədən çəkisinin itirilməsi kimi göstəricilər, geriyə, tənəffüs 
h
ərəkətlərindən ibarət  fiziki  tapşırıqlara  qayıtmaq  və  ya fiziki 
yükl
ənməni bir qədər də artırmaq qərarlarına əsas yaradır.  
  
X
əstələrin  fiziki  reabilitasiyası  işində,  yeriş  şəkilində  fiziki 
yükl
ənməni mərhələlərlə həyata keçirmək vacibdir. Başlanğıc mərhələdə 
h
əftədə  5 dəfə, hər dəfə  1 km məsafəni 25 dəqiqə  müddətində  qət 
etm
əklə, 6-10 həftə  ərzində  məşğul  olurlar;  bundan  sonra  klinik 
v
əziyyətin  stabilliyi  şərtilə  2-ci mərhələyə  başlayırlar;  ikinci  mərhələdə 
h
əftədə 5 dəfə, hər dəfə 2 km məsafəni, hər kilometrini 20 dəqiqə ərzində 
q
ət etməklə, cəmi 12 həftə  məşğul  olurlar.  Bundan  sonra  klinik 
v
əziyyətin stabilliyi şərtilə pasiyentlərə daimi fiziki məşqlər təyin edilir. 
6 d
əqiqə ərzində 500 m və daha çox məsafəni qət etmiş pasiyentlər gündə 
40 d
əqiqə ərzində, 5-6 km/saat sürətli yerişlə, 6-8 ay müddətində məşğul 
ola  bil
ər. Onu da qeyd edək ki, fiziki məşqlərin  saxlanılmasından  3  ay 
sonra,  effektivliyi  sona  çatdığı  üçün,  xronik  ürək  çatışmazlığı  olan 
pasiyentl
ər onları ömür boyu icra etməlidirlər. 
 
Xronik ür
ək  çatışmazlığı  olan  xəstələrin  hamısına,  artıq  yuxarıda 
qeyd etdiyimiz kimi, siqaretç
əkmənin dayandırılması qəti şəkildə tövsiyə 
olunur;  onlara qrip
ə qarşı və  ya  B hepatit vaksinasiyalarının aparılması 
m
əqsədə uyğun sayılır; onların hündür dağlıq, yüksək temperaturlu və ya 
çox rütub
ətli  şəraitdə  qalmaqları  məqsədə  uyğun  deyildir  və  tövsiyə 
olunmur; m
əzuniyyətlərinin vərdiş olduğu iqlim zonasında keçirməkləri 
m
əsləhətdir; uzaq məsafələrə getmək lazım olduqda 2-2,5 saatlıq müddət 
ərzində  davam olunan təyyarə  uçuşlarından istifadəsi məqbul  sayılır; 
uzun müdd
ətli  uçuşlar  aşağı  ətraflarda ödemlərin  artmasına,  baldırın 
d
ərin  venalarında  trombozların  əmələ  gəlməsinə  səbəb olur; bütün 
hallarda onlara uzun müdd
ət  ərzində  fiksə  olunmuş  vəziyyətdə  qalmaq 
əks göstərişdir; hər 30 dəqiqədən bir ayağa durmaq, gəzmək və  yüngül 
gimnastika etm
ək tövsiyə olunur; isti və rütubətli şəraitdə qəbul olunan 
sidikqovucu d
ərmanların  dozalarının  korreksiya  olunması  fərdi  şəkildə 
olmalıdır.  Onu da qeyd edək ki, rekompensasiya, müalicə  və  fiziki 
m
əşqlər, xəstənin klinik vəziyyətini, həyat keyfiyyəti göstəricilərini, həm 
d
ə libido ilə seksual fəallığını yaxşılaşdırır; IV funksional sinif xəstələri 
üçün seksual f
əaliyyət məhdudlaşdırılmalıdır;  digər funksional siniflər 
üçün requlyar cinsi f
əallıq,  xronik ürək  çatışmazlığında 
dekompensasiyanın  inkişaf  riskini,  demək  olar  ki,  yaratmır;  xəstələr, 
arterial qan t
əzyiqini yüksəltməyən və şəkərli diabeti kəskinləşdirməyən 
seksual  stimulyatorlardan,  vaxtaşırı  istifadə  edə  bilərlər; bəzi hallarda 
cinsi 
əlaqədən əvvəl, dilin altına nitroqliserinin qəbul olunması məsləhət 
 
311 


görülür. Xronik ür
ək çatışmazlığı ilə pasiyentin gündəlik iş və istirahət 
qaydaları  və  ya rejimi, onun funksional sinifindən  asılı  olaraq 
qurulmalıdır; I-II funksional sinifli xəstələr 7-8 saat gecə, 40 dəqiqə - 1 
saat  gündüz  yatmalı,  45  dəqiqə  dinamik fiziki məşğələlər ilə  məşğul 
olmalı, 10-12 saat fəal, 3-4 saat qeyri-fəal olaraq vaxtını sərf etməlidir; 
III-IV funksional sinifli x
əstələr 8 saat gecə və 1-2 saat gündüz yatmalı, 
30-15 d
əqiqə fiziki məşğələlərlə məşğul olmalı,7-8 saat qeyri-fəal olaraq 
vaxtını sərf etməlidir. 
 
Hazırda,  xronik  ürək  çatışmazlığı  olan  xəstələr fasiləsiz olaraq 
stasionar v
ə ambulator nəzarəti altında olmalı, onlar və onları əhatə edən 
yaxın  adamlar  xəstəliyin  gedişini,  qulluq  qaydalarını,  vaxtında  tədbir 
görm
əyi və  ekstern  yardım  göstərməyi  bacarmalıdırlar;  həyat tərzini 
sağlamlaşdırmayan,  pəhrizi gözləməyən, həkimin tövsiyələrinə  və 
terapevtik rejim
ə  əməl etməyən, fiziki fəallıqla  məşğul  olmayan 
x
əstələrin arasında, hələ də yüksək ölüm faizi qeyd edilir. Pasiyentləri və 
onların  yaxın  adamlarını  özünə  nəzarət  üsullarına,  diyetik  qaydalara, 
fiziki f
əallığa,  medikamentoz  müalicəyə, xronik ürək  çatışmazlığının 
gedişini  müşahidə  etmək qabiliyyətinə,  yeni  informasiyaların  əldə 
olunmasına, lazım olanda vaxtında və ekstren olaraq, təxirəsalınmaz tibbi 
yardıma müraciət etmək vərdişlərinə öyrətmək lazımdır (dispanserizasiya 
v
ə  ya dekompensasiyalı xəstələr üçün məktəb və  ya da multidissiplinar 
yanaşma). Eyni zamanda xəstələrlə tibbi-sosial, psixopedaqoji və sosial-
hüquqi xarakterd
ə iş aparılması lazımdır. 
 
Hazırda,  ümumiyyətlə  xəstəliklərin və  o cümlədən xronik ürək 
çatışmazlığının  medikamentoz  müalicəsi  planlı  şəkildə  aparılmış 
samballı  tibbi  tədqiqatların  əsasında  təsiri,  dozaları,  qəbul  qaydaları 
sübuta  yetirilmiş  dərmanların  vasitəsilə  yerinə  yetirilir. Xronik ürək 
çatışmazlığının müalicəsində istifadə olunan dərman preparatlarını A, B 
v
ə C sinifləri üzrə əsas, əlavə və koməkçi olmaqla üç qrupa ayırd edirlər. 
Əsas  olan  A  qrupu,  xronik  ürək  çatışmazlığının  klinikasına,  həyat 
keyfiyy
əti göstəricilərinə  və  proqnoza  şübhəsiz effektiv təsir göstərən 
AÇF  ingibitorlarını,  betaadrenoergik  blokatorları,  antialdesteron 
preparatları, diuretikləri, ürək qlükozidlərini, angiotenzin reseptorlarının 
antaqonistl
ərini  əhatə  edir;  əlavə  olan B qrupa statinlər və 
antikoaqulyantlar v
ə köməkçi olan C qrupuna periferik vazodilatatorlar, 
kalsium  kanallarının  blokatorları,  aspirin,  qeyri-qlükozid inotrop 
d
ərmanlar, antiaritmik preparatlar daxildir. 
 
Qeyd etm
ək  lazımdır  ki,  A  qrupuna  daxil  olan  əsas  preparatların 
effektivliyi  artıq  sübuta  yetirilmişdir  və  onlar, məhz xronik ürək 
çatışmazlığının  müalicəsi üçün tövsiyə  olunmuşdur.  AÇF  ingibitorları 
etiologiya, x
əstəliyin inkişaf mərhələsi və dekompensasiya tipindən asılı 
olmayaraq, xronik ür
ək  çatışmazlığı  olan  bütün xəstələrə  göstərişdir; 
 
312 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə