S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə144/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   137   138   139   140   141   142   143   144   145

ekstren tibbi yardımın göstərilməsidir. Bunun üçün, aşağıdakı tədbirlərin 
icrasına riayət etmək lazımdır:  
-  diuretikl
əri  AÇF  ingibitorları  və  aldosteron antaqonistləri 
(spironolakton) fonunda t
əyin etmək;  
- diuretikin 
əvvəlkindən iki dəfə böyük dozada vena daxilinə 
yeritm
ək,  lazım  olarsa  (məsələn, laziksi) sutkada iki dəfə 
transfuziya etm
ək və  ya gün ərzində  vena daxilinə 
damcılatmaq; 
- sistolik arterial qan t
əzyiqinin 100 mm c.s.-dan çox olduğu 
t
əsadüflərdə  əvvəl vena daxilinə  2,4%-li 10 ml eufillin və 
ondan bir neç
ə dəqiqə sonra laziksin yeridilməsi; hipotoniya 
halında vena daxilinə dopaminin damcılandırılması və sonra 
laziksin vena daxilin
ə yeridilməsi; 
-  diuretikl
ərin, hipoproteinemiya hallarında qan  plazması və 
ya albuminl
ə  birlikdə  vena daxilinə  yeridilməsi; qanda 
zülalların  konsentrasiyası  normal  həddlərdə  tərəddüd edən 
t
əsadüflərdə, diuretiklərin 96%-li 2 ml steril etanol məhlulu 
il
ə birlikdə, vena daxilinə yeridilməsi; 
-  t
əzahürlü  hipotoniya  hallarında  levosimendan, dobutamin, 
dopamin kimi müsb
ət inotrop təsirli  preparatların 
qlükokortikoidl
ərlə vena daxilinə damcılandırılması; 
-  diuretikl
ərin  yuxarıda  göstərdiyimiz kimi kombinasiya 
olunması; 
-  h
əyati göstərişlərə  görə  plevral, perikardial mayelərin 
parasentez üsulu il
ə xaric olunması; 
- ultrafiltrasiya. 
 
         Son ill
ər ərzində xronik ürək çatışmazlığının müalicəsində istifadə 
olunan 
əsas dərmanların  cədvəlində  birinci  sıradan  xeyli  aşağı  düşmüş 
olan ür
ək qlükozidləri, hələ də öz yerini itirməmişdir. Məlum olmuşdur 
ki, ür
ək qlükozidləri ürək  çatışmazlığının  proqnozunu  yaxşılaşdıra  və 
x
əstəliyin proqressivləşməsini ləngidə  bilməsə  də, həm səyrici aritmiya 
v
ə  həm də  sinus ritmi fonunda klinik vəziyyətini,  həyat keyfiyyəti 
göst
əricilərini yaxşılaşdırır, kəskinləşmələrin və hospitalizasiyanın sayını 
azaldır.  Ürək qlükozidləri ürəyə  müsbət inotrop, mənfi xronotrop  və 
neyromodulyator effektl
ər göstərir. Hazırda xronik ürək çatışmazlığının 
müalic
əsində, müsbət təsiri A sinif səviyyəsində sübut olunmuş diqoksin 
t
ətbiq edilir. Diqoksinin  böyük  dozaları  (0,375  mq/sutka)  qısa  müddət 
ərzində intoksikasiya yaratdığı və proqnoza neqativ təsir göstərdiyi üçün
onu kiçik dozalarda (0,25-0,30 mq/sutka) t
əyin edirlər. Diqoksin kiçik 
dozalarda neyrohormonal modulyator kimi f
əaliyyət göstərir, ürəyin 
yığılma gücünü və sürətini stimulyasiya edir və ürək ritmini nizamlayır; 
 
327 


böyr
ək  çatışmazlığında  diqoksin  dozası  müvafiq  şəkildə  azaldılmalıdır; 
s
əyrici  aritmiya  zamanı  diqoksinin,  onun AV keçiriciliyini və  ürək 
vurğularının  tezliyini  azaltmaq  qabiliyyətinə  görə,  birinci  sıra  dərmanı 
kimi tövsiy
ə  olunur;  sinus  ritmi  fonunda  inkişaf  edib  davam  olunan 
xronik ür
ək  çatışmazlığının  müalicəsində  diqoksin  AÇF  ingibitorları, 
betaadrenoblokatorlar, aldosteron antaqonistl
əri və  diuretiklərdən sonra 
beşinci yeri tutur; onun koronar patologiya və stenokardiya ilə müşayiət 
olunan t
əsadüflərdə təyin olunması, həkimdən ehtiyatlı və diqqətli olmağı 
daha çox t
ələb edir. 
 
Angiotenzin II resepto
rlarının  blokatorlarına  kandesartan, losartan 
v
ə valsartan aiddir. Bunlardan kandesartan xronik ürək çatışmazlığının I-
IV funksional sinifl
ər, ürəyin  diastolik  çatışmazlığı  zamanı,  başlanğıc 
(start)  dozası  4  mq/sutka,  terapevtik  dozası  16  mq/sutka  və  maksimal 
doz
ası 32 mq/sutka olmaqla təyin olunması tövsiyə olunur; valsartan II-
IV funksional sinifl
ər  zamanı  və  infarktdan  sonrakı  dövrdə  müvafiq 
olaraq 40 mq/sutka; 80 mq/sutka v
ə 160 mq/sutka dozalarında verilməsi 
tövsiy
ə  olunur;  losartanı  AÇF  ingibitorlarının  keçirilməməzliyi  zamanı 
v
ə  xronik ürək  çatışmazlığının  profilaktikası  üçün  25  mq/sutka,  50 
mq/sutka v
ə 100 mq/sutka dozalarda təyin edirlər. 
 
Xronik ür
ək  çatışmazlığı  zamanı,  qanın  damarlarda  və  ürək 
boşluqlarında durğunluğu nəticəsində ürək və damardaxili trombozların, 
trombemboliyaların  baş  verməsi  riski  artır.  Ona  görə  də, xronik ürək 
çatışmazlığına  düçar  olmuş  və  xüsusilə  yataq rejiminə  düşmüş 
pasiyentl
ərdə tromboz və emboliyaların qarşısını almaq üçün enoksiparin 
(40 mq/sutka, 2-3 h
əftə  ərzində) və  dalteparinlə  müalicə  olunması,  A 
sinif s
əviyyəsində tövsiyə olunur. Səyrici aritmiya ilə müşayiət olunan və 
trombemboliya riskinin yüks
əlməsilə  gedən təsadüflərdə  oral qəbul 
olunan qeyri-düz antikoaqulyantlarla (sinkumar, varfarin) müalic
ə mütləq 
göst
ərişdir.  Səyrici  aritmiyanın  mövcudluğunda  aşağıda  göstərilmiş 
halların müştərəkliyi, trombemboliya riskini yüksəldir: 

yaşın 60-dan çox olması və ya ahıl yaşlılıq; 
-  anamnezd
ə  trombemboliyanın  baş  verməsi  haqqında 
m
əlumatın olması; 
-  insult v
ə  beyin  qan  dövranının  tranzitor  pozğunluqları 
haqqında informasiya; 
- ür
əkdaxili trombların mövcudluğu; 
-  ür
əyin sol mədəciyinin  atım  fraksiyasının  35%-dən  aşağı 
düşməsi və ürək mədəciklərinin genişlənməsi (son diastolik 
ölçünün 6,5 sm-d
ən çox olması); 
- ür
əkdə cərrahi əməliyyatların keçirilməsi.  
 
 
328 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə