S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə142/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   137   138   139   140   141   142   143   144   145

-  xronik ür
ək çatışmazlığında diuretiklərlə müalicəni,  yalnız 
ödem  sindromu  meydana  çıxdıqda,  məsələn II funksional 
sinifd
ən başlayaraq təyin edirlər; onların planlı şəkildə uzun 
müdd
ət təyin edilməsi məqsədəuyğun  deyildir,  çünki  bu 
x
əstəliyin proqressivləşməsini ləngitmir; 
-  x
əstənin sidikqovucularla müalicəsini nisbətən zəif təsirli 
diuretikin, m
əsələn tiazid diuretiklərindən birinin 
(hipotiazid) t
əyinindən  başlamaq  lazımdır;  bunların 
natamam effektivliyind
ə  güclü təsirli diuretiklərə 
(furosemid, bumetanid, torasemid v
ə s) keçmək lazımdır; 
-  müalic
əni kiçik dozalarla başlamaq və sonra lazım olduğu 
q
ədər artırmaq tövsiyə olunur. 
 
         Diuretikl
ər, böyrək nefronlarında göstərdiyi təsirin lokalizasiyasına 
gör
ə  fərqli  qruplara  ayırd  olunur.  Böyrəklərdə  proksimal  kanalcıqlar 
s
əviyyəsində, zəif  təsirli diuretiklər  olan  karboanhidraza  ingibitorları 
(asetozolamid) f
əaliyyət göstərir; Henle həlqəsinin  qalxan  ayaqcığının 
kortikal hiss
əsi və distal kanalcıqların başlanğıcında tiazid və tiazidvari 
diuretikl
ər (hipotiazid, indapamid, xlortalidon) fəaliyyət göstərir; Henle 
h
əlqəsi səviyyəsində  ən gülcü diuretiklər olan həlqə  sidikqovucuları 
(furosemid, ureqit, torasemid, bumetanid) f
əaliyyət göstərir; distal 
kanalcıqlar  səviyyəsində  aldosteron antaqonistləri, yəni kaliumu 
mühafiz
ə  edən sidikqovucular (spironolakton, triamteren) fəaliyyət 
göst
ərir. 
 
Qeyd etm
ək  lazımdır  ki,  xronik  ürək  çatışmazlığı  olan  xəstələrdə 
ödem sindromunun müalic
əsində  əsas rolu tiazid və  həlqə  diuretikləri 
oynayır. Tiazid diuretikləri, məsələn hipotiazid, Henle həlqəsinin qalxan 
ay
aqcığının  kortikal  hissəsində  və  distal  kanalcıqların  başlanğıcında 
natriumun  reabsorbasiyasını  pozur,  daha  doğrusu  blokadaya  uğradır; 
onlar diurezi v
ə  natriumurezi 35-50%  artırır;  böyrək  filtrasiyasının  40 
ml/d
əq-dən  aşağı  səviyyəsində  effektsizdirlər və  buna görədə  böyrək 
çatışmazlığında  nəticə  vermirlər. Hipotiozid yüngül və  ya mötədil 
d
ərəcəli ödem sindromunda  və  II funskional sinifli xəstələrdə  start 
diuretik kimi t
əyin  olunur.  Onun  başlanğıc  dozası  25  mq,  maksimal 
dozası isə 100 mq-dır; fəal diuretik və saluretik sayılır; dozası artırıldıqda 
diuretik effekti minimal d
ərəcədə,  xoşagəlməz  əlavə  halları  isə  xeyli 
artır;  onun  əsas  çatışmazlığı  RAAS-ın  hiperaktivasiyası  və  elektrolit 
pozğunlqulardan  (hipokaliumemiya,  hipomaqneziumemiya)  ibarətdir; 
bundan ba
şqa,  hipotiazid,  sirkulyasiya  edən qan həcminin  azalması 
hesabına, qanda qlükoza və xolesterinin səviyyəsini qaldırır. Ona görə də 
tiazid v
ə  həlqə  diuretiklərinin RAAS-ın  blokatorları  olan  AÇF 
ingibitorları,  angiotenzin  reseptorlarının  blokatorları,  aldosteron 
 
323 


antaqonistl
əri ilə  birlikdə  təyin  olunması  tövsiyə  edilir.  İndapamid  və 
xlortalidon arterial hipertenziya v
ə xronik ürək çatışmazlığının başlanğıc 
m
ərhələsində  daha  çox  işlənilir.  Bunların  fəaliyyəti üçün böyrəklərin 
filtrasiya  funksiyasının  saxlanılması  şərtdir; böyrək  çatışmazlığında 
onların diuretik təsiri qeyd edilmir. Tiazid qrupuna aid olan müasir güclü 
diuretikl
ərdən biri metolazondur; onu 2,5-10  mq/sutka  dozasında  həlqə 
diuretikl
əri ilə  birlikdə  refrakter ödem sindromlu xəstələrə  verirlər. 
Hazırda  işlənilən güclü və  effektiv sidikqovuculara furosemid, etakrin 
turşusu,  uregit,  bumetanid,  torasemid  və  sairələr olmaqla həlqə 
diuretikl
əri aiddir. Onlar Henle həlqəsinin qalxan hissəsinin  hamısında 
f
əaliyyət göstərir və  böyrək  filtrasiyasının  hətta 5 ml/dəq-dən az olan 
hallarında  da  diuretik  nəticə  verirlər;  başqa  sözlə  sözügedən diuretiklər 
böyr
ək  çatışmazlığında  da  effektivdirlər. Xronik ürək  çatışmazlığında 
inkişaf edən təzahürlü ödem sindromunun müalicəsində əsas rol oynayan 
sidikqovucular, m
əhz həlqə  diuretikləridir. Uzun illər  ərzində  deyilən 
sah
ədə  furosemid  şərtsiz  lider  pozisiyasını  tutur;  onu  xəstəliyin 
k
əskinləşməsində vena daxilinə yeridir, xronik ürək çatışmazlığının II-IV 
funksional sinifli x
əstələrə  isə  uzun müddət  ərzində, daxilə  qəbul 
o
lunması  üçün  təyin edirlər;  furosemidin  başlanğıc  dozası  20-40 mq, 
maksimal  dozası  500-600 mq/sutka təşkil  edir;  xəstələrə  sutka  ərzində 
1500-1800 mq furosemidin verilm
əsi  haqqında  məlumatlar mövcuddur. 
Furosemidin diuretik effekti 6-8 saat ç
əkir, ona görə  də  ağır  dərəcəli 
t
əsadüflərdə onun sutkalıq birdəfəlik dozasını artırmaq əvəzinə, sutkada 2 
v
ə  hətta 3 dəfə  qəbul  olunmasını  tövsiyə  etmək olar. Furosemid tiazid 
diuretikl
əri kimi hipokaliumemiya, hipomaqneziumemiya, RAAS-nin 
hiperaktivliyi, hiperqlükemiya, qanda xolesterinin yüks
əlməsi kimi 
xoşagəlməz  əlavə  hallar törədə  bilər.  Burada  çıxış  yolu  onun  AÇF 
ingibitorları,  aldosteron  antaqonistləri ilə  birlikdə, adekvat dozalarda 
t
əyin  olunmasından  ibarətdir.  Etakrin  turşusu  furosemid  kimi  güclü 
diuretik sayılır və onun start dozası 25-50 mq/sutka, maksimal dozası isə 
250 mq/sutka t
əşkil  edir;  etakrin  turşusu  tərkibcə  furosemiddən fərqli 
olduğu  üçün,  furasemidə  vərdiş  olmaqla  diuretik  effekt  azaldığı 
t
əsadüflərdə  onu,  etakrin  turşusu  ilə  əvəz etmək olar; xronik ürək 
çatışmazlığının  gecikmiş  ağır  və  refrakter  ödem  sindromları  zamanı 
onları birlikdə təyin edirlər. Bumetanid furosemid və etakrin turşusu kimi 
güclü diuretik t
əsirə malik sidikqovucudur; onun start dozası 0,5-1 mq, 
maksimal dozası isə 10 mq-dır. Azərbaycanda, demək olar ki, bumetanid 
işlənmir. Hazırda güclü, effektiv və həm də nisbətən təhlükəsiz diuretik 
torasemid  sayılır;  onun  start  dozası  5-10 mq-dır,  ancaq  bunu  lazım 
olduqca 100-200 mq/sutka-ya q
ədər artırmaq olar; torasemid tipik həlqə 
diuretiki  olub, natrium v
ə  suyun  reabsorbasiyasını  Henle  həlqəsinin 
qalxan hiss
əsində  blokadaya  uğradır.  O,  öz  sorulma  qabiliyyətinə  və 
 
324 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə