S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə14/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   10   11   12   13   14   15   16   17   ...   145

 
Daxili  vidaci  venalar  qatı  trikuspidal  requrgitasiya  zamanı  gözə 
görünür, y
əni adi halda onlar görünmürlər.  Ancaq  onların  pulsasiyası 
boyun d
ərisinə yayılır. Bu pulsasiyanın ən yüksək səviyyəsi venoz təzyiq 
göst
əricisi sayılır (pulsativ manometr). Xəstənin uzanması, boynunu yana 
çevirm
əsi və  boyun dərisinə  işığın  düşməsi,  vidaci  venanın  boyun 
d
ərisində yaratdığı pulsasiyanın görünməsinə şərait yaradır. O, nəfəsalma 
zamanı  daha  yaxşı  nəzərə  çarpır.  Qeyd  etmək  lazımdır  ki,  vidaci  vena 
n
əbzi boynun iç tərəfinə,  yuxu arteriyası nəbzi isə boynun yan tərəfinə 
yayılır.  Qarın  üzərinə  təzyiq  olunması  vidaci  nəbzin  yayılma  sahəsinin 
böyüm
əsinə (1sm-ə qədər) səbəb olur. Bu zaman sözügedən sahənin daha 
çox böyüm
əsi venoz təzyiqin yüksəkliyindən xəbər verir (hepatoyuqular 
reflyuks).  S
əhvən refleks demək olmaz. Venoz təzyiqinin yüksəkliyi 
şəraitində, qarına təzyiqin göstərilməsi xəstənin tənəffüsünü çətinləşdirir. 
Venoz qan t
əzyiqinin  artması,  diafraqmanın  yuxarı  qalxması, 
sirkulyasiya ed
ən qan həcminin çoxalması, simpatik tonusun güclənməsi 
ür
ək  atımının  azalması,  qarın  nahiyəsinə  təzyiqin  olunması  vidaci  vena 
n
əbzini gücləndirir.  Yalnız  aşağı  boş  venanın  obstruksiyası  zamanı, 
sözüged
ən  sınaq  əks nəticə  verir.  Maraqlıdır  ki,  ürəyin  sağ  mədəciyin 
infarktı  zamanı,  sol  mədəciyin  çatışmazlığı  əlamətləri olmadan vidaci 
venada venoz t
əzyiqin  artması  qeyd  edilir.  Belə  halı  xronik  konstriktiv 
perikarditd
ə  nəfəsalma  aktında  görmək olar (Kussmaul simptomu). 
Daxili vidaci vena 
yuxarı boş vena səviyyəsində ürəyin sağ mədəciyinə 
açıldığı üçün, onun və ürəyin sağ qulaqcığının fleboqrammaları arasında 
f
ərq yoxdur.  
 
Vidaci vena 
fleboqrammasında A dalğasının böyüməsi və ya giqant 
şəklinə  düşməsi  trikuspidal  stenoz,  sağ  qulaqcıq  miksoması,  ağciyər 
hipertenziyası, ağciyər arteriyasına qanın daxil olmasına çətinlik olduğu 
hal,  y
əni ağciyər arteriyasının stenozu zamanı baş verir. Vidaci venaları 
auskultasiya ed
ərkən yüksək presistolik küy eşitmək olur. Bu hal yüksək 
v
ə  çırpılan  olub,  nəfəsalmada güclənir.  Fallo  tetradasında  ağciyər 
arteriyası  stenozunun  mövcudluğuna  baxmayaraq,  vidaci  venasının 
fleboqrammasında  A  dalğasının  böyüməsi qeyd edilmir.  Buna səbəb 
m
ədəciklərarası  defektin  olmasıdır.  Atrioventrikulyar  dissosiasiya, 
qulaqcıq ekstrasistola və ya düyün rtimində mədəcik və qulaqcığın eyni 
zamada  yığılması,  sağ  qulaqcığın  üctaylı  qapağın  bağlı  vəziyyətində 
yığılması, güclü A dalğasını yaradır (top dalğa).  
 
Ür
əyin sağ mədəciyinin yığılma gücünün azalması, sağ mədəciyin 
infarktı, trikuspidal requrgitasiya, sağ qulaqcığın miksoması, trikuspidal 
stenozda  sağ  qulaqcığın  hipertrofiyası  hesabına  rigidliyin artması,  sağ 
qulaqcığa  tikişlərin  qoyulması  hesabına  onun  rigidliyin  artması, 
perikardın  yoxluğu (anomaliya, travma və s), Bernheym effekti zamanı 
vidaci  venasının  fleboqrammasında  x¹  dalğasının  amplitudası  xeyli 
 
35 


d
əyişilir.  Ürəyin  sağ  mədəciyinin həcmi  artdıqda, mədəciklərarası 
ç
əpərin defektində, pulmonal requrgitasiyasında, ürəyin tamponadasında 
x¹  dalğasının  yenmə  amplitudası  güclənir. Trikuspidal requrgitasiya, 
qulaqcıqlararası  defekt,  ağciyər  venalarının  anomal  olaraq,  ürəyin  sağ 
qulaqcığına  açılması,  qan  cərəyanı  sürətinin  artması  (anemiya, 
hipertireoz, h
əyacanlı hallar, fiziki yüklənmə və s) hallarında, ürəyin sağ 
qulaqcığın sürətlə və artıq miqdarda dolmasına və vidaci vena dalğasının 
gücl
ənməsinə səbəb olur. Venoz qan təzyiqinin yüksəlməsi və trikuspidal 
qapağın çatışmazlığı, trikuspidal requrgitasiya qaraciyərin böyüməsinə və 
pulsasiyasına  gətirib  çıxarır.  Ağır  dərəcəli trikuspidal requrgitasiya 
zamanı sağ daxili vidaci venanın, sola nisbətən daha çox qanla dolması 
v
ə  burada  venoz  dalğanın  güclənməsi, xəstənin  başının  sağdan  sola 
ritmik olaraq yell
ənməsinə səbəb olur. Ağciyər arteriyasının ağır dərəcəli 
stenozunda  müşahidə  edilən ürəyin  sağ  mədəciyinin  ağır  dərəcəli 
çatışmazlığında alternativ venoz nəbz (A və V dalğalarının yüksəlməsi) 
meydana çıxır. 
 
Ür
əyin  tamponadasında  qanın  hərəkəti bütün diastola boyu 
m
əhdudlaşır,  yəni  qan cərəyanının  restriksiyası, hələ  üçtaylı  qapağın 
açılmasına  qədər  baş  verir  və  vidaci  venasının  fleboqrammasında  x¹ 
dalğasının  yenməsi  görünür,  Y  dalğası  isə  demək olar ki, dəyişilmir; 
konstriktiv perikarditd
ə isə qan cərəyanının restriksiyası üçtaylı qapağın 
açılmasından sonra və ya açılması ilə əlaqədar olaraq başlanır. Odur ki, 
bu zaman d
ərin Y dalğası görünür, x¹ dalğası demək olar ki, dəyişilmir və 
az d
əyişilir.  Ağır  dərəcəli mitral  requrgitasiyada ürəyin sol mədəciyi 
diastola  zamanı  sağ  mədəciyə  tərəf qabara bilər və  onun diastolik 
dolmasına  maneçilik  törədər (Bernheym  effekti). Sonuncu 
fleboqrammada 
V  dalğasının  yüksəlməsinə  və  Y  dalğasının  yenməsinə 
s
əbəb olur. Konstriktiv perikardit, restriktiv endokardit, ürəyin  sağ 
m
ədəciyinin  infarktı  zamanı  vidaci  venasının  fleboqramması  “kökaltı” 
nişanına (√) oxşayır və bu zaman həm də qaraciyərin pulsasiyası qeyd 
edilir. Ür
əyin səyrici aritmiyasında vidaci vena nəbzində A dalğası itir, X 
dalğasının  yenmə  amplitudası  zəifləyir,  Y  dalğasının  enmə  amplitudası 
gücl
ənir. Ürək mədəciklərinin taxikardiyasında vidaci vena nəbzində ara-
sıra  yüksək  A  dalğaları  görünür  (qulaqcıqların,  qulaqcıq-mədəcik 
qapaqlarının  bağlı  olan  vəziyyətində  yığılması).  Başqa  sözlə, mədəcik 
taxikardiyası zamanı atrioventrikulyar dissosiasiya meydana çıxır. 
 
 
 
 
 
 
36 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə