S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə12/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   8   9   10   11   12   13   14   15   ...   145

-  manjetin hava  il
ə  doldurulması  nəbzin itməsinə  qədər 
olmalıdır; 
-  arterial qan t
əzyiqinin qolda müəyyən olunmasında qol ilə 
ür
əyin səviyyəsi, demək olar ki, eyni olmaldır; 

bütün  şübhəli hallarda doppleroqrafik üsüldan istifadə 
olunması; 
-  arterial qan t
əzyiqi sutka ərzində ± 30/20 mm c.s-na qədər 
d
əyişilə bilər; 
- n
əfəsvermə aktında, qolun ürək səviyyəsindən aşağı olduğu 
halda, soyuq v
ə ya küylü şəraitdə, psixoemosional stressdə, 
fiziki yükl
ənmədə,  axşam  saatlarında  göstəricilər nisbətən 
yüks
ək alınır; 
-  müxt
əlif həkimlərdə  göstəricilər 10 mm c.s-na qədər 
f
ərqlənir; 
-  arterial qan t
əzyiqinin göstəricisini 5 mm c.s-na qədər 
yuvarlamaq olar. 
  
Arteriyadaxili, intraarterial kateterizasiya üsülü vasit
əsilə müəyyən 
olunmuş  arterial  qan  təzyiqindən yüksək olan və  həkimi  çaşdıran 
göst
əricilər psevdohipertoniya və  ya  yalançı  hipertoniya  adlanır.  Bazu 
arteri
yalarının  xeyli  sklerozlaşması  sfiqmomanometr  göstəricisini 300 
mm c.s-na q
ədər yüksəlməsini göstərdiyi halda, intraarterial qan təzyiqi 
130 mm c.s-na b
ərabər ola bilər. 
 
Arterial  hipertoniya  haqqında  olan  göstərici EKQ, rentgen, fiziki 
müayin
ə nəticələrinə uyğun gəlmədikdə, xəstədə hipertonik retinopatiya 
əlamətləri olmadıqda, bazu arteriyası bərk və sərt əlləndikdə, ona təzyiq 
olunan yerd
ən aşağıda pulsasiya itmədikdə, yalan sayıla bilər. 
 
Ür
ək əzələsinin ağır dərəcəli ürək çatışmazlığının inkişafına səbəb 
olmuş  disfunksiyası  zamanı  alternasiyaedici  nəbz  meydana  çıxır.  Bu 
zaman arterial v
ə  nəbz təzyiqinin  düşməsi nəticəsində  nəbz kəfkirvari 
h
ərəkətli olur. Bəzən o, arterial hipertoniyada və ya aortal stenoz zamanı 
rast g
əlinir. Alternativ nəbz ektopik taxikardiyanı və ya anginoz tutmanı 
müşayiət edə  bilər.  Nəbzin ürək  çatışmazlığı  olmadan  alternasiyası 
miokardın fibrozuna və ya nekrozuna aiddir.  
 
Alternativ n
əbz ürəyin dolma təzyiqinin  azalması  fonunda,  başqa 
sözl
ə  ürək  əzələsinin  yığılma  funksiyasının  və  starlinq efektinin 
z
əifləməsi  fonunda  daha  tez  meydana  çıxır.  Məsələn,  diuretikoterapiya 
zamanı,  əvvəl olmayan alternasiyanın  meydana  çıxması  ürəyin atma 
h
əcminin  azalmasına  və  miokardial zəifliyin  artmasına  işarə  olan 
simptomdur. Sakit v
əziyyətdə miokardial disfunksiya əlamətləri olmayan 
x
əstədə, fiziki yüklənmə  zamanı  alternativ  nəbz qeyd edilə  bilər. 
T
ənəffüsün dərinləşməsi və ya postekstrasistolik ürək yığılmaları zamanı 
ür
əyə qayıdan venoz qan həcminin artması nəticəsində, ürək çatışmazlığı 
 
30 


olan x
əstədə  alternativ nəbz  meydana  çıxa  bilər. Alternativ nəbz  ürək 
çatışmazlığının  həm  azalmasında  və  həm də  artmasında  itə  bilər. 
Alternativ n
əbzin meydana çıxmasına səbəb ürək yığılmalarının müxtəlif 
olması və ya hər dəfə yığılan kardiomiositlər sayının müxtəlif olmasıdır. 
Alternativ n
əbz elektrik alternasiya ilə  az  əlaqəlidir, sonuncu çox vaxt 
perikardial mayenin v
ə ya möhtəviyyatının çoxluğunda rast gəlinir.  
 
Ar
terial  hipertoniyası  olan  bütün  xəstələrdə, həm də  aortanın 
koarktasiyası  axtarılmalıdır.  Proksimal  arteriyalar, yəni yuxu və  bazu 
arteriyalar
ı üzərində böyük, dolu və gərgin nəbz müəyyən olunur; aşağı 
ətraf  arteriyaları  üzərində  nəbz təzyiqinin  azalması,  nəbz  dalğasının 
artma sür
ətinin zəifləməsi və  nəbz  dalğasının  ləng yüksəlməsi, nəbz 
pikinin gecikm
əsi  qeyd  edilir.  Bud  arteriyası  üzərində  nəbz  dalğasının 
dikrotik hiss
əsi əllənir, anokrotik hissəsi isə periferiyaya doğru yumşalıb 
silinir.  Aortal  koarktasiyadan  yuxarıda  olan  arteriyalarda  nəbz  dalğası, 
qan c
ərəyanı, nəbz və sistolik təzyiqlər güclənir. Bud arteriyasında nəbz 
dalğası  mil  arteriyasına  nisbətən gec müəyyən olunur. Aortal 
koarktasiyaya düçar olmuş xəstələrin, demək olar ki, yarısında həm də iki 
taylı aortal qapaq tapılır və belə halda aortal requrgitasiya qeyd edilir və 
sonuncu halda bütün arteriyalar üz
ərində  nəbz  dalğası,  nəbz təzyiqi 
normal qal
ır.  Aortal  stenoz,  mitral  requrgitasiya və  ya arterial keçiddə 
müştərək, yəni birgə rast gəlinən aortal koarktasiya təsadüflərində yuxarı 
hiss
ə  arteriyalarında  qan  təzyiqi yüksəlməyə, normal qala bilər.  Bud 
arteriyası üzərində bazu arteriyasına nisbətən nəbz dalğasının gecikməsi 
qapaqüstü aortal stenozda da qeyd edil
ə bilər. Sonuncu halda bud-bazu 
n
əbz fərqi  sağ  mil  və  bud  arteriyaları  arasında  tapılır;  sol  mil 
arteriyasında  isə  nəbz  dalğası,  bud  arteriyasında  olduğu  kimi  gecikir. 
Qarın  arteriyasının  koarktasiyasında.  qarnın  yuxarı  hissəsində  əllənən 
aortal pulsasiya aşağıda itir. 
 
N
əfəsalma aktında ağciyərin həcmi artır, döş qəfəsidaxili və aortal 
t
əzyiqlər, ağciyərdən ürəyə qayıdan qanın miqdarı və sistolik qan təzyiqi 
azalır.  Konstriktiv  perikardit  zamanı,  nəfəsalmada nəbzin itməsi, ürək 
yığlmalarının dəyişilməməsi fonunda qeyd edildiyi üçün parodoksal nəbz 
adlanır.  Əslində  bu parodoksal deyil, nəfəsalma  zamanı  sistolik  qan 
t
əzyiqinin daha çox aşağı yenməsilə əlaqədardır. Dərin nəfəsalma zamanı 
sistolik  qan t
əzyiqinin inspirator yenməsi 15 mm c.s-na çata bilər. Adi 
n
əfəsalmada 0,2 – 5 mm c.s-nu təşkil edir. Nəfəsalma zamanı ürəyin sol 
m
ədəciyinin həcmi  azaldığından,  ürəyin  ikinci  tonunda  haçalanma  baş 
ver
ə bilər. Sistolik qan təzyiqinin inspirator azalması 10 mm c.s-dan çox 
olması  patoloji  sayılır.  Ürəyin  tamponadası  və  konstriktiv perikarditdə 
n
əfəsalma  aktında  ürəyin  sol  qulaqcığına  daxil  olan  qanın  miqdarı,  sol 
m
ədəcyin dolma həcmi azalır, ağciyər venalarında ürəyin sol qulaqcığına 
nisb
ətən  qan təzyiqi  daha  çox  azaldığı  üçün,  qanın  sol  qulaqcığdan 
 
31 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə